Ana səhifə »  Gündəm »  Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı
A+   Yenilə  A-
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı

Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:
1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərdə qalacaqlar.
2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.
5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.
Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.
8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.
10 noyabr 2020-ci il.
Azərbaycan Respublikasının Prezidenti
Ermənistan Respublikasının baş naziri
Rusiya Federasiyasının Prezidenti

 
  • Oxunub:  2310  |  
  • Tarix:  11-11-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq

26 Noyabr 18:33
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti müasir texniki imkanlara malik şirkətlərlə əməkdaşlığı davam etdirir
26 Noyabr 18:06
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək
26 Noyabr 17:48
Bədii xüsusiyyətlərinə və quruluşuna görə fərqlənən Ağdam Cümə məscidi
26 Noyabr 17:39
“Kuwait Times” qəzetində Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması barədə məqalə dərc edilib
26 Noyabr 17:37
“Associated Press” ermənilərin Ağdam şəhərində törətdikləri dağıntılar barədə məqalə yayıb
26 Noyabr 17:35
Azərbaycan Texniki Universitetinin 70 illiyinə həsr olunan konfrans keçirilir
26 Noyabr 17:33
Azərbaycanda koronavirus infeksiyasına daha 3705 yoluxma faktı qeydə alınıb, 1609 nəfər sağalıb
26 Noyabr 17:13
Auditorlar Palatasının 2021-ci il üzrə iş planının layihəsi müzakirə edilib
26 Noyabr 17:01
Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənilib
26 Noyabr 17:00
Bərpaolunan enerji sahəsində pilot layihələrin icrası istiqamətində görülən işlər müzakirə olunub
26 Noyabr 16:58
Milli Məclisin növbəti plenar iclası keçirilib
26 Noyabr 16:34
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
26 Noyabr 16:27
Mənsum İbrahimov: İnsanlar yenidən oraya qayıdacaq və muğam səsləri Qarabağın mədəniyyətini özünə qaytaracaq
26 Noyabr 16:20
Milli Məclis Fransanın Minsk qrupunun həmsədrliyindən geri çağırılması barədə hökumətə müraciət ünvanlayıb
26 Noyabr 16:19
Hulusi Akar: Fransa Qarabağ məsələsində problemin bir hissəsi olduğunu növbəti dəfə göstərdi
26 Noyabr 16:09
Azərbaycan və İndoneziya xarici işlər nazirləri arasında telefon danışığı olub
26 Noyabr 16:06
Azərbaycan ilə Əfqanıstan arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
26 Noyabr 16:03
Vüsal Qasımlı: Senatın qətnaməsi Fransanın Cənubi Qafqazdakı maraqlarına zərbədir
26 Noyabr 15:47
Fuad Nağıyev : Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq
26 Noyabr 15:35
Deputat: Senatın qərəzli qətnamə qəbul etməsinin nəticələri, ilk növbədə, Fransanın öz mənafelərinə mənfi təsir göstərəcək
26 Noyabr 15:28
Hikmət Babaoğlu: Azərbaycan bundan sonra da öz maraqlarına toxunan hər hansı fəaliyyətə qarşı milli iradə və qətiyyət nümayiş etdirəcək
26 Noyabr 15:22
KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyənləşib
26 Noyabr 15:20
Anar Məmmədov: Fransa işğalçılığa və separatizmə dəstək verir
26 Noyabr 15:16
Üç rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri mənzil və fərdi evlərlə təmin edildi
26 Noyabr 15:15
Türkiyənin xarici işlər naziri və NATO-nun Baş katibi Qarabağ məsələsini müzakirə ediblər
26 Noyabr 15:12
Adil Əliyev: Fransa Senatının qəbul etdiyi sənəd bu ölkənin üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
26 Noyabr 15:08
Fransa Senatının qərəzli qətnaməsi ənənəvi erməni təəssübkeşliyinin təzahürüdür
26 Noyabr 14:42
Azərbaycan Milli Məclisi Fransa Senatının qərəzli qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib
26 Noyabr 14:41
Bu il Oğuzda 10 subartezian quyusu qazılıb
26 Noyabr 14:35
Azərbaycan hərbi-diplomatik uğurları ilə BMT Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin icrasını da təmin etdi
26 Noyabr 14:28
Natali Qule: Senatın qəbul etdiyi qətnamənin heç bir əhəmiyyəti yoxdur
26 Noyabr 14:12
Azərbaycanda pambıq yığımında növbəti rekord göstərici qeydə alınıb
26 Noyabr 14:03
Fransa Senatının Ermənistanı müdafiə etməyə cəhd göstərməsi olduqca gülünc görsənir - Naqif Həmzəyev
26 Noyabr 13:44
Təranə Paşayeva: “Loqos”un sayca onuncu filialının ünvanı Qarabağımız olacaq
26 Noyabr 13:37
Noyabrın 27-də bəzi bölgələrdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
26 Noyabr 13:28
Əli Əhmədov: Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola bilməz
26 Noyabr 13:21
Fransa Senatının qərəzli qətnamə qəbul etməsinə etiraz olaraq bu ölkənin Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirilib
26 Noyabr 12:58
Deputat: Fransa Senatının qəbul etdiyi qərəzli qətnamə bu dövlətin sülhyaratma missiyasını, Qərb demokratiyasını ayaq altına atdı
26 Noyabr 12:47
Türkiyə XİN: Fransa Senatının Azərbaycana öz torpaqlarından çəkilmək çağırışı etməsi gülüncdür
26 Noyabr 12:29
Türkiyə istehsalı olan ilk COVID-19 peyvəndinin aprel ayında istifadəyə verilməsi planlaşdırılır
26 Noyabr 12:19
İşğaldan azad olunmuş Kəlbəcər rayonunun səhiyyə statistikası açıqlanıb
26 Noyabr 12:09
İslam ölkələri Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə reallaşdırılacaq layihələrdə əməkdaşlığa dəvət olunub
26 Noyabr 11:56
Azərbaycanın Poltavadakı diaspor fəalları Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan Qələbədən qürurlandıqlarını bildiriblər
26 Noyabr 11:47
Sahibə Qafarova: Fransa Senatının qərəzli qətnaməni qəbul etməsi Azərbaycanın Qələbəsinə kölgə salmaq məqsədi daşıyır
26 Noyabr 11:46
On ayda nəqliyyat vasitələri ilə 1 milyarddan çox sərnişinə xidmət göstərilib
26 Noyabr 11:40
Hulusi Kılıç: Senatın qərarı aydın şəkildə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir
26 Noyabr 11:36
Deputat: Böyük turizm potensialı Kəlbəcərdə iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək
26 Noyabr 11:36
Baş konsul: Erməni lobbisi dəridən-qabıqdan çıxsa da, sadə həqiqəti dəyişə bilməz: Qarabağ Azərbaycandır!
26 Noyabr 11:31
Fransa Senatında qərəzli qətnamənin qəbulu regiondakı vəziyyətə kobud müdaxilə xarakteri daşıyır
26 Noyabr 11:16
Milli Məclisin növbəti plenar iclası keçirilir
26 Noyabr 10:56
Cavanşir Paşazadə: Kəlbəcərin qan tökülmədən işğaldan azad edilməsi Azərbaycanın qüdrətinin göstəricisidir
26 Noyabr 09:20
Kəlbəcərin işğaldan azad edilməsi tarixi hadisədir
26 Noyabr 09:17
Azərbaycan ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi haqqında maraqlı faktlar və kommunikasiyalar
26 Noyabr 09:10
Azərbaycan tolerantlıq, multikulturalizm, milli mədəni irsə hörmət nümunəsidir
26 Noyabr 09:05
Ramidə İbrahimova: Bütün dünya Azərbaycan dövlətinin, ordumuzun gücünü və qüdrətini bir daha gördü
26 Noyabr 09:03
Maqsud Süleymanlı: Cənab Ali Baş Komandanın qətiyyətindən, iradəsindən güc alan qəhrəman Azərbaycan əsgəri Qələbə dastanı yazdı
26 Noyabr 09:01
Kəmalə Xəlilova: Biz 30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımıza qovuşuruq
26 Noyabr 09:00
Asim Mollazadə: Cənab Ali Baş Komandan İlham Əliyev Ağdam rayonuna qalib sərkərdə kimi səfər etdi
26 Noyabr 08:58
Fəzail Ağamalı: 44 günlük müharibə erməni vandallığını, vəhşiliyini və yırtıcılığını bir daha bütün dünyaya nümayiş etdirdi
26 Noyabr 08:57
Əlisahib Hüseynov: Bundan sonra gözəl Kəlbəcərimizdə də ay-ulduzlu bayrağımız dalğalanacaq, minarələrdən azan səsləri ucalacaq
26 Noyabr 08:55
Elşad Musayev: Azərbaycan öz ərazi bütövlüyünün təmin olunması ilə bağlı bütün strateji hədəflərə nail olub

26 Noyabr 08:54
Radikal müxalifətin antimilli siması, yaxud marginal qrup ənənəvi ampluasında

26 Noyabr 08:51
Ermənistanda xaos: bütün yollar fəlakətə aparır
26 Noyabr 08:50
Bu gün “Qarabağ” UEFA Avropa Liqasında beşinci oyununu keçirəcək
26 Noyabr 08:48
Fərdi və ictimai məsuliyyət: pandemiyaya qarşı ən təsirli müdafiə vasitəsi
26 Noyabr 08:46
Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb
26 Noyabr 08:44
Türkiyə Cənubi Qafqazda sülh və sabitlik naminə səylərini davam etdirəcək
25 Noyabr 22:37
Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsü yayılıb VİDEO
25 Noyabr 22:32
Azərbaycan XİN: Senatın qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur
25 Noyabr 22:26
Hikmət Hacıyev: Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +12
gecə+5 +8