Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Parlament seçkiləri 2018-ci ildə prezident seçkilərindən sonra elan etdiyimiz islahatların davamıdır
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Parlament seçkiləri 2018-ci ildə prezident seçkilərindən sonra elan etdiyimiz islahatların davamıdır

Dövlətimizin başçısı Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib: “Xoş gəlmisiniz. Bu dəfə siz müşahidə missiyası ilə buradasınız. Çox şadam ki, Dövlət Duması geniş tərkibdə təmsil olunub, həmçinin MDB-dən çoxlu müşahidəçi var. Ümumilikdə, bu il seçkiləri 800-dən çox beynəlxalq müşahidəçi izləyir, çoxlu sayda beynəlxalq nümayəndələr var. Düşünürəm ki, sizin həm prosesi, həm də səsvermə gününü izləmək üçün bütün imkanlarınız olub. Bizi müdafiə və bu prosesdə iştirak etdiyinizə görə bir daha sağ olun”.
MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri Leonid Kalaşnikov deyib: “İlham Heydər oğlu, sağ olun. Bizə vaxt ayırdığınıza görə Sizə təşəkkürümüzü bildiririk. Sizinlə öz təəssüratlarımızı məmnuniyyətlə bölüşmək istəyirik. Mən və yoldaşlarım dünən onlarla seçki məntəqəsində olduq. Biz gördük ki, seçkilər həm rəqabət şəraitində, həm şəffaf, həm də demokratik keçdi. Biz Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşdük. Dünən MDB-nin bəyanatı qəbul edildi. Böyük missiyadır, orada bir neçə ölkə, İcraiyyə Komitəsi, Parlamentlərarası Assambleya var. Zənnimizcə, hər şey ədalətli, şəffaf və demokratik keçdi. Mən çox gözəl anlayıram ki, bir çox digər beynəlxalq təşkilatlar var. Biz onlarla da görüşdük. Mən AŞPA-dan təzəcə qayıtmışam, orada Sizi tez-tez xatırlayırlar. Biz beynəlxalq parlament təşkilatlarında da işimizi davam etdirəcəyik. Yəqin ki, orada Sizin fəxr edəcəyiniz nəticə var. Bu gün səhər mən bir neçə beynəlxalq müşahidəçinin rəyini gördüm. Hamı obyektiv olaraq seçkilərin çox uğurlu keçdiyini deyir”.
Prezident İlham Əliyev: “Sağ olun. Gəldiyiniz və bu vacib prosesdə iştirak etdiyiniz üçün sağ olun. Bu, əlbəttə, bizim 2018-ci ildə prezident seçkilərindən sonra elan etdiyimiz islahatların davamıdır və onları ardıcıl olaraq həyata keçiririk. Hər şey Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasına və demokratik proseslərin genişlənməsinə yönəlmiş ümumi inkişaf strategiyası çərçivəsində gedir. Buna görə də həyata keçirilən struktur islahatları, o cümlədən kadr islahatları da bir məqsədə xidmət edir: biz yerimizdə saymayaq. Çünki müvəffəqiyyətlərdən arxayınlaşmaq olmaz.
Ötən illər ərzində böyük nailiyyətlər əldə olunub. Lakin həyat öz şərtlərini diktə edir. Dünyada, bizim regionda, iqtisadi sahədə şərait dəyişir, yeni çağırışlar meydana çıxır. Ona görə biz buna hazır olmalıyıq və vaxt itirməməliyik. Bu səbəbdən hökumətin, Prezident Administrasiyasının, mərkəzi və yerli hakimiyyət orqanlarının yenilənməsi, kadr islahatları parlamentdən yan keçə bilməzdi. Xüsusən də mahiyyətcə, seçkiləri bir neçə ay irəli çəkməklə biz vaxta qənaət etdik. Çünki onsuz da yay aylarında parlament tətildə olur, sonra qayıtdıqda yenidən seçkilər başlayır. Çalışdıq ki, maksimum açıq seçkilər keçirək və ona görə də müşahidəçiləri, o cümlədən, düzünü desək, obyektiv qiymət gözləmədiyimiz müşahidəçiləri də dəvət etdik.
Azərbaycanda keçirilən seçki kampaniyalarının təcrübəsinə əsasən deyə bilərəm ki, biz həmişə qərəzli münasibət görmüşük. Bununla belə, hesab edirik ki, bizim gizlədəcəyimiz heç nə yoxdur. Biz çoxlu sayda müşahidəçi dəvət etdik, gələnlərin hamısına minnətdarıq. Ona görə də son nəticədə nə yazılacağından və onları hansısa fikirləri səsləndirməyə məcbur edəcəklərindən asılı olmayaraq, hər halda onların hər birində həm ölkəmiz, həm insanlarımız, həm də seçki prosesi haqqında rəy formalaşacaq. Bu baxımdan Dövlət Dumasının nümayəndə heyətinin bu tərkibdə prosesdə iştirak etməsi bizim üçün çox qiymətlidir. Əlbəttə, MDB və digər beynəlxalq təşkilatların nümayəndə heyətləri də var. Ona görə də düşünürəm ki, başlıcası Azərbaycan xalqının nəticələrdən razı qalmasıdır. Çünki bizim üçün əsas məsələ bu idi ki, insanlar kimə səs verəcəklərini və kimə etimad göstərəcəklərini seçə bilsinlər. Bu etimadın səviyyəsi çox yüksəkdir.
Ümumilikdə, 1300-dən çox namizədin olması seçkilərə etimadın göstəricisidir. Bu isə görünməmiş saydır. Əgər onlar seçkilərə inanmasaydılar, öz namizədliklərini verməzdilər və bu qədər vaxt sərf etməzdilər. Mənə həm dünən, həm də bu gün məruzə etdilər ki, proses, ümumilikdə, sakit keçib və heç bir gözlənilməz hal olmayıb. Ona görə də kimsə qalib gəlir, kimsə məğlub olur. Hər kəs reallıqla barışmalıdır. Reallıqlar belədir ki, şərait yaradılıb, maksimum şəffaflıq təmin edilib. Həm də gözlənilməz çətin hava şəraitinə baxmayaraq, Azərbaycan vətəndaşları səs verdilər. Düşünürəm ki, seçki fəallığı da yaxşı olub. Hərçənd başlıca olan bu deyil, əsas odur ki, xalqın seçəcəyi insanlar məsuliyyət hiss etsinlər. Bilsinlər ki, əgər yenə də seçilmək istəyirlərsə, onda dairələrdə iş aparmalıdırlar. Bax bu, keçmiş parlamentdə çatışmırdı. Buna görə də parlamentin bir çox keçmiş üzvü dairələrdə işləmədikləri üçün seçkilərdə iştirak etmədi. Bu, yeni parlamentin qarşısında duran əsas vəzifələrdən biri olacaq. Çünki bütün ölkənin dayanıqlı inkişafının təmin edilməsi üçün deputat korpusu regionların problemlərini dərk etməlidir, onları üzə çıxarmalıdır və hökumətə, ictimaiyyətə çatdırmaqla onların həllinə kömək etməlidir. Bir daha sağ olun. Sizi görməyimə şadam”.

 
  • Oxunub:  2910  |  
  • Tarix:  11-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi

19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Fevral 16:21
Bakıda beynəlxalq humanitar hüquq sahəsində seminar işə başlayıb
19 Fevral 16:08
“Onlar heç vaxt böyüməyəcəklər” kitabının Türkiyədə təqdimatı olub
19 Fevral 16:00
Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq
19 Fevral 15:54
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində amerikalı ekspertlərlə görüş keçirilib
19 Fevral 15:29
Azərbaycanın turizm potensialı Belarusda təbliğ olunub
19 Fevral 15:24
İsmayıllıda ötən il ümumi məhsul istehsalının həcmi 14 milyon 757 min manat artıb
19 Fevral 15:15
Keçən il ölkədəki bərpaolunan enerji mənbələrinin 7,3 faizindən istifadə edilib
19 Fevral 14:53
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər
19 Fevral 14:47
Qədim Buxara şəhəri bu il İslam mədəniyyətinin paytaxtı seçiləcək
19 Fevral 14:29
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
19 Fevral 14:22
Muğamsevərlər Heydər Əliyev Sarayında yenidən bir araya gəliblər
19 Fevral 14:10
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
19 Fevral 14:03
V İngilis dili olimpiadası keçiriləcək
19 Fevral 14:00
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Misir mətbuatında da geniş işıqlandırılıb
19 Fevral 12:45
Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək
19 Fevral 12:41
Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb
19 Fevral 12:40
ABŞ radiosunda Azərbaycanda mövcud olan dinlərarası harmoniyadan danışılıb
19 Fevral 12:30
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişlərin nağdsız aparılması üçün bank kartı buraxılıb
19 Fevral 12:21
Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir
19 Fevral 12:17
Ötən il Beyləqanda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub
19 Fevral 12:14
Prezident İlham Əliyevin yeni islahatları bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb
19 Fevral 11:48
Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir
19 Fevral 11:38
Nazir müavini: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır
19 Fevral 11:32
Zaur Əliyev: “İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur” – MÜSAHİBƏ
19 Fevral 11:27
Azərbaycan Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələri genişləndirir
19 Fevral 11:23
“Qış Məktəbi”nin iştirakçıları Şəkinin tarixi məkanlarında
19 Fevral 11:16
Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır
19 Fevral 11:14
Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb
19 Fevral 11:06
Vətəndaşlarımızın ictimai təəssübkeşlik nümunəsi olan bütün təkliflərinə diqqətlə yanaşılır
19 Fevral 10:39
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19 Fevral 10:34
Azərbaycan və İspaniya arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur
19 Fevral 10:26
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub
19 Fevral 10:24
UEFA Çempionlar Liqası: səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək
19 Fevral 10:22
Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi
19 Fevral 10:17
Bahar Muradova: Dalana dirənmiş danışıqları nəticəyə yönəlmiş prosesə çevirmək üçün bu debatı yeni bir başlanğıc hesab etmək olar
19 Fevral 10:13
Azərbaycanlı tədqiqatçı - alim Misirdə beynəlxalq konfransda çıxış edib
19 Fevral 10:06
Heydər Əliyev irsinin tədqiqi işinə daha bir dəyərli töhfə
19 Fevral 10:03
Türkiyə mediası: Prezident İlham Əliyev Paşinyanı çətin vəziyyətə saldı
19 Fevral 10:00
Ermənistan mətbuatı: Paşinyanın Münxen biabırçılığı...
19 Fevral 09:57
“The USA Tribune”: Müzakirələr Paşinyan üçün uğursuz başa çatdı
19 Fevral 09:55
“Vestikavkaza.ru”: Prezident İlham Əliyev Münxendə Paşinyanı darmadağın etdi
19 Fevral 09:54
Yaponiya mətbuatı: Prezident İlham Əliyev Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla diqqətə çatdırdı
19 Fevral 09:51
Erməni ekspert: Azərbaycan Prezidenti qalib gəldi
19 Fevral 09:50
Xocalı soyqırımı bəşəriyyətə qarşı edilən cinayətdir...
19 Fevral 09:46
Regionlarda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində mühüm tədbirlər həyata keçirilir
19 Fevral 09:44
Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq
19 Fevral 09:41
Hakimliyə namizədlərin tədris kursu yeni mövzularla zənginləşdirilir
19 Fevral 09:34
Azərbaycanın regionlarında əhalinin içməli su təchizatı yaxşılaşır
18 Fevral 21:04
Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub
18 Fevral 20:55
Ombudsman Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 20:38
Avropa Parlamentinin nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqların cari vəziyyəti barədə məlumatlandırılıb
18 Fevral 17:59
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18 Fevral 17:57
Sevinc Fətəliyeva: Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi
18 Fevral 17:56
Asim Mollazadə: Ermənistanın işğalçı siyasəti bölgə üçün ən böyük təhlükədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA