Ana səhifə »  İdman »  Bakıda MDB və Baltikyanı ölkələrin, Gürcüstanın Milli Olimpiya komitələrinin ikigünlük forumu işə başlayıb
A+   Yenilə  A-
Bakıda MDB və Baltikyanı ölkələrin, Gürcüstanın Milli Olimpiya komitələrinin ikigünlük forumu işə başlayıb

Sentyabrın 29-da Bakıda MDB və Baltikyanı ölkələrin, Gürcüstanın Milli Olimpiya komitələrinin ikigünlük forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya Həmrəyliyi” proqramı çərçivəsində keçirilən tədbirə 15 ölkənin Milli Olimpiya Komitəsini təmsil edən 50-yə yaxın nümayəndə qatılıb. Forumda birgə fəaliyyət, tibbi təminat məsələləri, habelə idman bazalarının və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin təşkilində qarşılıqlı fəaliyyət, beynəlxalq idman qurumları çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Forumun açılışında çıxış edən Avropa Olimpiya Komitələrinin (AOK) icraçı prezidenti Janez Koçijançiç Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Ölkəmizin zəngin idman ənənələrinə sahib olduğunu deyən J.Koçijançiç forumda maraqlı mövzuların müzakirə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan dünyada idman sahəsində əldə etdiyi uğurlarla fərqlənir. Ölkənin zəngin adət-ənənəsi, yüksək təşkilatçılıq qabiliyyəti və idman infrastrukturunun beynəlxalq standartlara cavab verməsi Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etməsi üçün geniş imkanlar açır. Beynəlxalq qurumlar da bunu nəzərə alaraq belə yarışların təşkilini tərəddüd etmədən Azərbaycana həvalə edirlər. Bu inkişaf Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyinin geniş qeyd edildiyini bildirib. Nazir atletlərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlərdən və respublikamızda Olimpiya hərəkatının inkişafından söhbət açıb. Vurğulayıb ki, ötən müddətdə MOK Azərbaycanda Olimpiya hərəkatının inkişafında xüsusi rol oynayıb. Dövlətimizin başçısı İlham Əliyev artıq 20 ildir Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində çalışır. Bu baxımdan ölkəmizdə iki əlamətdar hadisənin ildönümləri qeyd edilir.
Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində respublikamızda idmançılar üçün hər cür şəraitin yaradıldığını, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını qeyd edən A.Rəhimov deyib: “Ölkəmizin idman uğurları həmişə beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanda ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Şahmat Olimpiadası və “Formula-1” yarışları müvəffəqiyyətlə təşkil olunub. Hazırda Azərbaycan Gürcüstan ilə birgə qadın voleybolçular arasında Avropa çempionatına ev sahibliyi edir. Milli komandamız isə uğurla çıxış edərək azarkeşlərimizi sevindirir”.
Forumun əlaqələndiricisi, Rusiya Olimpiya Komitəsinin təşkilat idarəsinin rəhbəri Yuri Yurev forumun gündəliyinə maraqlı mövzuların salındığını bildirərək, Olimpiya hərəkatının inkişafına xidmət edəcək belə mötəbər tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra forum işini plenar iclaslarla davam etdirib.
Birinci plenar iclasda “Azərbaycanın Olimpiya hərəkatı - müstəqillik yolu ilə 25 il” mövzusunda məruzə ilə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizin müstəqilliyin bərpasından sonra idman sahəsində əldə olunan uğurlar haqqında məlumat verib. Vitse-prezident qeyd edib ki, ölkəmizdə idmanın kütləviləşməsi, ən müasir tələblərə cavab verən Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi idmanın və Olimpiya hərəkatının inkişafı üçün yeni imkanlar açıb. Əldə etdiyi uğurlara və düzgün idman siyasəti nəticəsində qazandığı nailiyyətlərə görə Azərbaycan digər ölkələrə nümunə göstərilir.
“Azərbaycanda ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkili ölkəmizin növbəti qələbəsi oldu. Standartları Azərbaycanda müəyyənləşən yarışda Avropanın ən güclü atletləri medallar uğrunda mübarizə apardılar. Cari ilin mayında isə Bakıda IV İslam Həmrəyliyi Oyunları müvəffəqiyyətlə təşkil olundu. İdman sahəsində əldə olunan nailiyyətlər ölkəmizdə bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasətinin bariz nümunəsidir”, - deyə Ç.Hüseynzadə vurğulayıb.
Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyevin “Olimpiya gündəliyi-2020: Azərbaycan” mövzusundakı məruzəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. A.Əliyev ölkəmizdə Olimpiya hərəkatının inkişafı istiqamətində görülən işlərdən, idmançılarımızın uğurlu çıxışlarından danışıb. Bildirib ki, Azərbaycan idmançıları qatıldıqları Olimpiya Oyunlarında həmişə medallar qazanaraq xalqımızı sevindiriblər. “Rio-2016” Yay Olimpiya Oyunlarında 18 medal qazanan Azərbaycan milli komandası bu göstəriciyə görə 14-cü yerdə qərarlaşıb. Milli komandamız Avropa ölkələri arasında yeddinci, müsəlman ölkələri arasında birinci olub. Bu, gənc, müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarımızın vətənpərvərliyini göstərir.
A.Əliyev vurğulayıb ki, ölkəmizdə “Olimpiya hərəkatı” məktəblilərin kütləvi idman proqramı uğurla həyata keçirilir. Əsası 2003-cü ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulan proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. “Olimpiya hərəkatı” proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasında mühüm rol oynayır və Azərbaycanda idmanın inkişafına töhfə verir.
“Uşaqların idmana cəlb olunması və bu işin kütləviləşməsi məqsədilə “İdman hamı üçün” adlı televiziya verilişi hazırlanıb. Hər dəfə bir idman növünə həsr olunan proqramda federasiyalarla əməkdaşlıq nəticəsində həmin idman növünün tarixi və bu sahədə qazanılan nailiyyətlər barədə ətraflı söhbət açılır. Proqramda tanınmış idmançılarla yanaşı, atletlərin düzgün qidalanması, hazırlığı və təlim-məşq prosesi barədə də ətraflı məlumat verilir”, - deyə A.Əliyev diqqətə çatdırıb.
Ukrayna Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, professor Vladimir Platonov “Olimpiya idman növlərinin müasir problemləri və milli komandaların Olimpiya Oyunlarına hazırlığı” adlı məruzəsində dopinq problemi və uşaqların idmana cəlb olunması mövzularına toxunub.
Sonra ölkəmizdə uşaqların idmana cəlb edilməsi istiqamətində görülən işlərə dair videoçarx nümayiş olunub.
Hesabat məruzələrindən sonra forum iştirakçıları Olimpiya Hərəkatı, Olimpiya və Avropa oyunları, “Olimpiya Gündəliyi 2020”, idmanın təşviqi və digər mövzularda müzakirələr aparıblar.
Qeyd edək ki, Bakıda bu forumla paralel olaraq Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin iclası da keçirilib.
İclasda AOK-un icraçı prezidenti Janez Koçijançiç, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Avropa Gimnastika İttifaqının prezidenti Georges Guelzec, Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, Ədalətli Oyunlar Komitəsinin prezidenti Jeno Kamuti, AOK-un baş katibi Raffaele Paqnozzi və bir sıra ölkələrin Milli Olimpiya komitələrinin rəhbərləri iştirak ediblər.

 
  • Oxunub:  1350  |  
  • Tarix:  30-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır

17:47
18 Oktyabr
Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi palitrasına yeni nəfəs gətirib
17:45
18 Oktyabr
Sahibə Qafarova: Rusiyanın Ermənistana silah verməsi regionda onsuz da həssas olan vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər
17:36
18 Oktyabr
Sınaq təcrübə stansiyalarında nümunəvi əkinlər zamanı ABŞ-ın təcrübəsi tətbiq oluna bilər
17:31
18 Oktyabr
Azərbaycan ilə Latviya arasında hüquqi əməkdaşlıq genişlənir
17:15
18 Oktyabr
İspaniya mətbuatı: Bakının mərkəzi hissəsi avanqard üslubda binalar və dəbdəbəli mehmanxanalarla zəngindir
17:02
18 Oktyabr
Bakıda Azərbaycan-Avstraliya biznes-forumu keçirilib
16:22
18 Oktyabr
YAP-ın yaranmasının 25-ci və dövlət müstəqilliyimizin 26-cı ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
16:04
18 Oktyabr
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyi qorunub saxlanılıb, möhkəmləndirilib
15:59
18 Oktyabr
Azərbaycanın suverenliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir
15:48
18 Oktyabr
Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilir
15:45
18 Oktyabr
Şahin Mustafayev: Prezident İlham Əliyev sosial-iqtisadi sahədə qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib
15:44
18 Oktyabr
Azərbaycan ilə Latviya arasında məhkəmə-hüquq sahəsində əlaqələr uğurla inkişaf edir
15:22
18 Oktyabr
Rob Sobhani: Azərbaycan torpaqlarının işğalı erməni xalqının maraqlarına cavab vermir
15:14
18 Oktyabr
Yaqub Mahmudov: Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi tarixi nailiyyətimizdir
15:11
18 Oktyabr
Nazir müavini: İkinci Bakı Şopinq Festivalında əsas hədəfimiz xarici turistlərdir
14:41
18 Oktyabr
Azərbaycan ilə Polşa arasında yüksək səviyyəli siyasi əlaqələr var
14:24
18 Oktyabr
Elmar Məmmədyarov: Sarkisyan məsuliyyətsiz şəkildə birgə bəyanatın çərçivəsindən kənara çıxdı
14:17
18 Oktyabr
Xalça Muzeyində maraqlı sərgi - “Uçan xalça”
14:14
18 Oktyabr
Müstəqilliyimizə qədəm qoyduğumuz gündən qazandığımız nailiyyətlər Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir
14:10
18 Oktyabr
Bakıda “Caspian Energy Tourism Forum” keçirilib
14:06
18 Oktyabr
Vitold Vaşçikovski: Azərbaycan Polşa üçün əhəmiyyətli ölkədir
14:01
18 Oktyabr
Fəzail İbrahimli: Azərbaycan xalqı tarix boyu öz müstəqilliyi uğrunda şərəflə mübarizə aparıb
12:50
18 Oktyabr
Azərbaycan Xəzərdə kruizlərin təşkili üçün Rusiya ilə danışıqlara başlayıb
12:07
18 Oktyabr
Elman Məmmədov: Sarkisyan beynəlxalq hüquqa uyğun deyil, kriminal aləmin qanunlarına uyğun davranır
12:06
18 Oktyabr
Vitali Kliçko: Bakının inkişafına tətbiq olunan təcrübəni Kiyevdə istifadə etmək istəyirik
12:03
18 Oktyabr
Azərbaycan-Avstraliya biznes-forumunun iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
11:46
18 Oktyabr
Azərbaycan ilə Rusiya arasında Samur çayı üzərində salınacaq avtomobil körpüsünün təməli qoyulub
11:26
18 Oktyabr
“Atletiko Madrid” klubunun saytında Bakı haqqında videosujet yerləşdirilib
11:22
18 Oktyabr
MM-in deputatı Musa Quliyev: Azərbaycanda idarəetmə sistemində daim uğurlu islahatlar aparılır
11:14
18 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 122 dəfə pozub
10:47
18 Oktyabr
Prezident İlham Əliyev Polşanın xarici işlər nazirini qəbul edib
10:43
18 Oktyabr
Bakıda V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu işə başlayıb
10:41
18 Oktyabr
UEFA Çempionlar Liqası: “Qarabağ” doğma meydanda “Atletiko Madrid”i qəbul edəcək
10:22
18 Oktyabr
Prezident İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının nümayəndə heyətini qəbul edib
10:08
18 Oktyabr
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 26 il keçir
21:02
17 Oktyabr
Nizami Kino Mərkəzində “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi olub
20:48
17 Oktyabr
Azərbaycan turizmin inkişafına yönəlib
20:34
17 Oktyabr
YAP-ın 25 illik yubileyi münasibətilə Pirallahıda keçirilən futbol yarışına yekun vurulub
20:01
17 Oktyabr
Rusiya telekanalı Bakıda keçirilən şopinq festivalı barədə süjet yayımlayıb
19:26
17 Oktyabr
Azərbaycan nümayəndə heyəti Ciddədə sərhəd təhlükəsizliyinə dair beynəlxalq simpoziumda iştirak edib
19:10
17 Oktyabr
Con Hammond: Azərbaycanda əlverişli biznes və investisiya mühiti var
17:54
17 Oktyabr
Nazirlər Kabinetində aparılan islahatlar idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir
17:39
17 Oktyabr
Sevinc Fətəliyeva: Konqresmen Smit işğalçı Ermənistanın ən fəal dəstəkçilərindən biridir
17:32
17 Oktyabr
Mədəniyyət, incəsənət xadimlərinə və turizm işçilərinə fəxri adlar və mükafatlar təqdim edilib
17:27
17 Oktyabr
İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
17:06
17 Oktyabr
İsrailli ekspert Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb
16:58
17 Oktyabr
Bəxtiyar Sadıqov: Azərbaycan tərəfi öz prinsipial mövqeyindən geri çəkilən deyil
16:55
17 Oktyabr
Məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin internet xətti ilə təmin edilməsinə dair layihə müzakirə olunub
16:10
17 Oktyabr
Azərbaycanda miqrantlara münasibətdə heç bir hüquq pozuntusu qeydə alınmayıb
15:46
17 Oktyabr
Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
15:06
17 Oktyabr
Dövlət Müstəqilliyi Günü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
15:01
17 Oktyabr
Robert Sekuta: ABŞ Azərbaycanda iqtisadi islahatları yüksək qiymətləndirir
14:47
17 Oktyabr
Azərbaycan Seulda keçirilən mədəniyyət festivalında təmsil olunub
14:13
17 Oktyabr
“Vaşinqton Tayms”: Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-ın tərəfdaşıdır
14:10
17 Oktyabr
Bakı Dövlət Universiteti ilə Yaponiya universitetləri arasında əməkdaşlıq genişlənir
14:03
17 Oktyabr
Ziyad Səmədzadə: Azərbaycan 2017-ci ilin 9 ayını müsbət sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurub
12:57
17 Oktyabr
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 100 milyon dollar təşkil edib
12:55
17 Oktyabr
Dilarə Cəbrayılova: Cəmiyyətin intellektual potensialının artması ölkənin inkişafına güclü təsir göstərir
12:33
17 Oktyabr
Hikmət Babaoğlu: Azərbaycanın beynəlxalq miqyasda nüfuzu mütəmadi olaraq artır, milli dövlətçiliyimizin əsasları möhkəmlənir
11:09
17 Oktyabr
Vüqar Namazov: Kapital bazarlarına çıxış bu gün tələb deyil, zərurətdir
11:03
17 Oktyabr
Azərbaycan ilə Pakistan arasında dini-mənəvi sahədə əlaqələr müzakirə edilib
10:53
17 Oktyabr
Vüsal Qasımlı: İlin əvvəlindən Azərbaycanda pul bazası 18 faiz artıb
10:37
17 Oktyabr
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
10:34
17 Oktyabr
BANM-ə qəbul olunan Prezident təqaüdçülərinin sayı ötən illərə nisbətən iki dəfə artıb
10:33
17 Oktyabr
İtaliya Senatında Azərbaycan-İtaliya strateji tərəfdaşlığının aspektləri müzakirə olunacaq
10:28
17 Oktyabr
Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək
10:25
17 Oktyabr
Ermənistan silahlı bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 105 dəfə pozub
10:18
17 Oktyabr
Sabah Daşkənd şəhərində “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək
17:56
16 Oktyabr
Vüqar Rəhimzadə: Rusiya regionda təhlükəsizliyə xələl gətirə biləcək addımlara yol verməməlidir
17:21
16 Oktyabr
Sosial təminat haqqında Azərbaycan-Bolqarıstan hökumətlərarası Saziş layihəsi müzakirə olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA