Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Şakir Şelbat: “Bakı-2015” Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində təşkil edilib

Şakir Şelbat: “Bakı-2015” Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində təşkil edilib

21.06.2015 [13:47]

“Mən Azərbaycanda ilk dəfə 10 il əvvəl olmuşam. O vaxtdan bəri bu gözəl ölkədə keçirilən beynəlxalq yarışlara tez-tez gəlirəm. Azərbaycanın o vaxtkı və indiki vəziyyəti arasında yerlə-göy qədər fərq var. Azərbaycan günbəgün dəyişir. Bakının dünyanın möhtəşəm şəhərinə çevrilməsinin şahidiyəm. Şəhər çox sürətlə inkişaf edir. Azərbaycanda çoxlu sayda idman tədbirləri keçirilir. Sizin idmançılar son illər böyük nailiyyətlər əldə edirlər. Yaxşı ki ilk Avropa Oyunları məhz Bakıda keçirilir. Çünki paytaxtınızda idman yarışlarının keçirilməsi üçün çox mükəmməl idman obyektləri, infrastruktur var”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Baku Crystal Hall”da keçirilən ilk Avropa Oyunlarının taekvondo yarışlarının baş hakimi, Dünya Taekvondo Federasiyasının və Avropa Taekvondo İttifaqının hakimlər komitələrinin sədri Şakir Şelbat deyib.
“Birinci Avropa Oyunları Azərbaycan və qitə üçün yeni səhifə açıb. Bu, Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün geniş imkanların açılması deməkdir. Avropa Oyunları qitədə ilk dəfə keçirilir. Bu, çox böyük uğurdur. Mən “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirirəm, çox böyük işlər görülüb”, - Ş.Şelbat vurğulayıb.
Azərbaycanda Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı fikirlərini bölüşən Şakir Şelbat diqqətə çatdırıb ki, Azərbaycanda gələcəkdə bu Oyunların keçirilməsi mümkündür. Paytaxtınızda Olimpiya Oyunlarının keçirilməsi üçün hər cür şərait - idman obyektləri, otellər, böyük prospektləriniz, mükəmməl nəqliyyat sistemi mövcuddur. Birinci Avropa Oyunları da Olimpiya Oyunları səviyyəsində keçirilir. Bu Oyunlar sanki kiçik Yay Olimpiya Oyunlarıdır. Düşünürəm ki, birinci Avropa Oyunları Olimpiya Oyunlarının gələcəkdə Azərbaycanda təşkilinə doğru atılmış böyük bir addımdır. İlk Avropa Oyunlarını gördükdən sonra Olimpiya Oyunlarının təşkili üçün Azərbaycanda bütün imkanların mövcud olduğunu müşahidə edirəm. Əgər 2024-cü ildə Olimpiya Oyunlarını təşkil etmək Azərbaycana həvalə olunsa mən buna heç də təəccüblənməyəcəm.
Hakimlər komitəsinin sədri deyib: “Mən açılış mərasimində olmuşam. Bu mərasimə heyran qaldım, çox möhtəşəm idi. Orada çox böyük təşkilati iş görülmüşdü. Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı bu sahədə xidmətlərini yüksək qiymətləndirirəm. Birinci xanım və onun komandası Oyunların yüksək səviyyədə təşkili üçün mümkün olan hər şeyi edib. Çoxlu sayda könüllünün işi də məni heyran etdi. İlk Avropa Oyunlarının açılış mərasimi Olimpiya Oyunları səviyyəsində gözəl və möhtəşəm keçirildi. “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin rəhbərliyini, əməkdaşlarını və Azərbaycan xalqını bu möhtəşəm idman bayramı münasibətilə təbrik edirəm. Əminəm ki, Azərbaycan 2024-cü ildəki Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə namizədliyini irəli sürəcəyi təqdirdə bu Oyunların təşkili ona həvalə ediləcək”.
“Bakı-2015”in taekvondo yarışlarının baş hakimi yarışların səviyyəsi və Azərbaycan hakimlərinin fəaliyyətini də yüksək qiymətləndirib. Qeyd edib ki, Bakıya müxtəlif idman növlərində, öz çəki dərəcələrinə dünyanın ən yaxşı atletləri, olimpiya çempionları gəliblər.
Azərbaycan hakimlərinin peşəkarlığı yüksəkdir. Onlar həmişə Avropa Taekvondo İttifaqının tədbirlərində fəal iştirak edir, müxtəlif beynəlxalq yarışlara hakimlik edir, təcrübələrini artırırlar.
Taekvondo yarışlarında gözlənilməz nəticələrə, o cümlədən Ayxan Tağızadənin güclü rəqiblərini məğlub edərək qızıl medal qazanmasına gəlincə deyə bilərəm ki, komandaların çoxu gücləniblər. Çünki bildiyiniz kimi, çoxlu məşq etmək idmançıların yaxşı nəticələr əldə etməsinə gətirib çıxarır. Belə gənc və istedadlı idmançıların yetişməsi Azərbaycanda idmana dövlət tərəfindən göstərilən qayğının nəticəsidir.
Avropa Oyunları zamanı xalların hesablanması üçün elektron qoruyucuların istifadə olunması hakimlərin yarışlarda ədalətli qərar qəbul etməsinə kömək edir və onların işini daha da asanlaşdırır.

 
Paylaş:
Baxılıb: 684 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31