Ana səhifə »  Gündəm »  Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonuna səfər edib
A+   Yenilə  A-
Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonuna səfər edib

Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfərə gəliblər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli lider Heydər Əliyevin Ağdam rayonunun Quzanlı qəsəbəsinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonda görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Dövlətimizin başçısı Ağdam rayonunda əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər haqqında dövlətimizin başçısına məlumat verib.
Dövlətimizin başçısı Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və birinci xanım Ağdam Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsiblər.
Layihəni icra etmiş “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Ağalar Vəliyev dövlətimizin başçısına və birinci xanıma məlumat verib.
Muğam Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşüblər.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Əziz dostlar, bu gün Ağdam rayonunun tarixində çox əlamətdar bir gündür. Biz Ağdam Muğam Mərkəzinin açılışını qeyd edirik. Bu münasibətlə sizi və bütün Ağdam sakinlərini ürəkdən təbrik edirəm.
Bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bina həm xarici görünüşü və memarlıq baxımından çox gözəldir, həm də daxili tərtibat da göz oxşayır. Dərs otaqları, eyni zamanda, gözəl konsert salonu ən yüksək standartlara cavab verir. Bu Muğam Mərkəzində həm məşhur ifaçılarımız öz məharətlərini göstərəcəklər, həm də gənclər muğam sənətinə cəlb ediləcəklər. Bir sözlə, bu mərkəzin çox böyük əhəmiyyəti, çox böyük mənası var. Mən şadam ki, bu mərkəzin açılışında bizim görkəmli muğam ifaçıları, incəsənət xadimləri, Ağdam rayonunun ziyalıları, nümayəndələri iştirak edirlər.
Bu mərkəzin yaradılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə mümkün olmuşdur və mən bu təşəbbüsü yüksək qiymətləndirirəm. Ölkəmizdə bir neçə muğam mərkəzi fəaliyyət göstərir. Biz, ilk növbədə, Bakı Beynəlxalq Muğam Mərkəzinin yaradılmasını təmin etdik. Şəhərimizin ən gözəl yerində - bulvarda yerləşən mərkəz həm memarlıq, həm də bütün başqa keyfiyyətlər baxımından ən yüksək səviyyədədir. Ondan sonra Füzuli, Ağcabədi rayonlarında muğam mərkəzləri yaradılmışdır və bu gün biz Ağdam rayonunda mərkəzin açılışını qeyd edirik.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünya da görür. Doğrudan da ənənəvi muğam müsabiqələri çox əhəmiyyətli hadisəyə çevrilmişdir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir və muğamın bu gün dünyada yaşaması böyük dərəcədə Azərbaycan xalqının zəhməti, istedadı hesabına mümkündür. Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir.
Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir və Azərbaycan muğamını səfir kimi UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etdirmişdir. Bu da tarixi hadisədir, hesab edirəm ki, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu addım həm dünya miqyasında muğama göstərilən böyük diqqətin, verilən əhəmiyyətin təzahürü idi, eyni zamanda, UNESCO muğamı Azərbaycan sənəti kimi qəbul edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bir çox mədəni tədbirlər, təqdimatlar, sərgilər keçirilmişdir, görkəmli ifaçılarımızın diskləri, kitabları, albomları buraxılıb. Yəni, çox böyük bir iş aparılıb. Bu gün açılışına toplaşdığımız Ağdam Muğam Mərkəzinin yaradılması bu böyük işlərin tərkib hissəsidir.
Bir daha demək istəyirəm ki, muğam bizim milli sənətimizdir, milli sərvətimizdir. Bu gün burada toplaşan incəsənət xadimləri bu gözəl sənəti yaşadan insanlardır. Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Mən bu yaxınlarda Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərman imzalamışam. Buna ehtiyac var, mən bu məsələ ilə bağlı bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq. Əlbəttə, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən muğam sənəti bu sahədə xüsusi rol oynayır.
Mən qeyd etdim ki, bizim incəsənətimiz, ədəbiyyatımız milli ruhumuzu daha da yüksək səviyyəyə qaldırır. Biz elə etməliyik ki, gənc nəsil də milli ruhda tərbiyə alsın, vətənpərvərlik ruhunda böyüsün və gələcəkdə ölkəmizi ləyaqətlə idarə edə bilsin. İki il bundan əvvəl Azərbaycan xalqı bir daha öz yüksək mənəvi ruhunu nümayiş etdirib. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük tarixi qələbəmizdir. Mənfur qonşular bizim kəndlərimizi atəşə tutmuşdu. Bu qeyri-insani hücum nəticəsində dinc vətəndaşlar həlak olmuş, yüzlərlə evə ziyan dəymiş, bizim kəndlərimiz, yaşayış məntəqələrimiz atəşə tutulmuşdu. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirərək düşmən mövqelərini məhv etdi, düşməni öz yerinə oturtdu və işğal altında olan torpaqların bir hissəsini işğalçılardan azad etdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğal altında olan minlərlə hektar torpaq azad edildi. İndi biz on minlərlə hektar torpağa tam nəzarət edirik. Aprel döyüşləri bizim böyük qələbəmizdir. Bu qələbə onu göstərir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.
Ağdam rayonunda da dağıntılara məruz qalmış 600-dən çox ev qısa müddət ərzində bərpa edildi, yenidən tikildi. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti güclü dövlətdir. Döyüşlərdən sonra biz Mehriban xanımla birlikdə Ağdamda olduq, dağılmış evlərin sahibləri ilə görüşdük. O vaxt mən söz verdim ki, bütün evlər qısa müddət ərzində bərpa ediləcək, belə də oldu. 2016-cı ilin sonunda biz növbəti dəfə Ağdama gələrək artıq tikilmiş, bərpa olunmuş evlərin açılışında iştirak etdik. Bir neçə gün bundan əvvəl buraya səfərə hazırlaşarkən mənə məruzə edildi ki, təmas xəttinə yaxın olan 19 kənddə hələ də təmirsiz 121 ev var. Bu evlərin yenidən tikilməsi, bərpası ilə bağlı müvafiq Sərəncam veriləcəkdir.
Aprel döyüşləri bizim barışmaz ruhumuzun təzahürüdür. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Aprel döyüşləri onu göstərdi ki, Ermənistan tərəfindən uzun illər ərzində yaradılan mif darmadağın edildi, onu göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir, buna hazırdır və biz bunu sübut etdik. Ermənistanın acı hərbi məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxardı. Bu ilin yazında Ermənistanda baş vermiş hadisələr bunun bariz nümunəsidir. Məhz 2016-cı ilin aprel ayında Ermənistanın işğalçı rejiminə çox böyük zərbə vuruldu və onlar öz işğalçılıq siyasətinin qurbanına çevrildilər. Mən dəfələrlə demişdim ki, Ermənistanı idarə edən kriminal xunta rejimi bütün dünya birliyi tərəfindən qınaq obyektinə çevrilməlidir. Mən demişdim ki, Ermənistanı idarə edən insanlar kriminal xunta rejiminin başçılarıdır. İndi bunu erməni xalqı deyir. Biz demişdik ki, onların generalları oğrudur. Biz demişdik ki, onların qəhrəmanları cinayətkardır, qorxaqdır, indi bunu erməni xalqı deyir. Yəni, biz dediyimizi indi erməni xalqı deyir və görür. Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir, bu, bir. İkincisi, bu hadisələr onu göstərir ki, bizim apardığımız siyasət öz nəticəsini verir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, - bunu heç gizlətməyə də ehtiyac yoxdur, - biz bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid edəcəyik, bütün vasitələrdən istifadə edib öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.
Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır, işğal edilmiş torpaqlardan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır və imkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar. Bunu nə qədər tez anlasalar, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar. Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik, beynəlxalq hüququn normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir.
Biz hamımız yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, əsrlər boyu belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr, xaos nəticəsində Ermənistan xarici dəstəklə bizim torpaqlarımızın bir hissəsini işğal edib. Ancaq iki il bundan əvvəl biz nümayiş etdirdik ki, torpaqlarımızı hərbi yolla azad edə bilərik və etdik də. Bu il Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində apardığımız uğurlu əməliyyat nəticəsində on min hektardan çox ərazi, o cümlədən strateji əhəmiyyət daşıyan yüksəkliklər bizim nəzarətimizə keçdi. Biz indi strateji kommunikasiyalara, yollara, o cümlədən Ermənistan ərazisindəki yollara, Dağlıq Qarabağa gedən kommunikasiyalara tam nəzarət edirik.
Yəni, bütün bu amillər onu göstərir ki, bizim iradəmiz də, gücümüz də var. Bu gün Azərbaycan hərbi baxımdan nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü dövlətlər sırasındadır. Biz hərbi qüdrətimizi bundan sonra da artıracağıq və hesab edirəm ki, bu, danışıqlar üçün ən vacib amillərdən biridir. Çünki, əfsuslar olsun, beynəlxalq hüququn normaları tamamilə kənara qoyulur. Biz istədiyimizə nail olacağıq. Biz ədalət tələb edirik. Biz tələb edirik ki, tarixi torpaqlarımız işğalçılardan azad edilsin və ediləcəkdir. Azərbaycan dövləti bu müqəddəs məqsədə çatmaq üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək. Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çağıracaqdır. Əks təqdirdə, istənilən variant mümkündür və biz istənilən varianta hazırıq.
Biz son illər ərzində Ağdam rayonunun inkişafına da böyük diqqət göstərmişik. Rayonun infrastrukturunun yenilənməsi, yaradılması istiqamətində böyük işlər görülüb. Bu gün biz gözəl Muğam Mərkəzinin açılışını qeyd edirik. Eyni zamanda, bu gün Ağdam rayonunda xalça fabrikinin açılışı gözlənilir, iki yol layihəsinin açılışını qeyd etdik. Bu yolların uzunluğu 66 kilometrdir. Ümumiyyətlə, deyə bilərəm ki, Ağdam rayonunun yol infrastrukturu təxminən 95 faiz təzələnib, yeni yollar salınıb. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Ağdam rayonunda qazlaşdırmanın səviyyəsi 98 faizdir. İçməli su və suvarma suyu ilə bağlı problemləri həll etmək üçün mən 2016-cı ildə 30 subartezian quyusunun qazılması haqqında Sərəncam imzalamışam. Növbəti Sərəncam imzalanacaq və əlavə 35 subartezian quyusunun qazılması, eyni zamanda, yeni məktəbin tikintisi təmin ediləcəkdir. Əvvəlki illərdə Ağdam rayonunda xəstəxana, doğum evi, uşaq xəstəxanası, Olimpiya İdman Kompleksi tikilib. Ağdam rayonu ərazisində 18 yeni köçkün qəsəbəsi salınıb. Mənə verilən son məlumata görə, Ağdam rayonunda hazırda 93 min insan yaşayır. Onların bir hissəsi hələ ki, öz doğma kəndlərində yaşamırlar, çünki kəndləri işğal altındadır, amma yenə də Ağdam rayonunun ərazisində yaşayırlar. Gün gələcək, onlar öz doğma kəndlərinə qayıdacaqlar, gün gələcək belə gözəl, möhtəşəm muğam mərkəzi Ağdam şəhərində yaradılacaqdır.
Mən sizi bir daha salamlayıram və bu mərkəzin açılışı münasibətilə təbrik edirəm”.
* * *
Xalq artisti Arif Babayev, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Aygün Bayramova və Xalq artisti tarzən Ramiz Quliyev Ağdamda Muğam Mərkəzinin istifadəyə verilməsinə göstərdikləri dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edərək deyib: “Əziz dostlar, ilk növbədə, mənim fəaliyyətim haqqında dediyiniz sözlərə görə sizə dərin minnətdarlığımı bildirirəm. Əlbəttə, muğam sənəti haqqında çox danışmaq olar. Muğam nadir sənətdir və Azərbaycanın ən böyük sərvətlərindən biridir. Bu gün biz muğam sənətinin inkişafı üçün atılan addımlar haqqında danışdıq. Yəqin ki, siz xatırlayırsınız, Heydər Əliyev Fondunda biz ilk dəfə bərabər toplaşdıq və bu proqramları, gələcək planlarımızı birgə müzakirə etdik və sonra həyata keçirməyə başladıq. Mən sizin hər birinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki bütün bu nailiyyətlər bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olub. Biz doğrudan da vahid bir komanda kimi çalışırdıq və hər bir yeni ideyanı müzakirə edirdik, fikirləşirdik ki, müsabiqələri necə keçirək, növbəti addım hansı olsun. Bu gün qeyd etdiyimiz bütün bu addımlar yalnız və yalnız sizin dəstəyinizlə, iştirakınızla mümkün olub. Mən buna görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun”.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı “Azərxalça” ASC-nin Ağdam filialının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində Qarabağın müxtəlif bölgələrində toxunan nadir xalçalara baxıblar.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı məlumat verib.
Dövlətimizin başçısı və birinci xanım xalçaçılarla görüşüblər.
Xalçaçıları salamlayan Prezident İlham Əliyev deyib: “Sizi bu gözəl xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm. Bu, sayca yeddinci fabrikdir. Proqramımızda Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub, yeddincisi bu gün açılır. Çox şadam ki, biz Ağdam rayonunda buna nail ola bilmişik. Burada sizin üçün gözəl şərait, 150 iş yeri yaradılıb, işləyənlər də qadınlardır. Siz həm gözəl sənətimizi yaşadırsınız, həm də gözəl əsərlər yaradırsınız. Bu işlərə gənc qızlarımızı cəlb edirsiniz. Sizin fəaliyyətiniz çox yüksək qiymətə layiqdir. Ağdamın qədim xalçaçılıq məktəbi var. Burada qədim xalçalar da nümayiş etdirilir. İndi Sizin də əl işləriniz göz qabağındadır. Ona görə ki, xalça sənəti bu gün milli sənətimizdir, milli sərvətimizdir. Biz yaşadırıq, yaşadacağıq. Sizin kimi insanlar, əlbəttə ki, bu gözəl sənəti əbədi yaşadacaqlar. Sizi ürəkdən təbrik edirəm”.
“Azərxalça” ASC-nin Ağdam filialının direktoru, Əməkdar mədəniyyət işçisi Ceyran Əliyeva belə gözəl hədiyyəyə görə dövlətimizin başçısına və birinci xanıma xalçaçıların minnətdarlığını çatdıraraq deyib: “Siz bu gün qədim Qarabağ, Ağdam torpağına xoş gəlmisiniz. Qarabağ tarixən dünyada ən çox üç sahə ilə tanınıb: Qarabağ xalçası, Qarabağ muğamı, Qarabağ atları. Ulu öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə bu üç sahə Ağdamda həmişə inkişaf edib və dünyada şan-şöhrət qazanıb.
Biz 25 il idi ki, Ağdamda Qarabağ xalçaları toxumurduq. Biz Bərdədə şəraitsiz yerdə müəyyən vaxt işlədikdən sonra bu sənətdən ayrılmışdıq. Sizin Sərəncamınızla Ağdamda, Quzanlı qəsəbəsində bu böyük müəssisə yaradılıb və bu gün biz Qarabağ xalçaçılarının ixtiyarına verilib. Buna görə, cənab Prezident, Sizə və Mehriban xanıma çox dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Mehriban xanım, Sizin Azərbaycan xalçaçılıq sənətinin inkişafında və dünyada təbliğində misilsiz xidmətləriniz var. Sizin təşəbbüsünüzlə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilib. Buna görə biz Qarabağ xalçaçıları adından Sizə təşəkkür edirik.
Bizim Ağdamda çox böyük xalça fabrikimiz var idi. 1980-ci illərdə Ulu öndərin Sərəncamı ilə tikilmişdi. Hətta Xocalıda, Şuşada, Ağdərə rayonunun Baş Güneypəyə kəndində, Ağdamın dörd kəndində bizim filiallarımız var idi. Orada 600 nəfərə qədər xalçaçı çalışırdı. Mənfur ermənilər rayonu işğal edəndən sonra biz Ağdamdan ayrıldıq.
Cənab Prezident, bu sənət Sizin Sərəncamınızla bu gün yenidən bərpa olunub. Ermənilər heç vaxt deyə bilməz ki, Qarabağ xalçaları onlarındır. Bir dəfə bir jurnalist mənə dedi ki, hansısa xarici ölkədə ermənilər Qarabağ xalçasını özlərininki kimi təqdim ediblər. Dedim ki, Qarabağ xalçasını qarabağlılardan başqa heç kəs toxuya bilməz”.
Prezident İlham Əliyev. Bəli, düzdür.
Ceyran Əliyeva: Bu gün biz Qarabağ xalçaçıları Sizə çox böyük təşəkkür edirik. Ancaq bu, son olmayacaq. Əminəm ki, Sizin həyata keçirdiyiniz daxili və xarici siyasət nəticəsində torpaqlarımız işğaldan azad olunacaq. Biz yenidən Şuşada, Ağdamda, Xocalıda xalça sexləri açacaq, bu müəssisəni Quzanlı sakinlərinə verərək, gedib Ağdamda işləyəcəyik.
Mehriban xanım, biz Ağdamdan çıxarkən mən bir yadigar yaylıq gətirmişəm. Bu gün həmin yaylığı Sizə təqdim etmək istəyirəm.
Ceyran Əliyeva yaylığı birinci xanım Mehriban Əliyevaya təqdim edib.
Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.
Prezident İlham Əliyev: Bu gün Ağdamda, Quzanlıda möhtəşəm Muğam Mərkəzi açıldı. İndi xalça fabriki açılır. Bu gün Ağdam Atçılıq Mərkəzinin də açılışı olacaq. Ona görə biz Ağdamı dünyada məşhur edən bu üç istiqamət üzrə bu gözəl tədbirləri bir gündə keçiririk. Bu gözəl xalça fabrikinin yaradılması münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm.
Xalçaçılar: Çox sağ olun.
Sonra birinci xanım Mehriban Əliyeva müəssisədə toxunan ilk xalçanı kəsib.
* * *
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda səfərdə olarkən yolüstü Ağcabədi rayonunun Hindarx qəsəbəsində Əsmər Hüseynovanın pambıq sahəsi ilə tanış olublar.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və pambıqçı Əsmər Hüseynova təsərrüfatda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat veriblər.
Dövlətimizin başçısı pambıqçılarla söhbət edib.
Prezident İlham Əliyev: Salam, xoş gördük.
Pambıqçılar: Xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Burada yaxşı pambıq yetişdirmisiniz. Məhsuldarlıq yaxşı olmalıdır. Görün, bir qoza nə boydadır. 2016-cı ildə pambığın kiloqramının qiyməti 41 qəpik idi, qaldırdıq 50 qəpiyə. Bu il isə 65 qəpiyə qaldırmışıq. Bunu ona görə edirik ki, siz daha çox pul qazanasınız.
Pambıqçılar: Çox sağ olun, Allah Sizi qorusun.
Prezident İlham Əliyev: İndi pambıqçılıq sürətlə inkişaf edir. Bu il bu günədək 200 min ton pambıq tədarük olunub. Keçən il bu vaxt təxminən 160 min ton idi, bu il 200 min ton. Əgər yığım kampaniyamız belə davam etsə, deməli, təxminən 260 min ton pambıq tədarük ediləcək. Pambıqçılıqda 190 min insan işləyir, pul qazanır, həm öz ailə büdcəsini yaxşılaşdırır, həm də dövlətə xeyir verir.
Pambıqçılar: Bəli, Allah köməyiniz olsun. Sizin sayənizdə ailələrimizin yanında alnıaçıq, üzüağıq.
Prezident İlham Əliyev: İndi adambaşına orta hesabla nə qədər pambıq yığırsınız?
Pambıqçılar: Bir gündə hərəyə 110-120 kiloqram yığırıq.
Prezident İlham Əliyev: Bir gündə 120 kiloqram?
Pambıqçılar: Bəli, cənab Prezident, bir gündə.
Prezident İlham Əliyev: 120 kiloqram yığırsınızsa, deməli, nə qədər qazancınız olur?
İcra hakimiyyətinin başçısı Şahin Məmmədov: İyirmi manatdan çox edir - 24 manat. Bir evdən tarlaya beş adam çıxırsa, hərəsi 100 kiloqram yığsa, axşam 100 manat pul aparır.
Prezident İlham Əliyev: 100 manat, hər gün bir evə?
Pambıqçılar: Bəli, hər gün.
Prezident İlham Əliyev: Yaxşıdır.
Şahin Məmmədov: Keçən il bugünkü tarixə biz 15 min 783 ton pambıq yığmışdıq. Amma bu gün 20 min tona çatmışıq. Keçən ilin müvafiq dövründəkindən təqribən 5 min ton artıq təhvil vermişik.
Prezident İlham Əliyev: Sizdə əkin sahəsi 10 min hektardır. Əgər 20 min ton vermisinizsə, deməli, 20 sentneri siz artıq təmin etmisiniz.
Şahin Məmmədov: 20,8 sentner vermişik.
Prezident İlham Əliyev: Amma yığım hələ davam edəcək.
Şahin Məmmədov: Bəli, biz bu günədək keçən il bütün mövsüm ərzində yığdığımızdan çox pambıq vermişik. Keçən il mövsüm ərzində 20 min 497 ton pambıq yığmışdıq.
Prezident İlham Əliyev: Bəs, ümumiyyətlə, rayon üzrə hektardan məhsuldarlıq nə qədər gözlənilir?
Şahin Məmmədov: Hektardan 27-28 sentner. Ötən il 21,5 sentner idi.
Prezident İlham Əliyev: 27-28 sentner, çox gözəl, çox yaxşı. Texnika da var, görürəm, biz yüzlərlə texnika almışıq. Demək olar ki, burada ilboyu iş var.
Şahin Məmmədov: Bəli, ilboyu, şumdur, aratdır, maladır, sonra çiyidin səpilməsidir.
Prezident İlham Əliyev: Bəli, həm məşğulluq, həm də yaxşı qazanc.
Pambıqçılar: Bəli, cənab Prezident, qazancımız yaxşıdır.
* * *
Sonda xatirə şəkli çəkdirilib.
Dövlətimizin başçısı məhsulun vaxtında və itkisiz toplanması ilə bağlı müvafiq tapşırıqlarını verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyindəki “Qarabağ Atçılıq Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak ediblər.
Prezident İlham Əliyev müəssisənin rəmzi açılışını bildirən lenti kəsib.
Kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə atçılığın inkişafı istiqamətində görülən işlər, kompleksdə yaradılan şərait barədə məlumat verib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə yaradılan şəraitlə tanış olublar.
Burada Qarabağ atlarının tarixi ilə bağlı sərgi də təşkil edilib.
Qarabağ Atçılıq Kompleksinin direktoru Maarif Hüseynov məlumat verib ki, vaxtilə Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və xan zümrəsinə daxil olan digər sülalələrin nümayəndələrinə məxsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılaraq cinsin tipik nümunələrinin yetişdirildiyini görmək mümkündür. Tipik dağ minik atı olan Qarabağ atlarının əsas üstünlükləri dözümlülük və sahibinə sədaqət hesab olunur. Əsasən qızılı-kürən və kəhər rəngli, ortaboylu, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu nəticələr qazanıb. Belə ki, 1867-ci ildə Fransada keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atı yüksək mükafata, 1869-cu ildə Ümumrusiya at sərgisində “Maymun” ləqəbli at gümüş, “Toxmaq” adlı at bürünc medallara, Xan qızı Natəvanın “Əlyetməz” adlı atı isə attestata layiq görülüb. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılıb, at cinslərinin, o cümlədən Kabardin və Don atlarının cins tərkibinin yaxşılaşdırılmasına təsiri olub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qapalı manejdə Azərbaycanın qədim milli “Sür-papaq” atüstü oyununa baxıblar.
Dövlətimizin başçısı və xanımı kompleksin tövlələrində yaradılan şəraitlə də tanış olublar.
Dövlətimizin başçısı və birinci xanım kompleksin açıq manejində Dövlət Sərhəd Xidmətinin Atçılıq Mərkəzinin “Süvarilər” qrupunun nümunəvi çıxışlarına da baxıblar.
Sonra xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  5430  |  
  • Tarix:  06-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib

12:58
18 Yanvar
Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplanışı keçirilib
12:54
18 Yanvar
Məhəmməd Barkindo: OPEC-in Bakıdakı iclaslarının martda keçirilməsi planlaşdırılır
12:42
18 Yanvar
Azərbaycan ilə Ukraynanın ticarət dövriyyəsində son 5 ilin maksimum göstəricisi qeydə alınıb
12:13
18 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
11:52
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür
11:51
18 Yanvar
2019-cu ilin "Nəsimi ili" elan edilməsi yüksək ideallara, mənəvi həyata və mədəniyyətə olan böyük diqqətin təzahürüdür
11:42
18 Yanvar
SOCAR: Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq
11:03
18 Yanvar
İndoneziya XİN: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyirik
11:02
18 Yanvar
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Madriddə anım tədbiri təşkil edilib
10:56
18 Yanvar
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
10:54
18 Yanvar
Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir
10:12
18 Yanvar
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
10:05
18 Yanvar
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı kampaniya keçirir
10:02
18 Yanvar
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Macarıstanda səfərdə olub
09:59
18 Yanvar
Şimali Kiprin dövlət televiziyası tamaşaçıları 20 Yanvar hadisələri barədə məlumatlandırıb
09:52
18 Yanvar
Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
09:50
18 Yanvar
Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
09:48
18 Yanvar
Eldar İbrahimov: Azərbaycan dinamik inkişaf edən ölkə kimi daha çevik struktura malik optimal idarəetmə tələb edir
09:45
18 Yanvar
2019-cu ildə mühüm infrastruktur və sosial layihələrin icrası davam etdiriləcək
09:44
18 Yanvar
Azərbaycan ilə İran arasında bütün sahələrdə yaxşı əlaqələr mövcuddur
09:43
18 Yanvar
Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış siyasət və hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub
09:41
18 Yanvar
Hikmət Babaoğlu: Azərbaycanın yaratdığı geosiyasi reallıqlar Dağlıq Qarabağ probleminin həllində yeni perspektivlər açır
09:39
18 Yanvar
Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmədə çevikliyi və səmərəliliyi artıracaq
09:36
18 Yanvar
Səməd Seyidov: Azərbaycan-Aİ əlaqələrində əldə edilən uğurlar Avropa Parlamentində ölkəmizi istəməyən qüvvələri ciddi narahat edir
09:29
18 Yanvar
Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar
09:27
18 Yanvar
Nikol Paşinyanın “xaş siyasəti”
09:23
18 Yanvar
Misirin aparıcı KİV-ləri 20 Yanvar faciəsindən yazır
09:22
18 Yanvar
Azərbaycanın regionlarında sahibkarlığın inkişafına dəstək tədbirləri gücləndirilir
12:54
17 Yanvar
Keçən il ölkədən 65,6 milyon dollarlıq elektrik enerjisi ixrac olunub
12:46
17 Yanvar
Litva Prezidenti: Azərbaycan Avropanın mühüm tərəfdaşıdır
12:33
17 Yanvar
Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyada ilk iclası keçirilib
12:20
17 Yanvar
PA rəsmisi: Azərbaycanda din sahəsində stabil mühit mövcuddur
12:09
17 Yanvar
2018-ci ildə Azərbaycandan MDB ölkələrinə 1 milyard dollarlıq məhsul ixrac olunub
11:51
17 Yanvar
Azərbaycan ötən il 29,5 milyon tonadək neft və neft məhsulları ixrac edib
11:42
17 Yanvar
Ölkəmizə gələn turist sayının ən yüksək artım səviyyəsi Yaxın Şərq və Asiya ölkələrinə aiddir
11:26
17 Yanvar
Dəyişkən hava şəraitinə baxmayaraq Heydər Əliyev Beynəlxalq Aeroportu tam rejimdə fəaliyyət göstərir
11:17
17 Yanvar
“Üçüncü günün adamı” filmi “YARAT”da
10:58
17 Yanvar
Heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib
10:48
17 Yanvar
“Nəsimi ili” Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunmasına və təbliğinə böyük töhfədir
10:25
17 Yanvar
Cenevrədə insan hüquqları və 2030-cu il dayanıqlı inkişaf gündəliyi üzrə dialoq və əməkdaşlıq görüşü keçirilib
10:22
17 Yanvar
“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr-XVIII əsrin ilk dörddəbiri)” kitabının təqdimatı olub
10:20
17 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 29 dəfə pozub
10:11
17 Yanvar
Qondarma “Milli şura”nın yanvarın 19-na planlaşdırdığı “mitinq şousu” fiaskoya məhkumdur
10:09
17 Yanvar
Regionlarda heyvandarlığın inkişafına hərtərəfli dəstək verilir
20:37
16 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Astanada anılıb
20:35
16 Yanvar
Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur təşkil edilib
20:32
16 Yanvar
ADA Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək
20:30
16 Yanvar
“Bakı-2019”a hazırlıqla bağlı Koordinasiya Komissiyasının texniki görüşü keçirilib
20:28
16 Yanvar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
20:17
16 Yanvar
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
20:14
16 Yanvar
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir
20:02
16 Yanvar
İrakli Kobaxidze: Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı layihələr həyata keçirir
19:50
16 Yanvar
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
19:43
16 Yanvar
Azərbaycanla Dubay Əmirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:49
16 Yanvar
Dövlət Komitəsinin sədri Sabunçuda məcburi köçkünlərlə görüşüb
17:44
16 Yanvar
Fəzail İbrahimli: 2019-cu ilin “Nəsimi ili” ili elan olunması böyük şairin yaradıcılığına verilən yüksək qiymətdir
17:41
16 Yanvar
Vüqar Bayramov: Qeyri-neft sektorunun inkişafı 2019-cu ildə də prioritet olacaq
17:40
16 Yanvar
YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:36
16 Yanvar
İlham Məmmədov: Prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib
17:24
16 Yanvar
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub
17:23
16 Yanvar
Sergey Lavrov: 2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub
17:18
16 Yanvar
Ötən il respublikanın su hövzələrinə 380 milyona yaxın müxtəlif növ balıq körpəsi buraxılıb
17:03
16 Yanvar
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub
16:55
16 Yanvar
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16:26
16 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
15:26
16 Yanvar
Azərbaycan Prezidenti: Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
15:15
16 Yanvar
Azərbaycan ilə Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub
15:10
16 Yanvar
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq
15:07
16 Yanvar
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
14:57
16 Yanvar
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+4 +6
gecə+0 +2