Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “BMX Racing” üzrə dünya çempionatının birinci günündə 14 kateqoriya üzrə qaliblər müəyyənləşib

“BMX Racing” üzrə dünya çempionatının birinci günündə 14 kateqoriya üzrə qaliblər müəyyənləşib

06.06.2018 [09:24]

İyunun 5-də Bakıda velosiped idmanın BMX növü üzrə dünya çempionatının birinci günündə 14 kateqoriya üzrə qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, 12 və daha aşağı yaşlı idmançıların yarışında argentinalı Federiko Ariel Kapello birinci olub. Braziliyalı Lukas Moresko Zimmerman çempionatı ikinci, Niderland təmsilçisi Maddoks Van Dine üçüncü pillədə başa vurublar.
Mundialda 13-14 yaşlı velosipedçilərin mübarizəsində Ekvador idmançısı Pedro Xose Benalkazar Querrero fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Avstraliyalı Cordan Kallum ikinci, Kolumbiya velosipedçisi Migel Angel Restrepo Ramos üçüncü olublar.
Çempionatda 15-16 yaşlı idmançıların mübarizəsində fransalı Joris Bequin birinci, braziliyalı İaqo Reinheymer Maçado ikinci, Kanada idmançısı Kole Zufelt üçüncü yeri tutublar.
Həmçinin 17-24 yaş kateqoriyasında həvəskar oğlanların yarışında Braziliya velosipedçisi Felippe Qonsalves bütün rəqiblərini qabaqlayaraq çempion olub. İlk üçlüyü avstraliyalı Ceyms Lautier və Niderland təmsilçisi Roberto Blom tamamlayıblar.
Həvəskar oğlanlar arasında 25-29 yaş kateqoriyasında Niderland idmançısı Robin Van Der Kolk, latviyalı Klavs Lisovskis və fransalı Kevin Luna ilk üçlükdə yer alıblar.
On altı və daha aşağı yaşlı qızların yarışında ABŞ idmançısı Makkenziya Qeyhart birinci olub. Yaponiyalı Jui Yabuta ikinci, Fransa təmsilçisi Kamilla İmbert üçüncü pillədə qərarlaşıblar.
Çempionatda 17-29 yaşlı həvəskar velosipedçi qızların yarışında ilk iki pillədə niderlandlı idmançılar - Suele Ruitenqa və Tamar Vedder yer alıblar. Üçüncü pillədə isə yeni zelandiyalı Toni Ceyms qərarlaşıb.
Mundialda 30-34 yaşlı kişi veteranların yarışında Fransa təmsilçisi Çarli Qaillard bütün rəqiblərini qabaqlayaraq çempion adını qazanıb. Kolumbiyalı Xose Luis Diaz Montana ikinci, Braziliya velosipedçisi Qustavo Mesquita Silva üçüncü pillədə qərarlaşıblar.
Çempionatda 35-39 yaş kateqoriyasında kişilərin mübarizəsində boliviyalı Cid Martinez fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Çili təmsilçisi Felipe Perez yarışı ikinci, Tiron Cons (Cənubi Afrika Respublikası) üçüncü pillədə başa vurublar.
Kişilər arasında 40-44 yaş kateqoriyasında mübarizədə Fransa idmançısı Kristof Tardivet birinci yeri tutub. Niderlandlı Cunni Breyta yarışı ikinci, meksikalı Rodriqa Karrillo üçüncü pillədə qərarlaşıblar.
Həmçinin 45-49 yaş kateqoriyasında niderlandlı Riçard Van Zomeren, Fransa velosipedçiləri Olivier İmbert və Cin Renaud Dukos de Lahitte mükafatçılar sırasında yer alıblar.
Bakı mundialında kişilərin yarışında 50 və daha yuxarı yaş kateqoriyasında yeni zelandiyalı Paul Luttrell birinci pillədə qərarlaşıb. Vinsent Klaessens (İsveçrə) ikinci, Qilles Faivre (Fransa) üçüncü pillədə qərarlaşıblar.
Qadınların mübarizəsində 30-39 yaş kateqoriyasında Çili təmsilçisi Karla Ortiz uğurlu çıxışı ilə yadda qalıb. Niderlandlı Şaron Van Dek Kolk və portuqaliyalı Ana Oliviera ilk üçlüyü tamamlayıblar.
Mundialda qadınlar arasında 40 və daha yuxarı yaş kateqoriyasında Niderland velosipedçisi Rebekka Neus-Viçman bütün rəqiblərini qabaqlayıb. Avstraliya velosipedçiləri Melanie Qibson və Sendi Kameron müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar.
İyunun 9-dək davam edəcək çempionatda 43 ölkədən 1500-dək velosipedçi mübarizə aparır.

Paylaş:
Baxılıb: 929 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30