Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Sosial cəhətdən az müdafiə olunan vətəndaşların həyat səviyyəsi bizim üçün prioritet məsələdir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Sosial cəhətdən az müdafiə olunan vətəndaşların həyat səviyyəsi bizim üçün prioritet məsələdir

Dövlətimizin başçısı Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində iştirak edib
Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına məlumat verib ki, nazirlik “ŞA İnşaatçı” Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan binadan ümumilikdə 35 mənzili satın alıb. Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış olublar.
Daimi qaz, su və işıqla təchiz edilən mənzillər yüksək səviyyədə təmir olunub, bütün zəruri avadanlıq, o cümlədən mətbəx mebeli quraşdırılıb. Bundan başqa, mənzillərdə kombi sistemi də qurulub.
Sonra Prezident İlham Əliyev əlil və şəhid ailələrinin üzvləri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Bu gün Lökbatan qəsəbəsində yeni inşa edilmiş yaşayış kompleksində Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 35 mənzil təqdim olunur. Dövlət bu mənzilləri satın alıb və sizə hədiyyə edir. Eyni zamanda, bu gün sizə 136 minik maşını da verilir. Bu da dövlət tərəfindən sizə verilən növbəti hədiyyədir.
Deməliyəm ki, son iyirmi il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil verilmişdir. Altı mindən çox minik maşını verilmişdir. Yəni, bu, dövlətin sizə olan qayğısının təzahürüdür və bu siyasət bu gün də davam etdirilir. Dediyim kimi, bu gün 35 mənzil verilir. Ancaq ilin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir. Bununla belə, nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, - təqribən 4 minə yaxın insan növbədədir, - mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm. Beləliklə, ehtiyac içində yaşayan 500-ə yaxın insan ilin sonuna qədər mənzillərlə təmin ediləcək. Biz çalışmalıyıq ki, bu proqramı tezliklə başa çatdıraq. Əlbəttə ki, buna nail olmaq üçün kifayət qədər maliyyə vəsaiti olmalıdır. Biz imkan daxilində bu vəsaiti təmin edib, təşkil edib sizə mənzilləri təqdim edəcəyik. Hələ də mənzillə təmin olunmayan şəhid ailələri, müharibə əlilləri mütləq mənzillər alacaqlar.
Dövlət öz siyasətini aparır. Bu kateqoriyadan olan insanların məşğulluq problemləri də həll olunur. Bildiyiniz kimi, biz indi genişmiqyaslı özünüməşğulluq proqramının icrasına başlamışıq. Hər il ən azı 7 min ailə bu proqramla əhatə olunacaq. Hər bir ailəyə minimum 5 min manat dəyərində ləvazimat, vəsait, müxtəlif təyinatlı avadanlıqlar veriləcək ki, onlar öz biznesini, öz işini qura bilsinlər. Göstəriş verilmişdir ki, müharibə əlilləri, şəhid ailələri də mütləq bu proqramla əhatə olunsunlar. Artıq bu işlər başlamışdır, təlim kursları aparılır. Beləliklə, biz məşğulluq probleminin həllinə də çox ciddi töhfə vermiş olacağıq.
Dövlətimizin sosial siyasəti uğurla aparılır. Görülmüş işlər bunun bariz nümunəsidir. Dediyim rəqəmlər onu göstərir ki, dövlət həmişə sizin yanınızdadır. Eyni zamanda, müharibədən, işğaldan əziyyət çəkən bizim köçkün, qaçqın soydaşlarımız var. Onlar da dövlət tərəfindən qayğı ilə əhatə olunurlar. Son illərdə 100-ə yaxın qəsəbə salınıb. Üç yüz minə yaxın köçkün evlərlə, mənzillərlə təmin edilib. Bu siyasət davam etdirilir. Bu il Qaradağ rayonunun Qobu qəsəbəsində min mənzillik yeni köçkün qəsəbəsi salınmışdır. Orada da bütün infrastruktur, məktəb, bütün lazımi məsələlər öz həllini tapıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsi, təqribən 20 min insan yeni mənzillərlə təmin ediləcək. Yəni, biz ancaq bu layihələri nəzərə alsaq görərik ki, nə qədər böyük qayğı göstərilir və bu məqsədlərə çatmaq üçün dövlət nə qədər vəsait xərcləyir.
Bu siyasət davam etdiriləcək. Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir. Mən dəfələrlə demişəm ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə, sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsi bizim üçün prioritet məsələdir. Biz imkan daxilində bu məsələləri həll edirik. Deyə bilərəm ki, işğaldan və etnik təmizləmədən əziyyət çəkmiş dövlətlər arasında Azərbaycanda bu sahədə görülən işlər ən yüksək səviyyədədir. Bunu beynəlxalq təşkilatlar da, BMT də qeyd edir və Azərbaycan təcrübəsi bir çox ölkələr üçün nümunə kimi göstərilir. Bəlkə də dünyada öz vətəndaşlarına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur. Bu, bir daha bizim siyasətimizin niyyətini əks etdirir. Bu siyasət davam etdiriləcək. Bir daha demək istəyirəm ki, bu gün növbədə duran bu kateqoriyadan olan bütün insanlar imkan daxilində mənzillərlə, evlərlə, maşınlarla təmin ediləcəklər.
O ki qaldı, bizim iqtisadi potensialımıza, - çünki bütün bu işləri öz daxili imkanlarımız hesabına görürük, heç bir yerdən yardım almırıq, - iqtisadiyyatımız inkişaf edir. Bu il də yaxşı nəticələr olacaqdır. Gələn il daha yaxşı nəticələr olacaq. Artıq ilkin proqnozlar verilibdir. Gələn il sürətli inkişaf ili olacaq. Beləliklə, maliyyə imkanlarımız daha da genişlənəcək və ölkə qarşısında duran əsas vəzifələrin, infrastruktur layihələrin, eyni zamanda və ilk növbədə, sosial məsələlərin həlli üçün biz bu vəsaitdən istifadə edib sizin problemlərinizi həll edəcəyik.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, o həllin bir yolu var: ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Bunu tarix deyir, beynəlxalq hüquq deyir və bütün dünya dövlətləri ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Keçən ay Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı Azərbaycana çox böyük dəstək ifadə olunmuşdur. Bu, bizim növbəti diplomatik qələbəmizdir. Eyni zamanda, keçən ay NATO-nun zirvə görüşünün nəticəsi olaraq qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilib. Yəni, bunlar çox ciddi siyasi sənədlərdir, həqiqəti, beynəlxalq hüququ əks etdirən sənədlərdir. Eyni zamanda, işğalçı ölkəyə göndərilən çox ciddi siqnallardır. Onlar bilsinlər ki, mötəbər beynəlxalq təşkilatlar bu məsələni diqqətdə saxlayır və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin həlli yalnız bu prinsiplər əsasında ola bilər və olmalıdır.
İşğalçı dövlət indi ağır günlər yaşayır. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal xunta rejimi çökdü. Onların işğalçı siyasəti iflasa uğradı. Onların bu vəziyyətə düşməsinin əsas səbəbi işğal siyasətidir. Çünki əgər işğal siyasəti olmasaydı, Ermənistan regional layihələrdən təcrid edilməyəcəkdi və beləliklə, bizim imkanlarımızdan faydalana bilərdi. Məhz işğalçılıq siyasətinə görə Ermənistan bu gün bu ağır, təcrid edilmiş vəziyyətdədir və iqtisadi inkişaf üçün heç bir perspektiv yoxdur. O vaxta qədər ki, Azərbaycanla münasibətlər normallaşmayacaq. Normallaşmanın da bir yolu var - işğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır. Necə ki, dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurası 25 il əvvəl qətnamə qəbul edib və orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal, qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə qalacaq. Ona görə münaqişənin həlli üçün yol, bax, bu yoldur.
Ermənistanın yeni hökuməti bunu yaxşı başa düşməlidir. Əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalıdır. Düzdür, yeni hökumət indi daxili işlərlə daha çox məşğuldur, ancaq bildirməliyəm ki, onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar həm bizdə, həm bu məsələ ilə məşğul olan ölkələrdə və beynəlxalq təşkilatlarda təəccüb doğurur. Çünki bir-birini təkzib edən bu bəyanatlar başadüşülən deyil. Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağın qondarma rejimi ilə danışıqlar aparmalıdır. Bu, ümumiyyətlə, qəbuledilməzdir və bu, elə bir təklifdir ki, bu təklifi verən tərəf bəri başdan bilir ki, bu, qəbul edilməyəcək. Digər tərəfdən, bu təklif vasitəçilər tərəfindən heç vaxt qəbul edilməyəcək. Üçüncü tərəfdən, o bəyanatdan bir müddət keçəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür və danışıqlara başlayır. Yəni, tamamilə bir-birini təkzib edən, bir-birinə zidd olan yanaşmadır. Əlbəttə, biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt lazımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin. Ancaq, əlbəttə ki, bu bəyanatlar sülh prosesinə vurulmuş növbəti zərbələrdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki onlar işğal siyasətini davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik.
Eyni zamanda, Ermənistandan sülhə yönəlmiş çağırışlar da edilir, biz də bu çağırışları eşidirik. Əlbəttə, biz də sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Müharibədən əziyyət çəkmiş, həlak olmuş, əlil olmuş Azərbaycan vətəndaşları öz torpağında həlak olublar, əlil olublar, Ermənistan torpağında yox. Ona görə münaqişənin həllinin bir yolu var - işğalçı qüvvələr bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Onda bölgədə sülh yaranar. Onda Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər. Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə bilər və dayanıqlı sülh yarana bilər.
Biz bunu istəyirik. Ancaq, eyni zamanda, dediyim kimi, münaqişənin tezliklə və mərhələli yollarla həlli torpaqlarımızın azad olunmasından asılıdır. Biz bunu tələb edirik və beynəlxalq hüquq da bunu tələb edir. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq. Çünki kriminal xunta rejiminin çökməsində Azərbaycanın rolu da az deyil. Onları çökdürən və uçuruma aparan birinci zərbə iki il bundan əvvəl vurulub. Aprel döyüşləri onların çürümüş sütunlarını tamamilə sıradan çıxarıb və ondan sonra kriminal xunta rejimi uçuruma doğru getməyə başlamışdır. Bunu heç kim unutmamalıdır. Əgər iki il bundan əvvəl bu döyüşlər cəmi 4-5 gün davam edibsə və buna baxmayaraq, biz iki min hektar torpağı işğalçılardan azad etdik və indi minlərlə hektar torpağa biz nəzarət edirik. Azərbaycan Ordusunun qüdrətini iyun ayında keçirilmiş hərbi paradda göstərdik. Azərbaycan Ordusu bu gün həm texniki təchizat, döyüş qabiliyyəti, silah-sursat baxımından dünya miqyasında ən güclü ordular sırasındadır, nadir ölkələrdə bizim qədər imkan var. Bizim hərbi qələbələrimiz davam edir. Bu ilin may ayında uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpaq işğalçılardan azad edildi. İndi oraya həyat qayıdır, əkin işləri aparılacaqdır.
Biz öz siyasətimizi davam etdirəcəyik, daha da güclü olmalıyıq. Bütün beynəlxalq təşkilatlar bizi beynəlxalq və siyasi müstəvidə dəstəkləyir. İqtisadi sahədə Ermənistanla Azərbaycan arasında yerlə göy qədər fərq var. Həm hərbi paradda nümayiş olunan imkanlar, həm də döyüş meydanında göstərilən şücaət, qəhrəmanlıq göstərdi ki, kim kimdir və kim nəyə qadirdir. Biz bütün bu imkanlardan istifadə edirik və edəcəyik. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Bir daha demək istəyirəm, Ermənistan rəhbərliyi bilməlidir ki, sülh istəyirsə torpaqlarımızdan öz xoşu ilə çıxmalıdır.
Sizə isə Azərbaycan dövləti bundan sonra da qayğı və diqqət göstərəcək. Buna əmin ola bilərsiniz. Biz əlimizdən gələni edəcəyik ki, bu gün növbədə dayanan şəhid ailələri, müharibə veteranları tez bir zamanda sizin kimi mənzillərlə, maşınlarla təmin olunsunlar.
Mən sizi ürəkdən təbrik edirəm, salamlayıram, sizə cansağlığı, xoşbəxtlik arzulayıram”.
* * *
Prezident İlham Əliyev mənzillərin sənədlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib.
Ümumilikdə, 136 vətəndaşa “Khazar LX” avtomobili verilib. Onlardan 110-nu ərazi bütövlüyümüzün və müstəqilliyimizin müdafiəsi zamanı əlil olmuş şəxslər, 26-sı isə Böyük Vətən müharibəsi və Çernobıl əlilləridir. “Khazar LX” avtomobilləri Neftçala Sənaye Parkında fəaliyyət göstərən “Azərmaş” MMC tərəfindən istehsal olunub. Sosial məsuliyyət prinsipləri çərçivəsində şirkət əlavə olaraq 3 avtomobil də təqdim edib.
Prezident İlham Əliyev sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət məsələlərinin həllini daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının tapşırığı ilə bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Əlillərə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu istiqamətdə icra olunan layihələr nəticəsində həmin qəbildən olan minlərlə insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır. Dövlətin bu sahədə gördüyü işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində Fondun təşəbbüsü və dəstəyi ilə çox mühüm layihələr icra olunur. Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzil və avtomobillərin verilməsi də Prezident İlham Əliyevin bu kateqoriyadan olan insanlara göstərdiyi dövlət qayğısının növbəti nümunəsidir.
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  5640  |  
  • Tarix:  02-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Avropa Parlamentinin illik hesabatı: Azərbaycanın təşəbbüsləri və mövqeyinin möhkəmlənməsi

14:17
18 Dekabr
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Ankarada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
14:13
18 Dekabr
Türk dünyası üçün 2019-cu il böyük Azərbaycan şairi İmadəddin Nəsimi ili elan olundu
14:00
18 Dekabr
Azərbaycanda 900 mindən çox sahibkarlıq subyekti qeydiyyatdan keçib
13:57
18 Dekabr
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaranmasının 30 illiyi qeyd edilib
13:51
18 Dekabr
Prezident İlham Əliyev Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı bərpa və yenidənqurmadan sonra açılışında iştirak edib
13:48
18 Dekabr
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
13:42
18 Dekabr
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri davam edir
12:43
18 Dekabr
Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin Ərzurum Vilayəti arasında səhiyyə, turizm və təhsil sahələrində əməkdaşlıq genişlənəcək
12:41
18 Dekabr
Rasim Musabəyov: Azərbaycanda beynəlxalq tədbirlərin, mühüm görüşlərin keçirilməsi üçün lazımi şərait var
12:27
18 Dekabr
Prezident İlham Əliyev Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
12:24
18 Dekabr
Türkiyənin Kastamonu şəhərində TURKSOY Daimi Şurasının növbəti iclası işə başlayıb
12:19
18 Dekabr
İndiyədək TANAP-la Türkiyəyə 750 milyon kubmetr Azərbaycan təbii qazı göndərilib
12:17
18 Dekabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:15
18 Dekabr
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları 6 milyon dollara yaxınlaşıb
12:08
18 Dekabr
“Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı konfransın materialları çap edilib
12:01
18 Dekabr
Kiyevdə Azərbaycan musiqisinin təbliği məqsədilə konsert keçirilib
11:48
18 Dekabr
Bu vaxtadək Ceyhan limanından 370 milyon tondan çox Azərbaycan nefti ixrac edilib
11:21
18 Dekabr
Budapeştdə keçirilən seminarda əqli mülkiyət sahəsində ölkəmizdə görülən işlərdən danışılıb
11:20
18 Dekabr
Beynəlxalq Fotosintez Cəmiyyətinin “Akademik Cəlal Əliyev adına mükafat”ına ilk dəfə yaponiyalı alim layiq görülüb
11:08
18 Dekabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
11:06
18 Dekabr
On bir ayda neft sektoruna 5,3 milyard manat vəsait yönəldilib
11:05
18 Dekabr
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 7 faizədək artıb
11:00
18 Dekabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib
10:52
18 Dekabr
Külək elektrik stansiyalarında 50 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib
10:37
18 Dekabr
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 27 dəfə pozub
10:31
18 Dekabr
Türk Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı əlaqələrini genişləndirirlər
10:27
18 Dekabr
Londonda Azərbaycan - Böyük Britaniya Mədəniyyət Mərkəzi təsis edilib
10:25
18 Dekabr
"EurActiv" xəbər portalı: “NATO və Rusiya arasında danışıqlar üçün Bakı ən ideal yerdir”
17:52
17 Dekabr
Bu il Azərbaycanda 35,4 milyon ton neft və 17,4 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17:35
17 Dekabr
Şinzo Abe: Yaponiya Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir
17:33
17 Dekabr
Vitali Kliçko: Azərbaycan şirkətləri Kiyevdə infrastruktur layihələrinin icrasında fəal iştirak edirlər
17:32
17 Dekabr
Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd edirlər
17:27
17 Dekabr
Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatında iclas keçirildi
17:17
17 Dekabr
AMEA-da akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib
16:56
17 Dekabr
Əli Həsənov: Bu tipli mübarizə nə mənim rəsmi statusuma, nə də mənəvi-əxlaqi keyfiyyətlərimə uyğundur
16:30
17 Dekabr
ADU-da Məzunlar Assosiasiyasının təşəbbüs qrupunun iclası keçirilib
16:17
17 Dekabr
Ali Baş komandan: Azərbaycanda ordu quruculuğu prosesi uğurla, sürətlə gedir
16:10
17 Dekabr
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
16:06
17 Dekabr
Prezident: Gələn il şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək
16:00
17 Dekabr
Azərbaycan və İran gömrükçüləri arasında bir sıra məsələlər müzakirə edilib
15:52
17 Dekabr
Azərbaycan Prezidenti: Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib
15:48
17 Dekabr
“Azərbaycanın media məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilib
15:46
17 Dekabr
ADU ilə İndoneziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
15:43
17 Dekabr
İnam Kərimov: “Aqrar tədarük və təchizat” ASC-nin yaradılması həyata keçirilən aqrar siyasətin tərkib hissəsidir
15:28
17 Dekabr
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
14:51
17 Dekabr
Vüqar Səfərli: Bu gün sosial media problemləri bütün dünyanı lərzəyə gətirir
14:49
17 Dekabr
“Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıblar
14:47
17 Dekabr
Nazir müavini: Düşmənin canlı qüvvəsi və döyüş texnikalarının məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı
14:45
17 Dekabr
PA rəsmisi: Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətlərin sayı azalır
13:50
17 Dekabr
Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 726 milyon dollara yaxınlaşıb
13:46
17 Dekabr
“Channel 5” televiziya kanalında Azərbaycan-Pakistan əlaqələrindən bəhs olunub
13:43
17 Dekabr
Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artıb
13:42
17 Dekabr
Mübariz Qurbanlı: Azərbaycanda dini icmaların sayı 909-a çatıb
13:39
17 Dekabr
Rauf Əliyev: İdman sahəsində böyük uğurlar qazanılır
13:35
17 Dekabr
Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlərin artıb
12:24
17 Dekabr
Bakıda ikinci Avrasiya Hüquq Qurultayı keçirilir
12:16
17 Dekabr
ISESCO-nun baş direktorunun müavini: Naxçıvan təkcə İslam aləminin deyil, bütün dünyanın ən işıqlı şəhəridir
12:07
17 Dekabr
Beynəlxalq konfransın iştirakçıları Naxçıvanın tarixi abidələri ilə tanış olublar
11:48
17 Dekabr
Hikmət Babaoğlu: Azərbaycan Rusiya ilə daha dərin strateji münasibətlər qurmağa hazırdır
11:40
17 Dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Açıq qapı günü” keçiriləcək
11:39
17 Dekabr
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda iştirak edib
11:34
17 Dekabr
“Qadın sahibkarlığının inkişafı” mövzusunda üç günlük təlim keçirilib
11:27
17 Dekabr
Əmlak Məsələləri Dövlət Komitəsi kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə ilə bağlı Avropa təcrübəsindən yararlanır
11:24
17 Dekabr
Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib
11:08
17 Dekabr
“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar keçirilir
10:57
17 Dekabr
Həndbol üzrə Azərbaycan kuboku yarışlarına start verilib
10:40
17 Dekabr
Səyyar “ASAN xidmət” davam edir
10:34
17 Dekabr
Müdafiə Sənayesi Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
09:51
17 Dekabr
Atəşkəs rejimi sutka ərzində 28 dəfə pozulub
09:22
17 Dekabr
Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli tədbir keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+4 +6