Ana səhifə »  Gündəm »  Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub
A+   Yenilə  A-
Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub

Azərbaycan Prezidenti İlham Əliyev final oyununa baxıb
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasının qalibi “Çelsi” komandası olub.
AZƏRTAC xəbər verir ki, Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan maraqlı final oyununa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.
Azərbaycanın paytaxtında çoxdandır maraqla gözlənilən futbol yarışı uğurla baş tutub.
Oyunu italiyalı referi Canluka Rokki idarə edib. Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunub. Bundan başqa, bu turnirdə ilk dəfə olaraq komandalar əlavə vaxt təyin olunacağı təqdirdə dördüncü əvəzetmədən istifadə etmək hüququ qazanıblar.
Final oyununun möhtəşəm açılış mərasimində ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu Bakı Olimpiya Stadionuna toplaşan azarkeşlərə unudulmaz anlar yaşadıb. O, möhtəşəm mərasimdə 150 yerli rəqqasla birlikdə səhnəyə çıxıb.
Şərq ilə Qərbin qovuşduğu Bakıda təşkil olunan bu möhtəşəm mərasimdə Conas Blunun bənzərsiz ifası azarkeşlərin coşqulu alqışları ilə qarşılanıb.
Əsrarəngiz xüsusi effektlər “Odlar Yurdu” üzərində səmanı işıqlandırdığı zaman DJ Blu özünün ən böyük hitlərinin miksini ifa edib. Bu, tamaşaçılara müsbət enerji verməklə final oyununda mübarizə aparacaq hər iki komandaya da ehtiramın ifadəsi olub.
Mərasimin ən yadda qalan hissəsi Conas Blunun bənzərsiz ifasının sədaları altında “Çelsi” və “Arsenal” komandalarının nəhəng formalarının arenaya gətirilməsi olub.
Açılış mərasimindən sonra turnirin kuboku arenaya gətirilib. Daha sonra “Arsenal” və “Çelsi” komandalarının futbolçuları meydana çıxıblar.
İki yüzdən çox ölkədə canlı yayımlanan final qarşılaşmasının birinci hissəsində bir neçə dəfə təhlükəli vəziyyət yaransa da, hesab açılmayıb. İkinci hissəyə “Çelsi” daha fəal başlayıb. Bu fəallığın nəticəsində 49-cu dəqiqədə Oliviye Jiru öz komandasını 1:0 hesabı ilə önə keçirib. Qarşılaşmanın 60-cı dəqiqəsində “Çelsi” hesabda üstünlüyünü artırıb. Budəfəki qolun müəllifi Pedro Rozdrigez olub. Beş dəqiqə sonra “Arsenal”ın qapısına penalti təyin edilib. Penaltini dəqiq yerinə yetirən Eden Azar hesabı 3:0-a çatdırıb. “Arsenal” hesab arasındakı fərqi 69-cu dəqiqədə Aleks İvobinin möhtəşəm qolu ilə azaltmağa müvəffəq olsa da, iki dəqiqə sonra Eden Azarın vurduğu qolla “Çelsi” fərqi üç topa çıxarıb: 4:1.
Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşma elə bu hesabla da başa çatıb.
Bununla da “Çelsi” komandası UEFA Avropa Liqasının 2018-2019-cu illər mövsümünün qalibi olub.
Matçda dubl edən Eden Hazard final qarşılaşmasının ən yaxşı futbolçusu seçilib.
“Çelsi”nin fransalı hücumçusu Oliviye Jiru isə vurduğu qol sayəsində UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün ən məhsuldar futbolçusu olub. O, cari mövsümdə bu turnirdə 11 dəfə fərqlənib.
Final matçından sonra qaliblərin təntənəli mükafatlandırılması mərasimi keçirilib.
Qalib komandaya kuboku UEFA prezidenti Aleksandr Çeferin təqdim edib.
Bununla da “Çelsi” 2012-2013-cü il mövsümündən sonra ikinci dəfə UEFA Avropa Liqasının qalibi adını qazanıb. “Arsenal” isə ikinci dəfə UEFA Avropa Liqasının finalında məğlub olub.
Qeyd edək ki, bu oyunla peşəkar futbolda 851-ci dəfə meydana çıxan “Arsenal”ın çexiyalı qapıçısı Petr Çex final görüşündən sonra karyerasını başa vurub.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, final qarşılaşması ilə əlaqədar tamaşaçı tutumu 70 min yerə çatdırılan Bakı Olimpiya Stadionu bu baxımdan UEFA Avropa Liqasının tarixində 20 illik rekordu yeniləyib. Bakı Olimpiya Stadionu bu göstərici üzrə UEFA Avropa Liqasının final matçına ev sahibliyi edən stadionlar arasında ən çox tamaşaçı tutumuna malik arena olub. Belə ki, 1999-cu ildə “Parma” və “Marsel” komandaları Moskvanın 62 min tamaşaçı tutumuna malik “Lujniki” stadionunda üz-üzə gəliblər.
Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununun 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib. UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan paytaxtında silsilə tədbirlər təşkil olunub. Belə ki, UEFA Avropa Liqasının zəngin irsinin təbliği məqsədilə Bakıda ötən il dekabrın 22-dən bu il yanvarın 7-dək “UEFA Avropa Liqası Muzeyi” fəaliyyət göstərib.
Bu mötəbər futbol turnirinin kubok səyahətinə martın 9-da Cenevrədə start verilib. Martın 22-23-də Sevilya, martın 29-30-da Berlin, aprelin 5-6-da London, aprelin 12-də Milan, aprelin 20-də Moskva, mayın 10-da Parisdə olan kubok mayın 19-da Gəncədə, 21-də isə Cocuq Mərcanlıda nümayiş olunduqdan sonra Bakıya gətirilib.
UEFA Avropa Liqasının final qarşılaşması çərçivəsində keçirilən tədbirlərdən biri də martın 3-də “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma olub. Həmin oyunda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Nazim Süleymanov və UEFA Avropa Liqasının Bakıda keçirilən final oyununun səfiri Vəli Qasımovun iştirakı ilə “Bakı 2019: Ulduzlar Finalı”nda “Qərb Ulduzları” və “Şərq Ulduzları” komandaları qarşılaşıblar.
UEFA Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı qərar son illər sürətlə inkişaf edən Azərbaycan idmanının qazandığı növbəti uğurdur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Azərbaycanın son illərdə bir neçə mötəbər beynəlxalq idman yarışına - I Avropa, IV İslam Həmrəyliyi Oyunlarına, Formula 1 yarışına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın idman dövləti olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, bu gün ən mötəbər idman qurumları nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verirlər. Belə ki, UEFA Avropa Liqasının final oyunu ilə yanaşı, 2020-ci ildə futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir oyununun, bu il iyulun 20-28-də Avropa Gənclərinin Yay Olimpiya Festivalının Bakıda keçirilməsi barədə qərarlar bunun göstəricisidir. İdmançılarımızın Olimpiada, dünya və Avropa, eyni zamanda, digər beynəlxalq idman tədbirlərində qazandıqları medalların sayının ilbəil artması dövlət səviyyəsində idman sahəsinə göstərilən diqqətin nəticəsidir. Təqdirəlayiq haldır ki, uşaqlar və gənclər arasında idmana böyük maraq var. Bütün bunlar digər sahələr kimi, Azərbaycan idmanının da inkişafının ən parlaq dövrünü yaşadığını nümayiş etdirir.

 
  • Oxunub:  5010  |  
  • Tarix:  30-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

18 İyun 21:18
Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr daha da genişləndirilməsi müzakirə edilib
18 İyun 20:59
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb
18 İyun 20:49
İdman, sağlamlıq, dostluq mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
18 İyun 20:46
Brüssel QDİƏT-Aİ əməkdaşlığı üzrə Yüksək səviyyəli konfrans keçirilib
18 İyun 20:45
Azərbaycanın məhkəmə-hüquq sahəsində islahatları təqdir olunur
18 İyun 20:43
Zakir Həsənov: Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
18 İyun 20:40
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının sessiyasında iştirak edir
18 İyun 20:37
Hikmət Hacıyev: Azərbaycan həqiqətlərini əks etdirən hər bir tədbir faydalıdır
18 İyun 20:26
Milli Məclisin Səhiyyə komitəsinin iclası olub
18 İyun 20:22
Dövlət ümumi təhsil müəssisələri və peşə təhsili müəssisələrində əməkhaqları artırıldı
18 İyun 20:19
UEFA Avropa Liqası: “Neftçi” və “Səbail” klublarının rəqibləri müəyyənləşib
18 İyun 20:17
Təhsil Nazirliyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq əlaqələri müzakirə edilib
18 İyun 20:16
Minimum aylıq əməkhaqqı artırıldı
18 İyun 20:08
Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı - SƏRƏNCAM
18 İyun 20:05
Azərbaycan-Yaponiya arasında ekoturizm sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub
18 İyun 19:54
Beynəlxalq Əmək Konfransının 108-ci sessiyasında Əmək və Sosial Təminat naziri Sahil Babayev çıxış edib
18 İyun 19:52
Bölgələrdən bölgələrə” II Yaradıcılıq festivalına yekun vurulub
18 İyun 17:35
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq
18 İyun 17:28
Aleksandr Buasson: Azərbaycanın əsas zənginliyi onun xalqı, mədəniyyətidir
18 İyun 17:23
“Dəniz Kuboku - 2019” beynəlxalq müsabiqəsinin planlaşdırılması üzrə işçi görüş keçirilib
18 İyun 17:19
RAGB 10 illik yubileyini qeyd edir
18 İyun 17:09
II Avropa Oyunlarının “Sülh alovu” estafeti Minskdəki Dövlət Bayrağı Meydanına gətirilib
18 İyun 16:32
Milli Kitabxanada növbəti sərgi insan hüquqlarına həsr olunub
18 İyun 16:04
Nazirlik: Cari ildə sənaye parklarında 12 rezident fəaliyyətə başlayacaq
18 İyun 15:58
Yanvar-aprel aylarında Azərbaycandan 97 ölkəyə məhsul göndərilib
18 İyun 15:38
“Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüşlər başa çatıb
18 İyun 15:34
Respublika Günü və diplomatik xidmət orqanlarımızın yaranmasının 100 illiyi Kuala Lumpurda qeyd edilib
18 İyun 15:19
BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu Bakı sessiyası başa çatıb
18 İyun 15:16
“Azərxalça”nın Qazax, Tovuz və Şəmkir filiallarının xalçaları qəbul edilib
18 İyun 15:14
Əli Əhmədov: Azərbaycanda təhsillə bağlı problemlər öz həllini tapıb, savadsızlıq aradan qaldırılıb
18 İyun 14:34
Müdafiə naziri: Azərbaycan Ordusu döyüş hazırlığı ilə gecə-gündüz məşğul olur
18 İyun 14:25
Dövlət Sərhəd Xidməti İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə silsilə tədbirləri davam etdirir
18 İyun 14:17
Mərakeş qəzeti: Heydər Əliyevin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayır
18 İyun 14:06
General-polkovnik Zakir Həsənov: Azərbaycan Ordusunun təlimləri döyüş vəziyyətinə yaxın şəraitdə təşkil edilir
18 İyun 14:00
Pirallahı rayonunda bədii qiraət müsabiqəsi keçirilib
18 İyun 13:54
Bahar Muradova: Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə təhdid kimi qalır
18 İyun 13:52
Komitə sədri: Bu gün Azərbaycanda qadınların cəmiyyətdə aktiv iştirakı üçün hər cür şərait yaradılıb
18 İyun 13:44
Baş nazirin müavini: Azərbaycan BMT-yə dayanıqlı inkişaf üzrə hesabat verən 14 ölkədən biri olacaq
18 İyun 12:59
Azərbaycanın Energetika nazirinin müavini Beynəlxalq Enerji Xartiyasının Baş katibi ilə görüşüb
18 İyun 12:57
18 iyun Azərbaycanda İnsan Hüquqları Günüdür
18 İyun 12:52
Daha 687 şəhidin 1017 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib
18 İyun 12:16
Azərbaycanın Müdafiə naziri: Ordumuzun hərbi şəhərciklərinin 85 faizi yenidən qurulub
18 İyun 12:13
Qəbələdə Beynəlxalq Yoqa Günü qeyd olunub
18 İyun 12:08
Bakıda Ombudsmanların XVI Beynəlxalq Konfransı keçirilir
18 İyun 12:04
Azərbaycanın və Pakistanın xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçiriləcək
18 İyun 11:48
Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18 İyun 11:44
Bakı Nəqliyyat Agentliyi Stokholmdakı Qlobal İctimai Nəqliyyat Sammitində təmsil olunub
18 İyun 11:41
Növbəti tədris ilindən Bakı Ali Neft Məktəbində Pakistan tələbələri də təhsil alacaqlar
18 İyun 11:31
Akademik Xoşbəxt Yusifzadənin biblioqrafiyası çapdan çıxıb
18 İyun 11:27
Zakir Həsənov: Ermənilər bir müddət sonra öz itkilərini açıqlayacaqlar
18 İyun 11:22
Müdafiə naziri: Azərbaycan Ordusunun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib
18 İyun 11:00
Tərtərdə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2,9 faiz artıb
18 İyun 10:55
Qubanın daha 11 kəndi qazlaşdırılır
18 İyun 10:47
Zakir Həsənov: Azərbaycan Ordusunda aparılan islahatlar uğurla davam edir
18 İyun 10:45
Vaşinqtonda ABŞ-Azərbaycan Akademik Simpoziumu keçirilib
18 İyun 10:39
Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib
18 İyun 09:27
İsveçrənin Bern şəhərində Azərbaycanın qaçqın və məcburi köçkünlərinə həsr edilmiş ictimai kampaniya keçirilib
18 İyun 08:57
David Zalkaliani: Azərbaycan Gürcüstanın əsas strateji tərədaşıdır
18 İyun 08:48
Strasburqda yüksək səviyyəli konfransda Azərbaycanda məhkəmə-hüquq islahatlarından danışılıb
18 İyun 08:42
Fərid Mansurov: Komandamız II Avropa Oyunlarına yaxşı hazırlaşıb
17 İyun 23:21
Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimi olub
17 İyun 22:59
Ankarada Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə konfrans keçirilib
17 İyun 21:42
XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir
17 İyun 20:23
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
17 İyun 11:46
“Şahdəniz” təbii qazı TANAP-la Avropa sərhədinə çatdırılıb
17 İyun 11:42
İyunun 17-si Tibb İşçiləri Günüdür
17 İyun 11:37
SOCAR-la “Honeywell PMT”nin əməkdaşlığı müzakirə edilib
17 İyun 11:06
Altı mindən çox bakalavr ixtisaslaşma seçimi edib
17 İyun 10:51
Neftin qiyməti bahalaşır
17 İyun 10:26
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA