Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Azərbaycan həm nəqliyyat, həm rabitə, həm də yüksək texnologiyalar sahəsində bundan sonra da regionda liderlik mövqelərini qorumalıdır və biz öz potensialımızı artırmalıyıq
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Azərbaycan həm nəqliyyat, həm rabitə, həm də yüksək texnologiyalar sahəsində bundan sonra da regionda liderlik mövqelərini qorumalıdır və biz öz potensialımızı artırmalıyıq

Dövlətimizin başçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: “Keçən il Azərbaycanda bütün sahələr kimi, nəqliyyat sahəsi də inkişaf etmişdir. Bu inkişaf həm real layihələrdə özünü göstərir, eyni zamanda, beynəlxalq təşkilatların hesabatlarında əksini tapır. Təkcə onu demək kifayətdir ki, keçən il avtomobil yollarının tikintisi istiqamətində rekord nəticə əldə edilmiş, 1300 kilometr avtomobil yolu çəkilmişdir. Beləliklə, həm şəhərlərarası nəqliyyatın işi yaxşılaşdırılmış, eyni zamanda, magistral yolların çəkilişi davam etdirilmiş, yüzlərlə kəndin yolu abadlaşdırılmış və yenidən qurulmuşdur.
Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda nəqliyyat sahəsində görülmüş işlərə yüksək qiymət verib. Bütövlükdə Azərbaycanın nəqliyyat infrastrukturu Davosun hesabatında dünya miqyasında 31-ci yerdədir. Bu, kifayət qədər böyük göstəricidir. Bu göstəriciyə görə biz bir neçə inkişaf etmiş ölkəni də qabaqlamışıq. Avtomobil yollarının keyfiyyətinə görə biz dünyada 27-ci yerdəyik. Dəmir yolu nəqliyyatının səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik.
Yəni, əslində, bu, onu göstərir ki, son vaxtlar nəqliyyat sahəsində aparılmış işlər ən yüksək qiymətə layiqdir. Bununla bərabər, keçən il çox önəmli dövlətlərarası layihələr icra edilmişdir. O cümlədən Azərbaycan-Rusiya sərhədində yeni avtomobil körpüsünün istifadəyə verilməsi çox böyük hadisədir. Çünki əvvəlki körpü 1950-ci illərdə tikilmişdi və demək olar ki, sıradan çıxmışdı. Yeni körpü Azərbaycan ilə Rusiya arasında həm nəqliyyat, həm ticarət əlaqələrinin inkişafına xidmət göstərəcək, eyni zamanda, bu körpü Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir. Hazırda Rusiya sərhədinə qədər yeni avtomagistral çəkilir və ilin sonuna qədər bu magistralın əsas hissəsi istismara veriləcəkdir.
Paralel olaraq, Astara şəhərindən İran sərhədinə qədər yeni magistralın çəkilişi nəzərdə tutulur. Bu məsələ İran tərəfi ilə razılaşdırılıb. Beləliklə, yük avtomaşınları Astara şəhərinə girmədən birbaşa İran istiqamətinə gedə biləcək və yeni avtomobil körpüsü də tikiləcəkdir. Bir neçə il bundan əvvəl iki ölkə arasında yeni dəmir yolu körpüsü tikilmişdir və Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti üçün bunun böyük əhəmiyyəti olmuşdur.
Əlbəttə, keçən il Şərq-Qərb nəqliyyat dəhlizi üzrə daha çox yük daşınmışdır. Bu da təbiidir, çünki Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra bu istiqamətdə böyük canlanma var. Təkcə Şərq istiqamətindən yox, eyni zamanda, Rusiyadan Azərbaycan ərazisindən Türkiyə və Avropa istiqamətinə yüklərin daşınması müşahidə olunur və ildən-ilə bu yüklərin həcmi artacaq. Beləliklə, açıq dənizlərə çıxışı olmayan Azərbaycan beynəlxalq Avrasiya nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir.
Builki investisiya proqramında nəqliyyat sektorunun inkişafı üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub. Eyni zamanda, avtomobil yollarının, dəmir yollarının çəkilişi ilə bağlı konkret layihələr icra ediləcəkdir. Bu il Ləki-Qəbələ dəmir yolu istifadəyə verilməlidir. Eyni zamanda, biz Bakı-Yalama və Xudat-Şahdağ dəmir yollarının layihələndirilməsinə və inşasına başlayırıq. Beləliklə, biz mövcud dəmir yollarının keyfiyyətini böyük dərəcədə artıracağıq və qatarların sürəti də buna uyğun olaraq artacaqdır.
Həmçinin biz şəhər nəqliyyatının inkişafına da böyük əhəmiyyət veririk. Bu il Bakı şəhərinə əlavə 300 müasir avtobus gətiriləcəkdir və bundan sonra da bu istiqamətdə işlər görüləcək. Eyni zamanda, mənim göstərişimlə yeni taksi avtomaşınları da gətirilməlidir. Bu məsələ ilə bağlı məlumat verin, kontraktlar imzalanıb, yoxsa yox və yeni taksilər şəhərimizə nə vaxt gətiriləcək?”.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib: “Təşəkkür edirəm, cənab Prezident. Bu sualla bağlı qeyd etmək istərdim ki, Azərbaycanda 1500 ədəd “London taksisi” fəaliyyət göstərir. Bizim nazirliyin tabeliyində 1200 ədəd “London taksisi” vardır. Sizin tapşırığınıza əsasən, biz yeni, müasir standartlara cavab verən 100 ədəd “London taksisi” sifariş etmişik. Üç ay ərzində Azərbaycana gətiriləcək bu taksilərin üstünlüyü ondan ibarətdir ki, onlar yanacaqla deyil, elektriklə işləyir. Bir daha qeyd etmək istəyirəm ki, bu taksilər müasir standartlara tam şəkildə cavab verir”.
Prezident İlham Əliyev: İndi bizim digər şəhərlərimizdə taksi xidməti hansı səviyyədədir?
Ramin Quluzadə: Cənab Prezident, biz regionlarda bu sahəyə daha çox diqqət yetirməliyik. Çünki regionlarda standartlara tam cavab verməyən nəqliyyat vasitələri var və biz bu istiqamətdə də öz işlərimizi aparırıq.
Prezident İlham Əliyev: Mən sizə tapşırıq verirəm ki, bu işləri ciddi təhlil edin. Hər bir şəhərdə nə qədər taksi fəaliyyət göstərir? Taksi avtomaşınlarının keyfiyyəti nə səviyyədədir? Təhlükəsizlik necə təmin edilir, hesablaşma necə aparılır? Biz elə etməliyik ki, bütün şəhərlərimizdə, ilk növbədə, böyük şəhərlərimizdə müasir taksi xidmətləri olsun. Müasir taksi dayanacaqları, sürücülərin hazırlanması, onların tibbi müayinədən keçməsi təşkil olunmalıdır. Hər bir sahədə olduğu kimi, bu sahədə də biz nağd hesablaşmadan kartla hesablaşmaya keçməliyik, taksometrlər quraşdırılmalıdır. Yəni, təkcə Bakıda yox, ilk növbədə, bütün böyük şəhərlərdə və ondan sonrakı mərhələdə digər şəhərlərdə.
Bu, eyni zamanda, avtobus nəqliyyatına da aiddir. Çünki hazırda Bakı və Sumqayıt şəhərlərində avtobusla sərnişin daşımaları müasir standartlara uyğundur. O da hər yerdə deyil. Hələ də Bakı şəhərində keyfiyyəti yüksək olmayan və istismar müddəti bitmiş avtobuslar fəaliyyət göstərir. Bu məqsədlə biz hər il ölkəmizə 300 avtobus gətizdiririk. Mənə verilən məlumata görə, Gəncə şəhərində avtobus təsərrüfatı köhnəlib. Digər şəhərlərdə nə qədər avtobus fəaliyyətdədir, nə qədər avtobus alınmalıdır? Əlbəttə ki, ilk növbədə, paytaxt Bakının bu məsələsi həll olunmalıdır. Amma digər şəhərlər də diqqətdən kənarda qalmamalıdır.
Şəhərlərarası nəqliyyat məsələsi öz həllini necə tapır və bu sahədə hansı problemlər, hansı nailiyyətlər var?
Ramin Quluzadə: Möhtərəm cənab Prezident, biz bir ay öncə şəhərlərarası gecə reyslərini istifadəyə verdik. Əsas məqsədimiz odur ki, bizim vətəndaşlar təkcə gündüz yox, eyni zamanda, gecə reyslərindən də istifadə etsinlər. Biz bu reysləri müasir standartlara cavab verən “MAN” tipli avtobuslarla həyata keçiririk. Eyni zamanda, biz bu gün mövcud avtobus parkını daha müasir standartlar səviyyəsində yeniləyirik. Artıq biz standartları təkmilləşdiririk. Gələcəkdə də biz iş adamları ilə bu standartlarla bağlı işlər aparacağıq.
Prezident İlham Əliyev: Bu da çox önəmli məsələdir. Çünki indi yolların keyfiyyəti artdıqca, şəhərlərarası marşrutlar yeni avtobuslarla təmin edilir. Əlbəttə ki, bu avtobuslar ən yüksək təhlükəsizlik normalarına uyğun olmalıdır. Bir halda ki, siz gecə reyslərinə başlamısınız, bu avtobusların keyfiyyəti, təhlükəsizliyi, sürücülərin hazırlığı, onların müayinədən keçmələri - bütün bunlar mütləq diqqət mərkəzində olmalıdır. Bu sahədə də təftiş aparılmalıdır, avtobusların neçə faizi standartlara tam cavab verir? Bu sahədə daha çox özəl şirkətlər fəaliyyət göstərir. Onlara da dəstək göstərilməlidir ki, bu istiqamətdə öz fəaliyyətlərini daha yüksək səviyyədə təmin edə bilsinlər.
Bir məsələ də yük daşımaları ilə bağlıdır. Azərbaycandan xaricə gedən yüklərin həcmi artır və artacaq. Qeyri-neft sektorumuz artır, qeyri-neft ixracımız keçən il 14 faiz artıbdır. Ancaq bizim bir çox yüklərimizi xarici şirkətlər daşıyır. Bu da onunla bağlıdır ki, Azərbaycanda yük daşımalarında istifadə edilən avtomaşınlar, tırlar yerli şirkətlər tərəfindən az təmin olunur. Ona görə bu məsələyə də diqqət yetirmək lazımdır. Birinci növbədə, təhlil aparılmalıdır və mənə məruzə edilməlidir ki, yük daşımalarının neçə faizi Azərbaycan şirkətləri tərəfindən icra edilir? Tır parkına baxış keçirilməlidir. Onların vəziyyət nə yerdədir və onların sayı bizim artan istehsalımıza uyğundur, yoxsa yox?! Əgər yeni tır maşınlarının alınmasında dövlət özəl şirkətlərə kömək edə bilərsə, biz buna hazırıq. Bu sahəyə də güzəştli kreditlər verilə bilər. Çünki bir halda ki, Azərbaycanın nəqliyyat sektoru yüksək templərlə inkişaf edir və beynəlxalq təşkilatlar bunu yüksək qiymətləndirir, nəqliyyat sektorunda bütün komponentlər yüksək standartlara cavab verməlidir. Əlbəttə, hər bir ölkə istəyir ki, onun yükləri yerli şirkətlər tərəfindən daşınsın. Ona görə bu məsələ ilə bağlı sizə tapşırıram, təhlil aparın və məlumat verin.
Ötən ilin noyabr ayında Qazaxıstanda bu ölkə ilə Azərbaycan arasında yeni rabitə xəttinin çəkilməsinin təməlqoyma mərasimi keçirilmişdir. Bu da çox önəmli layihədir. Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində böyük uğurlar əldə edib. Ənənəvi “Bakutel” sərgisi çox böyük diqqət cəlb edir. Bu il bu istiqamətdə hansı işlər görüləcəkdir, bu barədə məlumat verin.
Ramin Quluzadə: Möhtərəm cənab Prezident, Bakı ilə Qazaxıstanı birləşdirən fiberoptik kanal gələcəkdə Avropanı və Asiyanı birləşdirən bir xətt olacaq. Bu da imkan yaradacaq ki, biz gələcəkdə Avropadan Çinə və digər ölkələrə interneti Azərbaycanın üzərindən ötürək. Gələcəkdə Azərbaycan və digər ölkələrdə internetə olan tələbatın ödənilməsi və keyfiyyətli internetdən istifadə üçün bu işlər görüləcək. Eyni zamanda, qeyd etmək istəyirəm ki, artıq hər il “Bakutel” sərgisinə də maraq artır. Siz də oraya gələndə görürsünüz ki, həm yerli şirkətlərimizin, həm də startapların bu sahəyə marağı artır. Gələcəkdə də bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev: Buna da çox diqqət yetirmək lazımdır. “Bakutel” artıq 20 ildən çoxdur keçirilir və regionda əsas sərgi və konfransdır. Bu sərgi və konfransda adətən Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbəri də iştirak edir. Bu təşkilatın rəhbərləri mənimlə görüş əsnasında daim Azərbaycanda bu sahədə görülən işlərə yüksək qiymət verirlər. Bir halda ki, Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiberoptik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir. Ona görə ötən ilin noyabrında Qazaxıstanda keçirilmiş təməlqoyma mərasimi xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, bu xəttin çəkilişi tezliklə təmin ediləcəkdir. Bunun uzunluğu 400 kilometrdir. Eyni zamanda, Azərbaycanda internet istifadəçilərinin sayı getdikcə artır və artıq 80 faizə çatıbdır. Keyfiyyətli interneti təmin etmək üçün əlavə vəsait də nəzərdə tutulmalıdır.
Beləliklə, bu il bu sahədə görüləsi işlər çoxdur. Ancaq sevindirici hal ondan ibarətdir ki, artıq gözəl nəticələr əldə edilib və biz bundan sonra yalnız inkişaf yolu ilə gedəcəyik. Azərbaycan həm nəqliyyat, həm rabitə, həm də yüksək texnologiyalar sahəsində bundan sonra da regionda liderlik mövqelərini qorumalıdır və biz öz potensialımızı artırmalıyıq.

 
  • Oxunub:  4260  |  
  • Tarix:  16-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan dövləti Könüllülər hərəkatına çox böyük önəm verir

17 Fevral 20:47
Tengiz Txilava: Azərbaycan Prezidenti dünya birliyinə işğalçının kim və həm də necə riyakar olduğunu göstərdi
17 Fevral 20:31
Politoloq: Münxen müzakirələri zamanı Paşinyan növbəti dəfə məğlubiyyətin acısını dadmalı oldu
17 Fevral 20:20
Müdafiə naziri hərbi təyinatlı obyektlərin açılışında iştirak edib
17 Fevral 20:07
Ermənistan müxalifəti: Siz patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?
17 Fevral 17:58
Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı MSK-ya daxil olmuş 177 müraciətdən 97-nə baxılıb
17 Fevral 17:56
Kürdəmirdə yol tikintisinə 4,9 milyon manat ayrılıb – SƏRƏNCAM
17 Fevral 17:56
UEFA Çempionlar Liqası üçün yeni mükafat təsis edib
17 Fevral 17:52
MSK sədri: Komissiya üzvləri qərar qəbul etmək üçün sosial şəbəkələrdə yayılan görüntülərə ən azı 15 dəfə baxırlar
17 Fevral 17:27
Münxen Təhlükəsizlik Konfransı dünyada təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından önəmli platformadır
17 Fevral 17:06
Ötən il Nəsimi rayonunda 9000 daimi iş yeri açılıb
17 Fevral 16:50
Bakı Dövlət Universitetində “Psixoloji yardım sektoru”nun açılışı olub
17 Fevral 16:45
Ukrayna Analitika Mərkəzinin rəhbəri: Paşinyan başa düşdü ki, bu, onun qaldıra biləcəyi yük deyil
17 Fevral 16:38
Dmitri Savelyev: Paşinyan Münxendə inandırıcı deyildi
17 Fevral 16:34
Rövşən Rzayev: Bu il 7 min məcburi köçkün ailəsi üçün qəsəbələr inşa ediləcək
17 Fevral 16:06
Gənclər dini radikalizmin təsirinə düşməmək üçün təhsilə böyük önəm verməlidirlər
17 Fevral 15:52
Dilarə Cəbrayılova: Nikol Paşinyan dünyanın gözü qarşısında aciz vəziyyətə düşdü
17 Fevral 15:48
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanına səfərə gedəcək
17 Fevral 15:25
Türkiyəli hüquqşünas: Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi beynəlxalq hüquqa təhdiddir
17 Fevral 15:22
AHİK-də Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru ilə görüş keçirilib
17 Fevral 15:20
Azərbaycanla Türkiyə KOB-ları birgə layihələr həyata keçirə bilər
17 Fevral 15:10
Vüqar Rəhimzadə: Prezident İlham Əliyev Nikol Paşinyana tarix və hüquq dərsi keçdi
17 Fevral 15:03
Bakıda kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnir keçiriləcək
17 Fevral 14:54
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif edilib
17 Fevral 14:44
“The USA Tribune”: Münxendə söz dueli və onun qalib “revolveri”
17 Fevral 14:32
Pərvin Kərimzadə: Prezident İlham Əliyev Münxen debatında ermənilərə tarixi və siyasi dərs keçdi
17 Fevral 14:31
Ekspert: Münxendə keçirilən diskussiya Ermənistan tarixində qara gün oldu
17 Fevral 14:27
Ekspert: İlham Əliyevlə müqayisədə Paşinyan dünya siyasətçilərinin ən aşağı kateqoriyasına daxildir
17 Fevral 14:13
Siyavuş Novruzov: MSK-nın qarşısında icazəsiz etiraz aksiyası beynəlxalq təşkilatların hesabatlarında nələrinsə qeyd olunmasına xidmət etməkdir
17 Fevral 14:01
Musa Qasımlı: Paşinyan Azərbaycan Prezidentinin yanında aciz görünürdü
17 Fevral 13:20
Naqif Həmzəyev: Münxen debatı Ermənistanın acizliyinin nümayişi oldu
17 Fevral 12:13
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Yaponiya mətbuatının da diqqətində olub
17 Fevral 12:11
Ukraynanın “Fakt” portalı Prezident İlham Əliyevin Paşinyanın yalanlarını ifşa etdiyi müzakirələr barədə məqalə yayıb
17 Fevral 11:47
Xəzərin sahili sintetik torlardan təmizlənib
17 Fevral 11:44
Bakı Ali Neft Məktəbi Tallinn Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
17 Fevral 11:32
Seçenov Universitetinin Bakı filialında icbari tibbi sığortanın tətbiqinin təkmilləşdirmə proqramı tədris olunacaq
17 Fevral 11:29
Meksika qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məqalə dərc olunub
17 Fevral 11:21
Qış Məktəbinin iştirakçıları Azərbaycandakı dini müxtəliflik barəsində məlumatlandırılıblar
17 Fevral 10:59
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana təcavüzü – Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi
17 Fevral 10:38
Balakəndə yeni kəndlərarası yolun yenidən qurulmasına start verilib
17 Fevral 09:45
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 23 dəfə pozub
17 Fevral 09:20
Azərbaycan güləşçiləri Avropa çempionatını 13 medalla başa vurublar
17 Fevral 09:08
Moldovada yaşayan gənc soydaşlarımızın birinci Forumu keçirilib
16 Fevral 18:18
Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına yekun vurulub
16 Fevral 18:03
Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb
16 Fevral 17:26
Hikmət Hacıyev: Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü
16 Fevral 17:19
Hulusi Kılıç: Prezident İlham Əliyev işğalçı ölkənin hökumət başçısına, sözün əsl mənasında dərs verdi
16 Fevral 16:14
Elçin Əhmədov: Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi
16 Fevral 14:52
"HaberGlobal": Azərbaycan Prezidenti İlham Əliyevdən Ermənistanın baş naziri Nikol Paşinyana tarixi sillə (VİDEO)
16 Fevral 14:49
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Münxendə Paşinyanı çətin vəziyyətə salmasından yazır
16 Fevral 14:25
Prezident Ilham Əliyev öz tarixi,hüquqi və siyasi bilgiləri ilə işğalçı Ermənistanın baş nazirini əzib keçdi
16 Fevral 14:23
Siyasi ekspert: Prezident İlham Əliyev Paşinyanı darmadağın etdi
16 Fevral 14:20
Prezident İlham Əliyev: “Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur”
16 Fevral 09:34
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib
16 Fevral 00:17
Ayaz Mütəllibov: “Paşinyan yalan danışır, mən elə söz deməmişəm”
15 Fevral 22:59
Prezident İlham Əliyev: Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil
15 Fevral 22:56
Prezident İlham Əliyev: Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar
15 Fevral 22:53
Prezident İlham Əliyev: Ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər
15 Fevral 22:51
Prezident İlham Əliyev: Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır
15 Fevral 22:50
Prezident İlham Əliyev: Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb
15 Fevral 22:10
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
15 Fevral 21:41
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub
15 Fevral 20:49
XİN: Vəziyyətin gərginləşməsinə xidmət edən qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür
15 Fevral 14:44
Rövzət Qasımov: Namizədin şikayətinə ilk olaraq dairə seçki komissiyasında baxılmalıdır
15 Fevral 14:39
DİN: “Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq”
15 Fevral 13:18
Vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işi Daxili İşlər Nazirliyi rəhbərliyinin daim diqqətindədir
15 Fevral 13:07
Həftəsonu paytaxtda 10 dərəcə isti olacaq
15 Fevral 13:05
Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışları davam edir
15 Fevral 12:55
Müdafiə naziri: Qoşunlarda təlim və məşqlər real döyüş şəraitinə uyğun keçirilməlidir
15 Fevral 12:44
Nazir Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb
15 Fevral 12:40
Prezident İlham Əliyev Münxendə Dünya Bankının icraçı direktoru ilə görüşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA