Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Qarabağ” klubunun baş məşqçisi: Bu qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm

“Qarabağ” klubunun baş məşqçisi: Bu qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm

25.08.2017 [10:12]

Bu qələbə münasibətilə bütün Azərbaycan xalqını, qarabağlıları təbrik edirəm. Bu uğur Azərbaycan futbolunun inkişafına, idmanın bu növünün, eləcə də “Qarabağ” komandasının ölkəmizdə daha çox sevilməsinə mühüm töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubunu mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə yüksələn Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov oyundan dərhal sonra “İdman Azərbaycan” kanalının canlı efirində telefon bağlantısı zamanı deyib.
“Qarabağ”ın ilk hissədən fərqli olaraq, matçın ikinci yarısında daha yaxşı oyun nümayiş etdirdiyini vurğulayan təcrübəli mütəxəssis deyib: “İlk hissədə də çıxışımız pis alınmırdı və əsas diqqəti müdafiəyə ayırmışdıq. Rəqib pressinq edirdi. Ona görə də çalışırdıq ki, təzyiqdən çıxaq və təhlükəli əks-hücum quraq. Ev sahibi komanda istər-istəməz daha inamlı oynayır. Lakin buna baxmayaraq, ikinci hissədə futbolçular özlərinə inandılar, daha əzmkar, soyuqqanlı oyun nümayiş etdirdilər. Yekunda oyunun nəticəsi düşündüyümüz kimi uğurlu alındı”.
Q.Qurbanov transfer dövrünün başa çatmasına çox az vaxt qaldığını vurğulayaraq bildirib: “Mütləq transfer etmək istəyirik. Heyətə ən az bir-iki futbolçunu cəlb etməyə çalışırıq. Sabahdan bu haqda düşünməyə başlayacağıq”.

Paylaş:
Baxılıb: 858 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31