Ana səhifə »  Gündəm »  Bakının Pirallahı rayonunda məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin açılış mərasimi olub
A+   Yenilə  A-
Bakının Pirallahı rayonunda məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin açılış mərasimi olub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər
İyulun 5-də Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlərlə bağlı məlumat verib. Bildirilib ki, Pirallahı rayonunda yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 306 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsi dövlətimizin başçısının 2011-ci ildə imzaladığı Sərəncama əsasən yaradılıb. Sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni yaşayış məhəlləsinin ötən il başlanan tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 3 bina tikilib ki, bunlardan ikisi 72, biri isə 162 mənzillidir. Yaşayış kompleksinə məktəb də daxildir və burada digər zəruri infrastruktur obyektləri tikilib, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksidir.
Mənzillərdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, təmirli mənzillərdən 37-si birotaqlı, 107-si ikiotaqlı, 126-sı üçotaqlı, 36-sı isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 24 min kvadratmetrdir. Yeni yaşayış kompleksində hazırda Pirallahı rayonundakı yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaqlar.
Bu istiqamətdə atılan mühüm addımlardan danışarkən Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirləri də vurğulamaq lazımdır. Artıq Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi inşa edilib. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələri köçürülüb. Sumqayıtdakı 1005 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış binalarının da açılışı olub. Qeyd edək ki, 2007-ci ildə sonuncu çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. 2018-ci ilin sonunadək 58 min 223 ailə və ya 300 minə yaxın qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Təkcə ötən il 5923 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. 2019-cu ilin birinci rübündə isə 2.227 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub.
Sonra Laçın rayonu Bozlu tam orta məktəbindəki şəraitlə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, bu təhsil ocağı 220 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən məktəbdə təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər.
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət göstərir.
Məktəbin idman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var.
Sonra dövlətimizin başçısı və birinci xanım məcburi köçkünlərlə görüşüblər.
Məcburi köçkünləri salamlayan Prezident İlham Əliyev deyib: “Bu gün çox əlamətdar bir gündür. Pirallahı rayonunda məcburi köçkünlər üçün gözəl evlər istifadəyə verilir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu, çox gözəl hadisədir. Keyfiyyətli tikilib. Bu günə qədər yararsız binalarda yaşamış köçkünlər indi bu binalarda yaşayacaqlar. Bu, bir daha onu göstərir ki, dövlət məcburi köçkünlərə çox böyük qayğı, diqqət göstərir.
Son illərdə böyük işlər görülüb, həm Bakı şəhərində, həm də bütün bölgələrdə. Məcburi köçkünlərin məişət problemləri uğurla həll olunur. Pirallahı rayonunda yaşayan köçkünlər üçün bu gün bu binaların istifadəyə verilməsi bunu bir daha göstərir. Gözəl mənzillər, məktəb - bütün bunlar bir daha onu göstərir ki, dövlət bu məsələ ilə bağlı çox ciddi tədbirlər görür.
Bu il altı mindən çox məcburi köçkün ailəsi üçün yeni mənzillər, fərdi evlər tikilib istifadəyə veriləcək. Burada isə 306 ailə üçün gözəl şərait yaradılıb. Sizi bir daha bu hadisə münasibətilə ürəkdən təbrik edirəm”.
Sakinlər: Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Ümumiyyətlə, Pirallahı rayonunun inkişafı uğurlu gedir. Burada infrastruktur obyektləri inşa edilir, yaradılır, binalar tikilir, təmir olunur. Yəni, Pirallahı adası tam yeni görkəm alıb. Artıq bir neçə ildir ki, burada gedən quruculuq işləri çox yaxşı nəticə verir. Siz yaxşı bilirsiniz ki, əvvəllər Pirallahıda vəziyyət o qədər də ürəkaçan deyildi. İndi burada bütün lazımi şərait yaradılıbdır.
Laçın rayonundan məcburi köçkün Sevda Musayeva deyib: Çox hörmətli cənab Prezident. Əziz Mehriban xanım. İcazə verin, Sizi Pirallahı sakinləri, - yəni, mən özümü də artıq Pirallahı sakini hesab edirəm, 27 ildir burada məskunlaşmışıq, - məcburi köçkünlər adından və bir təhsil işçisi adından salamlayım, Sizə öz dərin minnətdarlığımı bildirim. Qaçqınlara və məcburi köçkünlərə göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə minnətdarlığımı, təşəkkürümü bildirirəm. Azərbaycanın inkişafı, tərəqqisi, dünya birliyində qüdrətli dövlətə çevrilməsi baxımından apardığınız həm xarici, həm daxili siyasəti mən bir təhsil işçisi kimi bəyənir və dəstəkləyirəm. Mən təhsil işçisi olduğuma görə bu sahədən danışacağam. Hər bir dövlətin inkişafı üçün, bilirsiniz ki, əsas onun elmi, təhsilidir. Bu, danılmazdır. Ümummilli Liderimiz Heydər Əliyev həmişə müəllimə, təhsilə, elmə böyük qiymət vermişdir. Elə bu baxımdan Onun apardığı siyasətin davamını sizlərdə də hiss edirik, görürük.
Sevda Musayeva görülən bütün bu işlərə, onlara göstərilən diqqətə və məcburi köçkün ailələri üçün yeni məktəblərin inşasına, onların müasir avadanlıqla təmin edilməsinə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bir daha minnətdarlığını bildirib.
O deyib: Bir də Mehriban xanım, Sizə gözaydınlığı verirəm. Mən də bir anayam, Siz də bir anasınız. Sizə gözaydınlığı verirəm. Oğlunuz Vətən qarşısında öz borcunu şərəflə yerinə yetirib geri qayıdıb. Gözünüz aydın olsun.
Mehriban xanım Əliyeva: Çox sağ olun. Allah bütün balaları qorusun.
Prezident İlham Əliyev: Çox sağ olun. Təşəkkür edirəm.
Məcburi köçkünlər üçün biz indi bu şəraiti yaradırıq. Hələ də ağır vəziyyətdə yaşayan köçkünlərimiz var və onların problemləri də gündəlikdədir. İndi genişmiqyaslı işlər aparılır ki, tezliklə bütün köçkünlər yaxşı şəraitlə təmin olunsunlar. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin nəticəsində torpaqlarımız işğal altına düşüb. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Bu istiqamətdə işlər aparılır, həm siyasi-diplomatik sahədə, həm ordu quruculuğu sahəsində.
Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün Dövlət Proqramı da qəbul edilib. Proqram əsasında evlər tikilir, qəsəbələr salınır. Yüzdən çox qəsəbə salınıbdır və bu istiqamətdə bundan sonra da işlər aparılacaq. Qeyd etdiyim kimi, bu il ən azı altı min ailə yeni mənzillərlə təmin ediləcək. Gələn il ondan da çox yeni evlərin tikilməsi nəzərdə tutulur.
Mehriban xanım Əliyeva: Bir daha təbrik edirəm.
Sonra Laçın rayonundan məcburi köçkün Kəmalə Musayeva deyib: Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım. Biz də Sizi salamlayırıq və məskunlaşdığımız Pirallahı rayonunda Sizi yenidən görməyimizə çox şadıq. Sizin apardığınız uğurlu və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün doğma respublikamız, doğma Azərbaycanımız gündən-günə yenilənir, sürətli və dinamik inkişaf yolundadır. Biz Sizə çox minnətdarıq, hörmətli cənab Prezident, hörmətli Mehriban xanım. Ona görə ki, Siz daim məcburi köçkünlərə öz diqqət və qayğınızı göstərirsiniz. Hörmətli Mehriban xanım, biz çox yaxşı xatırlayırıq ki, Siz Birinci vitse-prezident təyin olunandan sonra ilk müşavirənizi məhz məcburi köçkünlərin və qaçqınların sosial problemlərinin həllinə həsr etdiniz. Siz xeyirxah, nəcib əməlləriniz ilə bizim xalqımız, Vətənimiz üçün seçilmişlərdənsiniz. Bunun üçün biz Sizə çox minnətdarıq.
Mehriban xanım Əliyeva: Çox sağ olun, çox minnətdaram.
Kəmalə Musayeva: Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım, bizim məskunlaşdığımız Pirallahı rayonuna Sizin diqqətiniz də gözümüzün qarşısındadır. Yəni, çox qısa müddətdə yaradılmasına baxmayaraq, Pirallahı rayonunun da siması gündən-günə, ildən-ilə yenilənir. Pirallahı gündən-günə gözəlləşir. Çox qısa müddətdə burada yeni zavodlar açılmışdır. Şpris zavodu açılmışdır, dərman zavodu tikilir, yeni-yeni parklar salınır. Məcburi köçkünlər üçün belə gözəl qəsəbə salınmışdır. Pirallahı rayonunun sakinləri üçün sosial evlər tikilir. Biz bütün bunlar üçün Sizə dərin minnətdarlığımızı bildiririk.
On nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışdığını deyən Kəmalə Musayeva səhiyyə sahəsində aparılan islahatları da vurğulayıb. Pirallahı rayon sakinləri, məcburi köçkünlər və səhiyyə işçiləri adından dövlətimizin başçısına və xanımına bir daha minnətdarlığını bildirən Kəmalə Musayeva Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarına qayıdacaqlarına inandıqlarını qeyd edib.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Xoş sözlərə görə sizə minnətdaram.
Pirallahı rayonunda doğrudan da işlər sürətlə gedir. Quruculuq işləri geniş vüsət almışdır. İş yerlərinin yaradılması istiqamətində də işlər aparılır. Qeyd etdiyiniz kimi, bir müddət bundan əvvəl şpris zavodu istifadəyə verildi. Digər böyük dərman preparatları zavodunun tikintisi gedir. Bu zavodun fəaliyyəti nəticəsində yenə də iş yerlərinin yaradılması nəzərdə tutulur. Burada, Pirallahı rayonunda köçkünlər uzun illərdir ki, yaşayırlar. Köçkünlərin əksəriyyəti Laçın rayonundandır. Laçın rayonu 1992-ci ilin may ayında işğal altına düşmüşdür. Laçın və Kəlbəcər rayonlarının işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yaratdı. Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Ermənistanın işğalçı siyasətinin qarşısının alınması üçün böyük səylər göstərilmişdir. Uğurlu Horadiz əməliyyatı aparılmışdır. Beləliklə, Azərbaycan işğal olunmuş torpaqların bir hissəsini azad edə bilmişdir.
Sonrakı dövrlərdə ordu quruculuğu istiqamətində böyük işlər görüldü. Bu işlərin nəticəsində 2016-cı ildə torpaqlarımızın bir hissəsi də işğalçılardan azad edildi. Ərazi bütövlüyümüzün bərpası bizim üçün əsas məsələdir.
Daha sonra Laçın rayonundan məcburi köçkün Cəbrayıl Heydərov deyib: Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım. Sizi Pirallahı rayonunda görməyimizə çox şadıq. Sizi salamlayırıq, “Xoş gəlmisiniz!” deyirik.
Biz sadə insanlar Sizi görməyə həmişə sevinirik. Sizin hər gəlişiniz biz sadə insanlarda qurub-yaratmaq eşqi yaradır. Mən Pirallahı rayonunda məskunlaşmış laçınlı məcburi köçkün kimi onu qeyd etmək istəyirəm ki, Pirallahı rayonu gündən-günə çiçəklənir, inkişaf edir. Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar nəticəsində Pirallahı rayonunda böyük quruculuq-abadlıq işləri aparılıb, bütün infrastruktur layihələri icra olunub. Mən Pirallahı rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Cənab Prezident, sahibkarlıq fəaliyyətinə başlayanda cəmi iki nəfər işçimiz olub. Bu gün 50-yə yaxın işçimiz var. Biz işimizlə xalqımıza, dövlətimizə xidmət etməyə çalışırıq. Sizin dəstəyiniz, xüsusilə son illərdə verdiyiniz sərəncamlar, fərmanlar, sahibkarlara göstərdiyiniz diqqət və qayğı nəticəsində biz Pirallahı rayonunda sahibkarlıq fəaliyyəti ilə, - bunu tam səmimiyyətlə deyirəm, cənab Prezident, - heç bir maneə olmadan, tam sərbəst məşğuluq. Rayonda da bizim üçün geniş şərait yaradılıb. Qarşımızda duran əsas məqsəd ölkəmizin idxaldan asılılığını azaltmaq, yeni iş yerləri yaratmaq, insanların həyat şəraitini yaxşılaşdırmaqdır. Rayonumuzda aparılan işlərin nəticəsində yeni iş yerlərinin açılması, əlverişli biznes mühitinin yaradılması, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması bizim işimizə də öz müsbət təsirini göstərmişdir.
Cənab Prezident, Pirallahı rayonunda yaşayan məcburi köçkünlərin əksəriyyəti Laçın rayonundandır. Bu rayonda 286 ailə yaşayır, 1104 nəfər məskunlaşıb. 286 ailədən 110-u Laçın rayonundandır.
Cəbrayıl Heydərov deyib ki, onlar da ölkəmizin, dövlətimizin inkişafı üçün əllərindən gələni edir və ən böyük arzuları torpaqlarımızın işğaldan azad olunması, sahibkarlıq fəaliyyətini öz doğma torpaqlarında davam etdirməkdir. Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətini dəstəklədiklərini vurğulayan Cəbrayıl Heydərov dövlətimizin başçısının torpaqlarımızın azad olunması üçün haqq səsimizi bütün ali məclislərdən dünyaya çatdırdığını vurğulayaraq deyib: Sonda Pirallahıda məskunlaşmış məcburi köçkünlər adından, ailəmiz adından Sizə minnətdarlığımızı bildirirəm. Həmişə Sizi dəstələyirik, dəstəkləyəcəyik. Allah Sizi qorusun, cənab Prezident.
Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımlar atılıb. Hesab edirəm ki, bu istiqamətdə nailiyyətlər çox ümidvericidir. Bu gün Azərbaycanda güclü sahibkarlar sinfi yaranıbdır. İqtisadi inkişafımızın şaxələndirilməsi istiqamətində sahibkarların çox böyük rolu var. Dövlət öz tərəfindən çox ciddi islahatların aparılması istiqamətində addımlar atır və bu islahatlar yaxşı nəticələr verir.
Bizim gəlirlərimiz artır. Bu ilin altı ayında gəlirlərimiz təxminən 400 milyon manatdan çox artmışdır. Biz, ilk növbədə, bu vəsaiti sosial layihələrə istiqamətləndiririk. Bildiyiniz kimi, bu il çox ciddi sosial paket təsdiqləndi, müavinətlər, o cümlədən məcburi köçkünlər üçün nəzərdə tutulan müavinətlər 50 faiz artırıldı. Problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapdı. Maaşlar, pensiyalar artırıldı. Bu, əlbəttə ki, islahatların birbaşa nəticəsidir. Çünki bu islahatlar bizə əlavə gəlirlər gətirir və biz bu gəlirləri, ilk növbədə, sosial sahəyə yönəldirik. Sosial sahə bundan sonra da bizim üçün prioritet sahə olacaq. Çünki Azərbaycan vətəndaşları ildən-ilə daha da yaxşı yaşamalıdır və biz buna nail olacağıq.
* * *
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  10830  |  
  • Tarix:  06-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib

17 Sentyabr 22:15
Bakıda Əfqanıstanın müstəqilliyinin 100-cü ildönümü münasibətilə qəbul təşkil olunub
17 Sentyabr 22:13
ADA Universitetində “Dağlıq Qarabağ düyünü” kitabının təqdimatı olub
17 Sentyabr 22:12
Azərbaycan və Latviya arasında 300 ikitərəfli və tranzit daşınma həyata keçiriləcək
17 Sentyabr 22:09
Azərbaycan Polisi Bilik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb
17 Sentyabr 22:06
Vatikanda Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə Pontifik Şərq İnstitutu arasında memorandum imzalanıb
17 Sentyabr 22:04
Vəkillər Kollegiyasının rəhbərliyi Türk-Av Baş Assambleyasının zirvə toplantısında iştirak edib
17 Sentyabr 22:00
15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
17 Sentyabr 21:56
Teatrın 147-ci mövsümünün açılışı olub
17 Sentyabr 21:55
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
17 Sentyabr 21:51
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi, sosial vəziyyətini yaxşılaşdırdı
17 Sentyabr 21:19
Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası olub
17 Sentyabr 21:18
Azərbaycan ilə İran arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
17 Sentyabr 21:15
Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 1,2 milyon manat güzəştli kredit verilib
17 Sentyabr 21:13
Azərbaycanın sənaye məhsullarının Gürcüstan bazarına daha geniş çeşiddə və həcmdə çıxarılmasına dair müzakirələr aparılıb
17 Sentyabr 21:11
Əbülfəs Qarayev: Cəfər Cabbarlının ev-muzeyi ilə bağlı məsələ tezliklə öz həllini tapacaq
17 Sentyabr 21:09
Aydın Mirzəzadə: Azərbaycan-Çin münasibətləri dostluq və qarşılıqlı mənfəət prinsipləri üzərində qurulub
17 Sentyabr 21:08
Azərbaycan şərablarının Çin bazarında satışının artırılması müzakirə olunub
17 Sentyabr 21:05
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
17 Sentyabr 21:01
Kənd Təsərrüfatı Nazirliyinin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb
17 Sentyabr 20:59
Azərbaycan və Vatikan arasında əlaqələr inkişaf edir
17 Sentyabr 20:57
Qadınlarla bağlı dövlət siyasəti Azərbaycanı bu sahədə qabaqcıl ölkələr sırasına çıxarıb
17 Sentyabr 20:53
Azərbaycanla Banqladeş arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 Sentyabr 20:43
Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasına dair iş planı təsdiqlənib
17 Sentyabr 20:40
Azərbaycanın Baş Naziri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb
17 Sentyabr 17:53
Bakının işğaldan azad edilməsinin 101 illiyi ilə əlaqədar İğdırda konfrans təşkil olunub
17 Sentyabr 17:45
Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin təşkili prosesi ilə tanış olub
17 Sentyabr 17:43
Hadi Rəcəbli: İslahatlar ölkəmizin bundan sonrakı uğurlu inkişafını şərtləndirən əsas amillərdən biridir
17 Sentyabr 17:40
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17 Sentyabr 17:36
Azər Badamov: Azərbaycanın regionlarında inkişaf prosesi dinamikdir
17 Sentyabr 17:32
Nəsib Məhəməliyev: Ölkəmiz uğurla inkişaf edir
17 Sentyabr 17:24
Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub
17 Sentyabr 17:22
Cəmiyyətimiz xaricdəki “mühacirlər”in əsl simasını görür
17 Sentyabr 17:17
Bərpa olunan enerji mənbələrinin inkişaf istiqamətləri müzakirə olunub
17 Sentyabr 17:13
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
17 Sentyabr 17:08
BMT-nin Baş katibi ozon təbəqəsini dağıdan qazlardan qanunsuz istifadə edilməsinin qarşısını almağa çağırıb
17 Sentyabr 17:03
Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi
17 Sentyabr 16:30
“Saber Junction - 19” təlimi davam edir
17 Sentyabr 16:27
FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib
17 Sentyabr 16:23
ADNSU Xarkov Politexnik Universiteti ilə əməkdaşlığı genişləndirir
17 Sentyabr 16:09
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib
17 Sentyabr 16:07
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Şərq Araşdırma qrupunun nümayəndələri ilə görüşüb
17 Sentyabr 16:04
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Sentyabr 16:00
“Yaxşılıq unudulmur” layihəsinin yekununa həsr edilmiş konfrans keçirilib
17 Sentyabr 15:51
Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
17 Sentyabr 15:13
Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
17 Sentyabr 15:10
Seçenov Universitetinin Bakı filialında yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbir keçirilib
17 Sentyabr 15:02
Nazir: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb
17 Sentyabr 14:57
Energetika Nazirliyində Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib
17 Sentyabr 14:47
Neftçalanın Astanlı kəndi qazlaşdırılıb
17 Sentyabr 14:43
FHN-in Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi keçirilib
17 Sentyabr 14:34
Sabah ölkə ərazisində 32 dərəcə isti olacaq
17 Sentyabr 14:25
Təlimlərdə qoşunlar yerdəyişmə tapşırıqlarını icra ediblər
17 Sentyabr 14:23
AZƏRTAC və Tazpit gündəlik informasiya mübadiləsinə başlayıblar
17 Sentyabr 14:21
“Jewish Journal”: Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir
17 Sentyabr 14:18
AMEA-nın üç elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsinə seçkilər keçirilib
17 Sentyabr 14:03
BMT-də “2021-ci ilin Beynəlxalq Sülh və Etimad ili” elan olunması haqqında sənəd qəbul edilib
17 Sentyabr 13:22
Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib
17 Sentyabr 12:52
ADPU-nun magistratura səviyyəsinə 310 nəfər qəbul olunub
17 Sentyabr 12:51
Qəbələdə 37 kilometrlik 2 avtomobil yolu yenidən qurulub
17 Sentyabr 12:46
Ötən illərdə Heydər Əliyev adına Hərbi Liseyi 3 mindən çox kursant bitirib
17 Sentyabr 12:41
“Mədəniyyət” kanalında yeni layihə - “Bizi birləşdirən mədəniyyət”
17 Sentyabr 12:36
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?
17 Sentyabr 12:34
Hüseynbala Mirələmov: Dövlətimiz və xalqımız heç vaxt xarici müdaxilələrə imkan verməyəcək
17 Sentyabr 12:29
Bu gün UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək
17 Sentyabr 12:27
Ağdam xalçaçıları: Çalışırıq ki, Prezidentimizin bizə göstərdiyi qayğıya cavab olaraq keyfiyyətli xalçalar toxuyaq
17 Sentyabr 12:20
Akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr edilən “Ömrümün illəri və izləri” kitabı təqdim olunub
17 Sentyabr 12:19
Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
17 Sentyabr 12:14
Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı
17 Sentyabr 12:07
Əli Əhmədov: Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur
17 Sentyabr 11:55
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA