Ana səhifə »  İdman »  Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin açılış mərasimi olub
A+   Yenilə  A-
Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin açılış mərasimi olub

Sentyabrın 22-də Bakıda, Milli Gimnastika Arenasında qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdiyi çempionatın açılış mərasimi maraqlı konsert proqramı ilə başlayıb.
Sonra çempionatda iştirak edən ölkələrin dövlət bayraqları arenaya gətirilib və Avropa Voleybol Konfederasiyasının himni səsləndirilib.
Baş nazirin birinci müavini, voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov açılış mərasimində çıxış edərək deyib: “Hörmətli qonaqlar və voleybol azarkeşləri.
Hörmətli beynəlxalq və milli federasiyaların rəsmiləri.
Bu gün Azərbaycana daha bir idman bayramı gəlib. Avropanın ən güclü qadın voleybol kollektivləri qədim və gözəl Bakı şəhərinə toplaşıblar. Avropa çempionatının final mərhələsində iştirak etmək üçün “Odlar Yurdu” Azərbaycana təşrif gətirmiş bütün qonaqları səmimi qəlbdən salamlayıram. Hazırkı Avropa çempionları Rusiya kollektivinə, Almaniya, Belçika, Bolqarıstan, Çexiya, Hollandiya, Macarıstan, Polşa, Serbiya, Türkiyə və Ukrayna kollektivlərinə “Azərbaycana xoş gəlmisiniz!” deyirəm.
Bu gün Azərbaycan hər bir tədbiri, o cümlədən idman yarışlarını yüksək səviyyədə keçirməyə qadirdir. Bunun sübutu olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin rəhbərliyi ilə iki il ərzində - 2015-ci ildə Bakı şəhərində keçirilmiş ilk Avropa və bu ilin mayında keçirilmiş IV İslam Həmrəyliyi oyunlarını, Ümumdünya Şahmat Olimpiadasını, Formula-1 Qran-Pri yarışlarını, idmanın bir sıra növləri üzrə dünya və Avropa çempionatlarını, Dünya Kuboku və “Böyük dəbilqə” yarışlarını, yüzlərlə beynəlxalq turniri sadalaya bilərik. Futbol üzrə UEFA Avropa Liqası turnirinin 2019-cu ildə keçiriləcək final oyunu və 2020-ci ildə Avropa çempionatının qrup oyunları da bu möhtəşəm silsilənin davamı olacaq.
Təbii ki, bütün bunlar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsidir. Ulu öndərin siyasətini davam etdirən Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bilavasitə şəxsi təşəbbüsü ilə Azərbaycanın bütün regionlarında 40-dan çox Olimpiya Kompleksinin, möhtəşəm idman qurğularının tikilib istifadəyə verilməsi ilə idmançılara göstərilən xüsusi diqqət və qayğı nəticəsində əldə edilən nailiyyətlər müqayisə olunmayacaq dərəcədə artmışdır. Hələ keçmiş SSRİ dövründə belə Azərbaycan idmançıları arasında Olimpiya çempionları və mükafatçıları, dünya və Avropa çempionları var idisə də, bu gün bu çempionlarımızın sayı xeyli çoxalmışdır.
Bu gün Azərbaycan müasir, dünyəvi, sabit və demokratik bir ölkədir və Prezident İlham Əliyev tərəfindən insanların sağlam həyat tərzi sürməsi, gənclərin sağlam ruhda böyüməsi üçün hər cür şərait yaradılıb.
Qeyd etmək istərdim ki, Avropa Voleybol Konfederasiyasının 2016-cı ilin sentyabrında keçirilmiş yığıncağında 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin üç qrupunun oyunlarının, o cümlədən yarımfinal və final oyunlarının 22 sentyabr-1 oktyabr tarixlərində Azərbaycanda, bir qrupunun oyunlarının isə dost və qonşu Gürcüstanda keçirilməsi haqqında qərar qəbul edilib. Bu qərara görə Avropa Voleybol Konfederasiyasının rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk və Təşkilat Komitəsi adından bu çempionatın da dünya standartlarına uyğun və ən yüksək səviyyədə keçiriləcəyinə əmin olduğumu bildirmək istəyirəm.
Məlumat üçün nəzərinizə çatdırıram ki, bir qrupun oyunları Göygöl Olimpiya Kompleksində, digər oyunlar isə Bakı şəhərində hazırda iştirak etdiyiniz bu gözəl və möhtəşəm sarayda - Milli Gimnastika Arenasında keçiriləcək.
Eyni zamanda, biz bu çempionatda Azərbaycan yığma komandasının da uğurla çıxış edəcəyinə ümid edirik. Gözəl ənənələrə malik olan Azərbaycan voleybolunun 90 yaşı var. Bu illər ərzində dövlətimizin diqqət və qayğısı sayəsində Azərbaycan voleybolu böyük yüksəliş yolu keçib, müxtəlif illərdə qadınlardan ibarət klub komandalarımız Avropa Çempionlar Liqasının, Avropa “Top Komandalar” kubokunun, “Çelenc” və CEV Kuboku yarışlarının qalib və mükafatçıları olub. 2016-cı ildə isə qadınlardan ibarət Azərbaycan yığma komandası Avropa Liqasının qalibi olub və bununla da dünya Qran-Prisinə vəsiqə qazanıb. Ümidvarıq ki, bu nailiyyətlər bu çempionatda da davam etdiriləcək.
Əziz idmansevərlər.
Bir daha bütün voleybol ictimaiyyətini bu bayram münasibətilə ürəkdən təbrik edir, bütün iştirakçılara uğurlar və azarkeşlərə zövq bəxş etdirəcək oyunlar nümayiş etdirməyi arzulayıram”.
* * *
Baş nazirin birinci müavini, Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov qadınlar arasında voleybol üzrə Avropa çempionatını açıq elan edib.

 
  • Oxunub:  7350  |  
  • Tarix:  23-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mehriban Əliyeva: MDB Daxili İşlər Nazirləri Şurası vətəndaşların normal, dinc həyatını təmin etmək üçün çox mühüm vəzifəni həyata keçirir

11:48
23 İyul
Ağdam rayonunun işğal altında olan kəndlərində yaşıllıqlar tamamilə məhv edilib
10:47
23 İyul
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ağdamın işğalının 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
10:39
23 İyul
Türkiyənin Xarici İşlər naziri Azərbaycana gəlir
10:37
23 İyul
Angela Merkel Azərbaycana səfər edəcək
09:54
23 İyul
Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub
09:19
23 İyul
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 25 il keçir
18:28
21 İyul
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:07
21 İyul
Hikmət Babaoğlu: Prezident İlham Əliyevin Fransaya səfəri ölkəmizin milli maraqları baxımından olduqca önəmlidir
17:07
21 İyul
Qoşunların operativliyinin artırılması ilə bağlı tapşırıqlar verilib
17:05
21 İyul
Naxçıvanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşları təltif olunub
17:03
21 İyul
Muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları gətirilib
17:01
21 İyul
Təhsil Nazirliyinin kollegiyası müəyyənləşib
17:00
21 İyul
Siyasi ekspert: Azərbaycan Prezidentinin Fransaya səfəri böyük əhəmiyyətə malikdir
16:57
21 İyul
Gövhər Baxşəliyeva: Azərbaycanda dünya ölkələrinə nümunə göstəriləcək dövlət-din münasibətlərinin xüsusi modeli mövcuddur
16:55
21 İyul
Hadi Rəcəbli: Ölkəmizdə yeni iş yerlərinin yaradılması daim diqqət mərkəzindədir
16:26
21 İyul
“The Jerusalem Post”: Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələri strateji xarakter daşıyır
16:23
21 İyul
Kənd Təsərrüfatı Nazirliyi: 17 regionda imtahan-qeydiyyat məntəqələri yaradılıb
16:16
21 İyul
Şəmsəddin Kuzenci: Azərbaycan dövləti mətbuata xüsusi diqqət göstərir
15:17
21 İyul
Fransalı jurnalist Azərbaycan qadınının cəmiyyətdə yeri və rolundan yazıb
14:10
21 İyul
X Qəbələ Beynəlxalq Musiqi Festivalını proqramı açıqlanıb
13:18
21 İyul
Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərin 31 faizinin icrası tamamlanıb
13:16
21 İyul
Moldova Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib
12:05
21 İyul
Bakıda Beynəlxalq Media Forumu keçirilir
12:03
21 İyul
Bəhruz Həsənov: Sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı təxribat xarakterli yazılar dərc edənlərə qarşı ciddi addımlar atırıq
11:34
21 İyul
Səfir: Azərbaycan-Türkiyə münasibətləri "bir millət - iki dövlət" prinsipinə əsaslanıb
11:23
21 İyul
“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının loqosu təqdim olunub
11:22
21 İyul
Vüqar Səfərli: Dövlət mətbuata hərtərəfli diqqət göstərir
11:19
21 İyul
Əflatun Amaşov: Azərbaycan milli mətbuatı ötən 143 ildə çətin və şərəfli yol keçib
10:51
21 İyul
Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalının başlanmasına bir il qalıb
10:32
21 İyul
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
10:25
21 İyul
Bəhruz Quliyev: Birinci vitse-prezident Mehriban Əliyeva MDB DİN rəhbərlərinə sabit və inkişaf edən Azərbaycanın həqiqətlərini çatdırdı
10:22
21 İyul
Pirallahıda məcburi köçkünlər üçün yeni məhəllə salınır
10:15
21 İyul
Milli Məclisin deputatları Riqada seminarda iştirak edəcəklər
17:52
20 İyul
Hikmət Babaoğlu: Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması bütün MDB ölkələrinin marağında olmalıdır
17:46
20 İyul
Vüqar Rəhimzadə: “Əkinçi”dən başlanan yol bugünkü uğurlarımızın bələdçisidir
17:30
20 İyul
Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
17:24
20 İyul
Paşinyanın Brüssel uğursuzluğu
17:10
20 İyul
Azərbaycanda mövcud olan dini tolerantlıq bütün dünyada örnək kimi qəbul edilir
16:59
20 İyul
Media nümayəndələri Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında oftalmoloji müayinədən keçiblər
16:57
20 İyul
Azərbaycan Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyasında təmsil olunub
16:48
20 İyul
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqinə dəstək məqsədilə keçid planının hazırlanmasına başlanılır
16:36
20 İyul
Elçin Mirzəbəyli: Çap mediasının inkişafının əleyhinə olan “Media klubu”nda cəmləşənlərin istəyi öz korporativ maraqlarının təmin olunmasıdır
16:33
20 İyul
Media maarifçilik hərəkatının ön sırasındadır
16:28
20 İyul
Əli Əhmədov: Müasir cəmiyyətimizi söz və mətbuat azadlığı olmadan təsəvvür etmək mümkün deyil
16:26
20 İyul
Hikmət Babaoğlu : İnanmaq olmur ki, özünü Azərbaycan mətbuatının bir parçası hesab edən, məhz media adı altında fəaliyyət göstərməyə çalışan insanlar çap mediasının gərəksizliyini irəli sürürlər
16:24
20 İyul
Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub
16:14
20 İyul
Müvəqqəti işlər vəkili: ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək
16:10
20 İyul
“Dövlət və din modeli” mövzusunda müzakirələr aparılıb
15:49
20 İyul
Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edib
15:47
20 İyul
İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edib
15:43
20 İyul
Bakıda Azərbaycanın, Gürcüstanın və Almaniyanın özəlləşdirmə qurumları nümayəndələrinin iştirakı ilə seminar keçiriləcək
15:34
20 İyul
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qaxda vətəndaşları qəbul edib
15:23
20 İyul
Azərbaycan, Gürcüstan və Almaniya arasında daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə sahəsində əməkdaşlıq genişlənir
15:01
20 İyul
Prezident Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri İtaliya mətbuatının diqqət mərkəzindədir
14:56
20 İyul
Prezident İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub
14:37
20 İyul
Akif Aşırlı: Dövlətin çap mətbuatının inkişafına maliyyə dəstəyi göstərməsi birmənalı şəkildə təqdir olunmalıdır
14:21
20 İyul
Uşaqlarla bağlı sosial xidmətlərin inkişafı sahəsində görüləcək işlərə dair fikir mübadiləsi aparılıb
14:09
20 İyul
Aydın Quliyev: Azərbaycan mediası qərəzli və qisasçı şəxslərin mülahizələri əsasında yox, dövlətimizin mətbuata dəstək konsepsiyası əsasında inkişaf edir
13:59
20 İyul
Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib
13:25
20 İyul
Prezident İlham Əliyev Fransanın SADE şirkətinin prezidenti ilə görüşüb
13:22
20 İyul
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçilib
13:17
20 İyul
YAP Sədrinin müavini Əli Əhmədov Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüşüb
13:06
20 İyul
“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər
12:45
20 İyul
Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12:31
20 İyul
Əli Əhmədov: Azərbaycan inkişafını qısqananlar təxribatlar törətməyə cəhd etsə də, heç nəyə nail ola bilmirlər
12:29
20 İyul
Birinci vitse-prezident Mehriban Əliyeva MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakı iclasının iştirakçılarını qəbul edib
12:25
20 İyul
Əbülfəs Qarayev Qazaxda vətəndaşlarla görüşüb
12:08
20 İyul
Fransanın “Bouygues Travaux Publics” şirkəti Azərbaycanda nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlıdır
11:59
20 İyul
Yusuf Məmmədəliyev: Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə çalışır
11:51
20 İyul
Prezident İlham Əliyevin “CIFAL” qrupunun prezidenti ilə görüşü olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +32
gecə+23 +26