Ana səhifə »  İdman »  Sahib Ələkbərov: İnanırıq ki, “Tokio 2020”yə yollanacaq Olimpiya yığmamızın tərkibində Azərbaycan velosipedçiləri də olacaqlar
A+   Yenilə  A-
Sahib Ələkbərov: İnanırıq ki, “Tokio 2020”yə yollanacaq Olimpiya yığmamızın tərkibində Azərbaycan velosipedçiləri də olacaqlar

Ekoloji cəhətdən ən təmiz nəqliyyat növü olan velosipedə ölkəmizdə həm idman növü, həm də nəqliyyat vasitəsi kimi maraq son illər xeyli artıb. Azərbaycanda idmanın bu növünün təbliği istiqamətində son illər mühüm tədbir, yarış və layihələr həyata keçirilir. Bu istiqamətdə ən mühüm tədbir bu ilin iyununda Bakıda BMX velosipedi üzrə dünya çempionatının keçirilməsi oldu.
Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi rəhbər komitəsinin üzvü Sahib Ələkbərov ölkəmizdə velosiped idmanının inkişafı sahəsində görülən işlər, yüksək səviyyədə təşkil olunan nüfuzlu yarışlar, yeniyetmə və gənclər arasında bu idman növünün geniş təbliği istiqamətində həyata keçirilən tədbirlərlə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.
- Sahib müəllim, Azərbaycanda velosiped idmanının inkişafı, bu sahəyə marağın artırılması istiqamətində hansı işlər görülür?
- Velosiped idmanının inkişafı, onun kütləviləşməsi insanların sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, təkcə idman növü kimi deyil, həm də nəqliyyat vasitəsi olaraq önəm kəsb edən velosipeddən istifadə edənlərin sayının artması böyük şəhərlərdə tıxac probleminin həlli və ekoloji durumun yaxşılaşdırılması baxımından çox vacibdir. Hesab edirəm ki, həm federasiyamız, həm də bir sıra digər qurumlar tərəfindən təşkil edilən maarifləndirici tədbirlər və layihələr təkcə yeniyetmə və gənclərdə deyil, eyni zamanda, daha yuxarı yaş qrupuna aid olan insanlar arasında da velosipedə marağı getdikcə artırır. Cəmi 5-6 il bundan əvvəl şəhər və rayonlarımızın küçələrində azyaşlı uşaqlar istisna olmaqla, velosipedçilər, demək olar ki, gözə dəymirdi. Son bir neçə il ərzində bu sahədə kifayət qədər çoxsaylı tədbirlərin, veloyürüşlərin keçirilməsi nəticəsində insanların velosipedə marağının artmasını görmək olduqca xoşdur. Bir neçə gün bundan əvvəl 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə Respublika Velotrekində həvəskarlar arasında keçirdiyimiz açıq Azərbaycan çempionatında 300 nəfərdən artıq velosipedçinin iştirakı bunu bir daha sübut edir.
- Velosiped idmanı üzrə yerli və beynəlxalq yarışların təşkili artıq ənənə halını alıb. Veloyürüşlərin idmanın bu növünün inkişafında rolunu necə qiymətləndirirsiniz?
- Xüsusi vurğulanmalı məqamdır ki, şose velosiped idmanı hər bir ölkənin təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Çünki bu idman növü üzrə yarışlar hansısa qapalı məkanda deyil, açıq havada, təbiətin qoynunda, yollarda, küçə və parklarda təşkil olunur. “Tour d’Azerbaidjan” kimi beynəlxalq səviyyəli veloturların təşkili dünyanın Azərbaycanı daha yaxından tanımasına imkan yaradır. Planetin müxtəlif ölkələrindən gələn insanlar respublikanın iqtisadiyyatı, mədəniyyəti, adət-ənənələri, təbiəti ilə tanış olur və bu baxımdan ölkəmizdə keçirilən velosiped yarışları Azərbaycanın xaricdə tanıdılması üçün yaxşı perspektivlər vəd edir. Azərbaycan Velosiped İdmanı Federasiyası olaraq, biz ölkəmizdə bu sahənin inkişafından, velosipeddən bir nəqliyyat vasitəsi kimi istifadə edənlərin sayının son bir neçə il ərzində on dəfələrlə artmasından, bu məsələlərdə bizim də müəyyən əməyimizin olmasından məmnunluq hiss keçiririk və velosiped sürməyi insanların həyat tərzinə çevirmək istəyirik. Təbiidir ki, velosiped sürənlərin sayı nə qədər çox olarsa, idman bölmələrinə üz tutanların sayı da artacaq. Məşqçilərimizin yeniyetmə və gənclər arasında seçim imkanının daha çox olması idman nəticələrimizin yüksəlməsinə də birbaşa təsir edəcək.
- Azərbaycan velosiped idmanının BMX növü üzrə dünya çempionatına ev sahibliyi etdi. Bu nüfuzlu yarışın ölkəmizdə təşkili ilə bağlı nə deyə bilərsiniz?
- Bu ilin iyununda Azərbaycan velosiped idmanının BMX növü üzrə (Olimpiya idman növü) dünya çempionatına ev sahibliyi etdi. İlin əvvəlində çempionatın keçirilməsi ilə bağlı bəzi çətinliklər ortaya çıxsa da, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığından sonra bütün çətinliklər aradan qaldırıldı və bu yarış da həmişə olduğu kimi ən yüksək səviyyədə baş tutdu. Dünyanın müxtəlif ölkələrindən 1500-dən artıq idmançının iştirak etdiyi dünya çempionatının təşkilatçılıq səviyyəsi Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən olduqca yüksək qiymətləndirildi, Azərbaycan öz təşkilatçılıq bacarığını bir daha bütün dünyaya nümayiş etdirdi. Yarış 50-dən çox ölkədə canlı yayımlandı. Turniri izləmək üçün ölkəmizə gələn UCI prezidenti David Lappartien Prezident İlham Əliyev ilə görüşündə Azərbaycanda bütün beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini, BMX üzrə dünya çempionatının da ən yüksək standartlar səviyyəsində təşkil edildiyini söylədi. Beynəlxalq Velosipedçilər İttifaqının sentyabrın 28-də keçirilən konqresində həm hesabat məruzəsində, həm də UCI prezidentinin çıxışında Bakıda keçirilmiş dünya çempionatı haqqında çox yüksək fikirlər səsləndirildi. Dünyanın 194 ölkəsindən nümayəndələrin iştirak etdikləri konqresdə ölkəmizdə velosiped idmanının inkişafına yüksək qiymət verilməsi təbii ki, olduqca xoşdur. Onu da qeyd etmək lazımdır ki, BMX üzrə bu nüfuzlu yarış Azərbaycan tarixində ölkəmizdə keçirilmiş sayca dördüncü dünya çempionatı olub.
- Olimpiya növü olan BMX-nin ölkəmizdə inkişafı və maddi-texniki bazasının yaradılması sahəsində hansı işlər görülüb?
- Son illər ərzində kifayət qədər populyarlıq qazanan və Azərbaycanın idman sahəsində vizit kartına çevrilən, hər il nüfuzlu “Eurosport” telekanalı ilə canlı və ya icmal şəklində yayımlanan “Tour d’Azerbaudjan” veloturu şose velosipedini ölkəmizdə necə sevdiribsə, BMX növü üzrə dünya çempionatından sonra da eyni marağı hiss edirik. Avropanın açıq səma altında ən böyük və ən gözəl idman qurğularından biri olan BMX Veloparkında artıq bu idman növü ilə məşğul olan yeniyetmə və gənclərimizin sayı gündən-günə artır. Məlumat üçün bildirmək istərdim ki, bu idman qurğusu olduqca gözəl ərazidə yerləşir - bir tərəfi dəniz, digər tərəfi isə dağlıq və 40 hektara yaxın sahəni əhatə edən meşəlik. Bu meşə zolağı 1970-ci illərin əvvəllərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və şəxsən iştirakı ilə salınıb və Ulu öndərimizin şəxsən əkdiyi ağaclar bu gün də Velopark ərazisində qalır. Təəssüf ki, ötən əsrin 90-cı illərində bu ərazi ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş və orada qanunsuz tikintilər aparılmışdı. Yalnız 2005-ci ildə dövlətimizin başçısı İlham Əliyevin göstərişindən sonra bu qanunsuzluqlara son qoyuldu.
2013-cü ildə ərazi idman bazası kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim edildikdən sonra burada geniş abadlıq və quruculuq işləri aparıldı, yüz mindən çox ağac və kol əkildi, velosipedçilər üçün 5 velosiped marşrutu yaradıldı. 2015-ci il ilk Avropa Oyunları ərəfəsində isə burada dünya standartlarına cavab verən yeni BMX stadionu inşa edildi. Bu ərazi həm idman, həm də insanların dincələ biləcəyi avtomobilsiz istirahət ərazisinə çevrilib. Hər bir şəxs istədiyi zaman buraya gəlib təmiz hava ala, istirahət edə və idmanla məşğul ola bilər. Onu da qeyd etmək yerinə düşər ki, şəhərin mərkəzində - metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı Respublika Velotrekində də bu idman növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb.
- 2018-ci ilin son aylarını yaşayırıq. Velosipedçilərimizin beynəlxalq yarışlarda çıxışlarını qənaətbəxş saymaq olarmı?
- Bu il Azərbaycanın şose velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarının üzvləri dünya və Avropa çempionatları ilə yanaşı, bir sıra beynəlxalq turnirlərdə də iştirak ediblər. May ayında Türkiyənin Ordu şəhərində təşkil olunmuş açıq çempionatda yeniyetmə qızların kriterium yarışlarında idmançımız Viktoriya Sidorenko fərqlənərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Heyəti Nəcəf Bağırov, Xankişi İsgəndərov, Qadir Mustafayev, Şahin Eyvazov, Əli Qurbanov və Mahmud Məmmədovdan ibarət olan gənclər yığmamız isə qrup və kriterium ötüşmələrinin yekununda komanda hesabında bürünc medala layiq görülüb.
İyulda qardaş Türkiyənin Kastamonu şəhərində keçirilmiş beynəlxalq turnir də idmançılarımızın uğurlu çıxışı ilə yadda qalıb. Yarışın gənclər kateqoriyasında fəxri kürsünün hər üç pilləsində Azərbaycan velosipedçiləri qərarlaşıb. Yüz kilometrlik marşrutu Mahmud Məmmədov hamıdan tez qət edərək finiş xəttini birinci keçib. Yığmamızın digər üzvləri İvan Orlov və Xankişi İsgəndərov isə müvafiq olaraq, 2-3-cü yerləri tutublar. Əli Qurbanov 5-ci nəticə göstərib. Yığmamız komanda hesabında da qalib olub.
Heyətində Elit və U23 yığma komandaların yer aldığı “Synergy Baku Cycling Project” kontinental komandasının üzvləri də il ərzində beynəlxalq turnirlərdə uğurla çıxış ediblər. Kiril Pozdnyakov Türkiyədə birgünlük Alanya Qran-Prisinin, Mersin Turunun 1-ci mərhələsinin, Rusiyada “Moskvanın 5 halqası” yarışının 4-cü mərhələsinin, Belçikada birgünlük “Dentergem” yarışının qalibi olub. Digər nüfuzlu yarışlarda Samir Cəbrayılov, eləcə də Kiril Pozdnyakov mükafata layiq yerlər tutublar. Velosipedçilərimizin əldə etdikləri uğurlar ildən-ilə artır.
- Gələn il “Tokio-2020”yə lisenziya yarışları baxımından Olimpiya idman növləri üçün ciddi sınaq ili olacaq. Velosiped yığmamızın bu sahədə perspektivləri varmı?
- Yığma komandamız yaxşı formadadır. Velosipedçilərimiz çoxlu yarışlarda iştirak edib, zəngin təcrübə toplayıblar. Gələn il üçün əsas prioritet istiqamətlərdən biri də “Tokio 2020”yə lisenziya xallarının toplanması olacaq. Belə ki, artıq həm şose, həm də trek velosipedində dördilliyin zirvə yarışına lisenziya xalları verən yarışlar silsiləsi start götürüb və proses gələn ilin sonunadək davam edəcək. İnanırıq ki, təmsilçilərimiz bu vəzifənin öhdəsindən gələcəklər və “Tokio 2020” Yay Olimpiya Oyunlarına yollanacaq geniş heyətli Olimpiya yığmamızın tərkibində Azərbaycan velosipedçiləri də olacaq.

 
  • Oxunub:  7380  |  
  • Tarix:  01-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib

12:58
18 Yanvar
Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplanışı keçirilib
12:54
18 Yanvar
Məhəmməd Barkindo: OPEC-in Bakıdakı iclaslarının martda keçirilməsi planlaşdırılır
12:42
18 Yanvar
Azərbaycan ilə Ukraynanın ticarət dövriyyəsində son 5 ilin maksimum göstəricisi qeydə alınıb
12:13
18 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
11:52
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür
11:51
18 Yanvar
2019-cu ilin "Nəsimi ili" elan edilməsi yüksək ideallara, mənəvi həyata və mədəniyyətə olan böyük diqqətin təzahürüdür
11:42
18 Yanvar
SOCAR: Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq
11:03
18 Yanvar
İndoneziya XİN: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyirik
11:02
18 Yanvar
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Madriddə anım tədbiri təşkil edilib
10:56
18 Yanvar
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
10:54
18 Yanvar
Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir
10:12
18 Yanvar
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
10:05
18 Yanvar
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı kampaniya keçirir
10:02
18 Yanvar
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Macarıstanda səfərdə olub
09:59
18 Yanvar
Şimali Kiprin dövlət televiziyası tamaşaçıları 20 Yanvar hadisələri barədə məlumatlandırıb
09:52
18 Yanvar
Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
09:50
18 Yanvar
Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
09:48
18 Yanvar
Eldar İbrahimov: Azərbaycan dinamik inkişaf edən ölkə kimi daha çevik struktura malik optimal idarəetmə tələb edir
09:45
18 Yanvar
2019-cu ildə mühüm infrastruktur və sosial layihələrin icrası davam etdiriləcək
09:44
18 Yanvar
Azərbaycan ilə İran arasında bütün sahələrdə yaxşı əlaqələr mövcuddur
09:43
18 Yanvar
Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış siyasət və hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub
09:41
18 Yanvar
Hikmət Babaoğlu: Azərbaycanın yaratdığı geosiyasi reallıqlar Dağlıq Qarabağ probleminin həllində yeni perspektivlər açır
09:39
18 Yanvar
Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmədə çevikliyi və səmərəliliyi artıracaq
09:36
18 Yanvar
Səməd Seyidov: Azərbaycan-Aİ əlaqələrində əldə edilən uğurlar Avropa Parlamentində ölkəmizi istəməyən qüvvələri ciddi narahat edir
09:29
18 Yanvar
Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar
09:27
18 Yanvar
Nikol Paşinyanın “xaş siyasəti”
09:23
18 Yanvar
Misirin aparıcı KİV-ləri 20 Yanvar faciəsindən yazır
09:22
18 Yanvar
Azərbaycanın regionlarında sahibkarlığın inkişafına dəstək tədbirləri gücləndirilir
12:54
17 Yanvar
Keçən il ölkədən 65,6 milyon dollarlıq elektrik enerjisi ixrac olunub
12:46
17 Yanvar
Litva Prezidenti: Azərbaycan Avropanın mühüm tərəfdaşıdır
12:33
17 Yanvar
Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyada ilk iclası keçirilib
12:20
17 Yanvar
PA rəsmisi: Azərbaycanda din sahəsində stabil mühit mövcuddur
12:09
17 Yanvar
2018-ci ildə Azərbaycandan MDB ölkələrinə 1 milyard dollarlıq məhsul ixrac olunub
11:51
17 Yanvar
Azərbaycan ötən il 29,5 milyon tonadək neft və neft məhsulları ixrac edib
11:42
17 Yanvar
Ölkəmizə gələn turist sayının ən yüksək artım səviyyəsi Yaxın Şərq və Asiya ölkələrinə aiddir
11:26
17 Yanvar
Dəyişkən hava şəraitinə baxmayaraq Heydər Əliyev Beynəlxalq Aeroportu tam rejimdə fəaliyyət göstərir
11:17
17 Yanvar
“Üçüncü günün adamı” filmi “YARAT”da
10:58
17 Yanvar
Heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib
10:48
17 Yanvar
“Nəsimi ili” Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunmasına və təbliğinə böyük töhfədir
10:25
17 Yanvar
Cenevrədə insan hüquqları və 2030-cu il dayanıqlı inkişaf gündəliyi üzrə dialoq və əməkdaşlıq görüşü keçirilib
10:22
17 Yanvar
“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr-XVIII əsrin ilk dörddəbiri)” kitabının təqdimatı olub
10:20
17 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 29 dəfə pozub
10:11
17 Yanvar
Qondarma “Milli şura”nın yanvarın 19-na planlaşdırdığı “mitinq şousu” fiaskoya məhkumdur
10:09
17 Yanvar
Regionlarda heyvandarlığın inkişafına hərtərəfli dəstək verilir
20:37
16 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Astanada anılıb
20:35
16 Yanvar
Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur təşkil edilib
20:32
16 Yanvar
ADA Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək
20:30
16 Yanvar
“Bakı-2019”a hazırlıqla bağlı Koordinasiya Komissiyasının texniki görüşü keçirilib
20:28
16 Yanvar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
20:17
16 Yanvar
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
20:14
16 Yanvar
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir
20:02
16 Yanvar
İrakli Kobaxidze: Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı layihələr həyata keçirir
19:50
16 Yanvar
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
19:43
16 Yanvar
Azərbaycanla Dubay Əmirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:49
16 Yanvar
Dövlət Komitəsinin sədri Sabunçuda məcburi köçkünlərlə görüşüb
17:44
16 Yanvar
Fəzail İbrahimli: 2019-cu ilin “Nəsimi ili” ili elan olunması böyük şairin yaradıcılığına verilən yüksək qiymətdir
17:41
16 Yanvar
Vüqar Bayramov: Qeyri-neft sektorunun inkişafı 2019-cu ildə də prioritet olacaq
17:40
16 Yanvar
YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:36
16 Yanvar
İlham Məmmədov: Prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib
17:24
16 Yanvar
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub
17:23
16 Yanvar
Sergey Lavrov: 2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub
17:18
16 Yanvar
Ötən il respublikanın su hövzələrinə 380 milyona yaxın müxtəlif növ balıq körpəsi buraxılıb
17:03
16 Yanvar
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub
16:55
16 Yanvar
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16:26
16 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
15:26
16 Yanvar
Azərbaycan Prezidenti: Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
15:15
16 Yanvar
Azərbaycan ilə Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub
15:10
16 Yanvar
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq
15:07
16 Yanvar
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
14:57
16 Yanvar
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+4 +6
gecə+0 +2