Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev deyib: Hörmətli Ramiz müəllim, siz uzun illərdir ki, müxtəlif məsul vəzifələrdə işləyirsiniz. Həm sovet dönəmində, həm müstəqillik dövründə ölkəmizin inkişafına böyük töhfələr vermisiniz. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev sizi hələ gənc yaşlarınızda önəmli vəzifələrə təyin etmişdir. Siz yaxşı bilirsiniz ki, Heydər Əliyev kadrların seçilməsində çox tələbkar idi və onun bir sıra çox ciddi meyarları vardı. Sizi gənc yaşlarında önəmli vəzifələrə təyin etmək onu göstərirdi ki, siz buna layiq idiniz. Siz gənc, istedadlı kadr kimi Ulu Öndərin rəhbərliyi ilə həm sovet dönəmində, həm də müstəqillik dövründə işləmisiniz. Xatırlayıram ki, sovet dövründə, 1970-ci illərdə siz Bakımızın əsas rayonu olan, o vaxt 26 Bakı Komissarı adlandırılan, indiki Səbail rayonunun birinci katibi təyin olunmusunuz və bu vəzifədə böyük uğurlar əldə etmisiniz. Ondan sonra Ulu Öndər sizi Mərkəzi Komitəyə dəvət etmişdir və siz təşkilat şöbəsinin rəhbəri idiniz. Bu, Mərkəzi Komitənin bəlkə də ən aparıcı şöbəsi idi. Çünki bu şöbədə kadr hazırlığı məsələləri diqqət mərkəzində idi. Heydər Əliyev Moskvada, Siyasi Büroda işə başlayanda bilirsiniz ki, Onun tövsiyəsi ilə siz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideologiya üzrə katibi vəzifəsinə təyin olunmusunuz. Bu da çox önəmli vəzifə idi, yəni, ideoloji işlərə rəhbərlik edirdiniz. Təbii ki, Ulu Öndər Heydər Əliyev əsassız olaraq bütün vəzifələrdən çıxarılandan sonra sizi də vəzifədən azad etmişdilər və yalnız Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra O, yenə də sizi dəvət etdi. Bu, böyük bir inamın təzahürü idi. Çünki siz də yaxşı bilirsiniz, mən də yaxşı bilirəm ki, o vaxt Heydər Əliyevin yetişdirdiyi, böyük vəzifələr verdiyi bir çox kadrlar Ona sadiq çıxmadılar və O, 1993-cü ildə hakimiyyətə qayıdandan sonra həmin kadrlara etibar etmədi. Bir halda ki, sizi dərhal vəzifəyə təyin edib, onu göstərir ki, O, həm sizə inanırdı, eyni zamanda, xalqımız üçün həmin ağır illərdə siz Ulu Öndərə öz sədaqətinizi saxlamısınız və Onun rəhbərliyi altında işlədiyiniz dövr ərzində bunu sübut etmisiniz. Heydər Əliyev tərəfindən Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunmusunuz və bu çox önəmli və məsul işdə böyük nailiyyətlər əldə etmisiniz. Son 16 il ərzində isə biz birlikdə işləyirik. Demək olar ki, hər gün əlaqədəyik, gündə bir neçə dəfə təmasdayıq. Ölkəmizin uğurlu, hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Mənim sizə böyük hörmətim var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz və bu gün Azərbaycan dövləti inkişaf edir, qarşıda duran bütün vəzifələr icra olunur. Bu vəzifələrin icrasında sizin böyük rolunuz vardır.
Ancaq həyat yerində durmur, artıq yaşınız səksəni keçib və siz də həmişə deyirdiniz ki, biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun. Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər milli ruhda tərbiyə olunmalıdır. İndi siz də yaxşı bilirsiniz, bu qloballaşma adı altında demək olar ki, bəzi ölkələrin, xalqların milli mənliyi elə bil, silinmək təhlükəsi ilə üzləşib. Qloballaşma adı altında eyniləşmə gedir, bəzi xalqlara yad olan dəyərlər aşılanır və biz buna müqavimət göstəririk. Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar. Ona görə də gənc kadrların qabağa çəkilməsi onlara imkan verir ki, həm təcrübə toplasınlar, həm də artıq yaşlı kadrlar öz məsləhətlərini verməklə onları düzgün yola istiqamətləndirirlər.
Mən bilirəm ki, siz elmi işlərlə də fəal məşğulsunuz, bir çox böyük elmi əsərlərin müəllifisiniz. Bilirəm, sizin də istəyiniz ondan ibarətdir ki, bundan sonra elmi işlərlə məşğul olasınız. Sizin çox böyük potensialınız var və müəllifi olduğunuz kitablar çox böyük diqqətə və qiymətə layiqdir.
Xalq, dövlət qarşısında göstərdiyiniz xidmətlərə görə mən sizi bu gün dövlətimizin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edirəm. Siz bilirsiniz ki, bu orden bir çox hallarda xarici dövlət və hökumət başçılarına verilir, hər kəsə yox. Bu orden doğrudan da xalqımızın, dövlətimizin dostlarına, ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynamış dövlət və hökumət başçılarına, ziyalılara, incəsənət xadimlərinə verilir. Ona görə bu ordenin sizə verilməsi əlbəttə ki, xüsusi məna daşıyır, siz buna layiqsiniz. İlk növbədə, ona görə ki, uzun illər ərzində Ulu Öndər Heydər Əliyevə və dövlətə sədaqətlə xidmət etmisiniz. Ulu Öndərin adını daşıyan bu orden sizə bütün əsaslar olmaq şərtilə verilir. Əminəm ki, siz gələcək fəaliyyətinizdə də ümumi işimizə dəyərli töhfələr verəcəksiniz. İndi isə icazə verin bu ordeni sizə təqdim edim.
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Ramiz Mehdiyevə təqdim edib.
Ramiz Mehdiyev deyib: Hörmətli cənab Prezident.
Sizə xüsusi təşəkkür edirəm ki, məni dövlətimizin ən yüksək mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etdiniz. Heydər Əliyev Azərbaycan tarixində yaşayıb-yaratmış görkəmli ictimai və siyasi xadimlər sırasında Ümummilli Lider səviyyəsinə yüksəlmiş yeganə şəxsiyyətdir. Onun adına təsis olunmuş bu ali ordenlə təltif olunmaq hər bir dövlət qulluqçusunun, hər bir ictimai və siyasi xadimin arzu etdiyi ali mükafatdır. Bu tarixi məqamı mənə yaşatdığınıza görə bir daha Sizə minnətdarlığımı bildirir, Azərbaycanın inkişafında bundan sonra da yeni nailiyyətlər və uğurlar arzulayıram. Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olmuş, xalqımızın qəlbində əbədi məskən salmış Ulu Öndərin xatirəsi saydığım bu ali mükafat mənim həyatda nail olduğum və qazandığım ən böyük mükafatdır. Buna görə Sizə, cənab Prezident, bir daha öz dərin təşəkkürümü bildirirəm.
Sizə məlum olduğu kimi, cənab Prezident, həyatımın əlli dörd ilini dövlət qulluğunda keçirmişəm. Onun 29 ilini Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında yaşamışam. Son 16 ildə isə bilavasitə Sizin rəhbərliyiniz altında çalışmışam. Həyata keçirdiyiniz siyasi-iqtisadi, sosial-mədəni kursun böyük uğurlu nəticələr verdiyinin bilavasitə şahidi olmuşam. Sizin silahdaşınız olaraq çalışmışam ki, tapşırıqlarınızı vaxt itirmədən icra edim. Deyə bilərəm ki, Sizin, cənab Prezident, nadir siyasi şəxsiyyət və görkəmli dövlət rəhbəri kimi fəaliyyətinizi və qiymətinizi gördüyünüz işlər müəyyən edir. Mərd və genişürəkli xalqımız buna böyük qiymət verir.
Son 16 il ərzində Azərbaycan Sizin rəhbərliyinizlə modernləşərək yeni bir keyfiyyət mərhələsinə qədəm qoydu. Ölkənin siyasi, iqtisadi, mədəni həyatı yeniləşərək kökündən dəyişdi. Bu da Azərbaycan xalqının həyat səviyyəsini yüksəltdi, onun problemlərinin böyük qismini həll etdi və dövlətlə xalqı vahid bir platformada birləşdirdi.
Sizin nümayiş etdirdiyiniz praqmatizm, çevik və ağıllı dövlət siyasəti, sistemli və ardıcıl yanaşma ölkəmizin milli maraqlarının təmin olunmasında önəmli rol oynamış və onun müasir inkişafını təmin etmişdir.
Dövlətin idarə olunmasında, milli maraqların qorunmasında nümayiş etdirdiyiniz uzaqgörənlik, prinsipiallıq, daxili siyasətdə təlqin etdiyiniz yüksək idarəçilik, ciddi və humanist yanaşma bir siyasətçi olaraq Sizin həm siyasətinizi, həm də şəxsiyyətinizi xarakterizə edən ali keyfiyyətlərdir. Biz dünya tarixində öz dəstxəti ilə dərin iz buraxmış məşhur dövlət başçılarının simasında müşahidə etdiyimiz bütün əsas və ən yüksək keyfiyyətləri bu 16 il müddətində, möhtərəm cənab Prezident, Sizdə müşahidə etmişik. Tarix elə gətirdi ki, üçüncü minilliyin başlanğıcında Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətini idarə etmək və gələcəyə aparmaq Sizə nəsib oldu.
Azərbaycanı modernləşdirmək, XXI əsrin çağırışlarının tələblərini nəzərə alaraq, xalqımızı öz ətrafınızda birləşdirmək, dövlətimizi yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyası məhz Sizə nəsib oldu. Bu gün heç kim inkar edə bilməz ki, cənab Prezident, Siz bu ali və tarixi missiyanın öhdəsindən layiqincə gəldiniz. Əgər Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin banisi kimi öz adını tarixə yazdırdısa, Siz müasir və inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu olaraq tarixə düşdünüz.
Böyük dövlət təşkilatçısı olaraq, Siz xalqımızın daxili enerjisini ölkəmizin qarşısında duran vəzifələrin həlli üçün bacarıqla səfərbər edirsiniz. Bu gün Azərbaycan Sizin səylərinizlə inkişaf etmiş ölkələrin siyahısına daxil olubdur.
Çoxşaxəli və uğurlu siyasi fəaliyyətinizin nəticəsi olaraq, Sizin beynəlxalq sahədə çox böyük nüfuzunuz var. Bunu böyük dövlət başçıları qeyd edir, xarici mətbuat və nüfuzlu beynəlxalq qurumların rəhbərləri bildirirlər, Sizi islahatçı Prezident adlandırırlar.
Son 100 ildə Ulu Öndər Heydər Əliyevlə birlikdə Siz Azərbaycan tarixinə düşmüş ən görkəmli siyasi lider sayılırsınız. Azərbaycan vətəndaşları böyük qürur hissi keçirirlər ki, xalqımızın belə siyasi rəhbəri ilə bir dövrdə yaşayırlar.
Siz müstəqil Azərbaycanın dövlət qulluğu sisteminin yeni bir sivil ənənəsini yaratdınız. Bu gün bütün Azərbaycan cəmiyyəti uzun müddət Azərbaycan dövlətçiliyinə xidmət göstərmiş, dövlət qulluğu sistemində məsuliyyətlə və sədaqətlə çalışmış yüksək vəzifəli şəxslərin ölkə Prezidenti tərəfindən hansı hörmət və izzətlə yola salınması prosedurundan danışır. İnanıram ki, bu ənənə gələcəkdə də dövlət-cəmiyyət münasibətlərində öz xoş izlərini buraxacaq. Bu ənənə vəzifəyə təyin olunan insanlar üçün hansı xoş əhval-ruhiyyəni bəxş edirsə, vəzifəsini başa vurub təqaüdə gedən insanlar üçün də eyni xoş ovqatı aşılayacaqdır. Bu ənənəni yaratdığınız üçün, cənab Prezident, Siz böyük şəxsiyyət kimi bir daha ucaldınız.
Fürsətdən istifadə edib mənim ünvanıma səsləndirdiyiniz bütün xoş sözlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin etməyi özümə borc bilirəm ki, mən Heydər Əliyevlə və Onun davamçısı kimi şəxsən Sizinlə birlikdə çalışmağı həmişə özümə şərəf saymışam. Bu xidmətin məsuliyyətini həmişə dərindən dərk etmişəm. Çalışmışam ki, mənim rəhbərlik etdiyim sahələrdə bütün işlər yürüdülən siyasətə uyğun olsun. Mənim fəaliyyətimdə dövlətçilik prinsipi bütün dövrlərdə ümdə olub. Hesab edirəm ki, harada işləməyimdən asılı olmayaraq, hər an məsuliyyət hissini gözləmişəm, ciddi, tələbkar və təvazökar olmağa çalışmışam. Əlbəttə, hər bir digər məmur kimi, mənim də görə biləcəyim işlərin həddi var və indiyə qədər nəyə nail ola bilmişəmsə, o haqda Siz artıq öz fikirlərinizi bildirdiniz.
Sizi əmin etmək istəyirəm ki, möhtərəm cənab Prezident, bundan sonrakı həyatımda və fəaliyyətimdə də mən həmişə Ümummilli Liderin siyasətini, Sizin həyata keçirdiyiniz siyasi kursu rəhbər tutaraq əlimdən gələni əsirgəməyəcəyəm. Sizin həyata keçirdiyiniz siyasət Azərbaycan dövlətinin inkişafına və xalqımızın firavan, təhlükəsiz həyatının qurulmasına xidmət göstərir. Ona görə də düşünürəm ki, hansı mövqedə fəaliyyət göstərməsindən asılı olmayaraq Vətənini sevən hər bir azərbaycanlı bu kursu dəstəkləməlidir, Sizin ətrafınızda olmalıdır və dövlətçiliyə xidmət göstərməlidir. Siz Azərbaycan xalqının, dövlətinin şərəfli Prezidentisiniz. Öz dövlətimizə bütün səylərimizlə xidmət etməliyik və onu qorumalıyıq.
Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun Ramiz müəllim. Mən də xoş sözlərə görə təşəkkür edirəm. Bir daha mükafat münasibətilə sizi təbrik edirəm.
Ramiz Mehdiyev: Çox sağ olun, cənab Prezident.

 
  • Oxunub:  4320  |  
  • Tarix:  24-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 22:31
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada ikitərəfli görüşlər keçirib
22 Noyabr 21:15
Azərbaycan UNESKO-nun iki köməkçi orqanına üzv seçilib
22 Noyabr 20:57
Rusiya telekanalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə rəsmi səfərindən reportajlar yayımlayıb
22 Noyabr 20:31
Firudin Qurbanov: Azərbaycanda rus dilində təhsil almaq imkanları genişləndirilir
22 Noyabr 20:30
Azərbaycan Prokurorluğunun korrupsiyaya qarşı mübarizədə təcrübəsi beynəlxalq sənədin qəbulunda nəzərə alınıb
22 Noyabr 20:26
Bələdiyyə seçkiləri ilə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” nəşr edilib
22 Noyabr 20:25
Varşavada erməni təxribatının qarşısı alınıb
22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA