Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Mən tam əminəm ki, Azərbaycan bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolu ilə gedəcək, bu gün xalqı narahat edən bütün problemlər öz həllini tapacaq
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Mən tam əminəm ki, Azərbaycan bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolu ilə gedəcək, bu gün xalqı narahat edən bütün problemlər öz həllini tapacaq

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ və Ağdaş rayonlarına səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Prezident İlham Əliyevə son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.
Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub.
Dövlətimizin başçısına istixanada görülən işlərlə bağlı məlumat verilib.
“AzRose” MMC-nin direktoru Nicat Mirzəyev bildirib ki, ölkəmizdə ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri də gülçülükdür. Azərbaycan Prezidenti İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, ənənəvi sahələrin inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərə uyğun olaraq, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri işlər görülür.
Sonda istixananın kollektivi ilə xatirə şəkli çəkdirilib.
Oktyabrın 28-də Qəbələ rayonunda 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yarımstansiyada yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
“Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov bildirib ki, yarımstansiyada 110/35/10 kV-luq 40 MVA gücündə iki yeni transformator quraşdırılıb, bununla da yarımstansiyanın gücü artırılaraq 80 MVA-ya çatdırılıb. Yarımstansiyanın yenidən qurulması ilə 110 kV-luq qidalandırıcı elektrik verilişi xətlərinin əlaqələnmə sxemlərinin dəyişdirilməsi mümkün olub. Bununla da “Şəki” Elektrik Stansiyası, “Ağsu” və “Ağdaş” qovşaq yarımstansiyaları arasında 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin etibarlılığı artırılıb.
Prezident İlham Əliyev “Qəbələ” elektrik yarımstansiyasını, eyni zamanda, 110/35/10 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasını işə salıb.
Həmin gün Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verib ki, qədim tarixə və zəngin turizm imkanlarına malik Qəbələ şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə artıq yekunlaşıb. Bu layihənin icrası Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi”, həmçinin dövlət investisiya proqramı çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qəbələ şəhərində 30 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Dövlətimizin başçısı Qəbələ şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Həmin gün “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının da açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısı Qəbələ filialının açılışını bildirən lenti kəsib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov bildirib ki, qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər öz bəhrəsini verir.
Dövlətimizin başçısı toxunuşu başa çatan xalçanı kəsib.
Sonra filialın kollektivi ilə görüşən Prezident İlham Əliyev deyib: “Mən sizi ürəkdən salamlayıram. Sizi yeni xalça fabrikinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl müəssisədə indi 50-dən çox iş yeri yaradılıb. Gələcəkdə iş yerlərinin sayı daha da çox olacaq. Əsas məsələ ondadır ki, burada qadınlar üçün iş yerləri yaradılır. Yəni, qadınları işlə təmin etmək üçün xüsusi tədbirlər görülür ki, Azərbaycanda iş yerləri daha da sürətlə açılsın, daha geniş əhalini əhatə etsin.
Burada iş şəraiti də, əməkhaqqı da yaxşıdır. Azərbaycanda xalçaçılıq sənətinin bundan sonra da yaşadılması üçün biz çox böyük işlər görürük. Bu məqsədlə “Azərxalça” müəssisəsi yaradılıbdır və mənim göstərişimlə ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir. Onlardan 10-u istifadəyə verilib, o cümlədən biri Qəbələ şəhərində. Növbəti illərdə isə 20-dən çox fabrik fəaliyyətə başlayacaq. Bu fabriklərdə minlərlə yeni iş yeri yaradılacaq.
Xalçaçılıq sənəti bizim milli sənətimizdir, bizim qədim sənətimizdir. Azərbaycan xalçaları dünyanın ən aparıcı muzeylərində nümayiş etdirilir. Xalça bizim məişətimizin ayrılmaz hissəsidir və Azərbaycan xalçaları öz keyfiyyəti ilə seçilir. Biz elə etməliyik ki, bu sənət daim yaşasın. Buna nail olmaq üçün, əlbəttə ki, belə fabriklərin yaradılması çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, gənc nəsil bu gözəl sənətə gələcək və bizim peşəkar mütəxəssislərimiz öz təcrübələrini bölüşərək bunu gənc nəslə də ötürəcəklər. Beləliklə, xalça sənəti yaşayacaq, necə ki, əsrlərboyu yaşayıb.
Eyni zamanda, xalça ixracyönümlü məhsuldur. Bu xalçalar xaricə satılmaqla ölkəmizə valyuta gələcək. Biz indi Sumqayıt şəhərində böyük əyirici-boyaq müəssisəsini yaradırıq. Ölkə üzrə yun tədarük mərkəzləri yaradılır. Bizim öz boyalarımız, öz iplərimiz olacaq və idxaldan asılılıq aradan qaldırılacaq.
Ona görə “Azərxalça”nın yaradılması, görün, nə qədər böyük, gözəl hadisələrə təkan verdi. Həm iş yerləri yaradılır, biz sənətimizi yaşadırıq, gənc nəsli yetişdiririk, həm də bölgələrdə yunçuluqla bağlı aparılan tədbirlər öz səmərəsini verir və nəticədə Azərbaycan daha da güclənir, ölkəmizin uğurlu inkişafı təmin edilir.
Qəbələ rayonuna çox böyük diqqət göstərilir. Son illər ərzində burada bir çox önəmli müəssisələrin, obyektlərin açılışı olub. Təsadüfi deyil ki, mən son 16 il ərzində Qəbələyə 13 dəfə səfər etmişəm, şəhərin, rayonun inkişafı ilə bağlı göstərişlər verilib və gözəl açılışlarda iştirak etmişəm.
Qəbələ Azərbaycanın Bakıdan sonra ikinci turizm məskənidir. Turizmin inkişafı sürətlə davam edir, 9 otel, 9 istirahət mərkəzi yaradılıb. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Qəbələdə beynəlxalq aeroport tikilib. Baxmayaraq ki, sovet vaxtında Qəbələdə aeroport yox idi, indi beynəlxalq uçuşlar təşkil edilir. İcra başçısı mənə məlumat verdi ki, bu il təkcə otellərdə 150 min qonaq istirahət edib. Fərdi evlərdə də bəlkə o qədər qonaq istirahət edib. Bu, vətəndaşlara da böyük maddi dəstəkdir. İmkanı olan vətəndaşlar öz evlərinin bir hissəsini kirayəyə verirlər, pul qazanırlar. Kəndlilər də öz məhsullarını satırlar. Ona görə turizmin inkişafı əhalinin çox böyük bir hissəsini əhatə edir.
Əlbəttə, Qəbələdə sosial infrastruktur da icra edilir. O cümlədən biz bu gün içməli su-kanalizasiya layihəsini icra etdik. Bundan sonra Qəbələ ən yüksək standartlara cavab verən içməli su ilə təmin ediləcəkdir. Şəhər sakinləri bundan faydalanır. “ASAN xidmət” mərkəzi yaradılmışdır ki, bu da vətəndaşlara çox böyük rahatlıq verir. Heydər Əliyev adına böyük Konqres Mərkəzi yaradılıb və orada beynəlxalq tədbirlər, musiqi festivalları keçirilir. Yəni, Qəbələdə hərtərəfli inkişaf təmin edilir, iş yerləri, yeni müəssisələr, konserv zavodu, iki böyük heyvandarlıq müəssisəsi, bu gün tanış olduğum, Azərbaycanın tələbatının böyük hissəsini öz üzərinə götürən gülyetişdirmə mərkəzi və bu xalça müəssisəsi. Ona görə Qəbələnin timsalında biz ölkəmizin uğurlu inkişafını görürük.
Şəhər də gündən-günə gözəlləşir, abadlaşır. Həm tarixi abidələr qorunur, həm yeni obyektlər göz oxşayır. Belə də olmalıdır. Çünki Qəbələ dünyanın ən qədim yaşayış yerlərindən biridir. Qəbələ qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuşdur. Bu şəhərin çox böyük tarixi var. Biz indi Qəbələnin tarixi simasını saxlamaqla şəhərə, rayona yeni nəfəs veririk. Yeni inkişaf konsepsiyası icra edilir. Hər dəfə Qəbələdə olanda mən gördüyüm bu inkişafı qiymətləndirirəm və buna sevinirəm.
Sizə gələcəkdə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, bu müəssisədə yaxşı işləyəsiniz, həm ailə büdcənizə töhfə verəsiniz və həm də burada gözəl sənətimizi yaşadasınız”.
Xalçaçılar: Çox sağ olun, cənab Prezident.
Sonda xatirə şəkli çəkdirilib.
Oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. İndi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib.
Prezident İlham Əliyevə rayonun Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolunun tikintisi barədə də məlumat verilib.
Prezident İlham Əliyev Şamaxı-İsmayıllı yolunun yenidən qurulması barədə göstəriş verərək deyib: “Mən indi Bakı-Şamaxı yolu ilə gəlmişəm. Bu yol yaxşıdır. Vaxtilə göstəriş vermişdim ki, yol dörd zolağa genişləndirilsin, demək olar başa çatıb. Amma Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdədir. Belə bir yolla biz barışa bilmərik. Niyə məlumat vermirsiniz bu haqda? Biz indi kənd yollarını magistral yollar səviyyəsində inşa edirik. Amma şəhərlərarası, xüsusilə turizm zonasına gedən yol belə bərbad vəziyyətdə qala bilməz. Təkliflər verin ki, biz Şamaxı-İsmayıllı yolunu investisiya proqramına salaq. Gələn il gərək Şamaxı-İsmayıllı yolu istifadəyə verilsin, özü də yüksək səviyyədə”.
Sonra dövlətimizin başçısı Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Ağdaş şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov Prezident İlham Əliyevə son illər Ağdaşda görülən işlər, həyata keçirilən layihələr, eləcə də Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolu istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yolunun açılış mərasimində iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib ki, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı yolunun uzunluğu 33 kilometr, hərəkət hissəsinin eni 6 metrdir. Dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış 12,7 milyon manat vəsait hesabına salınmış yol əhatə etdiyi 10 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.
Prezident İlham Əliyevə Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun tikintisi barədə də məlumat verilib.
Dövlətimizin başçısı Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
Oktyabrın 28-də Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və çıxış edib: “Mən sizi ürəkdən salamlayıram. Yenidən Ağdaş rayonunda olmağımdan çox məmnunam. Bu, Prezident kimi mənim Ağdaş rayonuna beşinci səfərimdir. Hər səfərdə biz hansısa önəmli layihənin ya təməl daşını qoyuruq, ya da ki, açılışını qeyd edirik, o cümlədən bu gün. Artıq neçə vaxtdır ki, Ağdaş şəhərinə içməli suyun verilməsi təmin edilibdir. Bu gün isə bu gözəl layihənin rəsmi açılışını qeyd edirik. Bu, doğrudan da çox böyük hadisədir. Həm içməli su, həm kanalizasiya layihəsi tam başa çatıb və şəhər əhalisi 24 saat ərzində təmiz içməli su ilə təmin olunur. Bu suyun keyfiyyəti də Dünya Səhiyyə Təşkilatının bütün standartlarına cavab verir. Ona görə bu gözəl hadisəni biz birlikdə qeyd edirik.
Onu da bildirməliyəm ki, bu gün Qəbələ şəhərinin də içməli su layihəsi artıq icra edildi, açılışı oldu. Ancaq Qəbələ şəhərində 15 min əhali varsa, Ağdaş şəhərində bu, 35 mindir. Ona görə də burada gələcəkdə görüləcək işlər elə hesablanmalıdır ki, artan əhali də nəzərə alınsın. Buna görə “Azərsu”ya da göstəriş verildi ki, bu layihə təqribən gələcək 20-30 ili də ehtiva etsin ki, artan əhali bu imkandan istifadə edə bilsin.
Bildiyiniz kimi, içməli su insan orqanizmi üçün ən vacib amildir. İçməli su problemi bir sıra ölkələrdə çox ciddi problem kimi qalır. Bəzi ölkələrdə insanların ömrünün uzunluğunun o qədər də böyük olmamasının səbəbi də içməli suya olan tələbatdır. Biz isə bütün şəhərlərdə bu layihələri icra edirik. İlk növbədə, Bakı şəhərində bunu icra etdik və çox müasir, dünya miqyasında ən böyük sutəmizləyici stansiya tikildi. İndi bütün şəhərlərdə bu layihələr ya icra edilib, ya da ki, icradadır. Cəmi beş şəhər qalıb ki, hələ orada işlər başlamayıb. Ancaq “Azərsu”ya göstəriş verildi ki, gələn ildən başlayaraq qalan bu beş şəhərin də içməli su problemi öz həlini tapsın.
Eyni zamanda, insan sağlamlığı üçün digər vacib amil keyfiyyətli qidadır. Bu məsələyə də diqqət yetirilir, Qida Təhlükəsizliyi Agentliyi yaradılıbdır. Agentlik həm idxala, həm də yerli istehsala nəzarət edir. Ekoloji vəziyyət çox böyük əhəmiyyət daşıyır, bu sahədə də yaxşı nəticələr var.
İdman əlbəttə ki, hər bir insanın fiziki sağlamlığını möhkəmləndirir. Ağdaşda Olimpiya Kompleksi, Mərkəzi Rayon Xəstəxanası fəaliyyət göstərir. Xəstəxana tam şəkildə əsaslı təmir olunub və bütün avadanlıqla təchiz edilib. Bildiyiniz kimi, hər il Azərbaycanda beş milyondan çox insan dövlət xətti ilə tibbi müayinədən keçir. Hesab edirəm ki, bu təşəbbüsə görə Azərbaycan dünyada liderdir. Çünki əksər ölkələrdə bu xidmət pulludur, ancaq Azərbaycanda pulsuzdur. İndi bütün bölgələrdə müasir tibb ocaqları var. Ona görə hər bir vətəndaşa qan analizləri verməsi, ultrasəs müayinəsindən, digər müayinələrdən keçməsi tövsiyə olunur. İndi imkanlar da var, şərait də yaradılır.
Həmçinin Ağdaş rayonunda icra edilən layihələr rayonun potensialının inkişafına, ümumi inkişafımıza xidmət göstərir. Bu gün “Ağdaş” elektrik yarımstansiyası da fəaliyyətə başlayıb. Mən onu Qəbələdəki yarımstansiyadan düyməni basmaqla işə saldım. Elektrik enerjisi ilə bağlı heç bir problem olmamalıdır, yoxdur və olmayacaq. İçməli su layihəsi icra edilib, qazlaşdırma 80 faiz səviyyəsindədir. Mənə dedilər ki, cəmi 19 kənddə hələ qaz yoxdur. İndi Azərbaycan Dövlət Neft Şirkətinə tapşırıq verirəm ki, o 19 kəndə də qısa müddət ərzində qaz xətləri çəkilsin.
Avtomobil yollarının tikintisi. Son 2 il ərzində Ağdaşda yüz kilometrdən çox kənd yolları salınıb, birinin açılışını bu gün etdik. Yəni, bu sosial infrastruktur layihələri öz həllini tapır. Modul tipli 28 sutəmizləyici qurğu fəaliyyət göstərir. İndi içməli su sistemini işə salacağıq. Beləliklə, rayonun hərtərəfli inkişafı üçün şərait yaradılır. Yeni müəssisələr yaradılır, o cümlədən biyan kökü istehsalı və emalı zavodu. O da çox böyük sənaye müəssisəsidir ki, burada işsizlik olmasın, vətəndaşlar işlə təmin edilsinlər. Həmçinin onlar yaxşı tibbi xidmət alsınlar, təmiz sudan içsinlər və sağlam olsunlar. Məqsədimiz budur. Sizi bir daha təbrik edirəm”.
Ağdaşlıların minnətdarlığını Prezident İlham Əliyevə çatdıran rayon sakini Gülcənnət İsmayılova deyib: “Əziz Prezidentimiz İlham Əliyev, Ağdaşa xoş gəlmisiniz. Bizim ürəyimizdən gələnlərin hamısını Siz dediniz, artıq nəsə deməyə ehtiyac yoxdur. Allah Sizi qorusun, yardımçınız olsun. Biz Sizi çox sevirik. Niyə sevirik. Ona görə ki, biz işləyənə səs veririk, biz işləyənin arxasında dayanırıq. Bu boyda işləri görmək hər bir ölkəyə nəsib deyil. Bir xahişimiz də var, Ağdaş camaatının, xüsusən də ağdaşlı anaların salamlarını bizim birinci xanımımıza, Birinci vitse-prezidentimizə çatdırın. Bizdən ötrü, gələcəyimiz olan uşaqlarımızdan ötrü gördüyünüz bu işlərə görə Sizə ürəkdən “sağ olun” deyirik. Çox sağ olun, Sizə təşəkkür edirik, Allah Sizi qorusun”.
Prezident İlham Əliyev: “Çox sağ olun. Vətəndaşlara xidmət etmək bizim borcumuzdur. Prezident kimi mənim əsas vəzifəm ölkə daxilində olan problemləri həll etməkdir. Ona görə də mən bölgələri gəzirəm, hər il bəlkə də 30-35 rayonda oluram. Elə rayonlar var ki, 10 dəfədən çox olmuşam. Amma 4-5 dəfədən az olduğum rayon yoxdur. Ona görə gəlirəm, vəziyyətlə tanış oluram, mövcud olan problemləri vətəndaşların dilindən eşitmək istəyirəm ki, o problemlər həll olunsun. Ona görə mənim işimin əsas hissəsini daxili məsələlər tutur və məhz buna görə Azərbaycan çox uğurla inkişaf edir. Bu yaxınlarda yeni hesabatlarda yenə də Azərbaycanın uğurlu inkişafı öz əksini tapır. Misal üçün, Dünya Bankının, Davos Ümumdünya Forumunun hesabatlarında göstərilir ki, elektrik enerjisinə əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Baxın görün dünyada nə qədər inkişaf etmiş ölkələr var. Onların arasında, bütün dünya ölkələri arasında biz ikinci yerdəyik. Xalqın hökumətə inamına görə indi biz birinci onluqdayıq. Bu, nəyi göstərir? Bunu biz demirik, bunu geniş təhlil aparan dünyanın ən mötəbər qurumları deyir və bu da həqiqətdir. Bizim gücümüzün də mənbəyi budur. Çünki xalq-iqtidar birliyi bizim inkişafımızı şərtləndirir və bu dəstək bizə güc verir ki, biz öz sözümüzü deyək, öz mövqeyimizi müdafiə edək.
Eyni zamanda, beynəlxalq gündəliyimiz də çox zəngindir. Təkcə bu ay ərzində Azərbaycan iki önəmli təşkilata sədrliyi öz üzərinə götürüb. Oktyabrın ortasında Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürüb və biz bir il bu təşkilata rəhbərlik edəcəyik. Oktyabrın 25-də isə dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışıq. Qoşulmama Hərəkatından daha böyük təşkilat Birləşmiş Millətlər Təşkilatıdır ki, onun da sədri olmur. Orada Təhlükəsizlik Şurasının sədri olur və özü də rotasiya qaydasında. Ona görə biz bu gün işlək vəziyyətdə sədrliyi olan ən böyük beynəlxalq təşkilata sədrlik edirik və bu sədrliyi 119 ölkənin dəstəyi ilə əldə etmişik. Bu, nəyi göstərir? Onu göstərir ki, dünya ictimaiyyəti bizi dəstəkləyir, bizə inanır, bizə rəğbətlə yanaşır və bizim mövqeyimizi müdafiə edir. İki gün əvvəl Yekun Bəyannamədə bizim istədiyimiz bütün məsələlər öz əksini tapıb, o cümlədən ərazi bütövlüyü ilə, erməni işğalı ilə bağlı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bizim mövqeyimizlə bağlı istədiyimiz bütün müddəalar orada öz əksini tapıb. Yəni, bu, böyük nailiyyətdir. Mən tam səmimi deyirəm, bu təşkilatda yekdil dəstək almaq çox böyük qəhrəmanlıqdır. Çünki təşkilatın 120 üzv ölkəsi var. Bəzi ölkələr bir-biri ilə yola getmir, bəzi ölkələr arasında çox böyük ixtilaflar, hətta münaqişələr var. Buna baxmayaraq, onların hamısı bizi dəstəklədilər.
Bizim daxili siyasətimiz, bax, bu reallığı yaradır, xarici siyasətimiz də mövqeyimizi gücləndirir. Ona görə bizim gələcəkdə ancaq inkişaf yolu ilə getməyimiz üçün bütün şərtlər var. Mən tam əminəm ki, Azərbaycan bundan sonra da sabitlik, inkişaf və tərəqqi yolu ilə gedəcək, bu gün xalqı narahat edən bütün problemlər - sosial infrastruktur, sosial ədalətlə bağlı olan problemlər öz həllini tapacaq. Bir daha sizi təbrik edirəm”.
Sakinlər: Çox sağ olun. Hər şey Sizin sayənizdədir.
Sonra “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə çərçivəsində görülən işlərlə bağlı məlumat verib.
Dövlətimizin başçısı Ağdaş şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Sonda rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirilib.
Ağdaş Rayon Telekommunikasiya Qovşağında “Şəbəkə” Xidmət Mərkəzi istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şəbəkə” Xidmət Mərkəzi ilə tanış olub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev xidmətin fəaliyyət istiqamətləri barədə dövlətimizin başçısına məlumat veriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Oktyabrın 28-də Ağdaşda “Biyan Products” MMC-yə məxsus Biyan Sənaye Parkının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə biyan tədarükü və emal zavodunu işə salıb.
Biyan Sənaye Parkının direktoru Ramin Məmmədov dövlətimizin başçısına məlumat verib ki, bu park Azərbaycan brendi ilə istehsal olunan məhsullara yeni nümunələr əlavə edəcək.
“Biyan Products” MMC-nin elmi məsləhətçisi, Azərbaycan Tibb Universitetinin professoru Məhbubə Vəliyeva deyib: “Möhtərəm Prezidentimiz, biz fəxr edirik ki, bu ideyanı Siz verdiniz. Buna görə zavodun kollektivi adından Sizə təşəkkür edirik. “Çox sağ olun” deyir, Sizi və xalqımızı təbrik edirik. Burada sözümü deməliyəm. Çünki Prezident Heydər Əliyevin qarşısında da çıxış etmişəm. Mən Ulu Öndərimiz, təkrarsız və bənzərsiz şəxsiyyət və çox sevdiyim Heydər Əliyevin bu sözlərini xatırlatmaq istəyirəm: “Mən İlham Əliyevə özüm qədər inanıram”. Möhtərəm Prezidentimiz, xalqımız Sizə çox inanır, Sizi çox sevir. Biz bilirik ki, görülən bütün işlər, qazanılan nailiyyətlər Sizin adınızla bağlıdır. Mən Sizə cansağlığı, uzun ömür arzulayıram. Siz Azərbaycanda o qədər qlobal işlər görmüsünüz ki, bunu görməmək üçün gərək kor olasan. Biz Sizinlə fəxr edirik və sevinirik ki, Siz qiymətli vaxtınızı ayırıb bizimlə görüşə gəlmisiniz. Bütün kollektiv adından Sizə təşəkkürümüzü bildiririk. Yenə də Sizə deyirik ki, canınız sağ, ömrünüz uzun olsun”.
Prezident İlham Əliyev deyib: “Çox sağ olun, xoş sözlərə görə sizə təşəkkür edirəm, kollektivə də uğurlar arzulayıram. Şadam ki, mənim vaxtilə irəli sürdüyüm təşəbbüs belə gözəl nəticələrə gətirib çıxardı və doğrudan da dünya səviyyəli sənaye müəssisəsi yaradıldı. Burada bütün proses bir-birini tamamlayır - əkin sahələri, ondan sonra biyan kökünün yığılması, çeşidlənməsi, qurudulması, siropa, ekstrakta çevrilməsi və satışı. Yəni, bütün zəncir burada təmin olunur, ixracyönümlü məhsuldur. Mən baxdım ki, bir neçə mötəbər mükafata da layiq görülüb və bu, onu göstərir ki, keyfiyyəti də yüksəkdir. Əgər yüksək olmasaydı, əlbəttə ki, bunu ixrac etmək də mümkün olmazdı. Demək olar ki, ölkəmizdə yeni bir sənaye sahəsi yaradılmışdır. Bizim ümumi inkişafımızı təmin edəcək, iş yerlərinin yaradılmasına xidmət göstərəcək. Təsadüfi deyil ki, bu ilin 9 ayının yekunlarına görə bizim qeyri-neft sənayemiz 15 faiz artıb, məhz belə müəssisələrin hesabına. Belə müəssisələrin yaradılması neft-qazdan asılılığı azaldır, iş yerləri, ixracyönümlü məhsul yaradır, ölkəmizə valyuta daxil olur. Yəni, görün, bunun nə qədər böyük əhəmiyyəti və faydası var.
Əlbəttə, görürəm ki, siz bu işin çox böyük mütəxəssisisiniz, bu işlə çox böyük həvəslə, inamla məşğul olursunuz. Sizə bir daha uğurlar arzulayıram. Arzu edirəm ki, fəaliyyət sahəsini genişləndirəsiniz. Yeni yaradılan və gözəl nəticə verən müəssisələrə mənim yeganə tövsiyəm odur ki, maksimum genişləndirin, çünki bazar da var, tələbat da var. Bir daha təbrik edirəm, sizə yeni uğurlar arzulayıram”.
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  11550  |  
  • Tarix:  29-10-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar

09 Aprel 21:27
Yevlaxda yaşı 65-dən yuxarı olan tənha insanlara və aztəminatlı ailələrə ərzaq sovqatı paylanılıb
09 Aprel 20:10
Könüllülük fəaliyyəti mənəvi dəyərlər üzərində qurulur
09 Aprel 19:40
Maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydaları və vəsaitlərin köçürülməsi mexanizmlərin şərhi
09 Aprel 19:14
Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirilmiş qondarma “seçkilər”i qeyri-qanuni hesab edir
09 Aprel 18:46
Prezidentin Mətbuat Xidmətinin məlumatı
09 Aprel 17:50
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
09 Aprel 17:46
Dövlət Agentliyindən 8103 SMS icazə sistemindən sui-istifadə halları ilə bağlı xəbərdarlıq
09 Aprel 17:38
“Aşıq Şəmşir” Mədəniyyət Ocağından növbəti aksiya
09 Aprel 17:36
Tərtərdə 470-dən çox aztəminatlı ailəyə, tənha ahıl şəxslərə ərzaq yardımları təqdim olunub
09 Aprel 17:19
DSX-nin rəisi “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb
09 Aprel 17:08
Vışeqrad Qrupu ölkələrinin Xarici İşlər nazirlərinin Şərq Tərəfdaşlığı üzrə videokonfransı keçirilib
09 Aprel 17:06
Prezident İlham Əliyev: İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar
09 Aprel 16:57
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib
09 Aprel 16:42
Prezident İlham Əliyev koronavirusla mübarizənin gücləndirilməsi məqsədilə 97 milyon manat ayırıb
09 Aprel 16:24
Azərbaycanda 104 koronavirusa yoluxma faktı qeydə alındı, 1 nəfər öldü, 38 nəfər sağaldı - Operativ Qərargah
09 Aprel 16:17
Koronavirus və digər tənəffüs infeksiyalarından necə qorunmaq lazımdır?
09 Aprel 14:49
Nərimanov rayonunda yaşı 65-dən yuxarı 200 tənha insana ərzaq sovqatı paylanılıb
09 Aprel 14:46
Fuad Muradov: Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır
09 Aprel 14:23
Tədbirlər Planı əsasında sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait nəzərdə tutulur
09 Aprel 14:13
Nizami rayonunda tənhalara, ahıllara və aztəminatlı ailələrə ərzaq yardımı paylanıb
09 Aprel 13:28
Azərbaycanda hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
09 Aprel 13:06
Əli Əsədov: İcbari tibbi sığortaya keçidi Azərbaycanın səhiyyə sahəsində tarixi islahat kimi dəyərləndirmək olar
09 Aprel 12:53
Baş Nazir: Azərbaycan dövlətinin gördüyü bütün tədbirlərin məqsədi xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etməkdir
09 Aprel 12:37
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Azərbaycanda iki min ailəyə ərzaq və təmizlik ləvazimatları paylayıb
09 Aprel 12:10
Əli Əsədov: Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var
09 Aprel 11:53
Baş Nazir: 2019-cu il Azərbaycan üçün köklü islahatlar ili kimi yadda qalıb
09 Aprel 11:39
Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinlənilir
09 Aprel 11:23
Milli Məclis Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsinə razılıq verib
09 Aprel 11:18
Sahibə Qafarova: Koronavirusla bağlı bütün tədbirlər dövlət başçısının nəzarətindədir
09 Aprel 11:15
Koronavirusla mübarizədə qətiyyətli addımlarına görə Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlanır
09 Aprel 11:12
Milli Məclisin növbəti plenar iclası işə başlayıb
09 Aprel 10:53
YAP “Münxendə Tarix və Hüquq Dərsi” adlı kitab hazırlayıb (FOTO)
09 Aprel 10:36
Azərbaycan Texniki Universiteti: 6000 tələbə onlayn dərslərdə iştirak edib
09 Aprel 10:23
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 25 dəfə pozub
09 Aprel 10:20
Xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
09 Aprel 10:16
İbrahim Məmmədov: Ölkəmizdə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb
09 Aprel 10:13
ETSN: Bakıda gücləndirilmiş karantin tədbirlərindən sonra atmosferə atılan tullantıların miqdarı 45-50 faiz azalıb
09 Aprel 10:07
TƏBİB-in İdarə Heyətinin sədri: Karantində olan vətəndaşların sayı 3 mindən çoxdur
08 Aprel 22:34
Tərtər: koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri qrafik üzrə aparılır
08 Aprel 22:20
Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadılıb
08 Aprel 22:12
Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq
08 Aprel 20:10
Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi
08 Aprel 19:24
İbrahim Məmmədov: Vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla bilər
08 Aprel 19:15
Mikayıl Cabbarov: Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına və iqtisadi fəallığın qorunmasına yönəlib
08 Aprel 19:10
Qlobal pandemiya şəraitində Azərbaycanda əhalinin sağlamlığının təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub
08 Aprel 18:38
Hikmət Hacıyev: İndiyədək xarici ölkələrdə olan 15 mindən çox vətəndaşımız Azərbaycana gətirilib
08 Aprel 18:15
Ölkəmizdə koronavirusa yoluxanların sayı 822-yə çatıb
08 Aprel 18:12
İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslər və peşə kursların müdavimlərinə ödənişlər davam edəcək
08 Aprel 18:10
icaze.e-gov.az portalında işsizliyin qeydiyyatı nəzərdə tutulmayıb
08 Aprel 18:03
“Total” Azərbaycandakı layihələrə sadiqdir
08 Aprel 17:58
Deputat: İşğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou beynəlxalq və regional təşkilatlar tərəfindən pisləndi
08 Aprel 17:14
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxub
08 Aprel 16:45
Millət vəkili Pərvin Kərimzadə bu gün də seçicilərinin yanındadır
08 Aprel 16:24
Azərbaycan yaxın gələcəkdə tibbi ləvazimatları ixrac edən ölkəyə çevriləcək
08 Aprel 16:21
Milli Məclisin sabah keçiriləcək iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək
08 Aprel 16:18
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir #EvdəQal, #BizBirlikdəGüclüyük
08 Aprel 15:53
Azərbaycan vətəndaşları koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirirlər
08 Aprel 15:31
“Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir
08 Aprel 15:00
İşğalçı ölkənin acınacaqlı mənzərəsi: insanlar təşviş içində, Paşinyan hökuməti isə çıxılmaz vəziyyətdə...
08 Aprel 14:37
COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə
08 Aprel 14:16
Jalə Əhmədova: Belə çətin günlərdə imzalanan əfv Sərəncamı bir çox ailənin böyük sevincinə səbəb oldu
08 Aprel 13:52
“Evdə qal, evdə yarat” kampaniyası çərçivəsində teatrsevərlər üçün onlayn tamaşalar təqdim olunur
08 Aprel 13:07
Koronavirusdan zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlandı
08 Aprel 12:53
YAP Səbail rayon “Akademik Filarmoniya” ərazi ilk partiya təşkilatı yardım sovqatı paylayıb
08 Aprel 12:43
Onlayn sosial etibarnamənin tətbiqinə başlanılıb
08 Aprel 12:30
Anar Məmmədov: Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
08 Aprel 12:26
Müşfiq Cəfərov: Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqlik nümunəsidir
08 Aprel 12:23
Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb
08 Aprel 12:17
Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır
08 Aprel 12:15
Masallıda keçirilən xeyriyyə aksiyasına YAP rayon təşkilatının qadınlar şurasının üzvləri də qoşulublar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA