Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Akrobat gimnastların yarışlarında qızıl medalları Belçika və Rusiya idmançıları qazanıb

Akrobat gimnastların yarışlarında qızıl medalları Belçika və Rusiya idmançıları qazanıb

21.06.2015 [13:42]

Birinci Avropa Oyunları çərçivəsində iyunun 19-da akrobat gimnastlar yenidən medallar uğrunda mübarizəyə qatılıblar.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında qızlardan ibarət komandaların və qarışıq cütlüklərin çoxnövçülük üzrə final görüşləri keçirilib.
Komanda yarışlarında 11, qarışıq cütlüklərin mübarizəsində isə 8 ölkə təmsilçisi qüvvəsini sınayıb. Azərbaycan gimnastlarının da iştirak etdikləri bu yarışların qalibi 86,480 xal toplayan Belçika komandası olub. Rusiya akrobatları 85,430 xalla ikinci, Belarus akrobatları 84,610 xalla üçüncü yerləri tutublar.
Qalib komandalara medalları Avropa Olimpiya Komitəsinin vitse-prezidenti və Milli Olimpiya Komitələri Assosiasiyasının üzvü Aleksandr Kozlovski təqdim edib.
Qarışıq cütlüklərin çoxnövçülük yarışlarının finalında isə ən yüksək nəticəni rusiyalı idmançılar göstərib. Yelena Velikova və Aleks Zekov 86.180 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Gümüş medalı Belçika idmançıları Yana Vestavel və Solano Qassamojor (86,180 xal), bürünc medalı isə Böyük Britaniya akrobatları Hannah Bauhn və Ryan Bartlett (85,160) qazanıblar.
Qaliblərə medalları Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki təqdim edib.
İyunun 21-də akrobati gimnastlar temp və balans hərəkətləri üzrə medallar uğrunda yarışacaqlar.

 
Paylaş:
Baxılıb: 883 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31