Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Milli Qurtuluş Günü münasibətilə Karate üzrə seminar və çempionat keçirilib

Milli Qurtuluş Günü münasibətilə Karate üzrə seminar və çempionat keçirilib

13.06.2019 [15:29]

12 iyun 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən İdman-Sağlamlıq Mərkəzində Xətai Rayon İcra Hakimiyyəti, Xətai Rayon Gənclər və İdman İdarəsi və Arpaçay Karate Klubunun birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş Karate üzrə Açıq Çempionat keçirilib. Həm kata, həm də kumite yarışlarında idmançıların güclərini sınadığı turnirdə 10-u Azərbaycanın regionlarından, 10-u Bakı şəhərindən, 1-i isə Rusiya Federasiyasından olmaqla 21 karate klubu iştirak edib. Ümumlikdə yarışda 250 nəfərdən çox idmançı medal uğrunda mübarizə aparıblar. 
Qeyd edək ki, yarışın açılış mərasimində Xətai Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Azrəbaycan Milli Karate Federasiyasının nümayəndələri, o cümlədən Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynov, klubun baş məşqçisi Vüqar Kərimov və digərləri iştirak edib. Turnirin baş hakimi karate üzrə beynəlxalq dərəcəli hakim V. Kərimov olub. 
Gərgin mübarizə şəraitində keçən turnirdə qazanılan medal sayına görə Arpaçay Karate Klubu 1-ci, “Qara qaplan” klubu 2-ci, “Buta-Sumqayıt” klubu isə 3-cü yerə sahib olub. 
Onu da xatırladaq ki, turnir çərçivəsində iyun ayının 11-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində FHN-in İdman-sağlamlıq klubunin rəisi, ikiqat Dünya çempionu, polkovnik Füzuli Musayevin rəhbərliyi ilə seminar keçirilib. Seminarda 250-dək uşaq və yeniyetmə karateçi iştirak edib.

Paylaş:
Baxılıb: 1292 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30