Ana səhifə »  İqtisadiyyat »  Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti
A+   Yenilə  A-
Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti

Dünyada iki şey şəksizdir: vergi və ölüm. Vergi hər şeydən öncə iqtisadi bir hadisədir. Bir ölkədə mövcud olan iqtisadi quruluşla vergi sistemi arasında çox yaxın əlaqə var. Sosialyönümlü, bazar iqtisadiyyatlı bütün ölkələrdə vergi sistemi iqtisadiyyatın tənzimlənməsində, büdcə gəlirlərinin formalaşmasında, qiymət artımının məhdudlaşdırılmasında, inflyasiyanın qarşısının alınmasında dövlət maraqlarının əsas daşıyıcısı kimi çıxış edir. Vergi sistemi təkrar istehsal prosesinin iştirakçılarının iqtisadi maraqlarını ifadə etməklə onların tarazlığını və bununla da ictimai tərəqqini təmin edir.
Müstəqilliyin ilk illərində Azərbaycanın bütün sahələrində olduğu kimi iqtisadiyyatda da tənəzzül gedir, büdcə gəlirlərinin azaldılması sosial iqtisadi problemləri kəskinləşdirirdi. Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində Respublikada sabitliyin təmin olunması iqtisadiyyatda tənəzzülün tədricən aradan qaldırılmasına və ölkənin iqtisadi həyatında mahiyyətcə yeni mərhələnin başlanmasına rəvac verib. Genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edir. Ümummilli liderin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında yenidən qurulub, makroiqtisadi sabitliyin möhkəmlənməsi və iqtisadiyyatın tarazlı inkişafının təmin olunması sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb. Həmin dövrdə irimiqyaslı islahatlara yönələn iqtisadi siyasətin ayrılmaz tərkib hissəsi olan vergi siyasətində də köklü dəyişikliklərin aparılması, vergi sisteminin müasir standartlar əsasında formalaşdırılması bir zərurət kimi qarşıda dururdu. “Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik” tezisi ilə vergi siyaətinin iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi aparıcı rolunu qeyd edən Ümummilli lider Heydər Əliyev Vergilər Nazirliyinin yaradılması, Vergi Məcəlləsinin qəbul edilməsi və digər aidiyyəti qərarları ilə müstəqil Azərbaycan dövlətinin vergi sisteminin formalaşmasının təşəbbüskarı və banisidir.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vergi siyasətinin konsepsiyasının əsas konturları müəyyənləşdirilib və bu sahədə radikal islahatların aparılmasına başlanılıb. Dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edəcək və bu sahədə dövlət nəzarətini həyata keçirəcək mərkəzi icra hakimiyyəti orqanı kimi Vergilər Nazirliyinin yaradılması, onun həm səlahiyyətlərinin, həm də ölkə iqtisadiyyatının inkişafında rolunun müəyyənləşdirilməsi Ümummilli lider Heydər Əliyevin bu sahəyə göstərdiyi böyük diqqətin bariz nümunəsidir.
Vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov da vurğulayıb ki, Azərbaycanda quruculuq işlərinin başlandığı 90-cı illərin ortalarında məhz Ulu öndərin təşəbbüsü və dəstəyi ilə vergi sistemində də köklü dəyişikliklərin aparılmasına, vergi sisteminin müasir standartlar əsasında formalaşdırılmasına start verilib: “Əvvəllər dövlət xəzinəsinə gəlirlərin yığılması ilə məşğul olan fiskal orqan kimi fəaliyyət göstərən vergi xidmətinin funksiyaları genişləndirilib, vergi siyasəti isə biznes mühitini iqtisadi tənzimləmə və stimullaşdırma vasitəsi kimi tətbiq olunmağa başlayıb. Görkəmli şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında vergi siyasətinin konseptual əsasları hazırlanıb, vergi sistemində aparılacaq islahatların fəlsəfəsi, strategiyası və əsas istiqamətləri formalaşdırılıb”.
Azərbaycanda vergi sahəsində təkmil qanunvericilik bazasının yaradılması, ölkənin ilk Vergi Məcəlləsinin qəbulu da bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi altında 1999-2000-ci illərdə Vergi Məcəlləsinin ilk layihəsi hazırlanaraq geniş ictimai müzakirələrə çıxarılıb və 2000-ci ilin iyul ayında qəbul edilib.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə də vurğulayıb ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni iqtisadi sistemin yaradılması obyektiv zərurətə çevrilib. Onun sözlərinə görə, vergi sisteminin qurulması bu siyasətin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilib: “Müstəqilliyin ilk illərində bu prosesin həyata keçirilməsi üçün tədbirlər görülsə də bütövlükdə onlar sistemli xarakter daşımırdı. Ona görə də, ölkənin iqtisadiyyatında, onun maliyyə mənbələrinin formalaşmasında ciddi problemlər yaranırdı. Ulu öndər Heydər Əliyevin Azərbaycanda makroiqtisadi sabitliyin təmin olunması, islahatlarla bağlı müəyyən etdiyi konsepsiyada yeni vergi sisteminin formalaşdırılması fundamental bir vəzifə kimi müəyyənləşdirilib. Vergilər Nazirliyinin yaradılması, iqtisadi islahatların elmi-metodoloji əsaslarının möhkəmləndirilməsi ölkənin maliyyə resurslarının səfərbər edilməsi işində mühüm rol oynayıb. İlk növbədə, Vergilər Nazirliyinin ali idarəetmə orqanı kimi azad bazar münasibətlərinin inkişafinda rolu müəyyənləşdirilib. Vergi siyasətinin qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində böyük işlər görülüb, dünya təcrübəsinə müraciət olunub, milli maraqlara cavab verən Vergi Məcəlləsi tətbiq edilib, sahibkarlar üçün imkanların genişləndirilməsi, vergi ödəyicilərinə optimal şəraitin yaradılması təmin olunub. Bu gün dünyanın nüfuzlu beynəlxalq təşkilatları, tanınmış ekspertləri razılıq hissi ilə bildirirlər ki, Azərbaycan dünya ölkələri içərisində vergi sisteminin təkmilləşdirilməsi, informasiya texnologiyalarının tətbiqi sahəsində aparıcı yerlərdən birini tutur”.
Məhz Ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin nəticələri elə ilk vaxtlardan öz bəhrəsini verməyə başlayıb. Araşdırmalar göstərir ki, bu islahatlardan dərhal sonra iqtisadi fəallığın artması və bununla əlaqədar dövlət büdcəsinin vergilərdən formalaşan gəlirlərinin çoxalması baş verib.
2001-ci ildə vergi orqanları dövlət büdcəsinə 2,898 milyard manat, 2002-ci 3,400 milyard manat, 2003-cü ildə 4,117 milyard manat (ilk dəfə proqnoz artıqlaması ilə yerinə yetirilib - 101,3 faiz) köçürülüb. Büdcə gəlirlərinin formalaşmasında Vergilər Nazirliyi üzrə daxilolmaların xüsusi çəkisi 2001-ci ildə 74,6 faiz (3,116 milyard manat), 2002-ci ildə 75,7 faiz (3,620 milyard manat) təşkil edib. 1997-ci ildə daxilolmaların 50,9 faizi neft bölməsi üzrə, 49,1 faizi qeyri-neft bölməsi üzrə olub. Bu göstərici 2001-ci ildə 46,2 faizə qarşı 53,8 faiz, 2002-ci ildə 48,8 faizə qarşı 51,2 faiz, 2003-cü ildə 45,3 faizə qarşı 54,7 faiz olub. Göründüyü kimi, ildən-ilə qeyri-neft sektorunun payı artmağa doğru gedib.
Dövlət bölməsi üzrə büdcəyə 2001-ci ildə 1,797 milyard manat, 2002-ci 2106,6 milyard manat, 2003-cü ildə 2384,9 milyard manat köçürülüb. Qeyri-dövlət bölməsi üzrə isə büdcəyə 2001-ci ildə 1,131 milyard manat, 2002-ci ildə 1293,4 milyard manat, 2003-cü ildə 1,732 milyard manat vəsait daxil olub. Bu isə onu göstərir ki, həmin illərdə ölkədə özəl sektorun inkişafı daha böyük sürət alıb və bu bölmənin iqtisadiyyatda payı əhəmiyyətli dərəcədə artıb. 2001-ci ildə vergilərin ÜDM-də xüsusi çəkisi 10,9 faiz təşkil edib. Müvafiq olaraq bu göstərici 2002-ci ildə 11,5 faiz, 2003-cü ildə 11,6 faiz olub.
Həyata keçirilən islahatlar özünü vergi ödəyicilərinin sayında da göstəririb. Azərbaycanda 2004-cü il yanvar ayının 1-nə olan məlumata görə 223 885 vergi ödəyicisi uçotda idi ki, bunun da 163 723-ü fiziki, 60 162-si isə hüquqi şəxs olub.
Əlverişli investisiya mühitinin yaradılması və ölkədə iqtisadi fəallığın artması nəticəsində həmin dövrdə vergi ödəyicilərinin sayı da 3 dəfədən çox artıb. Təkcə 2012-ci ildə vergi ödəyicilərin sayı əvvəlki ilə nisbətən 72 min nəfər artıb.
2000-ci illə müqayisədə vergi daxilolmalarının həcmi 2012-ci ildə 12 dəfəyə yaxın artıb ki, (2000-ci ildə 510 milyon manata qarşı, 2012-ci ildə 6 milyard manatdan yuxarı), bu da Azərbaycan iqtisadiyyatında baş vermiş iqtisadi sıçrayışın bariz nümunəsi olmaqla bərabər, həm də mövcud iqtisadi sistemə adekvat vergi inzibatçılığının mövcudluğunun göstəricisidir. Qeyd etmək yerinə düşərdi ki, qeyri-neft-qaz sektorundan daxilolmaların həcmi 2012-ci ildə 3,3 milyard manat təşkil edib. 2013-cü ilin aprel ayının 1-nə vergi ödəyicilərin ümumi sayı 500 081 nəfər təşkil edib.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli vergi sistemin son 10 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında əsaslı modernizasiya prosesi keçib, onun maddi-texniki bazası genişləndirilib, vergi inzibatçılığın texnoloji cəhətdən əsaslı surətdə yenidən qurulub. Vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı həyata keçirilib, vergi sisteminin geniş diapazonlu texniki imkanlara malik texnoloji bazası yaradılıb. Vergilər Nazirliyi vergi ödəyicilərinə göstərilən xidmətlərin elektronlaşdırılması prosesinə hələ 2005-ci ildən başlayıb. Ötən illər ərzində vergi ödəyicilərinə elektron bəyannamələr göndərmək, elektron vergi hesab-fakturalarından istifadə etmək, elektron vergi ödənişlərini həyata keçirmək, vətəndaşlarla dövlət qurumu arasında elektron formada məktublaşma imkanı verən “Onlayn kargüzarlıq” sistemindən faydalanmaq imkanı yaradılıb. Azərbaycanda ilk dəfə ƏDV inzibatçılığı prosesində vergi nəzarətinin tam elektronlaşdırılmasına imkan verən ƏDV depozit hesabı tətbiq edilib. Sahibkarlıq subyektlərinin qeydiyyatının daha da sadələşdirilməsi məqsədilə 2011-ci ildən fiziki şəxslərin, 2012-ci ildən isə yerli investisiyalı kommersiya hüquqi şəxslərin real vaxt rejimində elektron qeydiyyatına başlanılıb.
F.Məmmədov vurğulayıb ki, bütövlükdə tətbiq edilmiş informasiya texnologiyaları istər vergi ödəyiciləri tərəfindən, istərsə də vergi xidməti tərəfindən vergi inzibatçılığına çəkilən xərclərin əhəmiyyətli şəkildə azalmasına imkan verib: “Bu gün vergi inzibatçılığı xərclərinin vergi daxilolmalarına nisbəti göstəricisinə əsasən (0,35 faiz), Azərbaycanın vergi xidməti Avropa məkanında ən səmərəli vergi inzibatçılığına malik ölkələrdən biridir. 2000-ci illə müqayisədə vergi daxilolmalarının həcmi 2012-ci ildə 12 dəfəyə yaxın artıb ki, bu da Azərbaycan iqtisadiyyatında baş vermiş iqtisadi sıçrayışın bariz nümunəsi olmaqla bərabər, həm də mövcud iqtisadi sistemə adekvat vergi inzibatçılığının mövcudluğunun göstəricisidir”.
Prezident İlham Əliyev vergi sisteminin inkişafına daim diqqət göstərərək, bu sahədə verdiyi tapşırıqlar ondan ibarətdir ki, dövlət idarəçiliyinin müasir Avropa standartlarına uyğunlaşdırılması istiqamətində təkmilləşdirmələr aparılmalı, vergi orqanları ilə vergi ödəyicilərinin arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələr yaradılmalı, müasir kompüter və proqram təminatları, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması istiqamətində işlər davam etdirilməlidir.
Milli Məclisin deputatı Vahid Əhmədov da vurğulayıb ki, İlham Əliyev prezident seçiləndən sonra vergi sahəsində ciddi islahatlar aparılıb: “İlk olaraq Vergi Məcəlləsi Milli Məclis tərəfindən qəbul olunub. Artıq mütəmadi olaraq Azərbaycanın ictimai-siyasi həyatı, iqtisadi vəziyyətinə uyğun olaraq vergi siyasətinə müəyyən dəyişikliklər edilir. Vergi sahəsində atılan addımların əsas məqsədi Azərbaycanda iqtisadi inkişafa nail olunması, vergilərin miqdarının azaldılması ilə sahibkarlar üçün əlverişli şəraitin yaradılmasıdır. Vergi nə qədər çox olursa sahibkar gəlirini bir o qədər çox gizlətmək istəyir. Son vaxtlar əmək müqavilələrin bağlanması ilə əlaqədar atılan ciddi addımlar buradan gələn vergilərin miqdarının xeyli artmasına səbəb olub. Ümumiyyətlə, bununla bağlı Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Hökuməti tərəfindən mütəmadi olaraq islahatlar aparılır”.
Azərbaycanın müasir vergi xidməti ölkənin iqtisadi qüdrətinin güclənməsi, nəhəng regional layihələrin həyata keçirilməsi işlərinə öz töhfəsini verməkdədir. Bununla da müstəqil dövlətimizin vergi siyasəti iqtisadi siyasətin mühüm tərkib hissəsinə, iqtisadi tənzimləmədə və fiskal siyasətin həyata keçirilməsində aparıcı amilə çevrilib. Ölkə Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuş Azərbaycanda çevik vergi siyasətini həyata keçirməyə qadir, beynəlxalq standartlara cavab verən müasir vergi xidməti formalaşıb.
Aytən Əliyeva,
“modern.az”saytının əməkdaşı
“Yazı Vergilər Nazirliyinin “Vergilər” qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb”

 
  • Oxunub:  23340  |  
  • Tarix:  24-05-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür

24 Avqust 15:14
Yeni Azərbaycan Partiyasının Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib
24 Avqust 14:18
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
24 Avqust 13:56
Əli Əhmədov: Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir
24 Avqust 13:48
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib
24 Avqust 13:18
Bakı 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək
24 Avqust 13:15
Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək
24 Avqust 13:13
Fransada G7 dövlətlərinin sammiti başlayıb
24 Avqust 13:07
Rəvan Həsənov: Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq əsas məqsədimizdir
24 Avqust 13:02
Əli Kərimli o qədər çaşıb ki, öz yalanlarına da inanmağa başlayıb
24 Avqust 12:34
Azərbaycanın hərbi orkestri ilk dəfə “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında təmsil olunur
24 Avqust 11:41
Mərhəmət Zirvəsini Nura Boyayan MEHRİBANlıq
24 Avqust 11:39
Vaqif Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmiş bir ölkədir
24 Avqust 11:34
Düşənbədə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib
24 Avqust 11:32
Şəmkirdə icbari tibbi sığorta ilə əlaqədar "Sığortalı ol, sağlam yaşa!" adlı maarifləndirici tədbir keçirilib
24 Avqust 11:29
Eldəniz Səlimov: Ölkəmizdə islahatlar davamlı xarakter daşıyır
24 Avqust 11:25
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşlarla görüşüb
24 Avqust 09:30
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür
24 Avqust 09:20
“Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib
24 Avqust 09:10
Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir
24 Avqust 09:08
Regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir
23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA