Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Biz siyasi sahədə çox uğurla əməkdaşlıq edirik, beynəlxalq təşkilatlarda, Birləşmiş Millətlər Təşkilatında bir-birimizi dəstəkləyirik
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Biz siyasi sahədə çox uğurla əməkdaşlıq edirik, beynəlxalq təşkilatlarda, Birləşmiş Millətlər Təşkilatında bir-birimizi dəstəkləyirik

Prezident İlham Əliyev İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Hildi Hamid deyib: Zati-aliləri Prezident İlham Əliyev. İndoneziya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmağımla bağlı etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim etməkdən şərəf duyuram. İcazə verin, həmçinin Sizə Prezident Coko Vidodonun İndoneziya hökuməti və xalqı adından səmimi salamlarını çatdırım. Prezident Coko Vidodo İndoneziya ilə Azərbaycan arasında, xüsusilə iqtisadiyyat sahəsində daha güclü əməkdaşlığın və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi arzusundadır. Təşəkkür edirəm.
Səfiri salamlayan Prezident İlham Əliyev deyib: Xoş gəlmisiniz, cənab səfir. Sizi görməyə çox şadam. Xahiş edirəm mənim də ən xoş salamlarımı cənab Prezident Coko Vidodoya çatdırın. Mən bizim əməkdaşlıqda sürətli inkişafı görəcəyimə ümid edirəm. Siz də qeyd etdiyiniz kimi, iqtisadi sahədə daha mühüm tərəfdaşlıq istiqamətlərini müəyyən etmək üçün bizim çox böyük potensialımız var. Əlbəttə ki, müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün güclü siyasi əlaqələr çox faydalı olacaq. Biz siyasi sahədə çox uğurla əməkdaşlıq edirik, beynəlxalq təşkilatlarda, Birləşmiş Millətlər Təşkilatında bir-birimizi dəstəkləyirik. Sözsüz ki, biz səylərimizi Qoşulmama Hərəkatı Təşkilatı çərçivəsində koordinasiya edirik. Biz Qoşulmama Hərəkatında təşəbbüslərimizə dəstək nümayiş etdirdiyinə görə İndoneziyaya minnətdarıq.
Bildiyiniz kimi, Qoşulmama Hərəkatında şərəfli missiya olan sədrliyi üzərimizə götürəndə mən dedim ki, Azərbaycan öz fəaliyyətində, atdığı addımlarda beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Biz işğal illəri ərzində İndoneziya tərəfindən Azərbaycana davamlı dəstəyin göstərilməsinə görə xüsusilə minnətdarıq. İndoneziya BMT Baş Assambleyası, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı tərəfindən qəbul edilmiş dəstək xarakterli qətnamələrə həmişə qoşulmuşdur və Azərbaycanın haqq işini dəstəkləmişdir. Bu dəstək uzun illər ərzində nümayiş etdirilmişdir və münaqişənin həlli üçün bizim mövqeyimizi, çox möhkəm hüquqi bazanın yaradılması prosesini gücləndirmişdir. Münaqişə zamanı hökumətiniz Azərbaycana dəstəyini ifadə etmişdir, biz bunu yüksək qiymətləndiririk. Xarici İşlər Nazirliyi erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına dəstək olaraq bəyanat vermişdir. Biz buna görə sizə çox minnətdarıq. Həmçinin ölkənizin parlamenti, parlamentinizin bir çox üzvləri Azərbaycanla həmrəy olduqlarını ifadə etmiş və dəstəyini bildirmişdir.
Bütün bunlar Azərbaycan xalqına məlumdur və bu, Azərbaycan hökuməti tərəfindən yüksək qiymətləndirilir. İndoneziya Birləşmiş Millətlər Təşkilatında müzakirələr zamanı müharibə gedən vaxt bizim mövqeyimizə güclü dəstək göstərən Qoşulmama Hərəkatının digər üzvləri arasında olmuşdur. Bildiyiniz kimi, Təhlükəsizlik Şurasının bəzi üzvləri yeni qətnamələrin və qərarların qəbul edilməsi prosesinə başlamaq istəyirdilər. Bu, əslində, bizim ərazilərin işğaldan azad olunması ilə bağlı haqq işimizi dayandırmaq üçün bir cəhd idi. Bu cəhdlər və düşünülmüş bu mətnlər Təhlükəsizlik Şurasının üzv ölkələri tərəfindən qəbul edilmiş qətnamələrə istinad etmirdi. Beləliklə, İndoneziya Qoşulmama Hərəkatının üzvü olan digər dost ölkələrlə birlikdə ərazi bütövlüyümüzün bərpa edilməsinin dayandırılmasına yönəlmiş bu cəhdlərin qarşısını aldı və biz bunu çox yüksək qiymətləndiririk. Biz buna görə minnətdarıq. Bu, həmrəyliyin, dəstəyin və dostluğun ifadəsidir. Beləliklə, bu, bizim əməkdaşlığın siyasi əsasıdır.
Biz indi irəliyə baxmalıyıq. Azərbaycan öz ərazilərini azad etdikdən və ərazi bütövlüyünü bərpa etdikdən sonra iqtisadi əməkdaşlıq üçün böyük imkanlar var, həmçinin işğaldan azad olunmuş torpaqlarda da. Biz planlaşdırdığımız müxtəlif layihələri icra etmək, həmçinin birliyimizi nümayiş etdirmək üçün İndoneziya şirkətlərini tərəfdaşlarımız, podratçılarımız qismində görmək istəyirik. Bu, bizim planımızdır. Sizə burada xoş vaxt keçirməyi, çox fəal iş arzulayıram. Çünki ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün iqtisadi sahədə çoxlu işlər görülməlidir. Əminəm ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı biz yaxşı irəliləyiş görəcəyik.
Səfir Hildi Hamid: Zati-aliləri, İndoneziya ilə əlaqələrə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm. Zati-aliləri cənab Prezident, İndoneziyanın Azərbaycandakı səfiri təyin olunmağımdan şərəf hissi duyur, vəzifəmin məsuliyyətini tam dərk edirəm. Səfir olduğum müddətdə hər iki ölkənin hökumətləri və xalqları arasında dostluğu və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə, qarşılıqlı anlaşmanı və dostluğu yaxşılaşdırmağa səy göstərəcəyəm. İndoneziya ilə Azərbaycan arasındakı əlaqələrin yeni səviyyəyə çatdırılması üçün əlimdən gələni əsirgəməyəcəyəm ki, Zati-alinizin və hökumətinizin tam dəstəyi ilə ölkələrimiz arasında əməkdaşlıq davam etdirilsin. Azərbaycan Respublikasına inkişaf, Azərbaycan xalqına isə rifah diləyirəm.

 
  • Oxunub:  2820  |  
  • Tarix:  17-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

25 Fevral 09:13
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir
25 Fevral 09:07
“CoronaVAC” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır
25 Fevral 09:05
Ermənistanda siyasi qarşıdurma kəskinləşir
25 Fevral 09:04
Savadsızlıq, yoxsa qərəz?
24 Fevral 20:42
Ceyhun Bayramovun Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub
24 Fevral 20:39
Azay Quliyev: 44 günlük müharibədən sonrakı vəziyyət mövcud reallığa uyğun addımların atılmasını daha da vacib edir
24 Fevral 19:46
Xocalı faciəsi qurbanlarının xatirəsi Tbilisidə anılıb
24 Fevral 19:41
Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini ilə görüşüb
24 Fevral 19:38
Ankarada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbir təşkil edilib
24 Fevral 19:12
3 dəqiqə ərzində görmə qabiliyyətini necə yaxşılaşdırmaq olar?
24 Fevral 19:06
YAP Gədəbəy rayon təşkilatı Xocalı soyqırımı ilə bağlı videokonfrans keçirib
24 Fevral 18:54
Hava temperaturunun koronavirus infeksiyasına yoluxmaya təsiri aşkar edilib
24 Fevral 18:49
Məqsədyönlü sosial-iqtisadi islahatlar iqtisadiyyatımızın güclənməsini və müasirləşməsini təmin edir
24 Fevral 18:09
Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir
24 Fevral 18:08
Aşqabadda Türkiyə-Azərbaycan-Türkmənistan sammiti keçiriləcək
24 Fevral 17:41
Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq göstərilir
24 Fevral 17:25
Mikayıl Cabbarov: Keçən il dövlət satınalmaları 14,8 faiz artıb
24 Fevral 17:23
Hikmət Babaoğlu: Cənubi Qafqaza davamlı və uzunmüddətli sülhün gəlməsi yeni qarşılıqlı faydalı regional əməkdaşlıqdan keçir
24 Fevral 17:15
BDU-da Beynəlxalq elmi konfrans: Xocalı soyqırımının tarixi, siyasi və hüquqi aspektləri
24 Fevral 17:14
Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar
24 Fevral 17:10
Karol Büro-Bonnar: Azərbaycanda keçirdiyimiz görüşlər zamanı Fransa ictimaiyyətinə çatdırmaq üçün çoxsaylı faktlar əldə etdik
24 Fevral 17:08
Günay Əfəndiyeva “Müstəqilliklərinin 30-cu ilində türk respublikaları: dünən, bu gün və sabah” adlı onlayn seminarda iştirak edib
24 Fevral 17:05
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib
24 Fevral 17:01
Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə sanki məğlubiyyətin acığını çıxmağa çalışır
24 Fevral 16:42
Təhsildən yazan media nümayəndələri üçün maarifləndirici onlayn təlim keçirilib
24 Fevral 16:40
Avropa İttifaqının dəstəyi, UNFPA və RİİB-in təşkilatçılığı ilə Azərbaycanda ilk “Gender bərabərliyi” hakatonu keçirilib
24 Fevral 16:39
Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçıları və idmançılar ilə görüş keçirilib
24 Fevral 16:37
Azərbaycan və Pakistan parlamentlərarası dostluq qruplarının Xocalı soyqırımına həsr olunmuş görüşü keçirilib
24 Fevral 16:34
Türk Şurasının energetika nazirlərinin ilk iclası keçirilib
24 Fevral 16:33
Azərbaycan vətəndaşları Gürcüstana PCR testi ilə səfər edə biləcəklər
24 Fevral 16:30
Türkiyədə “Mavi Vətən–2021” təlimlərinə 87 gəmi, 27 təyyarə və 20 helikopter cəlb olunacaq
24 Fevral 16:25
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatı
24 Fevral 16:24
DİN bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş qəza barədə məlumat yayıb
24 Fevral 16:21
Fransa Milli Assambleyasının deputatı: Azərbaycan multikultural, bütün mədəniyyətlərə və konfessiyalara açıq ölkədir
24 Fevral 16:19
Rusiyalı jurnalist: Erməni silahlı qüvvələri tərəfindən torpaqların gen-bol minalanması həmin əraziləri öz nəzarətində saxlamağa kömək etmədi
24 Fevral 16:17
Beynəlxalq platformalar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması hər zaman diqqət mərkəzində olub
24 Fevral 16:15
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciət edib
24 Fevral 16:13
Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək
24 Fevral 16:11
Ombudsman Aparatında ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib
24 Fevral 16:06
"Siyasi fəaliyyətimi Yeni Azərbaycan Partiyası ilə bağladım və hesab edirəm ki, doğru addım atmışam"
24 Fevral 15:35
Hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alanların sayı 27 nəfərə çatıb
24 Fevral 15:15
Milli Kitabxanada “Xocalı 29” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
24 Fevral 15:14
Tbilisidə Xocalı soyqırımına həsr olunmuş fləşmob keçirilib
24 Fevral 15:09
Azərbaycanda koronavirusdan 145 nəfər sağalıb, 220 yeni yoluxma faktı qeydə alınıb
24 Fevral 15:01
Xocalı soyqırımı qurbanlarının xatirəsi Belçikada da anılıb
24 Fevral 14:47
Türkiyəli həkimlər tərəfindən qazilərimizin müayinəsi davam edir
24 Fevral 14:46
Ukrayna Ali Radasının deputatı: Xocalı hadisələri bütün bəşəriyyət tarixində silinməz ləkədir
24 Fevral 14:43
Vətən müharibəsində düşmənə vurulan aviazərbələri əks etdirən videogörüntülər yayılıb - VİDEO
24 Fevral 14:38
Misir KİV-ləri: Xocalı soyqırımının 29-cu ildönümü bu il Azərbaycanda fərqli şəkildə anılır
24 Fevral 14:35
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər zaman Azərbaycanın haqq işinə dəstək verib
24 Fevral 14:29
Abşeron yarımadasında gecə 9 dərəcəyədək şaxta gözlənilir
24 Fevral 14:27
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində xeyli işlər görüb
24 Fevral 14:06
"Sabahın məktəbi" mövzusunda vebinar keçiriləcək
24 Fevral 13:24
Müdafiə Nazirliyi Xocavənd rayonunun Ağdam kəndinin videogörüntülərini paylaşıb VİDEO
24 Fevral 13:22
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xaçmazda 613 ağac əkilib
24 Fevral 13:20
Yardımlıda Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
24 Fevral 13:06
FHN vətəndaşları ehtiyatlı olmağa, təhlükəsiz davranış qaydalarına əməl etməyə çağırır
24 Fevral 12:58
Türkiyənin Azərbaycandan təbii qaz idxalı artıb
24 Fevral 12:57
Şəkidə Xocalı faciəsi qurbanlarının xatirəsinə 613 ağac əkilib
24 Fevral 12:41
“Jewish Journal” nəşrində ermənipərəst senatorların bəyanatlarına cavab məqaləsi dərc edilib
24 Fevral 12:28
Kiyevdə Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: Soyqırımının xronikası” kitabının təqdimatı olub
24 Fevral 12:23
Avtomobil yollarındakı vəziyyət açıqlanıb
24 Fevral 12:03
Bakı Nəqliyyat Agentliyi: Bəzi istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir
24 Fevral 12:01
Baş nazir Əli Əsədov İrakli Qaribaşvilini Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib
24 Fevral 11:59
Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir
24 Fevral 11:51
“Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib
24 Fevral 11:42
Bakıda qarlı havada isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır
24 Fevral 11:38
Bakı Şəhər İcra Hakimiyyəti qarlı və çovğunlu hava şəraiti ilə əlaqəli görülən işlərlə bağlı açıqlama yayıb
24 Fevral 09:07
“Peyvənd olunanlar arasında ciddi yan təsirlərə, allergik reaksiyalara rast gəlinməyib”
24 Fevral 09:06
Ermənistanda qarşıdurma pik həddinə çatıb

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA