Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibəsi
Xəbər verildiyi kimi, oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçi şəhərinə səfəri zamanı “Valday” Beynəlxalq Diskussiya Klubunun iclası ərəfəsində Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.
- Salam, cənab Prezident. Aleksey Qolovko, “Vesti” proqramı.
- Çox xoşdur.
- Bu il Valdayın mövzusu “Şərqin şəfəqi”dir, Asiya ölkələrinə xüsusi diqqət yetirilir. Rusiya kimi Azərbaycan da demək olar Avropa ilə Asiyanın qovuşuğunda yerləşir. Siz burada hansı əsas məsələləri qaldırmaq və hansı suallara cavab almaq istərdiniz?
- Əvvəla, “Valday” Diskussiya Klubunda iştirak etmək dəvətinə görə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə minnətdarlığımı bildirmək istərdim. Valday klubu özünü dünya gündəliyinin və çox vacib aktual məsələlərin müzakirəsi üçün diskussiya platformalarından biri kimi göstərib. Əlbəttə ki, mən bu gün Vladimir Vladimiroviçlə görüşmüşəm. Biz ikitərəfli münasibətlərimizin çox zəngin olan və xeyli sahələri əhatə edən gündəliyini müzakirə etmişik. Buna görə də mən, şübhəsiz ki, ikitərəfli gündəliyi, Azərbaycanın rastlaşdığı mühüm problemləri, yeni çağırışları işıqlandırmağı planlaşdırıram. Odur ki, mən bu gün çox maraqlı diskussiyaya ümid bəsləyirəm.
- Məlum olduğu kimi, Azərbaycanın Qərb ölkələri ilə yaxşı münasibətləri var. Rusiya artıq bir neçə ildir ki, sanksiyalar altındadır. Bu, Sizə Rusiya ilə əməkdaşlıq etməyə və bütün bu ikitərəfli layihələri inkişaf etdirməyə mane olmurmu?
- Xeyr, qətiyyən mane olmur. Bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır. Bu münasibətlər zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən də belədir. Çünki biz həm qonşuyuq, həm də mehriban dostlarıq. Son vaxtlar bizim münasibətlərimiz xeyli səmərəli və keyfiyyətli olub. Biz həm beynəlxalq meydanlarda əməkdaşlıq edir, həm də bir-birimizi dəstəkləyirik. Deməliyəm ki, AŞPA-nın iyun sessiyasında Rusiya nümayəndə heyətinin qayıdışı məsələsi həll olunarkən, Azərbaycan nümayəndə heyəti tam tərkibdə Strasburqda Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına səs vermişdi. Biz, həmçinin BMT, ATƏT, təbii ki, MDB məkanında sıx qarşılıqlı fəaliyyət göstəririk, çox sıx ticari-iqtisadi münasibətlərimiz mövcuddur. Bu il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur. Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edirik. Yəni, əməkdaşlıq etmədiyimiz sahələrin adını çəkmək daha asandır. Buna görə, bir daha demək istəyirəm ki, müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir. Prezident Putinlə bugünkü görüş bunu bir daha təsdiq etdi.
- Daha bir sual siyasət barədə yox, Sizin alma-mater - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə bağlıdır. Tezliklə yubileyi olacaq. Siz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları arasında ilk Prezidentsiniz. Bu təhsil Sizə hansı əsas keyfiyyətləri verib və bu, Sizə indi siyasi fəaliyyətinizdə necə kömək edir?
- Bilirsiniz, tələbəlik illəri hər bir insan üçün xüsusi illərdir. Bu, yetkinləşmək, müstəqil həyata qədəm qoymaq illəridir. Məndə bu dövr yaşayış yerimi dəyişərək Bakıdan Moskvaya köçməklə müşayiət olunub. Deməliyəm ki, valideynlərim məni məktəbə tez, hələ 6 yaşım tamam olmamış göndəriblər. Buna görə də mən orta təhsilimi 16 yaşım tamam olmamış bitirmişəm. Açıq deyəcəyəm, mənim heç pasportum da yox idi. Buna görə də mən Moskvaya ali məktəbə qəbul olunmağa arayışla gəlmişdim. İlk qış sessiyası qabağı isə 16 yaşım tamam oldu və mən pasport aldım. Əlbəttə, bu yeniyetməlik çağıdır. Amma mən institutda özümü çox rahat hiss edirdim. Çünki şərait çox müsbət idi, həm qrupdakı uşaqlarla, həm də müəllimlərlə çox yaxşı münasibətlərim yaranmışdı. Həmin illər unudulmazdır. Onlar mənə bilik, ünsiyyət təcrübəsi verib. Bu, ilk müstəqil həyat təcrübəsi idi. Deməliyəm ki, institutu bitirdikdən sonra mən ölkələrdən birində SSRİ səfirliyində işə təyinat alsam da, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qalmağa üstünlük verdim. Aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim, bundan sonra xeyli illər orada işlədim. Yəni, mənim 15 ilim institutla əlaqədar olub. Əlbəttə ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ilk forumunun mənim təşəbbüsümlə Bakıda keçirilməsini elə bütün bunlar müəyyənləşdirdi. Hətta yadımdadır, o vaxt zarafat etdim ki, başqa cür ola da bilməz, təkcə ona görə yox ki, həmin vaxt mən yeganə Prezident idim, həm də əlifbaya uyğun olaraq istər ölkənin, istərsə də soyadımın ilk hərfinə görə belə olmalı idi. Forum Bakıda keçirilməli idi. Çox şadam ki, bu forum artıq ənənəyə çevrilib, məncə artıq 5-ci dəfə keçirilib. Əlbəttə ki, bu, hamımızı birləşdirir. İnstitut müəllimlərimi, dostlarımı fərəhlə xatırlayıram və bu yubileydə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna yeni uğurlar arzulayıram. Şadam ki, bu ali məktəbə uzun illərdir mənim mehriban dostum Anatoli Vasilyeviç Torkunov başçılıq edir, institutun inkişafında, dünyanın ən aparıcı ali məktəblərindən biri kimi tanınmasında onun çox böyük xidmətləri var.
- Sonuncu qısa sual. Prezident Tokaev də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur. Bu, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına kömək edir?
- Bilirsiniz, şadam ki, mən indi məzun kimi Prezident olaraq tək deyiləm. Əlbəttə, biz Kasım-Jomart Kemeleviçlə bir-birimizi lap çoxdan tanıyırıq. Biz həm Qazaxıstanda, həm Azərbaycanda, həm də beynəlxalq tədbirlər çərçivəsində görüşmüşük. Əlbəttə, o, Prezident seçiləndə mən ona zəng vurub təbrik etdim, hər ikimiz təməli Azərbaycan Prezidenti Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulan uzun illərin mehriban münasibətlərini daha da inkişaf etdirməyə davam edəcəyimiz barədə fikir mübadiləsi apardıq. Yəni, biz bu ənənələri davam etdiririk və əminəm ki, gələcəkdə Qazaxıstanla Azərbaycan elə bu cür qarşılıqlı aktiv fəaliyyət göstərəcək.
- Çox sağ olun.
- Sağ olun.
* * *
- Salam. Birinci kanal. Yeri gəlmişkən, mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişəm. Biz müəyyən mənada bu gün Sizinləyik.
- Neçənci ildə?
- 1998-ci ildə, beynəlxalq jurnalistika fakültəsini. Bizim ilk sualımız bu gün burada keçirilən tədbirlərlə, yəni, Valday ilə bağlıdır. Mövzu “Şərqin şəfəqi”dir. Yəni, Şərqin dirçəlişi, Şərq istiqamətinin möhkəmləndirilməsidir. Azərbaycan, Rusiya və Rusiya-Azərbaycan münasibətləri bu prosesdə hansı rol oynayır?
- Azərbaycan coğrafi cəhətdən Şərqlə Qərb arasında yerləşir. Buna görə də biz həm Şərq ölkələrini birləşdirən beynəlxalq təşkilatlarda, həm də məsələn, Avropa Şurası kimi təşkilatda iştirak edirik. Təbii ki, coğrafiya geosiyasətə təsir edib və edir. Bu gün Azərbaycan özünün coğrafi vəziyyətindən istifadə edir. Hesab edirəm ki, bu gün biz həm humanitar sahədə, həm nəqliyyat sahəsində, həm də bütün digər sahələrdə Şərq və Qərb ölkələri arasında dialoq qurulmasında müəyyən rol oynayırıq. Rusiya dünyanın ən iri ölkəsidir. Buna görə, əlbəttə ki, təkcə Asiya qitəsində deyil, həm də bütün qlobal dünyada Rusiyanın rolu çox böyükdür. Rusiyanın rolu böyüyür, həm potensialı, həm də gücü artır.
Bizim ikitərəfli münasibətlərimizə gəlincə, bunlar çox müsbətdir, çox yaxşı dinamikaya malikdir, həyatın bütün sahələrini əhatə edir və çox etibarlıdır. Mənim Prezident Vladimir Vladimiroviç Putinlə keçən il 4, bu il 2 şəxsi görüşüm olub. Bu görüşlər ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafına çox ciddi impuls verir və həmçinin bizim regiondakı vəziyyətə müsbət təsir göstərir.
- Dünyanın quruluşu, Şərqdən baxış. Şərqdən baxdıqda, dünya hansı prinsiplər əsasında qurulmalıdır?
- Fikrimcə, biz hansı tərəfdən baxsaq da, əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasıdır. Təəssüf ki, onlar kobud şəkildə pozulur və bu prinsiplərə hörmətin seçim yanaşması mövcuddur. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, o cümlədən ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar, əlbəttə ki, bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir. BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, bizə gəldikdə isə qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalır. Bununla da bu aparıcı dünyəvi təsisat müəyyən dərəcədə nüfuzdan salınır. Buna görə də düşünürəm ki, beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır. Amma gerçəklik belədir ki, bu, baş vermir. Dünyanın qlobal işlərində Azərbaycan kimi ölkədən çox az şey asılıdır. Buna görə də düşünürəm ki, əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür və onlar dünyada sülhün qorunması üçün həmin prinsiplərə riayət etməlidirlər.
- İndi Sizə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu barədə bir-iki sual vermək istərdim. İnstitutla bağlı hansı xatirələriniz qalıb?
- Çox xoş xatirələr qalıb. Həyatımın 15 ili institutla bağlıdır. Təhsil, aspirantura, iş, çoxlu dostlar, tanışlar və əlbəttə ki, mənim üçün həm yetkinləşmə, həm də biliklərə yiyələnmək cəhətdən çox vacib olub. Buna görə də mən rəhbərliklə daim əlaqə saxlayıram. Mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının bir neçə il əvvəl Bakıda keçirilən ilk forumunun təşəbbüskarıyam. İndi bu forum artıq daimi fəaliyyət göstərən tədbirə çevrilib. Mən institutun 60 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmişəm, eləcə də 75 illiyi ərəfəsində bütün dostlarımı, kurs yoldaşlarımı, müəllimlərimi bu şanlı yubiley münasibətilə təbrik edirəm.
- Bəs necə hesab edirsiniz, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu həyatınızda hansı rolu oynayıb. Əgər başqa ali məktəb olsaydı, hər şey başqa cür olardımı?
- Bilmirəm, demək çətindir necə olardı. Amma əlbəttə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu çox mühüm rol oynayıb. Çünki orada aldığım biliklər gələcək işimdə həqiqətən mənə çox kömək edib. Mən institutdan getdikdən sonra, müəyyən mənada, peşəmə uyğun olmayan işlə məşğul olurdum. Amma Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qazandığım biliklər, vərdişlər, o cümlədən xarici dilləri bilməyim artıq Prezident kimi mənə çox gərəkli oldu.
- Çox sağ olun.

 
  • Oxunub:  2700  |  
  • Tarix:  08-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1992-ci il oktyabrın 16-da ziyalıların Ulu Öndər Heydər Əliyevə tarixi müraciətindən 27 il ötür

16 Oktyabr 22:34
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
16 Oktyabr 22:29
Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır
16 Oktyabr 22:18
Prezident İlham Əliyev: Hökumət qarşısında vəzifə qoymuşam ki, xarici dövlət borcumuzu ildən-ilə azaldaq
16 Oktyabr 22:13
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16 Oktyabr 22:09
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16 Oktyabr 21:37
Lerik rayonunda Müstəqillik Günü münasibətilə yürüş keçirilib
16 Oktyabr 21:31
“Azərbaycan Dəmir Yolları” MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak edir
16 Oktyabr 21:24
Astarada Dövlət Müstəqilliyi Günü bir sıra tədbirlərlə qeyd olunub
16 Oktyabr 21:18
Növbəti diplomatik uğur: Azərbaycan Prezidentinin tutarlı arqumentləri
16 Oktyabr 21:17
Dövlət İdarəçilik Akademiyasında Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi qeyd edilib
16 Oktyabr 21:14
Rektor Gülçöhrə Məmmədova İnşaat fakültəsinin birinci kurs tələbələri ilə görüşüb
16 Oktyabr 21:10
İsveçrədə keçirilən tədbirdə ölkəmizdə texniki tənzimləyicilərin beynəlxalq tələblərə uyğunlaşdırılmasından danışılıb
16 Oktyabr 20:59
Hərbi hissədə hazırlıq kursuna cəlb olunan heyətlə kütləvi tərbiyəvi tədbir keçirilib
16 Oktyabr 20:56
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş
16 Oktyabr 20:50
Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib
16 Oktyabr 20:49
Təhsil Nazirliyi ilə Türkiyə Maarif Fondu arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
16 Oktyabr 20:41
Rüstəm Cabbarov: Türk Şurasının tamhüquqlu üzvü olmaq Özbəkistanın xarici siyasətində tarixi bir addımdır
16 Oktyabr 20:34
Avropa İttifaqı: xarici siyasətin prioritetlərinə yeni baxış
16 Oktyabr 20:30
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir
16 Oktyabr 17:43
Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir
16 Oktyabr 17:42
2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb
16 Oktyabr 17:39
İsmayıllı gənclərindən möhtəşəm yürüş
16 Oktyabr 17:34
Eldar İbrahimov: Ötən 10 il ərzində türkdilli dövlətlər arasında münasibətlər daha da güclənib
16 Oktyabr 17:31
Azərbaycan XİN Minsk qrupu həmsədrlərinin bölgəyə səfər marşrutuna münasibət bildirib
16 Oktyabr 17:21
Mirhəsən Seyidov: Türk Şurasının Bakıdakı Zirvə görüşü türk dünyası üçün yeni strateji inkişaf xəritəsi müəyyənləşdirdi
16 Oktyabr 17:18
Sevinc Fətəliyeva: Türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir
16 Oktyabr 17:11
Politoloq: Azərbaycanın da yaxından iştirakı ilə türkdilli dövlətlərin əməkdaşlığının yeni platforması yaradılıb
16 Oktyabr 16:58
Azərbaycanda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb
16 Oktyabr 16:54
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb
16 Oktyabr 16:51
Koreya Respublikası Milli Assambleyasının sədri İçərişəhərlə tanış olub
16 Oktyabr 16:33
AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır
16 Oktyabr 16:30
Bütün Türkdilli dövlətlər birlik və bərabərliklərini qorumalıdır
16 Oktyabr 16:14
Bakı Beynəlxalq Media Konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
16 Oktyabr 16:09
Azərbaycan Avropa Şurasının daha bir müqaviləsinə imza atıb
16 Oktyabr 16:03
Naqif Həmzəyev: İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmində olduğuna daha bir mesaj verdi
16 Oktyabr 16:00
Rəcəb Tayyib Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın
16 Oktyabr 15:57
Vüqar Rəhimzadə: Bakı görüşü türkdilli xalqların birliyinin daha da möhkəmlənməsinə yol açan tarixi hadisədir
16 Oktyabr 15:56
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16 Oktyabr 15:52
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azərbaycan Türk Şurasının Zirvə Görüşündə güclü nüfuza malik dövlət olduğunu bir daha sübut etdi
16 Oktyabr 15:48
Elçin Quliyev: “Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın azadlığı uğrunda mübarizədə əsas ideoloji faktorlardan biridir
16 Oktyabr 15:46
İradə İbrahimova: Balıqların qadağan olunmuş alətlərlə ovlanmasına qarşı aksiyaya başladıq
16 Oktyabr 15:43
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16 Oktyabr 15:22
9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşmış kurslar davam edir
16 Oktyabr 15:20
Bələdiyyə seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün ciddi hazırlıq işləri görülür
16 Oktyabr 15:05
Tərtərdə "Müstəqilliyimiz əbədidir" şüarı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib
16 Oktyabr 15:03
Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü Səbail rayonunda qeyd olunub
16 Oktyabr 14:55
27 saylı Sabunçu ikinci dairə seçki komissiyasında maarifləndirmə kursları davam edir
16 Oktyabr 14:35
Koreya Respublikası Milli Assambleyasının sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Oktyabr 14:33
NATO-nun bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakı yüksək qiymətləndirilib
16 Oktyabr 14:31
Türkiyə Prezidenti: Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir
16 Oktyabr 14:27
Akademik İsa Həbibbəyli: Azərbaycanda alimə dövlət səviyyəsində qiymət verilir
16 Oktyabr 14:22
ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirələr aparılıb
16 Oktyabr 14:20
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrləri təqdim olunub
16 Oktyabr 14:17
Firdovsi Əliyev: 650 min ağacın harada əkiləcəyi müəyyənləşib
16 Oktyabr 14:15
Statistika Komitəsi: Ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb
16 Oktyabr 13:38
Fuad Qəhrəmanlının ailə üzvlərinə qarşı etdiyi zorakılıq hərəkətləri ilə bağlı cinayət işi başlanıb
16 Oktyabr 13:26
Pərvin Kərimzadə: Türk Şurasının VII Zirvə Görüşü türkdilli ölkələrin birliyinin daha da güclənməsinə şərait yaradacaq
16 Oktyabr 13:21
Alim, müəllim, vətəndaş
16 Oktyabr 13:16
Paytaxt məktəblərində 48 min 814 şagird birinci sinifdə təhsil alır
16 Oktyabr 13:03
Milli Məclisin deputatı beynəlxalq tədbirdə Ermənistanın parlament sədrinin səsləndirdiyi fikirlərə cavab verib
16 Oktyabr 12:56
Türkiyə KİV-ləri Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünü geniş işıqlandırıb
16 Oktyabr 12:49
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16 Oktyabr 12:42
Türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var
16 Oktyabr 12:40
Dmitri Solonnikov: Azərbaycan Prezidenti Aşqabadda faşizmin qəhrəmanlaşdırılması məsələsində vurğuları düzgün qoyub
16 Oktyabr 12:36
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi
16 Oktyabr 12:06
Prezident İlham Əliyev: Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb
16 Oktyabr 12:05
Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib
16 Oktyabr 11:58
Şamaxıda “Müstəqil dövlətin müstəqil övladları” adlı tədbir keçirilmişdi
16 Oktyabr 11:52
Prezident İlham Əliyev: Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir
16 Oktyabr 11:50
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA