Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: “Bu gün mən sizi icra başçısı vəzifəsinə təyin edirəm. Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edirəm. Bu, böyük etimaddır. Siz bu etimadı öz işinizlə doğrultmalısınız.
Ölkəmizdə köklü islahatlar aparılır. Bu islahatlar demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi sahədə, maliyyə sektorundakı islahatlar, şəffaflıqla bağlı olan tədbirlər artıq öz gözəl nəticələrini verməkdədir. Mənə verilən məlumata görə, bu ilin 11 ayında təkcə vergi və gömrük orqanları büdcəyə plandan əlavə 934 milyon manat vəsait daxil etmişlər. Bunun da başlıca səbəbi kadr islahatıdır. Çünki həm vergi, həm gömrük orqanlarında köklü kadr dəyişiklikləri həyata keçirildi, yeni rəhbərlər təyin edildi. Beləliklə, nəticə də göz qabağındadır.
Ona görə struktur islahatları ilə bərabər, kadr islahatları da aparılır. Struktur islahatlarına gəldikdə, cəmiyyət bu islahatları yüksək qiymətləndirir. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yeni strukturları təsdiq edildi, Milli Məclis yenidən formalaşacaq. Bütün bunların bir məqsədi var: ölkəmizin uğurlu inkişafını təmin etmək, ölkədə mövcud olan gözəl ab-havanı qoruyub saxlamaq, gənc peşəkar kadrlara imkan vermək ki, onlar özlərini göstərsinlər. Ümumi idarəetmə işlərində vəziyyət müasir standartlara cavab verməlidir.
Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir. Bütün mötəbər beynəlxalq qurumlar bunu qeyd edir. Ölkəmizin çox gözəl beynəlxalq imici vardır. Təkcə oktyabr-noyabr aylarında ölkəmizdə baş vermiş hadisələr, keçirilmiş mötəbər tədbirlər onu göstərir ki, Azərbaycanın beynəlxalq nüfuzu nə qədər yüksəkdir və nə qədər beynəlxalq dəstək göstərilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü yüksək səviyyədə keçirildi və Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürmüşdür. Qoşulmama Hərəkatının Zirvə Görüşü yüksək səviyyədə keçirildi və 120 ölkənin dəstəyi ilə biz bu təşkilata sədr seçilmişik və üç il ərzində sədrlik edəcəyik. Dünya dini liderlərinin Zirvə Görüşü Azərbaycanda keçirilib və 70 ölkədən gəlmiş nümayəndələrin hər biri qeyd edirdi ki, Azərbaycan bu sahədə dünyada aparıcı rol oynayır.
Bizim apardığımız kadr və struktur islahatları, eyni zamanda, ölkəmizin beynəlxalq imicini daha da yüksəklərə qaldırır və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Keçirilmiş son rəy sorğusunun nəticələrinə görə, xalqımızın mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir və bəyənir.
Kadr islahatları davam etdiriləcək. Son vaxtlar aparılan islahatlar artıq öz nəticəsini verməkdədir. Cəmiyyətdə bu islahatlarla bağlı çox müsbət rəy formalaşıb və gözləntilər də vardır. Ona görə təyin edilmiş bütün yeni kadrlar qarşısında konkret vəzifələr qoyulur və bu kadrlar o vəzifələri icra etməlidirlər. Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar. Dövlət məmurları xalqa xidmət etməlidirlər. Onların başlıca missiyası bundan ibarətdir və siz də belə işləməlisiniz.
Rüstəm Xəlilov uzun illər Milli Məclisin deputatı kimi fəaliyyət göstərir. Əvvəlki dövrlərdə də böyük təcrübə toplamışdır. Əminəm ki, Hacıqabul rayonunda bu təcrübəni tətbiq edəcək və rayonun inkişafına töhfə verəcəkdir. Vüqar Novruzov gənc kadrdır və bir müddət Prezident Administrasiyasında işləyib, indi isə Xəzər rayonunda İcra Hakimiyyəti başçısının müavini işləyir. Yəni, bugünkü təyinat da mənim dediyim sözlərin təsdiqidir: təcrübə və gənclərin novatorluğu. Bax, bu sintez həm cəmiyyətdə mövcud olmalıdır, möhkəmlənməlidir, həm də iqtidar komandasında və bütün idarəetmə strukturlarında. Təcrübəli kadrların bilikləri, hazırlığı, eyni zamanda, gənclərin novatorluğu, dinamizmi, yeniliklərə meyilliliyi - bu prinsiplərin vəhdəti uğurlu inkişafımızı bundan sonra da şərtləndirəcəkdir.
Sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, rəhbərlik edəcəyiniz şəhər və rayonda iqtisadi inkişaf təmin edilsin, işsizliklə bağlı problemlər öz həllini tapsın. Siz vətəndaşlarla daim təmasda olmalısınız. Mövcud bütün olan problemləri, ilk növbədə, çox dərindən təhlil etməlisiniz və problemlərin həlli üçün iş planı tutulmalıdır. Təbii ki, problemlərin bir hissəsinin həlli mərkəzi icra orqanlarının səlahiyyətindədir. Belə olan halda, mərkəzi icra orqanları qarşısında məsələ qaldırmalısınız, eyni zamanda, Prezident Administrasiyasına məlumat verməlisiniz. O məsələlər ki, sizin fəaliyyətinizdən asılıdır, onları özünüz həll etməlisiniz və daim vətəndaşlardan onları narahat edən məsələləri eşitməlisiniz. Ona görə vətəndaşlarla sizin ünsiyyətiniz formal xarakter yox, işgüzar xarakter daşımalıdır və bu, sizin iş qrafikinizdə prioritet məsələ olmalıdır.
İşsizliklə bağlı problemlər bütövlükdə Azərbaycanda öz həllini tapır və beynəlxalq qurumlar da bu sahədəki uğurlarımızı qeyd edir. Ancaq mən bunu dəfələrlə demişəm, bəzi qonşu ölkələrdən fərqli olaraq bizim əhalimiz artır. Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, əhali artır və sovet dövründən sonra - müstəqillik illərində təqribən 30 faizə yaxın artıbdır, 7 milyondan 10 milyona çatıbdır. Bütün bunlar, əlbəttə, tələb edir ki, yeni iş yerləri yaradılsın. İş yerlərinin yaradılması üçün investisiya layihələri icra edilməlidir. Ona görə icra başçıları da həm yerli, həm də xarici biznes dairələri ilə sıx təmaslar qurmalıdırlar, şəhər və rayonlara investisiyaları cəlb etməlidirlər ki, yerli istehsal artsın və işsizlik daim aşağı səviyyədə olsun.
Hacıqabul rayonunun potensialının inkişafı üçün mənim göstərişimlə Hacıqabul sənaye zonası yaradılır. Bu zonanın böyük potensialı olacaqdır və orada xüsusi güzəştlər rejimi tətbiq ediləcəkdir. Bilirəm ki, bu, sahibkarlar tərəfindən də yüksək qiymətləndirilir. Belə təcrübə artıq var, həm Sumqayıtda, həm Neftçalada, Masallıda, digər şəhər və rayonlarımızda. Mingəçevirdə sənaye zonaları yaradılıbdır və yaradılır. Ona görə sənaye zonasının fəaliyyətinə böyük diqqət verilməlidir. Digər layihələr, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı olan layihələr icra edilməlidir. Kənd təsərrüfatında məhsuldarlığın artımı gündəlikdə duran əsas məsələlərdən biridir. Hesab edirəm ki, bu il biz rekord göstəriciyə nail olmuşuq. Taxılçılıqda orta məhsuldarlıq hər hektardan 32 sentner olubdur. Bu, son illər ərzində ən yüksək nəticədir və daha da artacaq. Pambıqçılıqda hələ ki, yığım başa çatmayıb, az qalıb, amma artıq hektardan 29 sentner pambıq götürmüşük. Pambıqçılar yaxşı bilirlər ki, Azərbaycan tarixində cəmi üç, ya dörd il məhsuldarlıq 30 sentnerə yaxın, yaxud da ondan çox olmuşdur. Onlardan biri də 2019-cu ildir. Ona görə kənd təsərrüfatı, xüsusilə indi, - əlbəttə, bu, Hacıqabul rayonuna aiddir, - inkişaf etməlidir.
Naftalan şəhərini müasir kurort mərkəzinə çevirmək cəhdlərimiz, hesab edirəm ki, çox uğurludur. Mən Prezident kimi ilk dəfə Naftalana gələndə ürəyim ağrıdı, çünki gördüm, demək olar ki, şəhər dağılmış vəziyyətdədir. İnfrastruktur yox, işıq yox, qaz yox, su yox, yollar bərbad. Sovet vaxtında tikilmiş sanatoriyalar dağılmış və şəhərdə minlərlə köçkün məskunlaşmışdı, onların da vəziyyəti çox ağır idi. Ona görə göstəriş verdim və tapşırdım ki, vəsait ayrılsın. İlk növbədə, biz köçkünləri köçürdük və onlar üçün gözəl evlər tikdirdik. Ondan sonra investorları cəlb etdik və onlar investisiya qoymağa başladılar. Bununla paralel olaraq, Naftalan şəhərindəki bütün hündürmərtəbəli binalar əsaslı şəkildə təmir olundu, yeni parklar salındı, mərkəzi şəhər xəstəxanası, beşulduzlu üç otel - “Çinar”, “Qarabağ” və “Qaşaltı” açıldı. Bütün açılışlarda mən şəxsən iştirak etmişəm. Hazırda dördulduzlu və üçulduzlu otellərin tikintisi davam etdirilir. Sovet vaxtında Naftalana hər il müalicə üçün 70 min adam gəlmişdi. Biz indi bu hədəfə doğru gedirik. Artıq təqribən 30-40 min insan gəlir dincəlməyə və müalicə almağa. Naftalanı beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək bizim başlıca vəzifəmizdir. Şəhər İcra Hakimiyyəti bu işlərə böyük diqqət verməlidir. Naftalanda yaşayan vətəndaşların mütləq əksəriyyəti xidmət sektorunda fəaliyyət göstərir.
Bir sözlə, sizə göstərilən bu etimad doğrudan da sizin üçün böyük avansdır. Çünki indiki şəraitdə kadrlara qarşı tələbkarlıq artır. Kadrlar qarşısında çox ciddi vəzifələr qoyulur, xüsusilə pozuntularla bağlı, rüşvətxorluq, korrupsiya sıfır dərəcəsində olmalıdır. İnvestorları incitməməlisiniz, əksinə, onlara kömək göstərməlisiniz, onları cəlb etməlisiniz ki, vətəndaşlar sizin işinizdən razı qalsınlar. Əgər vətəndaşlar razı olsalar, - atalar sözü var, “Xalqın gözü tərəzidir”, - mən də razı olacağam və sizin fəaliyyətinizə yüksək qiymət verəcəyəm. Yox əgər mənim etimadımı doğrultmasanız, onda sizi çox ciddi cəza gözləyir. Əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və müasir dövrün tələblərinə cavab verərək rəhbərlik edəcəyiniz Naftalan şəhərinin, Hacıqabul rayonunun inkişafına öz töhfənizi verəcəksiniz”.

 
  • Oxunub:  5280  |  
  • Tarix:  05-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk
17 Yanvar 14:20
Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq
17 Yanvar 14:14
Xaçmazda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə təbliğat-təşviqat kompaniyasına start verildi
17 Yanvar 14:12
Ravalpindidə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
17 Yanvar 14:08
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA