Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Dəfələrlə demişəm, Türkiyənin gücü bizim gücümüzdür və birlikdə biz daha güclüyük
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Dəfələrlə demişəm, Türkiyənin gücü bizim gücümüzdür və birlikdə biz daha güclüyük

Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Ümit Dündar və Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: Xoş gəlmisiniz, sizi görməyimə şadam. İl başa çatır və çox şadam ki, ilin sonunda siz Azərbaycana səfər edirsiniz. Bu il biz sizinlə dəfələrlə görüşmüşük. Fürsətdən istifadə edərək, sizi və bütün Türk Silahlı Qüvvələrini Yeni il münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Yeni ildə yeni uğurlar diləyirəm.
İki gün əvvəl əziz qardaşım cənab Prezident Rəcəb Tayyib Ərdoğanla danışmışıq və sizin səfəriniz haqqında da söhbət etdik. Fürsətdən istifadə edərək, bir daha qardaş Türkiyə dövlətinə, qardaş türk xalqına, şəxsən cənab Prezident Rəcəb Tayyib Ərdoğana bizə göstərilmiş böyük dəstəyə görə təşəkkürümü bildirirəm. Müharibə zamanı bu böyük siyasi və mənəvi dəstək bizə əlavə güc verdi, bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır, əbədidir və bütün günlərdə - xoş günlərdə, ağır günlərdə biz bir-birimizin yanındayıq. Eyni zamanda, dünyanın digər bölgələrində Türkiyənin gücünün artması, xüsusilə 2020-ci ildə Türkiyənin bir çox məsələlərdə söz sahibinə çevrilməsi bizi haqlı olaraq sevindirir. Dəfələrlə demişəm, Türkiyənin gücü bizim gücümüzdür və birlikdə biz daha güclüyük. Əminəm ki, gələn il də nəzərdə tutulmuş bütün planlar icra ediləcək.
Bizim üçün bu il xüsusi əhəmiyyət daşıyır, böyük Zəfər ili kimi Azərbaycan tarixində əbədi olaraq qalacaq. Uzun illərin işğalına son qoyuldu, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları işğal edilmiş torpaqlardan qovdu və ədaləti, tarixi ədaləti, haqq-ədaləti, beynəlxalq hüququ bərpa etdi. Şəhidlər oldu, yaralılar oldu, müharibələrdə bu, qaçılmazdır. Biz şəhidlərin ruhu qarşısında and içmişik ki, dağıdılmış bu bölgələri bərpa edəcəyik. Artıq bərpa işləri başlandı, ilkin kontraktlar imzalandı. Şadam ki, ilkin tərəfdaşlarımız yenə də türk şirkətləridir. Onlar bizim üçün önəmli infrastruktur layihələrini artıq icra etməyə başlamışlar. Xüsusilə Füzuli-Şuşa avtomobil yolunun tikintisində türk şirkətləri Azərbaycan şirkətləri ilə birlikdə fəaliyyət göstərirlər. Bütün başqa layihələrdə türk şirkətlərinin fəaliyyəti artıq təsdiq edilib, o cümlədən Kəlbəcərə çəkiləcək yeni yol, tunellər və digər infrastruktur layihələri icra ediləcək. Tezliklə biz bu bölgələrə həyat qaytarmalıyıq. Çünki mən orada olarkən gördüm ki, erməni vəhşiliyinin sərhədi yoxdur, hər tərəf dağıdılıb, hər tərəf viran edilib və aydındır ki, bu dağıntılar müharibə zamanı olan dağıntılar deyil. Çünki müharibə zamanı belə dağıntılar olmayıb. Müharibədən sonra, işğaldan sonra onlar bizim tarixi, mədəni, dini irsimizi silmək istədilər, şəhərlərimizi yerlə bir etdilər ki, heç zaman bundan sonra azərbaycanlılar o torpaqlara qayıtmasınlar. Amma səhv etdilər, yanıldılar, biz artıq qayıtmışıq, qayıdacağıq və Qarabağ bölgəsi dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.
Gələn il bizim üçün böyük quruculuq ili olacaq, ilkin tapşırıqlar verilib. Eyni zamanda, erməni silahlı qüvvələri tərəfindən ara-sıra atəşkəs pozulur və əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var. Deyə bilərəm ki, bizdə olan məlumata görə, azad edilmiş bəzi torpaqlarda hələ də mövcud olan erməni silahlı birləşmələri Ermənistan siyasi rəhbərliyinə tabe deyillər, onların bir çoxu zərərsizləşdirlib, bir çoxu həbs edilib. Onlar müharibə əsirləri sayıla bilməz, onlar terrorçudurlar. Onlara imkan verildi. O cümlədən Rusiya sülhməramlı qüvvələri bu işlərə qoşularaq, imkan verildi ki, onlar o bölgələrdən çıxsınlar. Bu təklifə riayət edənlər çıxdılar və Ermənistan tərəfinə təhvil verildilər, ancaq bir qisim hələ də qalır və bizə qarşı terror aktları törədir. Buna baxmayaraq, bütövlükdə atəşkəs saxlanılır və hesab edirəm ki, bu, noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Bəyanatın müsbət tərəfidir. Bununla paralel olaraq biz hazırda Azərbaycan, Ermənistan, Türkiyə dəhlizinin formalaşmasına da böyük önəm veririk, ilkin tapşırıqlar verildi. Biz yaxın günlərdə Horadizdən Zəngilana qədər, Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq, artıq texniki-iqtisadi əsaslandırma hazırlanır. Qısa müddət ərzində müvəqqəti olaraq Horadizdən Zəngilana qədər yol da çəkildi, mən özüm o yolla getmişəm, rahat, yüksək sürətlə getmək olar. Hesab edirəm ki, dəmir yolunun tikintisi maksimum 2 il çəkəcək. Ancaq bizim fikrimiz ondan ibarətdir ki, bu tarixi gözləməyək, həm dəmir yolu ilə Horadizə qədər, ondan sonra tırlarla daşımalar aparıla bilər. Bu, artıq bizim gündəliyimizdə olan vacib məsələdir. Hesab edirəm və əminəm ki, biz artıq Azərbaycandan Ermənistan və Naxçıvan ərazisindən Türkiyəyə ilk yükləri göndərə və əks istiqamətdən qəbul edə bilərik. Beləliklə noyabrın 10-da imzalanmış Bəyanatın önəmli hissəsi olan Naxçıvan dəhlizinin açılması da həyata keçiriləcəkdir.
Nəhayət sonuncu məsələ Türkiyə-Rusiya Monitorinq Mərkəzidir. Azərbaycan bu məsələ ilə bağlı da öz öhdəliyini yerinə yetirir. Azərbaycan tərəfi indi Ağdam bölgəsində bu Monitorinq Mərkəzi üçün bina inşa edir. Bu Monitorinq Mərkəzi yaxın 10 günə - maksimum iki həftəyə hazır olacaqdır. Bildiyimə görə, artıq Türkiyə tərəfi də fəaliyyətə başlamaq üçün tam hazırdır. Yəqin ki, siz Rusiya tərəfi ilə də təmaslardasınız, Monitorinq Mərkəzi nə qədər tez fəaliyyətə başlasa, o qədər də yaxşıdır. Çünki müharibədən təxminən iki ay keçməsinə baxmayaraq, hələ də təhdidlər, təhlükələr var. Nəzarətsiz erməni silahlı birləşmələri bizim ərazimizdə fəaliyyət göstərirlər və onların bir hissəsi çıxmaq, təslim olmaq istəmirlər. Ona görə, bu təhdidi aradan qaldırmaq və gələcəkdə bütövlükdə bölgəmizdə sülhün, sabitliyin təmin edilməsi üçün Monitorinq Mərkəzi mütləq olmalıdır. Çünki əfsuslar olsun ki, Ermənistanda bəzi siyasi qüvvələr revanşist fikirlərlə yaşayırlar, açıq bəyanatlar verirlər ki, gün gələcək onlar Azərbaycana qarşı müharibə aparacaqlar, Azərbaycan torpaqlarını işğal edəcəklər. Bu, onlar üçün özünəqəsd olacaq. Təbii ki, belə cəhdlər dərhal yerindəcə aradan qaldırılacaq, ancaq bu təhdidlər var. Ona görə bu bölgədə monitorinq, nəzarət aparılmalıdır və Türkiyə-Rusiya mərkəzi bu funksiyanı əminəm ki, şərəflə yerinə yetirəcəkdir.
Əlbəttə ki, Vətən müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da möhkəmləndirdi və sizin iştirakınızla, əziz qardaşımın iştirakı ilə keçirilmiş hərbi parad bunu bir daha göstərdi. Siz gördünüz ki, bu, nə qədər böyük sevincə, coşquya səbəb oldu, on minlərlə, yüz minlərlə insan küçələrə axışdı və bizim Azərbaycan və türk əsgərlərini qarşıladı. Bu, bizim birliyimizin nümunəsidir. Paradı seyr edərkən iki il öncəki parad da yadımıza düşdü. O vaxt biz Bakının azad edilməsində Nuru Paşa Ordusunun, Qafqaz İslam Ordusunun qəhrəmanlığını qeyd etmişdik. Bu dəfə isə Qarabağın azad edilməsini qeyd etmişik. Yenə də bərabərik və əbədi də bir yerdə olacağıq. Bir daha xoş gəlmisiniz.
* * *
Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib: Cənab Prezident, vaxt ayırıb bizi qəbul etdiyiniz üçün öz adımdan və nümayəndə heyətinin üzvləri adından çox təşəkkür edirik, sağ olun.
Cənab Prezidentimizlə Siz mütəmadi olaraq danışırsınız, amma yenə də o, Sizə salam göndərdi. Salamlarını Sizə çatdırmaq istəyirəm.
Fürsətdən istifadə edib gec də olsa, doğum gününüzü təbrik edirik, neçə belə illərə çıxasınız. Liderliyinizi, inşallah, möhkəm cansağlığı və uğurlarla davam etdirəcəksiniz.
Təbii ki, burada bəzi duyğusal anlar da yaşadıq. Biz bunları unutmuruq, bu barədə dostlarımızla davamlı danışırıq. Bunlardan birincisi noyabrın 10-da saat ikidəki nitqinizdir. Həqiqətən də o, bir Zəfər nitqi idi. Bunu daim xatırlayırıq. İkinci də 30 il işğala səssiz qalıb, seyr edib, hər şey bitdikdən sonra buraya gəlib Minsk qrupu olduqlarını xatırladanlara bu masada verdiyiniz cavabı da böyük bir zövqlə, böyük bir dərs olaraq Türkiyədə izlədik. Həqiqətən də hər kəs Sizin bu qətiyyətinizdən qürur duydu.
Qarabağ Zəfərinin, Sizin də dediyiniz kimi, həqiqətən Qafqazın tarixində çox önəmli yeri var. Bu, həm Türkiyə-Azərbaycan əlaqələri baxımından dönüş nöqtəsi oldu, həm də Qafqazın gələcəyi baxımından həqiqətən çox önəmli bir addım oldu. Sizin də dediyiniz kimi, bu Zəfərin taclanması üçün, inşallah, ən qısa vaxtda Ortaq Mərkəzin fəaliyyətə başlamasından sonra Naxçıvan ilə Zəngilan arasında kommunikasiya xətti qurulacaq ki, bu da qardaşların bir-biri ilə sıx əlaqəsi - Türkiyənin, Naxçıvanın və Azərbaycanın fiziki olaraq bir-birinə bağlanması baxımından çox önəmlidir.
Təbii ki, otuz illik bu mübarizə başa çatdıqdan, torpaqların işğaldan azad olunmasından sonra, inşallah, qarşıdakı dövrdə Sizin liderliyinizlə qoyulacaq sərmayələrlə orada rifah artacaq, əmin-amanlıq möhkəmlənəcək və ora bütün bölgə üçün, Qafqaz üçün cazibə mərkəzinə çevriləcək. Azərbaycanın iradəsi ilə burada sülhün və sabitliyin təmin olunmasında Azərbaycan ilə Türkiyənin birliyi, bərabərliyi, çiyin-çiyinə çalışması həqiqətən təkcə bu gün üçün deyil, gələcək üçün də böyük perspektivlər vəd edir. İnşallah, qarşıdakı dövrdə bu qardaşlıq bir ürək, bir bilək, bir yumruq olaraq davam edəcək. Bununla da hər kəsin bura ilə bağlı planlarını yenidən nəzərdən keçirəcəyini, diqqətli olacağını düşünürük.
* * *
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

 
  • Oxunub:  3780  |  
  • Tarix:  06-01-2021  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir

26 Yanvar 19:27
Milli Məclis sədrinin müavini: Ölkəmiz münasibətlərini dostluq, qardaşlıq mövqeyini əsas götürməklə formalaşdırır
26 Yanvar 19:20
Dünya İqtisadi Forumu pandemiya ilə mübarizədə innovativ həll yollarını müzakirə edir
26 Yanvar 19:12
Rusiyaya ixrac olunan məhsullara tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar görüş keçirilib
26 Yanvar 19:08
Azərbaycanın və Türkiyənin nümayəndə heyətlərinin rəhbərləri AŞPA-da birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər
26 Yanvar 18:28
Müdafiə Nazirliyi Qubadlı rayonunun Dəmirçilər kəndinin videogörüntülərini paylaşıb VİDEO
26 Yanvar 18:15
Yeni qaz sayğaclarını onlayn idarə etmək mümkün olacaq
26 Yanvar 18:11
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib
26 Yanvar 18:05
Azərbaycan nəqliyyat-tranzit dəhlizlərinin logistika mərkəzinə çevrilir
26 Yanvar 17:55
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
26 Yanvar 17:45
“YAŞAT” Fondu tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir
26 Yanvar 17:40
Paytaxtda yeni müntəzəm marşrut xətti təşkil olunub
26 Yanvar 17:37
Nazir: Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 70 faizi ötüb
26 Yanvar 17:27
Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib
26 Yanvar 17:20
Azərbaycan Texniki Universiteti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı davam etdirir
26 Yanvar 17:17
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçki elan edir
26 Yanvar 17:16
Ruslan Əliyev: Pandemiya ilə əlaqədar abonentlərin təbii qaz sərfiyyatı artıb
26 Yanvar 16:49
Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
26 Yanvar 16:37
Azərbaycanda koronavirusdan 551 nəfər sağalıb, 326 yeni yoluxma faktı qeydə alınıb
26 Yanvar 16:28
FHN: Azərbaycan və Rusiya pirotexniklərinin birgə fəaliyyəti nəticəsində indiyədək 340 mina və 3 partlamamış sursat aşkarlanıb
26 Yanvar 16:11
Prezident İlham Əliyev: Ölkəmizdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməli və tətbiq edilməlidir
26 Yanvar 16:03
Prezident: Biz texnoloji inkişaf sahəsində daim qabağa hədəflənməli, hərbi sahədə yenilikləri Azərbaycana gətirməliyik
26 Yanvar 16:01
Əhliman Əmiraslanov: “Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik”
26 Yanvar 15:58
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır
26 Yanvar 15:48
Prezident İlham Əliyev: Azərbaycanda texnologiyaların inkişafı sahəsində daha böyük addımlar atılmalıdır
26 Yanvar 15:44
“WhatsApp” nə üçün 30 milyondan çox istifadəçi itirib?
26 Yanvar 15:42
Qarabağ əhalisinin etno-demoqrafik dinamikasına dair hesabat hazırlanıb
26 Yanvar 15:29
Plastik tullantılardan daha bir məqsəd üçün istifadə olunacaq...
26 Yanvar 15:15
Vüqar Bayramov: “Dostluq” yatağındakı resurslar hər iki ölkənin valyuta gəlirlərinə əhəmiyyətli töhvə verəcək
26 Yanvar 15:08
Prezident: Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi
26 Yanvar 15:01
Musa Quliyev: Qarabağın dirçəlişində hamımız fəal iştirak etməliyik
26 Yanvar 15:00
YAP Tovuz rayon təşkilatının Şura iclası keçirilib
26 Yanvar 14:58
Prezident İlham Əliyev: Azərbaycan Xəzərdə ən böyük donanmaya sahibdir və hər il donanmaya yeni gəmilər təqdim edilir
26 Yanvar 14:51
Prezident İlham Əliyev: Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir
26 Yanvar 14:42
Prezident: Azərbaycandan keçən yolların çoxşaxəli olması bizim imkanlarımızı böyük dərəcədə artırır
26 Yanvar 14:35
Səməd Seyidov: Yalnız tarazlığa riayət etməklə iki xalq arasında körpü yaratmaq olar
26 Yanvar 14:28
Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib
26 Yanvar 14:27
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 106-cı kitabı çapdan çıxıb
26 Yanvar 14:17
Milli Məclisin deputatı Ağalar Vəliyev: Qarabağda baş verən canlanmanın tezliklə ölkəmizin inkişafına təkan verməsinin və həyatımıza müsbət təsir göstərməsinin şahidi olacağıq
26 Yanvar 14:14
Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
26 Yanvar 13:55
ICESCO-nun Baş direktoru mədəni irs təşkilatlarını sıx əməkdaşlığa çağırıb
26 Yanvar 13:19
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin sayını gündə 3 dəfəyədək artırır
26 Yanvar 13:15
Beynəlxalq Təhsil Gününə həsr olunan tədbir keçirilib
26 Yanvar 12:49
26 yanvar - Dünya Ekoloji Təhsil Günüdür
26 Yanvar 12:46
Hikmət Babaoğlu: Yeni regional tərəfdaşlıq konfiqurasiyasında yerləri və rolları Azərbaycan təyin edir
26 Yanvar 12:45
Jalə Əliyeva: Ötən həftənin üç əhəmiyyətli məqamı
26 Yanvar 12:26
“Dostluq” yatağından birgə istifadə xalqlarımızın rifah halının daha yaxşılaşması üçün yeni imkanlar yaradacaq
26 Yanvar 12:11
Millət vəkili Naqif Həmzəyev şəhid ailələrinə və qazilərə baş çəkib
26 Yanvar 12:08
Azad edilən ərazilərin minalardan təmizlənməsi davam edir - Anar Eyvazov
26 Yanvar 12:06
Məişət texnikası və mobil telefon alarkən nəyə diqqət etmək lazımdır?
26 Yanvar 12:01
Vaşinqtondakı “Atlantik Şurası” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə onlayn-seminar keçirib
26 Yanvar 11:50
Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyünün 20 illiyi Strasburqda qeyd olunub
26 Yanvar 11:41
Gəncə-Qazax-Gürcüstan avtomagistralının genişləndirilməsi davam edir
26 Yanvar 11:36
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Karxulu kəndinin videogörüntülərini paylaşıb - VİDEO
26 Yanvar 11:12
Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji dəstək məqsədilə yaradılan Komissiyanın ilk iclası keçirilib
26 Yanvar 10:56
Nazir: Dünya İqtisadi Forumunda qlobal iqtisadiyyatın davamlı inkişafı müzakirə olunur

26 Yanvar 10:13
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə məlumatı

26 Yanvar 09:21
Şuşanın işğaldan azad edilməsi Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir
26 Yanvar 09:18
Mübariz Tağıyev: Şuşada Vaqif poeziya günlərinin və “Xarı bülbül” festivalının bərpası həm siyasi, həm də mənəvi baxımdan olduqca mühüm əhəmiyyət daşıyır
26 Yanvar 09:16
Əliqismət Lalayev: Şuşada “Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin yenidən keçirilməsi hamının arzusudur
26 Yanvar 09:14
Timsahın göz yaşları, yaxud Əli Kərimlinin saxta “narahatlığı”
26 Yanvar 09:11
Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək

26 Yanvar 09:10
Antimilli şura - satqınlıq və xəyanət simvolu

26 Yanvar 09:08
Zamir Hüseynov: 2021-ci il Qarabağa möhtəşəm qayıdışımızın başlanğıcı olacaq
26 Yanvar 09:07
Tahir Kərimli: Ərazi bütövlüyünü təmin edən Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub
26 Yanvar 09:05
Abutalıb Səmədov: “Dostluq” yatağının birgə işlənməsini Azərbaycanın neft-qaz sənayesində yeni mərhələnin başlanğıcı hesab etmək olar
26 Yanvar 09:04
Əlisahib Hüseynov: Bu anlaşma nəinki hər iki ölkə, eyni zamanda, bölgə və bütün Türk dünyası üçün olduqca mühüm tarixi əhəmiyyətə malikdir
26 Yanvar 09:03
Fuad Əliyev: Şəhid ailələrinə və qazilərə təkcə dövlət deyil, bütün vətəndaşlar diqqət və qayğı göstərməlidir

26 Yanvar 09:02
Radikalların yalanlar seriyası...

26 Yanvar 09:00
Ermənistan hökuməti aqoniya vəziyyətindədir
26 Yanvar 08:58
Peyvənd tətbiq olunduğu gündən bir ay sonra qoruyuculuğunu göstərməyə başlayır

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA