Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Biz ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən çox məmnunuq
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Biz ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən çox məmnunuq

Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev deyib: Sizi görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz.
Məhəmməd Cavad Zərif: Təşəkkür edirəm, cənab Prezident. Mən Prezident Ruhaninin ən xoş arzularını və salamlarını çatdırıram.
Prezident İlham Əliyev: Çox sağ olun. Mənim də ən səmimi salamlarımı və yeni ildə ən xoş arzularımı cənab Prezidentə çatdırın. İl artıq başlayıb və mən planlarımızı müzakirə etmək, görülmüş işlərə yenidən nəzər salmaq üçün sizi Azərbaycanda qəbul etməyə şadam. Biz ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Bildiyiniz kimi, biz çoxsaylı - prezidentlər səviyyəsində 10-dan çox, eləcə də digər yüksək rütbəli rəsmilər səviyyəsində görüşlər keçirmişik. Bu görüşlərin hamısı çox səmərəli olub. Bu yaxınlarda ölkənizdə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev mənə aparılan müzakirələr və razılaşmalar barədə hesabat verdi. Biz planlaşdırdığımız bütün işləri həyata keçirmişik. Biz son bir neçə ildə iki qardaş ölkənin çox yaxın olduğu siyasi sahədə, iqtisadi sahədə, nəqliyyat, enerji sahələrində çox yaxşı nəticələr görürük. Bizim bu gün diqqətimizdə olan Şimal-Cənub nəqliyyat dəhlizi kimi bütün layihələr, enerji infrastrukturu ilə bağlı layihələr uğurla inkişaf edir. Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. Mənə indicə məlumat verilib ki, ötən il yükdaşımaların həcmi demək olar ki, 20 faiz artıb. Bu, çox müsbət nailiyyətdir. Baxmayaraq ki, onu tam şəkildə başa çatdırmamışıq, biz bu istiqamətdə hərəkət edirik.
Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar, sözsüz ki, özəl investorlar, həmçinin dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır. Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir və sözsüz ki, bizim Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır. Ümidvaram ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya və hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəyik. Həmçinin bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə - Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək və bir çox digər məsələlər.
Bizim müzakirə edəcəyimiz çox məsələlər var. Mən, ilk növbədə, ikitərəfli əlaqələrimizi, onların səviyyəsini, inkişaf tempini, nailiyyətləri və yeni planları yüksək qiymətləndirdiyimi bildirmək istərdim. Əlbəttə ki, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var. Beləliklə, cənab Nazir, bir daha xoş gəlmisiniz.
Məhəmməd Cavad Zərif: Cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Əvvəlcə Sizi və Azərbaycan xalqını ərazilərinizi azad etməyiniz münasibətilə təbrik etmək istərdim. Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır. Mən Sizin “3+3” əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur.
Ölkənizin ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır. Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub.
Energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr bizim üçün prioritet təşkil edir və şirkətlərimiz işə başlamağa hazırdır. Zati-aliniz tərəfindən qeyd edilən layihələrə gəldikdə, bildirmək istəyirəm ki, biz Sizin rəhbərliyiniz altında bu günə qədər həyata keçirdiyimiz səfərlər, o cümlədən ölkənizin Baş nazirinin müavini və xarici işlər nazirinin İrana olduqca uğurlu səfərlərini yüksək qiymətləndiririk. Biz Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq. Buraya elektrik enerjisinin istehsalı, energetika, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir. Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə surətli irəliləyiş əldə olunmuşdur və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik.
Prezident İlham Əliyev: Əlbəttə. Bildiyiniz kimi, mən Xudafərin ərazisinə səfər edərkən həmin sərhədi dostluq sərhədi adlandırdım. Bu, məhz dost və qardaş xalqların sərhədidir.

 
  • Oxunub:  3840  |  
  • Tarix:  26-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Hesab edirəm ki, regionun gələcək inkişafı üçün bu gün nadir imkanlar yaranıb

03 Mart 22:16
MOK-da "Olimpiya Gündəliyi 2020" komissiyasının növbəti iclası keçirilib
03 Mart 22:08
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Topqapı sarayını ziyarət edib
03 Mart 22:04
Aslan Əzimzadə: Azərbaycan milli prioritetlər çərçivəsində yaşıl artım ölkəsinə çevriləcək
03 Mart 20:58
Nazir Anar Kərimovun iştirakı ilə İstanbulda Azərbaycan mədəniyyətinə həsr olunan sərgi açılıb
03 Mart 20:56
Yaponiyanın ölkəmizdəki səfiri Ədliyyə Nazirliyində olub
03 Mart 18:54
AQTA ilə Polşanın Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib
03 Mart 18:46
Baş Prokurorluq ilə Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb
03 Mart 18:43
Prezident İlham Əliyev: Pakistanla hərbi sahədə əməkdaşlığımız dünyada sülhün bərqərar olunmasına töhfə verəcək
03 Mart 18:42
Ərazilərin bərpası Qarabağı regionun ən müasir bölgəsinə çevirəcək
03 Mart 18:38
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub
03 Mart 18:35
Birgəyaşayış ənənəsi Azərbaycanda bütün dövrlərdə müşahidə edilib
03 Mart 18:34
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
03 Mart 18:28
Azərbaycan ilə Özbəkistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb
03 Mart 18:25
“Böyük qayıdışın” perspektivləri - çiçəklənən, güclənən və qüdrətlənən Azərbaycan...
03 Mart 18:19
Azərbaycan Prezidenti müharibə zamanı nümayiş etdirdiyi dəstəyə görə qardaş Pakistana təşəkkürünü bildirib
03 Mart 18:13
Milli Məclisdə İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib
03 Mart 18:09
Dövlət Vergi Xidməti: Dövlət-sahibkar münasibətlərində “horizontal platforma”nın qurulması hədəflənir
03 Mart 18:05
Romada Xocalı soyqırımı ilə əlaqədar aksiya keçirilib
03 Mart 17:56
Mövlud Çavuşoğlu: Türkiyə tərəfi regionda çoxtərəfli əməkdaşlığa üstünlük verir
03 Mart 17:50
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib
03 Mart 17:29
Milli Məclisin sədri Sahibə Qafarova Venesuelanın Azərbaycandakı səfiri ilə görüşüb
03 Mart 17:02
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
03 Mart 17:00
Gənclər təşkilatlarının nümayəndələri vergi islahatları barədə məlumatlandırılıb
03 Mart 16:58
İsrailli həkimlər tərəfindən qazilərin müayinə və müalicələri davam edir
03 Mart 16:55
Şərqşünaslıq İnstitutunda seminar: Nizami və Şərq ədəbiyyatı
03 Mart 16:53
Düsen Kaseinov: Dahi Nizami Gəncəvi haqqında bəhs etmək şərəfli və qürurvericidir
03 Mart 16:49
“İki dövlət bir millət” prinsipi Azərbaycan-Türkiyə münasibətlərinin ana xəttini təşkil edir...
03 Mart 16:42
Dövlətimizin başçısı tutarlı və dəqiq cavabları ilə xarici media orqanlarının diqqətini yenidən Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi
03 Mart 16:15
Azərbaycanın xarici işlər naziri italiyalı həmkarı ilə telefonla danışıb
03 Mart 16:13
Cavanşir Paşazadə: Böyük Qayıdışın təmin olunması üçün bütün işlər mərhələli və planlı şəkildə həyata keçiriləcək
03 Mart 16:08
Türkiyə-Azərbaycan münasibətləri regionda sülhün təminatıdır
03 Mart 16:04
Alimlər Yer kürəsindəki bütün canlıların məhv olmasının tarixini müəyyən ediblər
03 Mart 16:02
Milli Məclisin martın 9-da keçiriləcək iclasının gündəliyi açıqlanıb
03 Mart 16:00
Prezident informasiya cəbhəsində ön xətdədir
03 Mart 15:37
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
03 Mart 15:32
Koreyanın Cecu adasında Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib
03 Mart 15:29
Azərbaycanda koronavirusdan 161 nəfər sağalıb, 319 yeni yoluxma faktı qeydə alınıb
03 Mart 15:19
Ramil Həsən: Regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün geniş imkanlar açılıb
03 Mart 15:08
Sevinc Hüseynova: Azərbaycan informasiya müharibəsində qələbələr qazanır
03 Mart 15:06
Bütün dünya Azərbaycan Prezidentinin nə qədər güclü və xarizmatik, qətiyyətli lider olduğunu bir daha gördü
03 Mart 15:03
NASA ilk dəfə olaraq Veneranın ən böyük dağlıq bölgəsinin şəkilini çəkib
03 Mart 15:00
Yağlı qidaların qəbulu orqanizmdə hansı fəsadlara yola aça bilər?
03 Mart 14:55
Göygöl rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir
03 Mart 14:38
Azərbaycanın mədəniyyət naziri Türkiyədə yaşayan və fəaliyyət göstərən incəsənət xadimləri ilə görüşüb
03 Mart 14:36
YAP Göygöl rayon təşkilatının yaranmasının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
03 Mart 14:33
Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndinin videogörüntülərini yayıb - VİDEO
03 Mart 14:31
Azərbaycan XİN Avropanın bəzi ölkələrinin parlamentlərinin qəbul etdiyi sənədlərə münasibət bildirib
03 Mart 14:21
ABŞ-ın Atlanta şəhərindəXocalı soyqırımına həsr olunmuş sərgi təşkil edilib
03 Mart 13:00
“Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı böyük qələbə, zəfər tarixi yazdı
03 Mart 12:54
Eldar İbrahimov: Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxundu
03 Mart 12:48
285 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir
03 Mart 12:47
Ankarada “Nizami Gəncəvi İli” ilə bağlı yüzdən artıq nadir əsər sərgilənib
03 Mart 12:42
Moldova KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransını geniş işıqlandırıb
03 Mart 12:27
Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri ilə görüşüb
03 Mart 12:27
Martın 3-ü Ümumdünya Vəhşi Təbiət Günüdür
03 Mart 12:14
Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir
03 Mart 12:13
Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının vaksinasiyası əvvəlcədən müəyyənləşdirilmiş qrafiklə növbəli şəkildə aparılır
03 Mart 12:07
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış olublar
03 Mart 12:06
Tibbi ehtiyacların ödənilməsi üzrə işlər davam etdirilir
03 Mart 12:01
Bakı Metropoliteninin bütün infrastrukturu yoxlanılacaq
03 Mart 11:59
Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın diqqətini bir daha Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəltdi
03 Mart 11:56
Azərbaycan Texniki Universitetində onlayn “Açıq qapı” günləri davam edir
03 Mart 11:38
Azərbaycanda indiyədək peyvənd olunanların sayı 300 mini keçib
03 Mart 11:36
Azərbaycanda ictimai nəqliyyatda təmassız ödəniş imkanları genişləndiriləcək
03 Mart 11:28
Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik
03 Mart 11:27
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktoranturaya qəbul imtahanı keçirilib
03 Mart 11:25
Martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür
03 Mart 11:23
FHN-in əməkdaşları nazirliyin Tibb Mərkəzində COVID-19 əleyhinə peyvənd olunur
03 Mart 11:21
Azərbaycan İsraillə enerji sistemi məsələlərini müzakirə edib
03 Mart 11:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: COVAX çərçivəsində ölkələrin peyvəndlə təmin olunmasına dair vədə əməl olunmur

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA