Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / IV İslam Həmrəyliyi Oyunları iqtisadi və siyasi cəhətdən əhəmiyyətli hadisədir

IV İslam Həmrəyliyi Oyunları iqtisadi və siyasi cəhətdən əhəmiyyətli hadisədir

11.04.2017 [09:56]

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları nəinki ölkəmizin təbliğində və tanıdılmasında xüsusi yer tutur, həm də iqtisadi və siyasi cəhətdən də olduqca əhəmiyyətli hadisədir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) AZƏRTAC-a bildiriblər ki, bunu aprelin 10-da universitetin könüllü tələbələri ilə görüşdə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov söyləyib.
Oyunların son hazırlıq işlərindən, könüllülər üçün təşkil olunan təlimlərdən danışan E.Səfərov oyunların təşkili və yarışlarda iştirak edəcək ölkələr barədə ətraflı məlumat verib, tələbələrin suallarını cavablandırıb.
ADNSU-nun prorektoru, dosent Ata Babayev IV İslam Həmrəyliyi Oyunlarının ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını söyləyib. O, oyunlara yüksək səviyyəli hazırlıq prosesini və tələbələrin könüllü olaraq bu oyunlara qoşulmasını qürurverici hal adlandırıb.
A.Babayev ölkəmizi dünyada və islam ölkələri arasında tanıtmaq, malik olduğumuz potensialı bir daha göstərmək üçün İslam Həmrəyliyi Oyunlarının xüsusi əhəmiyyəti olduğunu qeyd edib.

Paylaş:
Baxılıb: 776 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30