Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycanlı oxatan Olqa Senyuk növbəti mərhələdə Danimarka təmsilçisi ilə qarşılaşacaq

Azərbaycanlı oxatan Olqa Senyuk növbəti mərhələdə Danimarka təmsilçisi ilə qarşılaşacaq

21.06.2015 [13:41]

İyunun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qadın oxatanların fərdi mübarizəsinə 1/32 mərhələdən start verilib.
AZƏRTAC xəbər verir ki, qadın oxatanların yarışında Azərbaycan təmsilçiləri də mübarizə aparıblar. İlk olaraq mübarizəyə qoşulan Olqa Senyuk rumıniyalı Simona Bancilaya 6:5 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
Yaylagül Ramazanova (Azərbaycan) - Xatuna Narimanidze (Gürcüstan) qarşılaşmasının qalibi isə gürcüstanlı oxatan olub - 4:6.
Kamandan oxatma üzrə qadınlar arasında fərdi mübarizədə sonuncu təmsilçimiz Nurlanə Vəliyeva isə rusiyalı Kristina Timofeyeva ilə qarşılaşıb. Sərrast atışlardan sonra rusiyalı oxatan 6:0 hesabı ilə qalib gəlib.
İyunun 21-də qadınların fərdi yarışlarının 1/16 mərhələsində aşağıdakı cütlüklər mübarizə aparacaqlar:
Karina Vinter (Almaniya) - Ünsal Begünhan (Türkiyə)
Nicky Hunt (Böyük Britaniya) - Nataliya Yerdniyeva (Rusiya)
Kristina Timofeyeva (Rusiya) - Evangeliya Psarra (Yunanıstan)
Anastasiya Pavlova (Ukrayna) - Alexandra Lonqova (Slovakiya)
Yasemin Anagöz (Türkiyə) - Alena Tolkaç (Belarus)
Adriana Martin (İspaniya) - Xatuna Narimanidze (Gürcüstan)
Natalia Valeeva (İtaliya) - Yuliya Lobzhenidze (Gürcüstan)
Alisia Marin (İspaniya) - Laura Ruggieri (Fransa)
Yelena Richter (Almaniya) - Hanna Marusova (Belarus)
Miriam Alacon (İspaniya) - Quendalina Sartori (İtaliya)
İnna Stepanova (Rusiya) - Aybukə Aktuna (Türkiyə)
Yekaterina Timofeyeva (Belarus) - Lidiya Siçenikova (Ukrayna)
Berengere Sçuh (Fransa) - Esther Deden (Niderland)
Olqa Senyuk (Azərbaycan) - Maya Jaqer (Danimarka)
Veronika Marçenko (Ukrayna) - Elena Tonetta (İtaliya)
Lisa Unruh (Almaniya) - Adriana Zuranska (Polşa).

 
Paylaş:
Baxılıb: 682 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31