Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir

Dövlətimizin başçısı Sumqayıtda “SOCAR Polymer”in yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Sumqayıt şəhərinə səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib önünə gül dəstəsi qoyub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə görülən işlər haqqında dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat veriblər.
Bildirilib ki, “SOCAR Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci il oktyabrın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə ən yüksək standartlara və müasir texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulub. 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə layihə çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı olub. Artıq yüksəksıxlıqlı polietilen zavodu da istismara tam hazırdır. İlkin mərhələdə, “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək.
Prezident İlham Əliyevə məlumat verilib ki, artıq Türkiyə, Rusiya, Belarus və Ukraynadan sifarişlər qəbul edilib. Zavodda “Made in Azerbaijan” brendi ilə istehsal olunan polipropilen qatarla sifariş olunan ölkələrə yola salınıb.
Qeyd edək ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkətdir. Layihəni həyata keçirmək üçün İtaliyanın “Maire Tecnimont”, Niderlandın “Fluor” şirkətləri və digər şirkətlər cəlb edilib. Layihə çərçivəsində milli mühəndis kadrlarının ixtisaslarının artırılması təmin olunacaq. Bu məqsədə çatmaq üçün vahid layihə idarəetmə qrupu yaradılıb. “Fluor” şirkəti milli mühəndis kadrları və digər işçilər üçün Amsterdamda, Milanda və Mumbayda ixtisas kursları təşkil edib. Bundan başqa, ekoloji və sosial təsirlərin minimuma endirilməsi, zərərli maddələrin və maye tullantılarının zərərsizləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Odur ki, beynəlxalq lisenziyalardan əldə edilən texnologiya əsasında fəaliyyət göstərəcək bu zavodlar istehsal prosesi və məhsulun keyfiyyəti baxımından ən yüksək beynəlxalq standartlara cavab verəcək.
Sonra Prezident İlham Əliyev zavodun idarəetmə mərkəzi ilə tanış olub. Burada Ümummilli lider Heydər Əliyevin müxtəlif vaxtlarda Sumqayıta səfərlərinin əks olunduğu fotoguşə yaradılıb. Müəssisəyə cəlb olunan investisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin edilib. “Layihə maliyyələşdirilməsi” prinsipi əsasında 489 milyon dollar məbləğində əsas səhmdarın təminatı olmadan kredit alınıb. Bu prinsip əsasında maliyyələşdirmə ölkə daxilində birinci dəfədir ki, həyata keçirilir. Ümumi investisiya xərcləri 816 milyon dollar təşkil edir. Zavodların istismarı dövründə 6,6 milyard dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq. Bundan başqa, “SOCAR Polymer” tərəfindən dövlət büdcəsinə istismar müddəti ərzində ümumilikdə 600 milyon dollar məbləğində vergilərin ödənilməsi nəzərdə tutulur. Bu, ölkənin ümumi daxili məhsulunun artmasına da kömək edəcək. İlkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 14 faizdən çox artıracaq.
Prezident İlham Əliyev yüksəksıxlıqlı polietilen zavodunu işə salıb.
Zavodun tərkibində olan polimerizasiya, katalizatorun aktivləşdirilməsi əraziləri, orqanoleptik emal bölməsi, laboratoriya, qablaşdırma bölməsi, anbar və idarəetmə otağının fəaliyyətinə dair qısa film nümayiş olunub.
Sonra yüksəksıxlıqlı polietilen zavodunun ilk məhsulu xatirə olaraq Prezident İlham Əliyevə hədiyyə edilib.
Zavodun işçisi Nigar Qarayeva: Cənab Prezident, müəssisəmizə gəldiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. Qeyd etmək istərdik ki, ümumiyyətlə, zavodun tikilməsinə başlayan zamandan biz həmişə Sizin diqqət və qayğınızı hiss etmişik. Bunun bariz nümunəsi zavodun təməlqoyma mərasimində və onun açılışında Sizin iştirak etməyinizdir. Biz istərdik ki, zavodumuzun ilk məhsulunu xatirə olaraq Sizə təqdim edək. Qeyd etmək istərdik ki, zavodumuzda istehsal olunacaq bu qranullar yüksəksıxlıqlı polietilenin qara və təbii növləridir.
Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.
Daha sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşüb.
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: “Mən çox şadam ki, bu zavodda işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Mən sizi ürəkdən salamlayıram və zavodun açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bir neçə il bundan əvvəl bu zavodun təməli qoyuldu. O vaxt burada heç nə yox idi. Vaxtilə burada fəaliyyət göstərmiş müəssisələr sıradan çıxmışdı və yarıdağılmış vəziyyətdə idi. Dövlət tərəfindən bu ərazi nəzarətə götürüldü, böyük təmizlik işləri aparıldı. Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkının ərazisi 500 hektardan çoxdur və bu ərazidə bütün kommunikasiyalar, infrastruktur layihələri icra edildi ki, burada müasir sənaye mərkəzi yaradılsın. Biz buna nail ola bilmişik. Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələr fəaliyyət göstərir və onların arasında “SOCAR Polymer”in əlbəttə ki, xüsusi yeri vardır.
Keçən il polipropilen zavodunun açılışı rəsmi qaydada qeyd olundu. Bu gün isə biz yüksəksıxlıqlı polietilen zavodunun açılışını qeyd edirik. Beləliklə, “SOCAR Polymer” tam gücü ilə işə başlayır. Bu, çox əlamətdar hadisədir. Bu, ölkəmizin inkişafını göstərir. Bu, ölkəmizə xarici maliyyə qurumları tərəfindən inamın təzahürüdür. Çünki bildiyiniz kimi, bu zavodun tikintisində xarici banklar fəal iştirak ediblər. Bu, bütövlükdə ölkəmizdə gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir.
Siz - burada çalışan gənclər yaxşı bilirsiniz ki, zavodun istehsal gücü 300 min ton olacaqdır. Bu, bizim qeyri-neft ixracımızın 15 faiz artımı deməkdir. Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır. Bununla paralel olaraq, belə böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyəti gənclərin hazırlanmasına da xidmət göstərir. Siz gənclər təlim keçmisiniz, orta əməkhaqqı çox yüksəkdir. Siz buna layiqsiniz. Siz müasir sənaye müəssisəsində çalışacaqsınız və bu müəssisənin fəaliyyəti ölkəmizi gücləndirəcək.
Yeni iş yerlərinin yaradılması prosesi burada təmin olunur, təxminən 500-dən çox yeni iş yeri açılır. Bu yaxınlarda karbamid zavodunun açılışında iştirak edərkən məlumat verildi ki, orada da 500-dən çox iş yeri yaradılır. Yəni, bu iki mühüm müəssisənin əhəmiyyəti çox böyükdür. İlk növbədə, bu iki müəssisəyə 1,6 milyard dollar sərmayə qoyulub. Çox böyük rəqəmdir. Özü də nəzərə alsaq ki, bu sərmayə qeyri-neft sektoruna qoyulur. Digər tərəfdən, burada istehsal olunan məhsullar ixracyönümlüdür və ölkəmizə valyuta gələcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, hazır məhsuldan valyuta qazanacağıq. Burada müasir texnologiyalar tətbiq olunur və Azərbaycanın texnoloji inkişafına bunun müsbət təsiri var. Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır.
Yəni, bir sözlə, belə böyük layihələrin icrasının çox böyük mənası, çoxşaxəli təsiri var və bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır. Biz bu layihələrə start verəndə, əlbəttə, təxmin edirdik ki, bu, çox gözəl nəticələrə gətirib çıxaracaq. Bu gün biz bunun əyani şahidiyik. Bundan sonra da Azərbaycanın sənaye potensialı inkişaf edəcək. Sənayeləşmə öz gözəl nəticələrini verir. Keçən il qeyri-neft sektorunda sənaye istehsalı 9 faizdən çox artmışdır, bu ilin birinci ayında isə 14 faizə yaxın artmışdır, o cümlədən bu zavodların fəaliyyətə başlaması nəticəsində. Əlbəttə ki, bundan sonra da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaqdır. Əminəm ki, belə müəssisələr gələcəkdə bizim sənaye imkanımızı böyük dərəcədə artıracaqdır və ölkəmiz davamlı olaraq inkişaf yolu ilə gedəcəkdir.
Bu zavodun fəaliyyətə başlaması Sumqayıt şəhərinin ümumi inkişafına da böyük töhfədir. Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Son illərdə Sumqayıtda bir çox müasir müəssisələr yaradılıb. Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur. Sumqayıtın həm sənaye, həm iqtisadi, sosial inkişafı daim diqqət mərkəzindədir. Sumqayıt bu gün yüksək ekoloji standartlara uyğun şəhərlərdən biridir. Biz bu sahəyə də çox böyük önəm verirdik. Çünki bilirsiniz ki, sovet vaxtında Sumqayıtda ekoloji vəziyyət o qədər də ürəkaçan deyildi. Sovet məkanında Sumqayıt bu baxımdan geridə qalmış şəhərlərdən biri idi. Bu da təbii idi, çünki o vaxt müasir təmizləyici qurğular mövcud deyildi və burada böyük kimya mərkəzi yaradılmışdı. Bu gün isə Sumqayıtın gözəl havası, ictimai yerləri var, istirahət üçün parklar yaradılıb, vaxtilə salınmış parklar abadlaşdırılıb, Sumqayıt bulvarı yaradılıb, özü də qısa müddət ərzində. Bu da çox gözəl hadisədir. Yəni, şəhərin ümumi inkişafı ilə bağlı çox böyük tədbirlər görülür, infrastruktur layihələri icra edilir. Bu yaxınlarda 2 saylı şəhər xəstəxanasının təmiri ilə bağlı müvafiq Sərəncam verilmişdir. Bu xəstəxanada təxminən 200-ə yaxın çarpayı var. Ondan əvvəl biz 1 saylı xəstəxananın təmirini təmin etdik. Qazlaşdırmanın səviyyəsi təxminən 100 faizdir. Yəni, bir sözlə, belə zavodların fəaliyyətə başlaması şəhərin inkişafına da təkan verir.
Bu gün nəinki Sumqayıtın tarixində, ölkəmizin tarixində çox əlamətdar bir gündür. Çünki hər bir ölkə belə gözəl müəssisələrlə fəxr edə bilər. Xüsusilə nəzərə alsaq ki, bu müəssisələrdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Yəni, Azərbaycanın gənc nəsli müasir Azərbaycana xidmət edir. Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sizə uğurlar arzulayıram. Sağ olun”.
Məlumat verilib ki, “SOCAR Polymer” zavodlarının inşaat işlərinin pik həddində burada 3500-ə yaxın işçi çalışıb. Personalın bilik və bacarıq səviyyəsini artırmaq məqsədilə ölkə daxilində və xaricdə təlim-hazırlıq kursları təşkil olunub. Bütün bunlar göstərir ki, sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin başlıca istiqamətlərindəndir. Bu baxımdan innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin tərəqqisinə təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parklarının və məhəllələrinin qurulması xüsusi əhəmiyyət kəsb edir. Artıq böyük infrastruktur işlərinin həyata keçirildiyi, 18 sahibkarlıq subyektinə rezident statusunun verildiyi Sumqayıt Kimya Sənaye Parkına 2,7 milyard dollardan artıq investisiya yatırılıb və bu istiqamətdə mühüm tədbirlər davam etdirilir.
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  3060  |  
  • Tarix:  19-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub
20 Mart 11:31
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bayram tədbiri keçirilib
20 Mart 11:29
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
20 Mart 11:15
Baş nazirin müavini Əli Əhmədov Bilgəhdəki sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak edib
20 Mart 11:14
Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısının şərəfinə təşkil edilən təntənəli qəbulda iştirak edib
20 Mart 11:13
Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib
20 Mart 11:12
Əli Həsənov: Bob Woodwardın “Fear: Trump in the White House” kitabında yayılan məlumat yalan və saxtadır
20 Mart 11:12
“Araşdırmaq lazımdır ki, burada yanğın törətmə əməli olub, ya yox”
20 Mart 11:11
Bundestaqda Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri ilə bağlı növbəti simpozium keçirilib
20 Mart 11:09
Əli Əhmədov: Əfv Sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin daha bir nümunəsidir
20 Mart 11:08
Baş nazirin müavini: Hökumətin imkanları artdıqca Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq
20 Mart 11:07
Ağsaqqallar Şurasının sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
20 Mart 11:05
Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir
20 Mart 11:04
Berlində keçirilən görüşlərdə Azərbaycan-Almaniya əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb
20 Mart 11:03
Filip Qotye: Azərbaycanın Birinci vitse-prezidentinin Fransa səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək
20 Mart 11:02
Hərbi Prokurorluğun rəhbər işçilərinin iştirakı ilə Novruz bayramı münasibətilə tədbirlər davam etdirilir
20 Mart 11:01
Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
20 Mart 11:00
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib
20 Mart 10:59
Bolqarıstanın Kırcali şəhərində Novruz bayramı qeyd olunub
20 Mart 10:59
Akademik Telman Əliyev: UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik
20 Mart 10:58
ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib
20 Mart 10:57
Novruz bayramı Sofiyada təntənəli şəkildə qeyd olunub
20 Mart 10:56
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Bolqarıstanda mühüm görüşlər keçirib
20 Mart 10:55
Gədəbəy rayonunda N saylı hərbi hissədə Novruz bayramı münasibətilə tədbir keçirilib
20 Mart 10:54
Misirdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
20 Mart 10:53
Baş Prokurorluqda könüllülərlə görüş keçirilib
20 Mart 10:52
Ölkəmizdə tütünçülüyün inkişafına dövlət tərəfindən yüksək dəstək göstərilir
20 Mart 10:51
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır
20 Mart 10:50
Novruz bayramı münasibətilə Bakıda ümumxalq şənliyi təşkil olunub
20 Mart 10:49
Amerika Analitik Mərkəzi Prezident Əliyevin yüzlərlə məhkumun əfv edilməsi haqqında Sərəncamını alqışlayır
20 Mart 10:47
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
20 Mart 10:46
“Azərsu” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
20 Mart 10:46
“Nar” abunəçiləri üçün Novruz kampaniyası!
20 Mart 10:45
Azercell abunəçilərini Novruz bayramında sevindirməyə davam edir
20 Mart 10:44
Regionlarda sahibkarlara göstərilən dəstək tədbirlərinin miqyası genişlənir
19 Mart 20:44
Türkiyənin Bolu şəhərində Koroğlunun nəhəng abidəsinin açılışı olub
19 Mart 20:42
Bundestaqda Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri ilə bağlı növbəti simpozium keçirilib
19 Mart 20:40
Sumqayıtda Novruz şənliyi keçirilib
19 Mart 20:38
Amerika Analitik Mərkəzi Prezident Əliyevin yüzlərlə məhkumun əfv edilməsi haqqında Sərəncamını alqışlayır
19 Mart 20:35
Dünya birinciliyində və Avropa çempionatında uğur qazanan idmançılarla görüş olub
19 Mart 20:30
Filip Qotye: Azərbaycanın Birinci vitse-prezidentinin Fransa səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək
19 Mart 20:28
Gürcüstan Prezidenti Marneulidə azərbaycanlılar yaşayan kəndlərdə olub
19 Mart 20:26
Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
19 Mart 20:24
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19 Mart 20:18
Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısının şərəfinə təşkil edilən təntənəli qəbulda iştirak edib
19 Mart 19:17
Novruz bayramı Sofiyada təntənəli şəkildə qeyd olunub
19 Mart 17:39
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti BƏOK-un İcraiyyə Komitəsinə üzv seçilib
19 Mart 17:25
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
19 Mart 17:18
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci ildönümü münasibətilə mərasim keçirilib
19 Mart 17:14
Qarabağda atüstü oyunların yaşadıldığı kənd
19 Mart 17:05
Bu gündən Bakıda Novruz festivalına start verilib
19 Mart 17:01
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır
19 Mart 16:57
“ASAN məktub” layihəsi çərçivəsində Bərdədə uşaqlara hədiyyələr təqdim edilib
19 Mart 16:42
Azərbaycan diaspor təşkilatları və Diasporla İş üzrə Dövlət Komitəsi Yekaterinburqda dəyirmi masa keçirib
19 Mart 16:38
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart 16:36
Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib
19 Mart 16:31
SOCAR ilə Liviya Milli Neft Korporasiyası arasında əməkdaşlığın prioritetləri müzakirə olunub
19 Mart 16:28
"Müasir Azərbaycan qadını - 4" layihəsi başa çatıb
19 Mart 16:24
Azərbaycan İlahiyyat İnstitutunda “Eşqin hikməti” kitabının təqdimatı olub
19 Mart 16:22
Xarici şirkətlər Ermənistan hökumətini məhkəməyə verəcək
19 Mart 16:16
Novruz bayramı münasibətilə Milli Kitabxanada sərgilər açılıb
19 Mart 16:00
Baş nazirinin müavini Əli Əhmədov Bilgəhdəki sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA