Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib: “Əziz qonaqlar, sizi salamlayıram. Çox şadam ki, Birlik ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclası Bakıda keçirilir. Bu tədbir özlüyündə çox böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizi daha sıx birləşdirir, ikitərəfli gündəliyə dair söhbət etmək üçün yaxşı imkan yaradır. Bildiyiniz kimi, bu yaxınlarda Aşqabadda dövlət başçılarının Zirvə Görüşü çox uğurlu keçdi. MDB üzvü olan digər ölkələr kimi, Azərbaycan da bu təşkilatda iştiraka böyük əhəmiyyət verir. Bir sıra məsələlərə dair bizim konstruktiv mövqeyimiz də MDB çərçivəsində qarşılıqlı fəaliyyətin daha da möhkəmlənməsinə töhfə verir. Əlbəttə, xüsusən müasir mərhələdə bizim regionda mövcud olan və yarana biləcək təhlükələr nəzərə alınmaqla hərbi sahədə əməkdaşlıq çox böyük əhəmiyyət kəsb edir. Zənnimcə, buna görə MDB üzvü olan ölkələrin sabitliyi və davamlı inkişafı çox cəhətdən dövlətlərimizin təhlükəsizliyini təmin edən orqanların qarşılıqlı fəaliyyətindən asılıdır.
Dövlət başçılarının Aşqabad Zirvə Görüşü çərçivəsində müzakirə edilən mövzulardan biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə hazırlıq məsələsi idi. Biz Azərbaycanda da buna çox fəal hazırlaşırıq. Bu, bizim ümumi Qələbəmizdir, Azərbaycanda dövlət səviyyəsində qeyd edilən Qələbədir. 9 May ölkəmizdə dövlət bayramıdır. Bu bayram Heydər Əliyev Azərbaycana qayıdandan sonra bərpa edildi. Təəssüf ki, müstəqilliyin ilk illərində Xalq Cəbhəsinin xalqa zidd olan iqtidarı təqvimdəki bu qırmızı günü silməklə onu xalqımızın yaddaşından da silməyə cəhd göstərdi, veteranlara hörmətsizlik etdi. Əslində bu, Böyük Vətən müharibəsinin tarixini təhrif etmək cəhdləri idi. İndi bəzi ölkələrdə belə cəhdlər təəssüf ki, kifayət qədər kütləvi xarakter alır. Beləliklə, 9 May günü uzun illər boyu dövlət bayramı kimi qeyd edilir və veteranlara qayğı bizim gündəlik işimizin ayrılmaz tərkib hissəsidir. Veteranlar diqqət və qayğı ilə əhatə olunub, onların maddi vəziyyəti təmin edilir. Onlar bizim üçün, hamı üçün qəhrəmanlıq nümunəsidir.
Azərbaycan bizim ümumi Qələbəmizə böyük töhfə verib. Bunu demək kifayətdir ki, ümumi Qələbəmiz üçün tələb olunan yanacağın çox böyük hissəsini - neftin 70 faizini, benzinin 80 faizini, sürtkü yağlarının 90 faizini Bakı təmin edirdi. Bu potensial olmasaydı, faşist Almaniyasına qalib gəlmək çox çətin olardı. Təsadüfi deyil ki, faşist Almaniyası gözlərini Bakıya zilləmişdi, Bakını tutmaq planları vardı. Bu halda sovet ordusu zəruri yanacaqdan məhrum olardı. Tarixdən yaxşı bilirik ki, faşistlərin öz hücumlarını inkişaf etdirə bilməməsinin bir səbəbi məhz o idi ki, onlar yanacaq sarıdan korluq çəkirdilər. Bakı neftçiləri əsl fədakarlıq göstərir, gecə-gündüz işləyirdilər. Məhz həmin illərdə neft hasilatı rekord səviyyəyə - orta hasilat səviyyəsindən iki dəfə yüksək həddə çatmışdı. Böyük Vətən müharibəsində ümumi Qələbəyə Azərbaycan xalqının da sanballı töhfəsi olub. Xalqımızın 600 mindən çox nümayəndəsi müharibədə iştirak edib, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Sovet İttifaqı qəhrəmanlarından 170 nəfəri Azərbaycanın nümayəndələridir. Bu, xalqımızın qürur mənbəyi, böyüməkdə olan nəsil üçün örnəkdir.
Təsadüfi deyil ki, tarixin saxtalaşdırılması, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi, tarixin yenidən yazılması cəhdlərinə Azərbaycanda çox həssas yanaşırıq. Bu, təkcə tarixin təhrif edilməsi baxımından deyil, gələcək nəsillər üçün də böyük təhlükədir. Çünki onlar bu miflərə inana bilər, mahiyyət etibarilə tarixi həqiqətdən uzaqlaşa bilərlər. Buna görə biz müharibənin səbəbləri haqqında, təcavüzkarın kim olması və həm ölkəsini, həm də dünyanın yarısını XX əsrin bu taunundan xilas etmiş sovet xalqının qəhrəmanlığı barədə həqiqətin dünyaya çatdırılması üçün ümumi səylərimizlə çox fəal iş aparmalıyıq.
Aşqabad Zirvə Görüşü zamanı mən belə bir məsələ də qaldırdım ki, MDB məkanında da təəssüf ki, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi faktları var. Məhz Ermənistanda faşist cəllad Ter-Arutyunyan qəhrəman səviyyəsinə qaldırılıb. Ermənistanda meydanlara, küçələrə onun adı verilib. Bir neçə il bundan əvvəl isə Ermənistan paytaxtının mərkəzində ona təqribən 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adam deyirdi ki, “Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölür”. Bu adam SMERŞ tərəfindən tutularaq uzunmüddətli həbs cəzasına məhkum edilib və onun şərəfsiz ömrü Vladimir həbsxanasında başa çatıb. Bax, belə bir “xadim”ə heykəl qoyulub və bu heykəl indiyə qədər götürülməyib. Mən həm dövlət başçılarının, həm də Ermənistanın yeni rəhbərliyinin diqqətini bu məqama cəlb etdim ki, MDB məkanında bu, yolverilməz hərəkətdir. Ermənistanın yeni rəhbərliyi özünün faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə assosiasiya edilməsinə imkan verməməlidir. Təəssüf ki, bu heykəl indiyə qədər götürülməyib və bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur. Erməni tərəfi deyir ki, o da qəhrəmanların xatirəsinə ehtiram bəsləyir. Bu, nonsensdir, ona görə ki, onlar faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəsləyir, yəni, əslində, bu mənfur əməllərə qarşı mübarizədə canlarından keçmiş insanların xatirəsinin təhqir edildiyini görürük. Buna görə biz öz tərəfimizdən bundan sonra da həm Birlik ölkələrinin, həm də digər dövlətlərin ictimaiyyətinin bu məsələyə diqqətini Qələbənin 75 illiyinə hazırlıq prizmasından cəlb edəcəyik. Düşünürəm ki, biz birgə səylərimizlə bundan sonra da işimizi bu istiqamətdə davam etdirəcəyik ki, Böyük Vətən müharibəsi haqqında həqiqət bütün dünya birliyinin, xüsusən gənc nəslin diqqətinə çatdırılsın.
Bugünkü iclas məsələsinə qayıdaraq, qeyd etmək istəyirəm ki, əlbəttə, sizin gündəliyiniz çox zəngindir. Əminəm ki, müzakirələr ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə kömək edəcək. Bir daha xoş gəlmisiniz”.
* * *
Sonra çıxış edən Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib: “Hörmətli cənab Prezident.
Bizimlə görüşmək üçün vaxt tapdığınıza görə Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Biz konkret olaraq Qələbənin gələcək yubileyi, ata və babalarımızın igidlikləri ilə bağlı xatirəni ümumi səylərimizlə qoruyub saxlamalı olmağımız barədə Sizin baxışlarınıza şərikik. Əlbəttə, o tarixi yenidən yazmaq, qalibləri məğlublar, məğlubları isə qaliblər kimi qələmə vermək məqsədilə göstərilən hər hansı cəhdlərə qarşı mübarizə aparmaq üçün nə mümkündürsə etmək lazımdır. Eyni sözlər bu böyük savaşın, ölkəmiz üçün ağır müharibənin gedişində törədilmiş cinayətlərə də aiddir. Bu gün bir tərəfdən tarixi yenidən yazmaq, digər tərəfdən qaliblərin məğlub sayılması üçün əlindən gələni etmək istəyənlərin sayı get-gedə artmaqdadır. Biz bunu nəzərə alaraq, bütün həmkarlarımızı Moskvada keçiriləcək bayram tədbirinə dəvət etmişik ki, Birlik ölkələrindən olan hərbi kontingent Qızıl Meydanda Qələbə paradında iştirak etsin. Ümidvaram ki, azərbaycanlı hərbi qulluqçular da əvvəllər olduğu kimi, bu tədbirdə çox fəal iştirak edəcəklər.
Bizim gündəliyə gəldikdə isə o, kifayət qədər genişdir. Əməkdaşlıq bizim birlikdə baxdığımız, təsdiq etdiyimiz planlar üzrə inkişaf edir. Burada xüsusi qeyd etmək istərdim ki, bu gün Rusiya beynəlxalq terrorizmə qarşı mübarizədə böyük təcrübə qazanıb, biz bu təcrübəni həmkarlarımızla bölüşməyə hazırıq. Bu, həm beynəlxalq terrorizmə qarşı mübarizə, həm humanitar kömək, o cümlədən minalardan təmizləmə, tibbi yardım və bir sıra başqa məsələlərə aiddir. Son hadisələr, Soçidə aparılmış danışıqlar, əldə edilmiş razılaşmalar, bizim Prezident və Türkiyə Prezidenti tərəfindən imzalanmış Memorandum çətinliklə həyata keçirilir, lakin görürük ki, bu, sülhün bərqərar olması, Suriyanın suverenliyinin qorunub saxlanması üçün yeganə üsuldur”.

 
  • Oxunub:  6900  |  
  • Tarix:  31-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir

12 Dekabr 21:34
Azərbaycan və Latviya Xarici İşlər nazirlərinin görüşü olub
12 Dekabr 21:22
Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi yığıncağında illik fəaliyyətin nəticələri və gələcək inkişaf üçün prioritetlər müzakirə edilib
12 Dekabr 20:59
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının plenar iclası keçirilib
12 Dekabr 20:43
Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub
12 Dekabr 20:27
AŞPA-nın komitə iclaslarında Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilib
12 Dekabr 20:23
Ulu Öndərin Tbilisidəki abidəsi ziyarət olunub
12 Dekabr 20:16
Azərbaycan-Fransa münasibətləri ilə bağlı müzakirələr aparılıb
12 Dekabr 20:13
Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna tükənməz məhəbbətini bir daha nümayiş etdirirdi
12 Dekabr 20:08
Xalqımız hər zaman ulu öndər Heydər Əliyevi minnətdarlıqla xatırlayacaq
12 Dekabr 17:58
Azərbaycanın dünyanın qüdrətli dövlətləri sırasında addımlaması Ulu Öndərin gərgin əməyi sayəsində mümkün olub
12 Dekabr 17:56
Mərkəzi Gömrük Hospitalında Ümummilli Liderin xatirəsi anılıb
12 Dekabr 17:47
Danimarkalı turistlər bu il Azərbaycana ikiqat maraq göstərirlər
12 Dekabr 17:19
Ciddədə UNA-nın İcraiyyə Şurasının və Baş Assambleyasının növbədənkənar iclasları keçirilib
12 Dekabr 17:05
Vitali İqnatenko: Heydər Əliyev zamanın fövqündə duran şəxsiyyətdir
12 Dekabr 16:55
Ulu öndər Heydər Əliyev Azərbaycan-Gürcüstan dostluğunun memarıdır
12 Dekabr 16:51
Bu gün “Qarabağ” UEFA Avropa Liqasında sonuncu oyununu keçirəcək
12 Dekabr 16:45
Kiyevdə keçirilən anım mərasimində Ulu Öndərin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən danışılıb
12 Dekabr 16:41
Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq qəbul etdiyi qərarlarla ölkəni məhv olmaq təhlükəsindən xilas edib
12 Dekabr 16:18
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşları qəbul edib
12 Dekabr 16:08
Ulu Öndərin əzmkarlığı sayəsində ölkəmizdə elm və təhsil sahələrində əsaslı dönüşə nail olunub
12 Dekabr 15:56
Azərbaycan-Ukrayna əməkdaşlığı müzakirə edilib
12 Dekabr 15:34
Anadolu agentliyi: “Azərbaycanın memarı Heydər Əliyev”
12 Dekabr 14:45
Azərbaycanın Xarici İşlər naziri Latviya Milli Kitabxanasında olub
12 Dekabr 14:37
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12 Dekabr 14:29
Pərvin Kərimzadə: Azərbaycan qadınlarının bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
12 Dekabr 14:22
Sona Əliyeva: Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir
12 Dekabr 14:21
Azərbaycan tarixinin taleyüklü hadisələrlə zəngin otuz ildən artıq dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
12 Dekabr 14:14
Erkan Özoral: Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir
12 Dekabr 14:01
Mübariz Qurbanlı: Qazanılan bütün nailiyyətlərin əsasında Heydər Əliyev siyasəti dayanır
12 Dekabr 13:57
Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib
12 Dekabr 13:52
Siyavuş Novruzov: Gənclər Ulu Öndər Heydər Əliyevin zəngin irsini dərindən öyrənməlidir
12 Dekabr 13:47
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 13:40
YAP İcra Katibliyində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib
12 Dekabr 12:54
Xələf Xələfov: Azərbaycan-Gürcüstan sərhədində baş verən insident təxribat xarakterli deyil
12 Dekabr 12:51
Tural Gəncəliyev: Ermənistanın BMT Baş Assambleyasında şahmat günü ilə bağlı sənəd yayması gülüncdür
12 Dekabr 12:35
ADA Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
12 Dekabr 12:32
Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter alması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub
12 Dekabr 12:27
Hikmət Hacıyev: Ermənistan tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar danışıqlar prosesinə ciddi xələl gətirir
12 Dekabr 12:23
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər Əliyevin xatirəsini daim öz qəlbində yaşadacaq
12 Dekabr 12:12
Kamilə Əliyeva: Heydər Əliyev siyasi kursu, müstəqil Azərbaycanın dövlətçilik ideologiyasıdır
12 Dekabr 12:06
Eldar İbrahimov: Ulu Öndər Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə yazılıb
12 Dekabr 12:05
İtaliya qəzeti: Heydər Əliyev Azərbaycan-İtaliya strateji tərəfdaşlığına aparan yolun əsasını qoyub
12 Dekabr 11:53
TANAP-la Türkiyəyə 3,5 milyard kubmetr “Şahdəniz” qazı göndərilib
12 Dekabr 11:48
Bu gün oynanılacaq 24 qarşılaşma ilə UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq
12 Dekabr 11:44
Fevzi Əkrəm Terzioğlu: Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi sayəsində Azərbaycan əzəmətli inkişaf yolu keçib
12 Dekabr 11:43
Turqut Altınok: Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı həyatın bütün sahələrində özünü təsdiq edib
12 Dekabr 11:42
Azərbaycanın qazandığı möhtəşəm uğurlar Heydər Əliyevin adı ilə bağlıdır
12 Dekabr 11:18
Ulu Öndərin ideyaları Azərbaycanda yaşayır, ölkəmizin inkişaf yoluna işıq saçır və xalqımızı daha böyük zəfərlərə doğru inamla aparır
12 Dekabr 11:13
İslamabadda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
12 Dekabr 11:03
Pavlo Movçan: Ulu öndər Heydər Əliyev ədəbiyyata, sözə böyük qiymət verirdi
12 Dekabr 10:52
Mariya Orlik: Heydər Əliyevin hələ SSRİ dövründə gördüyü işlər müstəqil Azərbaycanın güclənməsi üçün möhkəm baza yaratmışdı
12 Dekabr 10:32
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm
12 Dekabr 10:07
Cavanşir Paşazadə: Heydər Əliyev irsi gələcək nəsillər üçün zəngin xəzinədir
12 Dekabr 09:56
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı, müasir müstəqil Azərbaycanın banisidir
12 Dekabr 09:40
Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “dəyirmi masa” keçirilib
12 Dekabr 09:36
Bakı Avrasiya Universitetində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
12 Dekabr 09:33
Ürəklərdə yaşayan dahi insan
12 Dekabr 09:28
UNEC tələbələrinin “Nəsimi” tamaşası Ankarada anşlaqla qarşılanıb
12 Dekabr 09:21
Azercell-dən rəqəmsal Yeni İl kampaniyası!
12 Dekabr 09:19
Azərbaycan jurnalistikası vətənpərvər olmalı, milli maraqları hər şeydən üstün tutmalıdır
12 Dekabr 09:16
Respublikanın müxtəlif bölgələrində meyvəçiliyin inkişafı üçün zəruri tədbirlər görülür
11 Dekabr 21:47
Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur
11 Dekabr 21:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
11 Dekabr 21:13
Bu gün inkişaf edən dövlətimiz məhz Ulu Öndərin əsəridi
11 Dekabr 21:08
Leonid Yakuboviç: Heydər Əliyev tarixi şəxsiyyətdir
11 Dekabr 20:56
Dövlət Komitəsində müşavirə keçirilib
11 Dekabr 20:48
Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir
11 Dekabr 20:44
Gəncədə YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlər seçicilərlə görüşüb
11 Dekabr 20:40
YAP Biləsuvar rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat kampaniyasını uğurla davam etdirir
11 Dekabr 20:37
YAP Yevlax rayon təşkilatı “Xalq üçün” şuarı ilə bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası uğurla davam etdirir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA