Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Oksana Kosaçenko: Bakı Qran-Prisi dramatik mübarizə şəraitində keçdi

Oksana Kosaçenko: Bakı Qran-Prisi dramatik mübarizə şəraitində keçdi

02.05.2018 [09:15]

Rusiya KİV-ləri Formula 1 avtoyürüşləri üzrə dünya çempionatının Bakıda, şəhər trasında keçirilmiş dördüncü mərhələsini geniş işıqlandırıblar.
AZƏRTAC xəbər verir ki, Formula 1 avtoyürüşlərinin ilk rusiyalı iştirakçısı Vitali Petrovun keçmiş meneceri, idman şərhçisi Oksana Kosaçenko TASS agentliyinə müsahibəsində bu haqda danışıb. O qeyd edib ki, Azərbaycan Qran-Prisinə xas olan dramatizm və intriqa Formula 1 sinfinə aid maşınlarda avtoyürüşlərin təşkilatçılarının və bu çempionatın rəhbərliyinin maraqlarına uyğundur. O. Kosaçenko builki mövsümün çox yaxşı başlanmasını vurğulayaraq deyib: “Maraqlı hadisələrin çox olması həmişə xoşagələndir. Ümumiyyətlə, cari mövsüm çox yaxşı başlandı. Beş yürüşün hamısı bir-birindən maraqlı oldu”.
Rusiyanın idman saytlarında Azərbaycan Qran-Prisinin maraqlı statistikası, yarışlara gələnlərin sayının 2017-ci ildəki ilə müqayisədə 31 faiz artması, yürüşlərin yaxşı təşkil edilməsi və yarışlar çərçivəsində mədəni proqram barədə informasiya dərc edilib.

Paylaş:
Baxılıb: 954 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31