Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Rafael Ağayev: İlk Avropa Oyunları idmançılarımız üçün yaxşı imkan yaradacaq

Rafael Ağayev: İlk Avropa Oyunları idmançılarımız üçün yaxşı imkan yaradacaq

23.05.2015 [10:14]

“İlk Avropa Oyunları idmançılarımız üçün yaxşı imkan yaradacaq”. Bunu qəzetimizə Dünya və Avropa çempionu Rafael Ağayev deyib. Onun sözlərinə görə, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın dünyaya daha yaxşı tanıtımı ilə yanaşı, Yay Olimpiya Oyunlarının Azərbaycana gətirilməsi üçün də bir fürsət olacaq: “Azərbaycan dünyəvi bir dövlətdir. Ölkəmizdə son illərdə insan kapitalına verilən dəyər, digər sahələrdəki inkişaf göstəricilərimiz təkcə rəqəmlərdə deyil, konkret işlərdə özünü əyani göstərib. İdman sahəsində əldə etdiyimiz nailiyyətlər də böyükdür. Avropa Oyunları Azərbaycanı əyani olaraq görmək üçün minlərlə insana bir fürsət olacaq. Digər tərəfdən, Azərbaycanın idman modeli nümunəsinin öyrənilməsinə şərait yaradacaq. Azərbaycanda dövlətin idman siyasətinə, sağlam həyat tərzinə verdiyi dəyərin yaxından təhlil edilməsi baxımından da bu Oyunların rolu danılmazdır”.
Rafael Ağayev ilk Avropa Oyunlarının ölkəmizin turizm potensialına müsbət təsir göstərəcəyini də vurğulayıb: “Bu Oyunlar Azərbaycanda turizmin inkişafına, ölkəmizə turist axınının artmasına da təsirsiz ötüşməyəcək. Bilirsiniz ki, Oyunlar zamanı ölkəmizə xeyli sayda qonaq gələcək. Bu da ölkədə turizmin inkişafına təkan verəcək. Fürsətdən istifadə edib mən, həmçinin, bu Oyunlarda iştirak edəcək idmançı dostlarıma uğurlar arzu etmək istərdim. Bilirəm ki, onlar həmişə olduğu kimi, bu dəfə də xalqımıza qələbə sevinci yaşatmağı bacaracaqlar”.
Vüsalə CAVANŞİR

Paylaş:
Baxılıb: 654 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30