Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Yüksək nəticələr əldə edən Qubadlı idmançıları mükafatlandırılıb

Yüksək nəticələr əldə edən Qubadlı idmançıları mükafatlandırılıb

10.07.2019 [09:47]

Sumqayıtda yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasının konfrans zalında rayondan beynəlxalq yarışlarda yüksək nəticələr qazanmış idmançılarla görüş keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, idmançılar, həmçinin “Minsk-2019” II Avropa Oyunlarının ikincisi İslam Abbasov və Yeniyetmələr arasında keçirilən Avropa çempionatının qalibi Təvəkkül Həziyev iştirak ediblər.
Yüksək nailiyyətlər göstərmiş idmançıları təbrik edən rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Azərbaycanda idmanın inkişafına, idmançılara göstərilən dövlət qayğısından danışıb. O, idmançıların nailiyyətlərini ölkəmizdə həyata keçirilən idman siyasətinin uğuru kimi səciyyələndirib.
M.İsaqov “Bakı 2015” I Avropa, “Bakı 2017” IV İslam Həmrəyliyi oyunları, Formula 1 və digər beynəlxalq miqyaslı yarışların Azərbaycanda keçirildiyini xatırladaraq, bunu ölkəmizin dünyada idman dövləti kimi tanınmasının və məşhurlaşmasının, yüksələn xətlə möhkəmlənən beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirib.
Son illərdə ölkəmizdə 50-dək Olimpiya idman kompleksinin, möhtəşəm arenaların istifadəyə verildiyini deyən İcra Hakimiyyətinin başçısı bildirib ki, Azərbaycan “Minsk 2019” II Avropa Oyunlarında 79 idmançı ilə təmsil olunaraq 5 qızıl, 10 gümüş və 13-ü bürünc medal qazanıb. Azərbaycan 50 ölkə arasında ilk 10-luqda yer alıb.
Qeyd edilib ki, Qubadlı idmançıları da yaradılan şəraitdən bəhrələnərək ölkə idmanına öz töhfələrini verirlər. Belarusda keçirilən ikinci Avropa Oyunlarında Qubadlı rayonunun idmançısı, yunan-Roma güləşi üzrə dəfələrlə dünya və Avropa çempionu, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının qalibi İslam Abbasov 87 kiloqram çəki dərəcəsində ikinci yeri tutaraq gümüş medal, Qubadlı Rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin yetirməsi, yunan-Roma güləşi üzrə dəfələrlə Azərbaycan birinciliyinin qalibi Təvəkkül Həziyev isə iyulun 27-30-da Polşanın Krakov şəhərində keçirilən Yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Sonra çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov, “Minsk-2019” II Avropa Oyunlarının ikincisi İslam Abbasov, Yeniyetmələr arasında keçirilən Avropa çempionatının qalibi Təvəkkül Həziyev, karate-do üzrə dünya çempionu Seymur Hüseynov, rayon Ağsaqqallar Şurasının sədri Əvəz Həsənov, yunan-Roma güləşi üzrə Əməkdar məşqçi Bahadur Həziyev, Əməkdar məşqçi Cavanşir Əliyev, idmançılar Şirin Məmmədov, Aqil Səmədov və digərləri qazanılan nailiyyətləri idmançılara və gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğının bəhrəsi kimi qiymətləndiriblər. Natiqlər yaradılan gözəl şəraitə və dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Sonda beynəlxalq yarışlarda yüksək nəticələr göstərərək nailiyyətlər qazanmış idmançılara və onların məşqçilərinə qiymətli hədiyyələr və pul mükafatları təqdim olunub.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1130 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30