Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Niderlandın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Paulin Eizema deyib: Zati-aliləri cənab Prezident. Bu gün burada olmaq və əlahəzrət Niderland Kralı Villem-Aleksandrın etimadnaməsini Sizə təqdim etmək mənim üçün həqiqətən şərəfdir. O, məndən ölkənizə və xalqınıza ən xoş salamlarını çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev deyib: Təşəkkür edirəm. Xoş gəlmisiniz. Belə gətirdi ki, Sizin Azərbaycana gəlişiniz, demək olar, müharibə dövrünə təsadüf etdi. Odur ki, obyektiv səbəblərə görə bizim görüşümüz təxirə salındı. Mənə məlumat verilmişdir ki, siz, demək olar, iki ay bundan əvvəl gəlmisiniz. Əminəm ki, görüşümüzün nə üçün daha əvvəl baş tutmamasını başa düşürsünüz. Lakin əfsuslar olsun, görüşümüz təyin olunanda mənə məlumat verildi ki, ölkənizin parlamenti Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul etdi. Mənə köməkçim məlumat verdi ki, müzakirələr zamanı Niderlandın xarici işlər naziri daha da balanslaşdırılmış yanaşma ilə çıxış etdi. Odur ki, biz bunu qiymətləndiririk. Lakin parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək. Əvvəla, dünən bu qərarın qəbul olunması faktını nəzərə alaraq demək istəyirəm ki, Ermənistan bizə hücum etdi. Biz özümüzü müdafiə edirdik və bunun nəticəsində biz beynəlxalq hüququn norma və prinsiplərinə əsasən və tarixə əsasən özümüzə məxsus olan əraziləri azad edə bildik. Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı. Sizin də bildiyiniz kimi, noyabrın 10-da müharibəyə son qoyan üçtərəfli bəyanat imzalanmışdır. Buna görə mənə çox qəribə gəldi ki, bundan sonra - Ermənistanın kapitulyasiyası olan bu bəyanatı onun özü imzaladıqdan sonra regionumuzdan uzaqda yerləşən bir ölkədə belə bir qərar qəbul edildi. Yəqin siz də bilirsiniz ki, regional ölkələr bu bəyanatı dəstəkləyiblər. Bütün qonşularımız bu bəyanata dəstəyini ifadə ediblər. Qonşularımızdan ikisi - Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyini təmin edəcək əməliyyatlarda iştirak edəcək. Odur ki, hesab edirəm, başqa tərəfdənsə bizim tərəfimizdə olmağınız daha ədalətli olardı. Yəqin ki, siz atəşkəsi dəstəkləyən ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının şərhlərini də eşitmisiniz. Buna görə də mən başa düşürəm, parlamentarilərin öz gündəliyi var. Bəzən onların öz istəkləri olur, bu, başadüşüləndir. Parlamentin qəbul etdiyi qərardan ola bilsin, fərqli olan ölkənizin hökumətinin də öz mövqeyinin olduğunu başa düşürəm. Lakin bunun nə üçün baş verməsini bizim xalqımıza izah etmək çətin olacaq. Buna görə də parlamenti belə qərar qəbul edən ilk ölkənin nə üçün Niderland olduğunu insanlar sizdən soruşduqda bu vəziyyətlə üzləşməli olacaqsınız. Praktiki baxımdan, bunun yerdəki vəziyyətə birmənalı şəkildə heç bir təsiri olmayacaq. Vəziyyət indi sabitləşir. Belə bir günü demək olar ki, otuz ildir gözləyən bizim qaçqın və məcburi köçkünlərimiz bu böyük hərbi və siyasi qələbəni qeyd edirlər. Onlar özlərinin qayıdışı üçün vaxt cədvəlini görməyi səbirsizliklə gözləyirlər. Amma bu, vaxt aparacaq, çünki təcavüzkar demək olar ki, hər şeyi dağıdıb. Bu videolar bizim televiziyada nümayiş olunur. Bu dağıntı bəlkə də bizim xalqımıza, mədəni, dini irsimizə, bəşəriyyətə qarşı qəddarlığın, vandalizmin və barbarlığın nadir formasıdır. Ermənistanın müharibə zamanı davranışı həm də onların rəhbərliyinin qeyri-insani münasibətini göstərir. Çünki münaqişə zonasından uzaqda yerləşən dinc şəhərlərə Ermənistan ərazisindən ballistik raketlərlə hücum etmək müharibə cinayətidir. Kasetli və fosforlu bombalardan istifadə etmək müharibə cinayətidir. Bütün beynəlxalq media və QHT-lər bunu təsdiq etdi. Mən təəssüf edirəm ki, söhbətimizə bununla başlamalı oldum. Bu, ancaq onunla əlaqədardır ki, bizim görüşümüz iki gün əvvələ təyin olunmuşdu və sizin parlamentin qərarı ondan sonra qəbul edilib. Bundan başqa mən nə deyə bilərəm? Bir daha deyirəm, bunu izah etmək asan olmayacaq. Bu, həmçinin sizin hökumətinizin, xarici işlər nazirinizin mövqeyindən asılı olacaq. Biz bununla bağlı onların şərhlərini gözləyirik. Çünki mənim köməkçim mənə deyib ki, müzakirə zamanı şərhlər olub, lakin biz şərhləri indi, bu qərar qəbul olunandan sonra gözləyirik. Sözsüz ki, biz Avropa Komissiyasından şərhlər gözləyəcəyik. Bildiyiniz kimi, Avropa Komissiyası və Azərbaycanın çox geniş əməkdaşlıq gündəliyi var. İki il əvvəl biz Brüsseldə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tam dəstəkləyən “Tərəfdaşlıq prioritetləri” sənədini parafladıq. Azərbaycan öz ərazisində döyüşürdü, öz ərazi bütövlüyünü bərpa edirdi və bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Avropa İttifaqı ilə Azərbaycan tərəfindən paraflanmış sənədə uyğundur.
Sizə yaxşı vaxt keçirməyi arzulayıram. Ümidvaram ki, tariximizdəki çox da xoşagəlməyən bu səhifə münasibətlərimizə ciddi ziyan vurmayacaq. Lakin əlbəttə ki, bu, sizin hökumətinizin və müvafiq olaraq davranacaq bizim hökumətimizin sonrakı addımlarından asılı olacaq. Bir daha xoş gəlmisiniz.
Səfir Paulin Eizema deyib: Çox sağ olun, cənab Prezident. Qeyd etdiyiniz kimi, mən buraya sentyabrın 20-də, münaqişə yenidən başlayandan bir həftə əvvəl gəlmişəm. Bu, çox narahat dövr, lakin həm də mənə münaqişənin mənbələrinin nədən ibarət olduğunu çox yaxşı başa düşməyə imkan verən zaman idi. Eyni zamanda, mən bununla bağlı paytaxtımla çox sıx şəkildə əlaqə saxladım. Qeyd etdiyiniz kimi, mənim hökumətimin mövqeyi çox balanslaşdırılmışdır. Mən bunu yüksək qiymətləndirirəm. Bu, təhlilin, müzakirələrin və yaxşı dialoqun nəticəsində olub. Mən bir daha vurğulamaq istərdim ki, mənim hökumətimin mövqeyi Avropa İttifaqının mövqeyinə çox uyğundur və çox balanslaşdırılmışdır. Biz münaqişəni izlədik, baş verənləri gördük və münaqişənin hər iki tərəfdə nələrə səbəb olduğu bizi hər zaman çox narahat edir. Bizim sistemdə fərqlilik var. Hökumətin mövqeyi var, parlamentin mövqeyi var və bu, dialoq tələb edir. Bu dialoq bir neçə dəfə baş tutdu və biz qeyd etdik ki, hökumətin balanslaşdırılmış mövqeyinin heç də həmişə parlamentin mövqeyi ilə eyni olması demək deyil. Ötən həftə nazirlə parlament arasında keçirilmiş sonuncu müzakirədə bu məsələlər də qaldırılmışdı. Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil. Hazırda bu, aktual deyil, bununla bağlı hər hansı sual, müzakirə ola bilməz. Mənim nazirim bunu həm parlamentdə, həm də yazılı formada çox açıq şəkildə bildirib. Şadam ki, bunu burada yenidən təkrarlaya bilirəm.
Prezident İlham Əliyev Niderland Kralı Villem-Aleksandrın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Niderland Kralına çatdırmağı xahiş edib.

 
  • Oxunub:  6570  |  
  • Tarix:  19-11-2020  |  
  •    Çap et   |  
Azərbaycanda innovativ əsaslı sənaye quruculuğu siyasəti böyük uğurla həyata keçirilir

05 Avqust 21:20
Mübariz Qurbanlı: Ölkəmizdə milli-mənəvi dəyərlərin, birlik və həmrəyliyin təbliği istiqamətində kompleks tədbirlər görülüb
05 Avqust 21:08
Azərbaycanda koronavirus infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb
05 Avqust 20:58
Azərbaycanın Baş prokuroru Sədərək rayonunda hərbi hissədə olub
05 Avqust 20:55
Türkiyənin üz-üzə qaldığı fəlakət və Azərbaycan qəhrəmanlarının şücaəti barədə FOTOREPORTAJ - VİDEO
05 Avqust 20:06
Azərbaycanın İstanbuldakı baş konsulu Marmarisdə yanğın bölgəsində olub
05 Avqust 19:54
İranın yeni Prezidentinin andiçmə mərasimi keçirilib
05 Avqust 19:36
Azərbaycanın Baş prokuroru Naxçıvan Muxtar Respublikası prokurorluğunun əməkdaşları ilə görüşüb
05 Avqust 19:31
Azərbaycan ilə İraq arasında İKT sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
05 Avqust 19:30
Azərbaycan FHN-in qüvvələri Türkiyədə Kəmərköy və Yeniköy İstilik Elektrik stansiyalarını mühafizəyə götürüb
05 Avqust 19:25
AZAL 20 ölkədən Azərbaycana giriş-çıxış üçün icazə ilə bağlı məlumat yayıb
05 Avqust 19:23
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasındadır
05 Avqust 19:17
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibi ilə görüş keçirilib
05 Avqust 19:12
“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib
05 Avqust 18:25
YAP Samux rayon təşkilatının VIII hesabat konfransı keçirilib
05 Avqust 17:11
Havaların isti və quraq keçməsini nəzərə alaraq vətəndaşlara təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmək tövsiyə olunur
05 Avqust 16:59
Hikmət Əlizadə: Meşələrə oduncaq mənbəyi kimi baxılmamalıdır
05 Avqust 16:54
Jurnalistlərin münaqişə zonasında davranışlarına dair təlim proqramı başa çatıb
05 Avqust 16:44
UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə növbəti görüş keçirilib
05 Avqust 16:24
Suraxanı rayonunda şəhid Əhməd Kərimovun məzarı ziyarət olunub
05 Avqust 16:07
“YAŞAT” düşərgəsinin üçüncü həftəsində konsert proqramı təşkil olunub
05 Avqust 16:05
XII Qəbələ Musiqi Festivalı başa çatıb
05 Avqust 15:56
Azərbaycan və Türkiyə bütün təbii fəlakətlər, onların nəticələrinin aradan qaldırılması zamanı da daim bir-birinə dayaq olurlar
05 Avqust 15:36
Prezident İlham Əliyev Şabranda avtomobil yolunun tikintisinə 1,1 milyon manat vəsait ayırıb
05 Avqust 15:19
Barselona 2026-cı ildə dünyanın memarlıq paytaxtı olacaq
05 Avqust 15:16
Türkiyənin Kəmərköy İES-nə yaxın ərazidə baş verən meşə yanğınları söndürülüb
05 Avqust 13:53
YAP Şəmkir rayon təşkilatının X hesabat konfransı keçirilib
05 Avqust 13:31
Milli Məclisin sədri Sahibə Qafarova İranda səfərdədir
05 Avqust 12:59
Azərbaycanın və Türkiyənin XİN rəhbərləri meşə yanğınları ilə bağlı vəziyyəti müzakirə ediblər
05 Avqust 12:58
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 40,2 milyon dollar olub
05 Avqust 12:54
Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir
05 Avqust 12:52
Bu gün “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək
05 Avqust 12:41
FHN Ağsu rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb
05 Avqust 12:07
İqtisadiyyat naziri: Altı ayda aktiv vergiödəyicilərinin sayı artıb
05 Avqust 12:04
Füzuli Əsədov: Türkiyədə yanğınların söndürülməsində FHN-in 500-ə yaxın əməkdaşı iştirak edir
05 Avqust 11:58
Azərbaycan nümayəndə heyəti andiçmədə iştirak üçün İrana səfər edib
05 Avqust 11:42
FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup Türkiyəyə yola düşüb
05 Avqust 10:31
Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verilib
05 Avqust 10:19
Yunus Əmrə İnstitutu ilə Mədəniyyət Nazirliyi arasında birgə əməkdaşlıq uğurla davam etdirilir
05 Avqust 09:53
Elman Nəsirov: Növbədənkənar parlament seçkilərinin, referendumun keçirilməsi ilə bağlı məsələlərdə heç bir ictimai sifariş yoxdur
05 Avqust 09:30
Rəcəb Tayyib Ərdoğan: Yardımımıza gələnlər arasında Azərbaycanın fəaliyyəti çox önəmlidir
05 Avqust 09:15
Azərbaycanda innovativ əsaslı sənaye quruculuğu siyasəti böyük uğurla həyata keçirilir
05 Avqust 09:10
Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir
05 Avqust 09:06
Fəqət Şadlinskaya: Ermənistan İkinci Qarabağ müharibəsinin nəticələrini unutmamalıdır
05 Avqust 09:04
YAP Səbail rayon təşkilatının üzvləri şəhid Vüsal Həsənovun məzarını ziyarət ediblər
05 Avqust 09:02
Şəmkirdə şəhidlərin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
05 Avqust 09:00
Şəhid Qara Balakişiyevin məzarı ziyarət olunub
05 Avqust 08:56
Asim Mollazadə: Ölkəmiz üçün bu gün ən aktual məsələ postmüharibə dövründə həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələr verməsidir
05 Avqust 08:55
Əsli Kazımova: Milli Məclisin buraxılacağı və ölkədə referendum keçiriləcəyi barədə iddialar tamamilə əsassızdır
05 Avqust 08:53
Arzuxan Əlizadə: Parlamentin buraxılacağı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
05 Avqust 08:52
Qabil Hüseynli: Bu iddiaların heç bir əsası yoxdur

05 Avqust 08:49
Radikal müxalifətin süni gündəm yaratmaq cəhdləri iflasa məhkumdur

05 Avqust 08:47
Ermənistanda siyasi gərginlik səngimir
05 Avqust 08:43
Firuddin Əliyev: Son dövrlərdəki yanğınların 90 faizindən çoxu məhz insan ehtiyatsızlığı ucbatından baş verir
05 Avqust 08:38
Azərbaycanda mövcud olan multikultural mühit mütərəqqi nümunə kimi dünya miqyasında yüksək dəyərləndirilir
05 Avqust 08:36
Uşaqlarda allergiya yaradan qidalar...
04 Avqust 20:10
Azərbaycanda koronavirus infeksiyasına 996 yeni yoluxma faktı qeydə alınıb
04 Avqust 19:35
YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib
04 Avqust 18:48
Əlaqələndirmə Qərargahının iclasında işğaldan azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olunub
04 Avqust 18:26
Təhsil naziri: Müəllimlərin işə qəbulu müsabiqəsində bütün fənlər üzrə vakansiyalar bu gün açılacaq
04 Avqust 18:15
Fövqəladə hallar nazirinin müavini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb
04 Avqust 17:34
“Əl Cəzirə” telekanalı Qarabağda dağıdılmış tarixi-mədəni irs haqqında reportaj yayımlayıb
04 Avqust 17:32
Dövlət Məşğulluq Agentliyi ilə bp şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
04 Avqust 17:28
Təhsil naziri: Müəllimlərin işə qəbulunda 7718 vakant yer müsabiqəyə çıxarılıb
04 Avqust 17:17
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN BEYNƏLXALQ ƏMƏKDAŞLIQLARI: İKİLİ DİPLOM VƏ TEXNOLOGİYA PARKI
04 Avqust 16:43
YAP Naftalan şəhər təşkilatının X hesabat konfransı keçirilib
04 Avqust 16:30
Pir Nur-ul Həqq: Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Pakistanda milli Qələbə kimi qarşılanıb
04 Avqust 16:18
Mədəniyyət Nazirliyinin aparat rəhbəri ilə BMT-nin Sivilizasiyalar Alyansının Kabinet rəhbəri və sözçüsü Nihal Saad arasında görüş keçirilib
04 Avqust 16:14
Yanğınsöndürənlərimiz Muğla vilayətinin Kavacık rayonunda yenidən şiddətlənən yanğınların qarşısının alınmasına cəlb olunub
04 Avqust 15:37
Ötən müddət ərzində ali qanunverici orqan yeni formalaşan konfiqurasiyası ilə istər qanunvericilik fəaliyyəti, istərsə də digər funksiyaları çərçivəsində mühüm nailiyyətlərə imza atmışdır
04 Avqust 15:36
V.Jirinovski beynəlxalq aləmdə mənfi reputasiyaya malik siyasətçi imicinə malikdir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+23 +26