Ana səhifə »  Gündəm »  Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2018” sərgisi ilə tanış olub
A+   Yenilə  A-
Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2018” sərgisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018” ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verib.
Bildirilib ki, builki sərgidə 20 ölkədən 230 şirkət iştirak edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilən sərgidə 10 ölkə - ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya milli pavilyonla təmsil olunur.
Prezident İlham Əliyevə nazirliyin qurumlarının, müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdiyi layihələri barədə məlumat verilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Robopark” layihəsinin məqsədi məktəblilərin müasir elmi-texniki biliklərinin artırılması, intellektual elmi-texniki yaradıcılığının inkişafı, yüksək texnologiyalar sahəsinə marağın artırılması, eyni zamanda, robot texnikasının əsasları ilə bağlı məlumatlar əldə etmələrinə imkan yaratmaqdır. Layihə çərçivəsində nazirlik Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə 23 nömrəli orta məktəbdə ilk “Robopark” robot texnika laboratoriyası yaradıb.
Nazirlik tərəfindən “İdeyadan Biznesə” layihəsinin icrasına bu ilin aprelindən başlanılıb. Layihənin reallaşdırılmasına Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkətləri dəstək olub. Yeddi ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarında keçirilən startap turuna 2 mindən çox iştirakçı qatılıb. Ümumilikdə seçilən 75 komandadan 15-i respublika finalında iştirak hüququ qazanıb.
Nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən qrant alan layihələr kommersiyalaşdırılmış layihələr hesab edilir. Nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu bu məqsədlə keçirdiyi 6 müsabiqə üzrə ümumilikdə 117 layihəyə qrant ayırıb. Layihələrdən 20-si kommersiyalaşdırılıb və fəaliyyətini davam etdirərək bazarda öz yerini tutub.
“Bakı Telefon Rabitəsi” MMC - “Baktelecom” və “Aztelekom” sərgidə birgə stendlə təmsil olunur. “Baktelecom” GPON texnologiyası ilə “Evədək optika” layihəsini davam etdirir. Bu il 40 min mənzildə bu texnologiya vasitəsilə infrastruktur yaradılıb. Cari ilin əvvəlindən Bakı şəhərində və regionlarda rabitə infrastrukturunun məhdud olduğu ərazilərdə LTE texnologiyası tətbiq edilir. “Aztelecom” ilkin olaraq Xaçmazın kəndlərində simsiz rabitə xidmətinin tətbiqinə başlayıb. Bundan başqa, bu il “Aztelekom” magistral şəbəkənin müasir standartlarla yenidən qurulması layihəsinə də start verib.
Azərbaycanın malik olduğu ilk regional Data Mərkəzinin “Microsoft” şirkəti ilə əməkdaşlığı nəticəsində müştərilərə ən əlverişli şərtlərlə virtual mühit üçün lisenziyalaşdırılmış əməliyyat sistemi təqdim olunur. Burada saxlanılan məlumatların və beynəlxalq səs trafikinin ehtiyat bazasının yaradılması məqsədilə növbəti ilin ikinci rübündə istifadəyə verilməsi planlaşdırılan Yevlax Ehtiyat Data Mərkəzinin inşası davam edir. Bununla yanaşı, Dövlət Data Mərkəzi layihəsi üzərində də işlərə başlanılıb.
Gələn il Məlumat Hesablama Mərkəzi tərəfindən istifadəçi ilə veb-səhifənin serveri arasında şifrəli məlumat mübadiləsini həyata keçirmək üçün lazım olan, Azərbaycanda ilk dəfə təhlükəsizlik sertifikatlarının verilməsinə başlanacaq. İndiyədək həm dövlət, həm də özəl saytlar bu sertifikatı xaricdən əldə edirdi. Gələcəkdə bu sertifikatların ixracı da mümkündür. Müəssisə və təşkilatlarda sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən “Made in Azerbaijan” brendinə uyğun olaraq yerli mütəxəssislər tərəfindən “AzDoc” adlı proqram hazırlanıb. “Elektron imza və Elektron sənəd haqqında” Qanuna və kargüzarlıq təlimatlarına uyğun olan proqram hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daxilində tətbiq olunur. Gələcəkdə isə bütün dövlət təşkilatları bu proqramdan istifadə edə bilər. Proqramda sənədləri elektron imza ilə də təsdiqləmək mümkündür.
Dövlət Radiotezliklər İdarəsi bu il “Bakutel - 2018” çərçivəsində ən yeni informasiya-kommunikasiya texnologiyalarının ölkədə tətbiqinə şərait yaradılması üçün müasir radiomonitorinq, mobil rabitə xidmətlərinin müqayisəli analizi və digər bu kimi sistem və texnologiyalarını sərgiləyir. Sərgidə 5G - beşinci nəsil mobil rabitə, süni intellekt kimi texnologiyaların işinə və keyfiyyətinə nəzarət prinsiplərini özündə cəmləyən sistemlər nümayiş olunur.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmanla yaradılan bu xidmət avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlər görür, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, həmçinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edir.
Sonra dövlətimizin başçısı və xanımı Azərbaycanda müasir poçtun və rabitənin yaradılmasının 100 illiyinə, eyni zamanda, “Azərbaycan memarlığına” həsr olunan poçt markasını möhürlədilər.
Sərgidə “Azərpoçt” MMC tərəfindən ən çox tələb olunan xidmətlərin göstərildiyi, tam avtomatlaşdırılmış, 24 saat ərzində fasiləsiz fəaliyyət göstərən poçt şöbəsinin prototipi də təqdim olunur. Artıq iki ildir innovativ və texnoloji yeniliklərlə təchiz olunan “Şəbəkə” xidmət mərkəzləri yaradılıb. Növbəti - 9-cu “Şəbəkə” mərkəzinin Beynəlxalq Avtovağzal Kompleksində istifadəyə verilməsi nəzərdə tutulur.
Sonra Prezident İlham Əliyev Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verib.
Müxbir: Cənab Prezident, müsahibə verdiyiniz üçün çox sağ olun. Azərbaycanda olmağımızdan çox məmnunuq. İcazənizlə Sizinlə söhbətimizi rus dilində davam edək.
Prezident İlham Əliyev: Olar, buyurun. Azərbaycan dilində də çox gözəl danışırsınız.
- İlk növbədə, demək istərdim ki, mən Azərbaycana birinci dəfə gəlmirəm və Bakıda həmişə nəyinsə dəyişdiyini görmək çox xoşdur. Siz inkişaf edirsiniz, nailiyyətlərlə kifayətlənmirsiniz. Zəhmət olmasa deyin, son zamanlar Azərbaycanda hansı innovasiyaları xüsusilə inkişaf etdirirsiniz? Mən bilirəm ki, siz təkcə neft sektorunu inkişaf etdirmirsiniz, həm də diqqəti qeyri-neft sektoruna yönəldirsiniz. Siz burada nəyi inkişaf etdirmək istərdiniz?
- Tamamilə doğrudur. Dünyada neftin qiymətinin artıb-azalmasından asılı olmayaraq, Azərbaycan iqtisadiyyatının davamlı tərəqqisi üçün qeyri-neft sektorunun inkişafı bizim uğurla həll etdiyimiz əsas vəzifəmizdir. Buna görə də biznesə yaxşı şəraitin yaradılması məqsədilə infrastruktur layihələrinin inkişafı üçün çox iş görülür. Biznesin həvəsləndirilməsi, sahibkarlara köməklə bağlı xeyli layihələr var. Bütövlükdə investisiya, biznes mühiti Azərbaycanda yaxşılaşır. Dünya Bankının son məlumatlarına, “Doing busines” hesabatına görə Azərbaycan 25-ci yerdədir. Biz bir il ərzində 32 pillə irəliləmişik və bu gün biznes sahəsində dünyanın aparıcı ölkələri sırasındayıq. Buna görə də burada təqdim olunan sahə həm biznes, həm innovasiya, həm də təhsil baxımından çox mühümdür. Bu, bizim üçün prioritet olan sahələrdən biridir və təsadüfi deyil ki, 24 ildir belə bir sərgi keçiririk. İştirak edən şirkətlərin sayı ilbəil artır. Mənə dedilər ki, bu il iştirak edən şirkətlərin sayı 230-dur və çoxlu yerli Azərbaycan şirkətləri var. Yarıdan çoxu Azərbaycan şirkətləridir. Bu, o deməkdir ki, ölkəni inkişaf etdirmək və yeni iş yerləri yaratmaq üçün biz bu istiqamətdə işləməyə hazırıq. Çünki neft sektoru iş yerləri yaratmır.
- Həm də əbədi deyil.
- Bəli, əlbəttə. Ona görə biz daim çalışmalıyıq ki, iş yerlərinin yaradılması iqtisadi inkişafın səviyyəsinə uyğun olsun. Azərbaycanda demoqrafik artımı nəzərə almaqla biz çalışmalıyıq ki, dünyaya yeni gələn hər bir Azərbaycan vətəndaşı 20-30 ildən sonra işlə təmin edilmiş olsun.
- Zəhmət olmasa deyin, turizm sahəsi. Axı Siz turizmi inkişaf etdirmək niyyətindəsiniz. Bildiyimə görə, indi ən çox turist Rusiyadandır. Doğrudur?
- Bəli, birinci yerdə Rusiyadan gələn turistlərdir. İl hələ ki, yekunlaşmayıb, amma 800 mindən çox rusiyalı gəlib. Rusiyalılar inamla birinci yeri qoruyub saxlayırlar. Bizdə son iki ildə turizmin artımı müşahidə edilib. 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz artım olub, bu il hələ ki, bilmirik, amma yenə də artım var. Turistləri, ilk növbədə, burada özlərini təhlükəsiz hiss etdikləri şərait cəlb edir. Rusiyalılara gəlincə, düşünürəm ki, onlar özlərini evdəki kimi hiss edirlər. Burada dil səddi yoxdur, onlara münasibət çox yaxşıdır. Bizim ortaq tariximiz də mühüm rol oynayır.
- Ləziz təamlarınız...
- Bəli, tamamilə doğrudur. Əlbəttə, təhlükəsizliyin, rahatlığın təmin olunması səviyyəsi, Azərbaycan xalqının qonaqpərvərliyi, eyni zamanda, tarixi abidələr, iqlim - yəni, mən turistlərin Azərbaycana niyə gəldiklərinin səbəbləri barədə çox danışa bilərəm. Düşünürəm ki, rusiyalılar məni eşidəcəklər. Mən məmnunluqla onları ölkəmizə dəvət edirəm. Biz onların gəlişinə həmişə şadıq.
- Müsahibəyə görə çox sağ olun!
* * *
Sərgidə “Nafantano” şirkəti də iştirak edir. Bu şirkət artıq 3 ildir fəaliyyət göstərir. Azərbaycan şirkəti olan “Nafantano” onlayn satış həyata keçirir. Şirkət qeyri-adi oyuncaq heyvanlar istehsal edir.
Tibdə rəqəmsal cərrahiyyə erası yüksək dəqiqlik tələb edən əməliyyatlarda xüsusi naviqasiya qurğularından istifadə edir. Azərbaycan Tibb Universitetində alim və mütəxəssislər qrupunun tədqiqatlarında bu sahədə rəqəmsal kompüter texnologiyalarının son nailiyyətlərinə hesablanmış reallıq eynəkləri istifadə olunur. Kompüter proqramı artırılmış reallıq eynəkləri istifadədə cərraha real görüntü ilə yanaşı, gözlə görünməyən anatomik strukturları aşkarlamağa imkan verir.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də sərgidə təmsil olunur. Burada Agentlik tərəfindən kiçik və orta sahibkarların hüquqlarının qorunması ilə bağlı müraciətlərə online baxılması sistemi təqdim edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə yaradılan “Sahibkarlara Dəstək Sistemi” sahibkarların hüquqları ilə bağlı müraciətlərə baxılması və onların operativ həlli üçün online platformadır. Məqsəd sahibkarların hüquqlarının müdafiəsinin mükəmməl mexanizmlərinin tətbiqində səmərəliliyin yüksəldilməsi və çevikliyin artırılmasından ibarətdir.
“Bakutel” sərgisi gənc layihəçilərə öz ixtira və proqramları haqqında məlumat vermək üçün də geniş şərait yaradır. Sevindirici haldır ki, bu il sərgidə müxtəlif innovasiya mərkəzlərini təmsil edən rekord sayda - 50-dən artıq startap təmsil olunub. Startaplar öz parlaq innovativ ideyalarını turizm, ekologiya, səhiyyə və maliyyə sektorları üçün təqdim edirlər. Məhsulların əsas hissəsi virtual və artırılmış reallıq texnologiyaları, veb-sayt və mobil tətbiqlərdir.
Belarusun pavilyonunda bu ölkənin şirkətləri innovativ məhsullarını təqdim edir. Ümumilikdə, sərgidə Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyi, “Beltelekom”, “Belpochta”, “Giprosvyaz”, Milli Elektron Xidmət Mərkəzi, Milli Nəqliyyat Mübadilə Mərkəzi, “Promsviaz”, İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqat İnstitutu, “Software Applied Systems Institute”, Belarus Milli Telekommunikasiya İnstitutu və “Newland” şirkəti iştirak edir.
Digər sərgilərdə olduğu kimi, budəfəki sərgidə də qardaş Türkiyə geniş təmsil olunur. Türkiyənin pavilyonu ilə tanışlıq zamanı məlumat verildi ki, bu ölkədən “Ptt Turkish Post”, “Turk Telekom International”, “Turkcell”, “Türksat” və “Havelsan” şirkətləri innovativ, müasir məhsullarını təqdim edirlər. Bu şirkətlər əsasən süni peyk, rəqəmsal ticarət, mobil operator xidmətləri üzrə ixtisaslaşıb və dünyada qabaqcıl İKT xidmətləri ilə seçilir.
İran da “Bakutel” sərgisinin iştirakçıları sırasındadır. İranın stendində “Telecommunications Infrastructure Company”, “Iranian Space Agency”, “Saymantech Ltd”, “Nasim Telecom”, “Samim Group”, “Faraz”, “Harita” və digər şirkətlər iştirak edir. Ümumilikdə, İran bu sərgidə 25 şirkətlə təmsil olunur. Ziyarətçilərə əsasən internet və elektron cihaz xidmətləri, ağıllı şəhər layihələri təklif edilir.
“Bakutel-2018”də ABŞ da təmsil olunur. Birləşmiş Ştatların stendində Azərbaycanda Amerika Ticarət Palatası ilə yanaşı, “American International Radio”, “Inc. Air”, “Avirtel”, “Parallel Wireless”, “Seabak” və “Transition Networks” şirkətləri məhsullarını təqdim edir.
İtaliya pavilyonunda İtaliya-Azərbaycan Ticarət Palatası, “GAP İtaliya”, “DBA Group” və “GEM Elettronica” şirkətləri məhsullarını təqdim edir. Təqdim olunan məhsullar arasında kibernetika, elektronika, rəqəmsal arxiv kimi bir sıra qabaqcıl texnologiyalar var.
Fransa pavilyonu ilə tanışlıq zamanı məlumat verildi ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası ilə yanaşı, bu ölkədən “Linagora”, “Schneider Electric” və “Thales” şirkətləri də sərgidə təmsil edilir. Bu şirkətlər də öz innovativ məhsullarını təqdim edirlər.
Birləşmiş Ərəb Əmirlikləri də sərgidə təmsil olunur. Əmirliyin PROW və “Xerrow Technologies” şirkətlərinin məhsulları maraqla qarşılanır.
4G texnologiyası əsasında genişzolaqlı mobil internet xidmətləri göstərən “Sazz” internet şirkəti sərgidə ən son texniki nailiyyətlərini təqdim edir. Şirkət yaxın vaxtlarda respublikamızda 5G texnologiyalarının tətbiqinə hazırlaşır. Yenilikçilik ənənələrinə sadiq qalan şirkət mobil internetin son texnologiyası TDD-LTE-ni də nümayiş etdirir. Bu xidmət 3 sahəni - simsiz televiziya, simsiz telefoniya və təhlükəsizlik kameralarını özündə birləşdirir.
1995-ci ildə yaradılan “BestComp Group” şirkəti sistem inteqrasiyası, Data mərkəzi həlləri, layihə həlləri, proqram təminatının yaradılması, distribusiya və digər İT xidmətlərin göstərilməsi sahəsində Cənubi Qafqaz və Orta Asiyanın İKT sektorunun liderlərindən biridir. Şirkət dövlət və özəl sektorda əhəmiyyətli layihələrə imza atır.
Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yardımçı sahəsində avtobusların, minik avtomobillərinin, taksilərin, həmçinin sərnişinlərin və turistlərin daha təhlükəsiz, rahat hərəkətinin təmin edilməsi məqsədilə nəqliyyat qovşağı inşa edilir. Bakı Beynəlxalq Avtovağzalı və “Cisco” şirkətinin birgə hazırladığı “Ağıllı Şəhər” pilot layihəsi vasitəsilə yerli və beynəlxalq daşımaların idarə olunmasında nəqliyyat xidmətlərinin keyfiyyətinin artması, xərclərin azaldılması, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təmin olunması nəzərdə tutulub. Bakı Beynəlxalq Avtovağzalının SAP şirkəti ilə birlikdə təqdim etdiyi ağıllı jiletlər sürücülərin səhhəti ilə bağlı məlumat verir, eyni zamanda, avtobusda yarana biləcək problemlər barədə onlayn rejimdə sürücünü dərhal xəbərdar edir.
Azərbaycan Dövlət Reklam Agentliyinin stendi ilə tanışlıq zamanı məlumat verilib ki, agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur. Stendə agentliyin bir çox xidmətləri, o cümlədən açıq məkanda reklam daşıyıcılarının elektron qeydiyyatı portalı, reklam daşıyıcılarının kənardan ölçmə cihazı və proqram təminatı, açıq məkanda reklam mühitinin monitorinq və analizini aparan cihaz və proqram təminatı təqdim edilir.
Sərgidə “Azərkosmos” ASC tərəfindən “Peyk layihələrimiz” barədə məlumat verilir. Bu stenddə “Azerspace-1” peykinin nailiyyətlərini əks etdirən infoqrafika, “Azerspace-2” peykinin tutumları vasitəsilə Azərbaycan Respublikasının 600 ucqar kənd məktəbinin peyk interneti ilə təmin olunmasına dair perspektiv layihənin məzmunu, “Azersky” peyki tərəfindən əldə olunan təsvirlər vasitəsilə 2018-ci ildə həyata keçirilən “Azərbaycan Respublikasının meşələrinin monitorinqi layihəsi” və “Bitki örtüyünün xəritələşdirilməsi və məhsuldarlığın proqnozlaşdırılması” layihəsi haqqında məlumat verilir.
Sərgidə “Huawei” şirkəti də məhsullarını təqdim edir. İKT sahəsindəki həllərin dünya üzrə tədarükçüsü olan “Huawei” müştərilərin tələblərinə müvafiq olaraq fasiləsiz innovasiyaların yaradılması istiqamətində çalışır, telekommunikasiya şəbəkələri, korporativ şəbəkələr, abonent qurğuları və bulud hesablamaları sahəsində tərəfdaşlarla yeni əməkdaşlıq imkanları yaradır.
“Microsoft” korporasiyası da artıq çoxdandır ki, sərgidə fəal iştirak edir. 1975-ci ildə təsis olunan bu şirkət proqram təminatı istehsalında dünya lideridir. Korporasiya geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Ümumilikdə, şirkət İT texnologiyası ilə bağlı ən müasir həll variantlarını nümayiş etdirir. Şirkət ölkəmizdə 2005-ci ildən fəaliyyət göstərir.
Rəqəmsal sahəni təşkil edən texnologiyaların nümayiş olunması və müzakirəsi ilə yanaşı, “Bakutel” həm də yüksək texnologiyaların tətbiqi ilə əyləncəli məhsulların təqdim edildiyi nadir platformadır. Bu il burada “3D Production” şirkətinin rəqəmli muzey layihəsi də həyata keçirilib.
Bu il oyun zonasında “Yüksəklik” kompüter oyunu, milli nağıl qəhrəmanları “Külək” virtual nağılları da təqdim edilir. Oyun zonasında Azərbaycanın görməli yerlərini çap edəcək “3D” printerlər və dronların şousu da nümayiş olunur. Azərbaycanın milli brendi Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası məktəblilərin dərsdənkənar elmi yaradıcı potensialını inkişaf etdirmək üçün “Mən Pilotam” adlı layihəsini təqdim edir.
Sonra Prezident İlham Əliyev məşhur futbolçu, fransız Robert Pireslə görüşdü. Pires 1998-ci ildə dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu olub. “Arsenal” komandasının liderlərindən olan Pires, həmçinin İngiltərə kubokunun qalibi və İngiltərə çempionudur. FIFA-nın 2000-ci il reytinqinə görə, o, dünyanın ən yaxşı 100 futbolçusundan biri olub. O, həmçinin gələn il Bakıda keçiriləcək Avroliqa finalının səfiridir.
Qeyd edək ki, sərgidə, ilk dəfə olaraq, alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsasında “RoboKeeper” təqdim olunur. Bu, dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta bir çox məşhur dünya futbol ulduzları da bu qapıçını məğlub edə bilmir. Robert Pires Prezident İlham Əliyevə Avroliqanın rəsmi topunu təqdim edib.
Sərgi çərçivəsində Azərbaycanda poçt rabitəsinin 200 illik yubileyinə həsr olunmuş muzey də fəaliyyət göstərir.

 
  • Oxunub:  5070  |  
  • Tarix:  05-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan özünün sənaye potensialını daha da gücləndirir

20 Fevral 20:53
Birləşmiş Krallığın Kosmik Agentliyi ilə “Azərkosmos”un əməkdaşlığının perspektivləri müzakirə olunub
20 Fevral 20:51
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20 Fevral 20:48
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasının kommünikesi qəbul edilib
20 Fevral 20:46
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində görüş keçirilib
20 Fevral 20:44
31-ci Beynəlxalq İnformatika Olimpiadasının yerli və beynəlxalq təşkilat komitələrinin birgə iclası keçirilib
20 Fevral 20:41
Avrokomissar: Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik
20 Fevral 20:40
Xocalı soyqırımı qurbanlarının xatirəsi dünyanın bir çox ölkəsində yad ediləcək
20 Fevral 20:37
“Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub
20 Fevral 20:35
Günter Ottinger: Cənub Qaz Dəhlizi kimi iddialı infrastruktur layihələri çox deyil
20 Fevral 20:32
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarına Azərbaycandakı tolerant mühit barədə məlumat verilib
20 Fevral 20:29
Azərbaycan daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir
20 Fevral 20:28
Brüsseldə ümumavropa Qarabağ mitinqi keçiriləcək
20 Fevral 20:17
Azərbaycan ilə Aİ arasında siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu keçirilib
20 Fevral 20:12
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununa dair “Birgə Bəyannamə” imzalanıb
20 Fevral 20:10
Milli Məclisin deputatı Moldovada keçiriləcək parlament seçkilərini müşahidə edəcək
20 Fevral 18:02
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlandırılıb
20 Fevral 17:51
Nəsimi rayonunda əhalinin icbari tibbi müayinəsi aparılır
20 Fevral 17:47
Ankarada Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında əməkdaşlığın mövcud vəziyyəti yüksək dəyərləndirilib
20 Fevral 17:37
Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçıları ilə daha bir görüş keçirilib
20 Fevral 17:35
YAP Yasamal rayon təşkilatının yaradılmasının 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib
20 Fevral 17:28
Hadi Rəcəbli: Prezident İlham Əliyev vətəndaşların rifahının daha da yüksəlməsi üçün davamlı olaraq mühüm qərarlar qəbul edir
20 Fevral 17:24
Avstraliya Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
20 Fevral 17:20
Hərbi attaşelər Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət ediblər
20 Fevral 17:13
Prezident: Enerji resursları və gəlirlərindən düzgün istifadə sayəsində əhalinin yaşayış səviyyəsini qaldırmağa nail olmuşuq
20 Fevral 17:10
Pərviz Şahbazov: Cənub Qaz Dəhlizinə digər ölkələrin də marağı artır
20 Fevral 16:30
Prezident İlham Əliyev: Azərbaycanın regiondakı rolu artmaqdadır
20 Fevral 16:19
Azərbaycan Prezidenti: Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir
20 Fevral 16:11
Günter Ottinger: Cənub Qaz Dəhlizi ilə Avropaya təbii qaz nəqlinin həcmi növbəti illərdə artırıla bilər
20 Fevral 16:09
Ziyad Səmədzadə: Əmanətlərin tam sığortalanmasının daha bir il müddətinə uzadılması banklara inamı artıracaq
20 Fevral 16:03
Prezident: Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş kimi təqdim etməyə imkan verib
20 Fevral 16:00
Elçin Mirzəbəyli: Dövlətimizin başçısının bu Fərmanından sonra mənzil sahibləri bir daha sənəd problemi ilə üzləşməyəcəklər
20 Fevral 15:55
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir
20 Fevral 15:49
Azərbaycan Prezidenti: Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir
20 Fevral 15:46
Vüqar Rəhimzadə: Prezidentin yeni Fərmanı insan, vətəndaş amilinə verilən böyük dəyərdir
20 Fevral 15:08
Prezident: Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq
20 Fevral 14:46
Sahibə Qafarova: Təhsil sahəsində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu sahədə çox böyük nailiyyətlər müşahidə olunmaqdadır
20 Fevral 14:37
Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir
20 Fevral 14:32
Siyavuş Novruzov: “Azərbaycan hökumətinin atdığı addımlar müxalifəti əndişələndirir”
20 Fevral 14:23
Prezident İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşü olub
20 Fevral 14:22
Yeni subartezian quyuları vasitəsilə Ağcabədidə 480 hektar əkin sahəsi suvarılacaq
20 Fevral 14:16
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
20 Fevral 14:12
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb
20 Fevral 14:10
Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı ilə bağlı ərəb və fars dillərində yeni nəşrlər çapdan çıxıb
20 Fevral 14:01
Hərbi Hava Qüvvələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri başlayıb
20 Fevral 12:53
Prezident İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşü olub
20 Fevral 12:49
SOCAR prezidenti: Azərbaycan son 2 ildə hasilatı artırıb
20 Fevral 12:42
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb
20 Fevral 12:34
Prezident İlham Əliyevin Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşü olub
20 Fevral 12:32
Horadizdə “Ana Vətən” adlı konsert proqramı keçirilib
20 Fevral 12:24
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işə başlayıb
20 Fevral 12:21
Bu günədək Azərbaycanın dəniz yataqlarından 1,067 milyard ton neft çıxarılıb
20 Fevral 12:11
Sədaqət Vəliyeva: Minimum əmək pensiyasının artırılması dövlətimizin uğurlu sosial siyasətinin əyani təzahürüdür
20 Fevral 11:52
Prezident İlham Əliyev Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı ilə görüşüb
20 Fevral 11:36
Bahar Muradova: ATƏT PA-nın qış sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlər səsləndiriləcək
20 Fevral 11:28
Rayonlar üzrə IX sinif şagirdləri üçün buraxılış imtahanın birinci mərhələsi mart ayında keçiriləcək
20 Fevral 11:09
Tusi-Bohm Planetariumda “Elm günü”nə həsr olunmuş “Açıq qapı” təşkil edildi
20 Fevral 10:48
Daşkənddə ölkəmizin turizm imkanlarından danışılıb
20 Fevral 10:23
Kənd Təsərrüfatı Nazirliyində taxılçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
20 Fevral 10:11
Azərbaycan özünün sənaye potensialını daha da gücləndirir
20 Fevral 10:10
Prezident İlham Əliyev növbəti dəfə on minlərlə ailəni sevindirdi
20 Fevral 10:09
Milli Məclisin növbəti iclası keçirilib
20 Fevral 10:07
Moskvada azərbaycanlılar və çeçenlər arasında məişət zəminində baş vermiş insident iki xalqın dostluq münasibətlərinə zərər vura bilməz
20 Fevral 10:04
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən cinayətdir...
20 Fevral 10:03
Ötən il Yevlaxda tikinti-quruculuq işləri davam etdirilib
20 Fevral 10:02
Şəhərdə kənd ab-havası
20 Fevral 09:59
“Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur
20 Fevral 09:58
Nikol Paşinyanın siyasi riyakarlığı
20 Fevral 09:56
Azərbaycan dövləti milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib
20 Fevral 09:56
“Nar” sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir
20 Fevral 09:55
Azercell IV Buktreyler Festivalının əsas tərəfdaşıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+1 +2