Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Naxçıvanda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində tədbir keçirilib

Naxçıvanda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində tədbir keçirilib

08.12.2017 [09:59]

Naxçıvan şəhərində AFFA-nın və Naxçıvan MR-in Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, millət vəkili Rauf Əliyev, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Naxçıvan MR-in gənclər və idman nazıri Azad Cabbarov və layihənin koordinatoru Kərim Ağayev çıxış ediblər.
Çıxış edənlər ilk olaraq “Qarabağ” Futbol Klubunun Çempionlar Liqasının qrup mərhələsinə çıxması ilə əlaqədar əldə olunan nailiyyətin əhəmiyyətini qeyd ediblər.
Vurğulanıb ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Bildirilib ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçib və hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib.
Tədbirdə uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Həmçinin uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.

Paylaş:
Baxılıb: 942 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30