Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Qelleh ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Cibuti Prezidenti İsmail Ömər Qelleh ilə görüşüb

26.10.2019 [10:14]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelleh ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Cibuti Prezidenti Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Prezident İsmail Ömər Qelleh Azərbaycanın qonşu dövlətin təcavüzünə məruz qaldığını, münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı tələbinin legitim xarakter daşıdığını vurğulayıb. Dövlət başçısı Cibuti Milli Assambleyasında Xocalıda baş verənlərin soyqırımı kimi tanınması ilə bağlı qətnamənin qəbul edildiyini xatırladıb.
Prezident İlham Əliyev ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin vacibliyini qeyd edib. Azərbaycan Prezidenti Xocalıda baş verənlərin 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanındığını bildirib. Dövlətimizin başçısı Cibuti Milli Assambleyasının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi qətnamənin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.
Görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 627 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30