Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Biz sizin öz Vətəninizi necə sevdiyinizi və onu bütün dünyada necə təbliğ etdiyinizi bilirik
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Biz sizin öz Vətəninizi necə sevdiyinizi və onu bütün dünyada necə təbliğ etdiyinizi bilirik

Dövlətimizin başçısı Mixail Qusmana “Şərəf” ordenini təqdim edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Rusiya Federasiyasının TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana “Şərəf” ordenini təqdim edib.
AZƏRTAC xəbər verir ki, Mixail Qusmanı salamlayan Prezident İlham Əliyev deyib: “Hörmətli Mixail Solomonoviç, ilk növbədə, sizi keçmiş yubiley münasibətilə təbrik etmək, sizə ən xoş arzularımı çatdırmaq, cansağlığı, rifah, işinizdə yeni uğurlar arzulamaq istərdim. Təəssüf ki, siz yubileyinizi qeyd edəndə mən Bakıda deyildim, Davosda idim. Amma sizi telefon vasitəsilə təbrik etmək və öz hisslərimi bildirmək, eləcə də sizin Bakıda olduğunuz vaxt təltif edildiyiniz yüksək mükafatı sizə şəxsən təqdim etməyim üçün görüş haqqında razılaşmaq imkanım olub. Mən bilirəm ki, siz ad günlərinizi, xüsusilə yubileylərinizi həmişə vətəniniz Azərbaycanda qeyd edirsiniz. Bu, artıq xoş ənənədir. Bu, bir daha sizin öz Vətəninizə, doğma torpağınıza, doğma şəhərinizə bağlılığınızı göstərir. Biz sizin öz Vətəninizi necə sevdiyinizi və onu bütün dünyada necə təbliğ etdiyinizi bilirik. Sizin məşhur “Formula vlasti” verilişiniz artıq dəfələrlə bütün qitələri dolaşıb və düşünürəm ki, sizin görüşmədiyiniz prezidentlərin sayı görüşdüyünüz prezidentlərin sayından daha azdır. Əlbəttə ki, adətən, prezidentlər qonaqlarla görüşəndə onlara həmin adam haqqında məlumat verilir. “Yazılır: doğulduğu şəhər Bakı, Azərbaycan”.
Bundan başqa, mən bilirəm ki, siz həm Rusiya, həm də beynəlxalq media məkanında bizim ölkəmiz haqqında təəssüratınızı bölüşürsünüz, Azərbaycan reallıqlarını, Azərbaycanda problemlərin necə həll olunduğunu danışırsınız. Sizin fəaliyyətiniz artıq çoxdan Rusiya Federasiyasının çərçivəsindən kənara çıxaraq beynəlxalq xarakter daşıyır. Mən bilirəm ki, siz həm də dünya mediasının əməkdaşlıq prosesinin çox fəal iştirakçısısınız. O cümlədən xatırlayıram ki, sizin təşəbbüsünüzlə Bakıda rus mətbuatının konqresi və digər beynəlxalq tədbirlər keçirilib. Buna görə də məhz öz fəaliyyətinizlə ölkəmiz haqqında dünya ictimaiyyətinə həqiqətlərin çatdırılmasına böyük töhfə verdiyinizə görə sizə minnətdarlığımı bildirmək istərdim.
Siz, həmçinin Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi işinə böyük töhfə verirsiniz. Bu münasibətlər bu gün uğurla inkişaf edir, artıq ən yüksək səviyyəyə çatıb və yanvarda Bakıda keçirilən yubiley tədbirləri bunu bir daha nümayiş etdirdi. Bakıya Rusiya ictimaiyyətinin böyük nümayəndə heyəti, siyasi, informasiya, mədəni məkanın aparıcı təmsilçiləri gəlmişdilər. Mənə deyilənə görə, bütün qonaqlar buradan çox yaxşı təəssüratla gediblər. Buna görə də sizə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi işinə töhfələr verdiyiniz üçün təşəkkürümü bildirmək istərdim. Əlbəttə, belə gündə həm də sələflərinizi xatırlamaq istərdim. Azərbaycanda sizin ailənizi, valideynlərinizi həmişə sevib və çox yüksək qiymətləndiriblər, onlara böyük hörmətlə yanaşıblar. Bu yaxınlarda siz mənə atanız və ananız haqqında kitab bağışlamışdınız. Mən onu böyük maraqla oxudum. Bu, həqiqətən də nadir kitabdır. Belə ki, olduqca ürəkdən, səmimi və doğru yazılıb. Bu kitabda həm sizin ailənizin, uşaqlığınızın, həm də Azərbaycanın o dövrdəki tarixi əks olunub. Buna görə də kitab təkcə sizi tanıyanlar üçün deyil, həm də bizim şəhərimizin tarixi ilə maraqlanan hər kəs üçün çox maraqlıdır. Əlbəttə, belə ziyalı və möhtərəm ailədə sizin və böyük qardaşınız Yuli Solomonoviç kimi, - onun neçə yaşı olsa da, o, hamımız üçün elə Yulikdir, - uşaqların doğulması təsadüfi deyil. O da elə sizin kimi, kiminlə ünsiyyət saxlayırsa, öz enerjisini onlara ötürür. Siz və Yuli Solomonoviç işinizdə, ictimai fəaliyyətinizdə böyük uğurlar qazanmısınız. Bununla da siz təkcə hamının tanıdığı insanlar deyil, həm də hörmətli insanlarsınız. Düşünürəm ki, yəqin sizə rəğbət bəsləməyən insan tapılmaz. Siz, Mixail Solomonoviç, bütün bunlara öz əməyinizlə, öz fəaliyyətinizlə, davranışınızla və əlbəttə, öz xasiyyətinizlə nail olmusunuz. Bu gün sizinlə belə yarırəsmi şəraitdə görüşmək mənim üçün çox xoşdur. Bizim görüşlərimiz həmişə elə bil mediadan kənarda baş tutur. Amma bu gün - belə bir gündə, əlbəttə, mən sizi təbrik etmək və həmçinin Azərbaycan dövlətinin sizin fəaliyyətinizi çox qiymətləndirdiyini qeyd etmək istərdim. Bu, mənim sizi təltif etdiyim üçüncü mükafatdır. İndiyə qədər “Şöhrət”, sonra “Dostluq” ordenləri olub. İndi isə daha yüksək - “Şərəf” ordeninə layiq görülmüsünüz. İcazə verin, bu yüksək mükafatı təqdim edim”.
* * *
Prezident İlham Əliyev “Şərəf” ordenini Mixail Qusmana təqdim edib.
* * *
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib: “Hörmətli İlham Heydər oğlu, hörmətli cənab Prezident.
Yüksək mükafata və indicə dediyiniz, mənim qəlbimə bu dərəcədə səmimi və əziz olan sözlərə görə Sizə minnətdarlığımı bildirmək üçün söz tapa bilmirəm. Siz mənə çox yüksək qiymət verdiniz. Yəqin 70 yaş artıq elə bir yaşdır ki, qiymət almaq vaxtıdır və mən Sizin verdiyiniz bu qiymətə görə Sizə hədsiz minnətdaram.
Məni layiq gördüyünüz bu orden “Şərəf” adlanır. Yəqin ki, vətəndaş üçün, insan üçün onun şərəfindən daha mühüm heç nə yoxdur. Mən həmişə hesab etmişəm ki, nüfuz, şərəf mənim daim xatırlamalı, riayət etməli və qorumalı olduğum ən başlıca dəyərdir. İndicə barəsində çox səmimi sözlər söylədiyiniz valideynlərim məni məhz belə tərbiyə ediblər. Bu mükafatın məndən ötrü Vətənimə məhəbbətimin rəmzi olduğunu demək mənim üçün çox vacibdir. Mən nəinki heç vaxt gizlətməmişəm, həmişə fəxr etmişəm ki, mən bakılıyam, mən azərbaycanlıyam. Bəlkə də, əlbəttə, etnik cəhətdən deyil, lakin mən məhz azərbaycanlıyam. Bunlar mənim üçün sadəcə, sözlər deyil, hisslərim, düşüncələrimdir. Mən belə yaşamışam, belə yaşayıram və oğlumu da belə tərbiyə etmişəm.
Doğma ölkəm Azərbaycanın bu gün yer üzündə ən qabaqcıl ölkələr sırasında olması mənim üçün çox vacibdir. Bu, hörmətli İlham Heydər oğlu, böyük dərəcədə şəxsən Sizin xidmətinizdir. İnanın ki, bu sözləri bu mükafatı Sizin əllərinizdən aldığıma görə demirəm. Sizin rəhbərliyinizlə ölkə misli görünməmiş sıçrayış edib, o, inamlı və dayanıqlı inkişafdadır. Mən bu 15 ili xatırlayıram. Bəli, Heydər Əliyev - Allah ona rəhmət eləsin, ölkəni dağılmaqdan, viran olmaqdan xilas etdi. Lakin tale ona bu işi davam etdirməsinə imkan vermədi. Bu bayrağı Siz qaldırdınız. Siz xilas olmuş ölkəyə elə imkanlar, elə inkişaf səviyyəsi verdiniz ki, bu gün Azərbaycanda yaşayan və ya yaşamayan, lakin bununla belə Azərbaycanı mənim kimi sevən hər bir insan öz ölkəsi ilə fəxr edir, səmimi fəxr edir, başını uca tutaraq fəxr edir.
Siz bu yaxınlarda burada keçirilmiş tədbirləri xatırladınız. Biz onları “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlandırdıq. Əlbəttə, onlar təsadüfən üst-üstə düşmədi. Burada həqiqətən də Rusiyadan görkəmli insanlar oldular. Onların çoxu buraya ilk dəfə gəlmişdi. Onların bizim şəhərə necə heyranlıqla, necə geniş açılmış maraq dolu gözlərlə, necə səmimiyyətlə baxdıqlarını görmək mənim üçün böyük xoşbəxtlik idi. Lap elə dünən mən onlardan bəziləri ilə görüşdüm. Əlbəttə, Siz də bilirsiniz ki, bizim zəngin mətbəximiz, görkəmli memarlığımız, gözəl mədəniyyətimiz var. Onlar isə daha çox onu deyirdilər ki, Azərbaycanda ən əsas insanlardır. İlham Heydər oğlu, Siz böyük xalqın, dünyaya açıq olan xalqın, xeyirxah bir xalqın, qonaqpərvər bir xalqın, igid və öz liderinə inanan bir xalqın Prezidentisiniz. Mənə elə gəlir ki, xalqınızın belə olması Sizin xoşbəxtliyinizdir. Mən bu sözləri tam səmimiyyətlə söyləyirəm.
İlham Heydər oğlu, Sizin izninizlə və Sizin vasitənizlə Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanıma da səmimi minnətdarlığımı bildirmək istəyirəm. Çünki bilirəm ki, Siz həqiqətən yanvarın 23-də Mehriban xanımla birlikdə mənə zəng etməklə məni yüksək şərəfə layiq gördünüz. Siz bilirsiniz, yəqin ki, bu, yaşımla bağlıdır, mən, sadəcə, kövrəldim. Çünki Siz məşğul idiniz, Sizin işiniz çox idi, Siz mənə təbrik teleqramı göndərdiniz. Sanki formal təbriklər olmuşdu. Lakin Siz Mehriban xanımla birlikdə mənə zəng etməyi lazım bildiniz. Bilirsinizmi, bunlar elə şeylərdir ki, onları heç vaxt unutmursan. Çox sağ olun.
Mən, sadəcə, Sizi əmin etmək istəyirəm ki, “Şərəf” ordeni qalan bütün ömrüm ərzində mənim ən mühüm, çox lazımlı və daimi motivim olacaq. Sağ olun”.
Prezident İlham Əliyev: Çox sağ olun.

 
  • Oxunub:  3720  |  
  • Tarix:  07-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi

19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Fevral 16:21
Bakıda beynəlxalq humanitar hüquq sahəsində seminar işə başlayıb
19 Fevral 16:08
“Onlar heç vaxt böyüməyəcəklər” kitabının Türkiyədə təqdimatı olub
19 Fevral 16:00
Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq
19 Fevral 15:54
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində amerikalı ekspertlərlə görüş keçirilib
19 Fevral 15:29
Azərbaycanın turizm potensialı Belarusda təbliğ olunub
19 Fevral 15:24
İsmayıllıda ötən il ümumi məhsul istehsalının həcmi 14 milyon 757 min manat artıb
19 Fevral 15:15
Keçən il ölkədəki bərpaolunan enerji mənbələrinin 7,3 faizindən istifadə edilib
19 Fevral 14:53
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər
19 Fevral 14:47
Qədim Buxara şəhəri bu il İslam mədəniyyətinin paytaxtı seçiləcək
19 Fevral 14:29
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
19 Fevral 14:22
Muğamsevərlər Heydər Əliyev Sarayında yenidən bir araya gəliblər
19 Fevral 14:10
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
19 Fevral 14:03
V İngilis dili olimpiadası keçiriləcək
19 Fevral 14:00
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Misir mətbuatında da geniş işıqlandırılıb
19 Fevral 12:45
Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək
19 Fevral 12:41
Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb
19 Fevral 12:40
ABŞ radiosunda Azərbaycanda mövcud olan dinlərarası harmoniyadan danışılıb
19 Fevral 12:30
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişlərin nağdsız aparılması üçün bank kartı buraxılıb
19 Fevral 12:21
Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir
19 Fevral 12:17
Ötən il Beyləqanda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub
19 Fevral 12:14
Prezident İlham Əliyevin yeni islahatları bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb
19 Fevral 11:48
Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir
19 Fevral 11:38
Nazir müavini: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır
19 Fevral 11:32
Zaur Əliyev: “İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur” – MÜSAHİBƏ
19 Fevral 11:27
Azərbaycan Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələri genişləndirir
19 Fevral 11:23
“Qış Məktəbi”nin iştirakçıları Şəkinin tarixi məkanlarında
19 Fevral 11:16
Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır
19 Fevral 11:14
Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb
19 Fevral 11:06
Vətəndaşlarımızın ictimai təəssübkeşlik nümunəsi olan bütün təkliflərinə diqqətlə yanaşılır
19 Fevral 10:39
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19 Fevral 10:34
Azərbaycan və İspaniya arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur
19 Fevral 10:26
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub
19 Fevral 10:24
UEFA Çempionlar Liqası: səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək
19 Fevral 10:22
Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi
19 Fevral 10:17
Bahar Muradova: Dalana dirənmiş danışıqları nəticəyə yönəlmiş prosesə çevirmək üçün bu debatı yeni bir başlanğıc hesab etmək olar
19 Fevral 10:13
Azərbaycanlı tədqiqatçı - alim Misirdə beynəlxalq konfransda çıxış edib
19 Fevral 10:06
Heydər Əliyev irsinin tədqiqi işinə daha bir dəyərli töhfə
19 Fevral 10:03
Türkiyə mediası: Prezident İlham Əliyev Paşinyanı çətin vəziyyətə saldı
19 Fevral 10:00
Ermənistan mətbuatı: Paşinyanın Münxen biabırçılığı...
19 Fevral 09:57
“The USA Tribune”: Müzakirələr Paşinyan üçün uğursuz başa çatdı
19 Fevral 09:55
“Vestikavkaza.ru”: Prezident İlham Əliyev Münxendə Paşinyanı darmadağın etdi
19 Fevral 09:54
Yaponiya mətbuatı: Prezident İlham Əliyev Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla diqqətə çatdırdı
19 Fevral 09:51
Erməni ekspert: Azərbaycan Prezidenti qalib gəldi
19 Fevral 09:50
Xocalı soyqırımı bəşəriyyətə qarşı edilən cinayətdir...
19 Fevral 09:46
Regionlarda yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində mühüm tədbirlər həyata keçirilir
19 Fevral 09:44
Türkiyə universitetlərinin idarəetmə standartları AzTU-da tətbiq olunacaq
19 Fevral 09:41
Hakimliyə namizədlərin tədris kursu yeni mövzularla zənginləşdirilir
19 Fevral 09:34
Azərbaycanın regionlarında əhalinin içməli su təchizatı yaxşılaşır
18 Fevral 21:04
Sankt-Peterburqda rəqəmli texnologiyaların müasir inkişaf tendensiyaları müzakirə olunub
18 Fevral 20:55
Ombudsman Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 20:38
Avropa Parlamentinin nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqların cari vəziyyəti barədə məlumatlandırılıb
18 Fevral 17:59
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18 Fevral 17:57
Sevinc Fətəliyeva: Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi
18 Fevral 17:56
Asim Mollazadə: Ermənistanın işğalçı siyasəti bölgə üçün ən böyük təhlükədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA