Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Pauerliftinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Pauerliftinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

08.09.2009 [09:56]

Pauerliftinq üzrə Azərbaycan çempionatının qalibləri məlum olub. Yarışda 12 çəki dərəcəsi üzrə 80-dək idmançı iştirak edib. İdmançılar pauerliftinq ilə yanaşı, benç-press növündə də yarışıblar. çempionatın təntənəli açılış mərasimində Dünya Pauerliftinq Konqresinin prezidenti Mayk Sviney çıxış edərək Azərbaycanda pauerliftinqin səviyyəsindən razı qaldığını, ölkəmizin idmanın bu növündə qazandığı uğurları xüsusilə vurğulayıb. Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb. Pauerliftinq üzrə keçirilən yarışın nəticələrinə əsasən, Asif Beliyev (52 kq), Coşqun Ağazadə (56 kq), Elnur Eminov (60 kq), Camal Hidayətov (67 kq), Eldəniz Əhmədov (75 kq), Yalçın Bağırov (82 kq), Balı Hacıyev (90 kq), Hafiz Verdiyev (100 kq), Zahir Xudayarov (110 kq), Rüfət Ağayev (125 kq), Elnur Məmmədov (140 kq), Qalib Qəzənfərov (140 kq-dan yuxarı) ölkə çempionu olublar.
Benç-press üzrə yarışlarda isə Asif Beliyev (52 kq), Rəşad Əsgərov (56 kq), Samir Məmmədov (60 kq), Təbriz Ağayev (67 kq), Cavid Albabazadə (75 kq), Əli Əsgərov (82 kq), Sərxan Əliyev (90 kq), Cabir İbrahimov (100 kq), İbrahim İbrahimov (110 kq), Elnur Məmmədov (140 kq), İsrafil Məmmədov (140 kq-dan yuxarı) birinci yeri tutublar.

Paylaş:
Baxılıb: 1553 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30