Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir

Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Sumqayıta səfəri çərçivəsində burada inşa edilən dənizkənarı bulvarda yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bulvarda görülən işlər barədə məlumat verib.
Dənizkənarı bulvarda Sumqayıt sakinləri dövlətimizin başçısına yaxınlaşaraq söhbət ediblər.
Sakinlər: Xoş gəlmisiniz bizim Sumqayıta. Siz bizim prezidentlər içərisində seçilən Prezidentimizsiniz. Biz sizinlə fəxr edirik. Allah Sizə cansağlığı versin, bizə bu gözəl şəraiti Siz yaratmısınız.
Prezident İlham Əliyev: Xoş gördük, çox sağ olun, necəsiniz?
Sakin: Hörmətli Prezidentimiz, Sizin bu gəlişiniz Sumqayıt üçün, bizim üçün toy-bayramdır. Bunun iki böyük amili, bir nəticəsi var. O amilin biri odur ki, hörmətli Prezidentimiz, Ali Baş Komandanımız xalqın arasındadır. İkinci böyük amil ondan ibarətdir ki, ölkəmizin bütün əhalisi, bütün vətəndaşları Prezidentimizin ətrafındadır. Bunun nəticəsi nədir? Nəticə odur ki, xalqla Prezidentin böyük monolit birliyi var. Bəzən elə olur ki, öz ayaqqabısının ölçüsü qədər bir iş görə bilməyənlər bu qədər gözəlliyə, bu qədər inkişafa ağız büzürlər. Amma onlar bu monolit birliyin qabağında dura bilməzlər, qəti dura bilməzlər.
Sakin: Allah Sizi qorusun, cənab Prezident, xahiş edirik, bizim salamlarımızı analar anası, xanımlar xanımı Mehriban xanıma çatdırasınız.
Prezident İlham Əliyev: Mütləq çatdıraram.
Sakin: Möhtərəm Prezidentimiz cənab İlham Əliyev, Siz gündən-günə gözəlləşən, abadlaşan, qocaldıqca cavanlaşan Sumqayıt şəhərinə çox xoş gəlmisiniz.
Cənab Prezidentimiz, mən 50 ildir Sumqayıtda yaşayıram, 85 yaşım var. Mən buraların dünənini yaxşı görmüşəm, qamışlıq, çirkab, şoran çöllər. Buraya heç kim gəlmək istəmirdi, amma bu gün gələn getmək istəmir.
Sakin: Nəinki gələn, biz buradan gözəl ev almışıq, gözəl ev tikdirmisiniz. Çox gözəl, yüksək səviyyədə.
Sakin: Mənim ağlıma gəlməzdi ki, Sizin möcüzə adlandırdığınız Sumqayıt bulvarında mən nəvələrimlə, tay-tuşlarımla gəzim. Allah Sizi var eləsin. Bu yaşımda Sumqayıt bulvarında gəzməyimlə fəxr edirəm.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sakin: Bir şəhid anası kimi, leytenant anası kimi Sizə çox-çox təşəkkür edirəm ki, bütün şəhid ailələrinə yardım etdiniz, kömək etdiniz. Onların başının üstündə həmişə bir ata, oğul, qardaş kimi olasınız.
Prezident İlham Əliyev: Həmişə elə də olacaq. Əmin ola bilərsiniz.
Sakin: Mən zabitəm, Qarabağ döyüşlərində iştirak etmişəm, qaziyəm. Əvvəla, Sizə “Xoş gəlmisiniz!” deyirik, Allah Sizi qorusun. Siz Azərbaycanın başının tacı olan şəhidlərin ailələrini qəbul etdiniz, o duyğulu anları biz indi də yaşayırıq. Bir daha sübut etdiniz ki, həmin yaşlı şəhid ailələrinin bir oğlusunuz, bu gün həddi-buluğa çatan şəhid övladlarına bir böyük qardaşsınız. Allah Sizdən razı olsun. Mən Sizi inandırıram ki, Azərbaycanın hər bir övladı o ərazilərin azad olunmasına canla-başla hazırdır. Vətəni uğrunda canından keçməyə, əlindən gələni etməyə hazırdır. Azərbaycan əsgəri 2016-cı ildə bunu bir daha sübut etdi. Biz hər zaman Sizin ətrafınızdayıq və İnşallah, “İrəli!” əmrinizi gözləyirik.
Sakin: Sumqayıt idmançıları Sizə həmişə dəstək olub və həmişə də dəstək olacaqlar.
Sakin: Bulvarın salınması, bu evlərin tikilməsi üçün böyük minnətdarlığımı bildirirəm. Sizin səyiniz, göstərişləriniz nəticəsində belə gözəl bulvar yaradılıb, evlər tikilib. Çox sağ olun, Allah Sizə ömür versin.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Sizi bir tələbə kimi salamlayıram, bizim Sumqayıtımıza xoş gəlmisiniz. Tələbələrin təqaüdünü artırdığınıza görə Sizə çox təşəkkür edirəm. Tələbələr adından Sizdən bir xahişim də var. Sumqayıt Dövlət Universitetinin, şəhərdəki kolleclərin yataqxanalardakı məcburi köçkünlərin köçürülməsini və bizim tələbələrin orada yerləşdirilməsi üçün göstəriş verməyinizi Sizdən xahiş edirik.
Prezident İlham Əliyev: Biz bu məsələni də həll edəcəyik. Bu il bu məsələ həll olunmalıdır. Bilirsiniz ki, keçən il Sumqayıtdakı köçkünlər üçün 2 mindən çox mənzilin tikintisi təmin edildi və mən o evlərin açılışında olmuşam. Sumqayıtda təqribən 14 min məcburi köçkün ailəsi məskunlaşıb və biz bütün bu ailələri tədricən yeni evlərə köçürəcəyik. Göstəriş verildi ki, bu il əlavə 2 min mənzildən ibarət şəhərciklər salınsın və bu məsələ bir neçə il ərzində həll olunacaq. Həm köçkünlər rahat evlərə köçəcəklər, həm də onların indi qaldıqları yataqxanalar təmir olunacaq və tələbələrə veriləcək.
Bilirsiniz ki, son illər Sumqayıtın inkişafı ilə bağlı çox böyük işlər görülüb. Sumqayıt bu gün müasir sənaye mərkəzinə çevrilib və burada fəaliyyət göstərən müəssisələrdə minlərlə insan işlə təmin edilir. Elə bu gün səhər yeni müasir polietilen zavodunun açılışını etdik. Bu zavod təqribən 500 iş yeri yaradan bir müəssisədir. Burada istehsal olunacaq məhsullar ixracyönümlüdür və ölkə iqtisadiyyatına böyük töhfə verəcək. Biz bu yaxınlarda azot gübrələri zavodunun açılışını da etdik. Orada da 500 nəfər işlə təmin olunub. Eyni zamanda, göstəriş vermişəm ki, ödənişli ictimai işlər də açılsın və 2 min iş artıq açılıbdır. Göstəriş vermişəm ki, əlavə təqribən 2 minə yaxın ictimai iş açılsın ki, hələlik iş tapa bilməyən vətəndaşlar orada işləyə bilsinlər. Siz xatırlatdınız, mən demişəm ki, Sumqayıt bulvarı da bir möcüzədir.
Mən həmişə demişəm ki, Sumqayıt inkişaf baxımından paytaxt şəhərinə yaxın olmalıdır və bu gün biz bunu görürük. Düzdür, Bakı son illər çox gözəlləşib, abadlaşıb, ancaq Sumqayıt kimi gözəl şəhərdə insanların istirahəti üçün mütləq bulvar olmalı idi və biz bir il, hətta bir ildən tez bir vaxtda 4 kilometr uzunluğunda bulvar yaratdıq. İndi bura Sumqayıtın əsas istirahət zonasıdır, görün, nə qədər gözəlləşib. Siz burada dəfələrlə olmusunuz, mən də dəfələrlə olmuşam. Əvvəlki mənzərə əlbəttə ki, çox acınacaqlı idi. Amma bu gün yeni yollar salınır, yeni binalar tikilir, ictimai yerlər yaradılır. Yəni, Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir. Bir tərəfdən sənaye müəssisələrinin yaradılması, - Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir, - digər tərəfdən, bu gün Sumqayıtın ekoloji vəziyyəti görün nə qədər yaxşılaşıb. Sumqayıtın havası elə bil ki, kurort havasıdır. Əvvəlki illərdə olan toz-dumana, havanı çirkləndirən bəzi müəssisələrin fəaliyyətinə son qoyuldu. Bütün yeni müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Buna görə indi burada ekoloji durum çox yaxşıdır. Minə yaxın evin dam örtüyü təzələnib və bu iş davam edir. Liftlər, həyətlər, yollar təmir olunub. Bu yaxınlarda 2 saylı xəstəxananın əsaslı təmiri haqqında Sərəncam imzalandı. Bundan əvvəl 1 saylı xəstəxana əsaslı təmir edildi. Baxacaqlar, əgər 2 saylı xəstəxananın təmiri mümkündürsə, təmir olunacaq, mümkün deyilsə, sökülüb yenidən tikiləcək.
Qazlaşdırma - burada qazla bağlı problem olmamalıdır, həll edilib. İçməli su, elektrik enerjisi ilə bağlı məsələlər həll olunub. Biz burada böyük bir elektrik stansiyası tikmişik ki, bu, Sumqayıtı tam təmin edir. Əlbəttə ki, iş yerlərinin yaradılması diqqət mərkəzindədir. Baxın, bu tikintilərdə gör nə qədər adam işləyir, yeni müəssisələrdə nə qədər adam işləyəcək. Bütün bu işləri biz ona görə görürük ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. İndi minimum əməkhaqqının, minimum pensiyanın, şəhid ailələrinin müavinətlərinin, təqaüdlərin qaldırılması - bütün bunlar nəyə görə mümkün olub? Ona görə ki, çox ciddi islahatlar aparılıb və bizə əlavə gəlir gəlir. Bu gəliri biz, ilk növbədə, hara yönəltməli idik, məhz sosial məsələlərin həllinə. Ona görə bu siyasət davam etdiriləcək və əməkhaqlarının, pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar, uşaqlar daha da yaxşı böyüsünlər, Vətənimizin layiqli övladları olsunlar, ölkəmiz daim qabağa getsin, inkişaf etsin, güclənsin.
Sakin: Cənab Prezident, əsas Sərəncam Sumqayıt şəhərinin 70 illiyinin keçirilməsi ilə bağlı idi.
Prezident İlham Əliyev: Bəli, onu da bu yaxınlarda imzalamışam.
Sakin: İnşallah, onu Sizin iştirakınızla yüksək səviyyədə keçirərik.
Prezident İlham Əliyev: Əlbəttə, böyük tədbir, böyük bayram olacaq. O Sərəncamın imzalanması da Sumqayıta göstərilən növbəti diqqətin əlamətidir.
Sakin: Siz 23-cü dəfədir ki, Sumqayıta gəlirsiniz.
Prezident İlham Əliyev: İyirmi dəfədən çoxdur.
Sakin: Özü də hər gəlişiniz Sumqayıtın həyatında və sumqayıtlıların qəlbində silinməz iz qoyur, bizi ruhlandırır, sevindirir, bizə qanad verir. Biz ona görə Sizə minnətdarıq ki, Sumqayıt Sizin qayğınız və diqqətiniz nəticəsində belə inkişaf edir, çox sağ olun, var olun. Allah-Təaladan bir arzumuz var ki, yüz yaşayasınız, sağlam olasınız. Sizə ailə səadəti arzulayırıq. Bir də onu demək istəyirəm ki, bu bulvarın tarixçəsi var. Sumqayıtın 25 illik yubileyində Ulu öndər bizim indiki Dram Teatrında keçirilən təntənəli yığıncaqda gözəl bir çıxış etdi, sumqayıtlılara və Sumqayıta yüksək qiymət verdi. Dedi ki, arzu edirəm, dəniz qırağında, ləpədöyəndə, yəni, sahildə yaxşı bir bulvar salınsın ki, sumqayıtlıların istirahəti üçün yaxşı yerləri olsun. Siz gəldiniz, Ulu öndərin bu arzularını yerinə yetirdiniz. Sağ olun, var olun, Allah ölkəmizə sabitlik, əmin-amanlıq, bolluq versin. Allah Sizi qorusun!
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Cənab Prezident, biz Sizi həmişə dəstəkləmişik və dəstəkləyəcəyik. Allah Sizə cansağlığı versin, işinizi avand etsin. Hər sübh namazında Sizə dua edirəm. Siz bizə lazımsınız. Allah Sizi Azərbaycan xalqının başı üzərindən əksik etməsin.
Prezident İlham Əliyev: Çox sağ olun.

 
  • Oxunub:  4440  |  
  • Tarix:  19-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Qafqaz zubrları Azərbaycan təbiətinə qaytarılır

23 May 21:07
FHN-in Akademiyasında İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib
23 May 21:05
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
23 May 21:02
Şahin İsmayılov: İdmanın siyasi alətə çevrilməsi yolverilməzdir
23 May 21:00
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
23 May 19:51
"Tarixçi-alimlərimiz" layihəsi çərçivəsində Bakı Dövlət Universitetində professor İradə Hüseynova ilə görüş keçirilib
23 May 19:40
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
23 May 19:29
“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub
23 May 18:34
Səməd Seyidov: Ermənistan apardığı mənfur siyasəti artıq gizlədə bilmir
23 May 18:22
Müdafiə Nazirliyi: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur
23 May 18:18
Azərbaycan-Çin münasibətləri inkişaf edir
23 May 18:16
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
23 May 18:02
Konstitusiya Məhkəməsində Rusiyanın Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib
23 May 18:00
Regionda mühüm rola malik Azərbaycan Almaniya üçün çox vacib tərəfdaşdır
23 May 17:42
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
23 May 17:38
Gündüz İsmayılov: Elm, təhsil olmayanda din xurafata çevrilir
23 May 17:36
Gövhər Baxşəliyeva: Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir
23 May 17:31
Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirir
23 May 17:25
Gənclər Fondu “Xaricdə təhsil” proqramını elan edib
23 May 17:20
Yohannes Kars: Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir
23 May 17:19
Natali Qule: İdman sülhün möhkəmlənməsi üçün məkan olmalıdır
23 May 17:16
The Associated Press: Mxitaryan UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda siyasi səbəblərə görə iştirak etməyəcək
23 May 17:06
Niyazi Səfərov: Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prioritetdir
23 May 17:00
Oleq Kuznetsov: Qafqazşünasların II Beynəlxalq Forumu fikir mübadiləsi aparmaq üçün əla platformadır
23 May 16:57
YAP Yardımlı rayon təşkilatı GB-nın hesabat konfransı keçirilib
23 May 16:56
ARSENALI MXİTARYAN OLANLAR VƏ HEÇ OLMAYANLAR...
23 May 16:51
Vüqar Rəhimzadə: Bu “qüvvələr” köhnə “üsullarla” ara qatmağa, ürək bulandırmağa çalışırlar
23 May 16:35
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Kiyevdə müalicə alan Milli Qəhrəmanımızla görüşüb
23 May 16:21
Rusiya XİN: ATƏT Minsk qrupunun həmsədrləri əsirlərlə bağlı təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək
23 May 16:11
Fransa Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır
23 May 15:53
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
23 May 15:36
UEFA Avropa Liqasının final oyununun açılış mərasimində ingiltərəli DJ Conas Blu çıxış edəcək
23 May 15:26
Hesablama Palatası bu il dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb
23 May 15:02
İsrailin İ24 xəbər telekanalı: Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir
23 May 14:55
Hikmət Şikarov: “Amnesty International” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur
23 May 14:48
YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
23 May 14:41
Sabah Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatına start veriləcək
23 May 14:39
“Anatolian Phoenix-2019” təlimlərinin yekun mərhələsi icra olunub
23 May 14:31
Bu gün futzal üzrə Azərbaycan kubokunun sahibi müəyyənləşəcək
23 May 14:29
Memarlıq və İnşaat Universitetində beynəlxalq elmi konfrans öz işinə başlayıb
23 May 14:24
Daşkənddə Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində keçirilən görüşdə Azərbaycan da iştirak edib
23 May 14:20
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Koreya İnkişaf İnstitutu ilə əməkdaşlıq edəcək
23 May 14:16
Rusiya Elmlər Akademiyasının vitse-prezidenti AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda olub
23 May 14:13
Londonda “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib
23 May 14:11
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 May 14:08
Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsova AMEA Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub
23 May 14:05
“Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” hesabatının təqdimatı olub
23 May 14:01
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
23 May 12:59
UEFA Avropa Liqasının final matçına bilet satışı davam edir
23 May 12:58
Aqrar sahədə ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində fəal siyasət aparılır
23 May 12:36
DİM magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək
23 May 12:34
Bu il Hacıqabulda 4 tondan çox barama istehsalı planlaşdırılır
23 May 12:22
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
23 May 12:05
Vüqar Gülməmmədov: Dövlət büdcəsinin gəlir və xərcləri son 7 ilin ən yüksək göstəriciləridir
23 May 11:41
Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
23 May 11:33
Kənd təsərrüfatı naziri İnam Kərimov fransız həmkarı Didye Giyom ilə görüşüb
23 May 11:31
İran portalı Heydər Əliyev Beynəlxalq Aeroportundan yazıb
23 May 11:29
Prezident İlham Əliyev Çinin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23 May 11:27
Qafqazşünasların II Beynəlxalq Forumu keçirilir
23 May 11:24
Naxçıvanda “Sabahın müəllimi” layihəsinin təqdimatı olub
23 May 11:22
Heydər Əliyev Fondu müqəddəs Ramazan ayında rayonlarda iftar süfrələri təşkil edir
23 May 11:20
Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı işə başlayıb
23 May 11:18
Bakıda MDB ölkələri Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilir
23 May 11:16
Gallup: Erməniləri Qarabağ problemi az maraqlandırır
23 May 11:15
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23 May 10:27
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub
23 May 10:20
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
23 May 10:17
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23 May 10:13
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisinin açılış mərasimində iştirak edib
23 May 10:09
Cənubi Karolina ştatının qubernatoru ADR-in 101-ci ildönümü və Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə rəsmi bəyannamə imzalayıb
23 May 09:57
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +27
gecə+16 +18