Ana səhifə »  Gündəm »  Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir
A+   Yenilə  A-
Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər edib
İyulun 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə inam ifadə olunub.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə işçi nahar çərçivəsində geniş tərkibdə görüşü olub.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə dövlətimizin başçısı İlham Əliyev bəyanatla çıxış edib: “Əziz Qardaşım, hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Cənab Prezident, Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram, ölkəmizə, öz Vətəninizə xoş gəlmisiniz.
Fürsətdən istifadə edərək, ilk növbədə, Sizi prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm, Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Biz çox şadıq ki, Siz seçkilərdən sonra ilk rəsmi səfərinizi Azərbaycana edirsiniz. Dünən Türkiyədə Sizin andiçmə mərasiminiz keçirilmişdir və bu gün Siz Azərbaycanda rəsmi səfərdəsiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir. Sizin səfəriniz bir daha Türkiyə-Azərbaycan qardaşlığının nümunəsidir, bir daha bizim birliyimizi göstərir.
Türkiyə xalqı Sizə yenidən böyük etimad, dəstək göstərmişdir. Siz uzun illər ərzində Türkiyənin inkişafı üçün çox böyük işlər görürsünüz. Sizin liderliyiniz ilə Türkiyə böyük və şərəfli yol keçmişdir, dünya miqyasında böyük gücə çevrilmişdir. Türkiyə bu gün beynəlxalq məsələlərdə söz sahibidir. İqtisadi islahatlar uğurla aparılır. İqtisadi inkişafa görə Türkiyə dünya miqyasında ən qabaqcıl yerlərdədir. Sizin liderliyinizlə Türkiyədə sabitlik tam bərqərar olub. Biz Azərbaycan xalqını Türkiyənin uğurları çox sevindirir. Türkiyə-Azərbaycan əlaqələrinin bu səviyyəyə çatmasında bizim birgə səylərimiz də mühüm rol oynayır. Bizim aramızda şəxsi dostluq əlaqələri mövcuddur və bu əlaqələr ölkələrimizi bir-birinə daha sıx bağlayır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Biz bütün məsələlərdə bir yerdəyik, bütün beynəlxalq məsələlərdə bir-birimizi daim dəstəkləyirik, bir-birimizin yanındayıq. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərir. Dünya miqyasında bu məsələ ilə bağlı Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyədir.
Bildiyiniz kimi, uzun illərdir ki, torpaqlarımız Ermənistan tərəfindən işğal edilib. Bu işğal nəticəsində xalqımız etnik təmizləməyə məruz qalıb. Bu münaqişənin tezliklə həlli beynəlxalq hüquq normalarının bərpası demək olacaqdır. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir. Orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycanın torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr icra edilməlidir, ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır.
Türkiyənin bu məsələ ilə bağlı mövqeyi beynəlxalq hüquq normalarına uyğundur və eyni zamanda, Türkiyə-Azərbaycan qardaşlığına, dostluğuna əsaslanır. Azərbaycan da öz növbəsində, bütün məsələlərdə daim Türkiyəni dəstəkləyir. Bizim birgə fəaliyyətimiz bundan sonra da davam etdiriləcəkdir.
Bu gün keçirdiyimiz görüş əsnasında bir çox məsələlər haqqında fikir mübadiləsi aparıldı. Görülmüş işlər təhlil edildi, gələcək planlar haqqında müzakirələr aparıldı. Bizim ticarət dövriyyəmiz artır və daha da artmalıdır. Qarşılıqlı sərmayə qoyuluşu davam edəcək. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə qoyub. Türkiyə şirkətləri isə Azərbaycana 12 milyard dollardan çox vəsait yatırıblar. Bu böyük rəqəmlər, əslində, bizim əlaqələrimizi göstərir. Çünki ancaq qardaş ölkələrə bu qədər böyük sərmayə qoyula bilər.
Bildiyiniz kimi, biz ölkələrimiz, xalqlarımız və dünya üçün böyük əhəmiyyət daşıyan enerji layihələrini birlikdə həyata keçiririk. Keçən ay Əskişəhər şəhərində TANAP-ın açılışında bərabər olmuşuq. Bu, təbiidir və çox böyük məntiqə əsaslanır. Çünki TANAP layihəsinin təməlini biz 2012-ci ildə İstanbulda birlikdə qoymuşuq. Aramızda imzalanmış TANAP üzrə saziş artıq gerçəkləşdi və bu tarixi layihəyə start verildi.
“Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icrası başa çatır. TANAP layihəsinin başa çatması bu istiqamətdə atılan çox böyük addımdır. Bildiyiniz kimi, əvvəlki illərdə də digər böyük enerji layihələri birlikdə həyata keçirilib. Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib ediblər.
Nəqliyyatla bağlı layihələr həm ölkələrimizi gücləndirir, eyni zamanda, qitələr arasında sağlam bağlantı yaradır. Yəni, bizim birgə səylərimiz nəinki ölkələrimiz üçün, bütün bölgə üçün və Avrasiya üçün böyük əhəmiyyət daşıyır. Türkiyə-Azərbaycan birliyi, dostluğu regional sabitlik üçün böyük fayda verir. Əminəm ki, Türkiyənin və Azərbaycanın birgə səyləri ilə bölgədə sülh yaranacaq. Türkiyənin hərbi potensialı çox güclüdür. Dünya miqyasında Türkiyə Ordusu ən güclü ordular sırasındadır. Hərbi sahədə bizim əməkdaşlığımız çox uğurla davam edir. Bu il hərbçilərimiz arasında yeddi hərbi təlim keçiriləcəkdir, onlardan üçü keçirilib. Azərbaycan Türkiyədən böyük sayda hərbi texnika alır. Ötən ay Azərbaycanda keçirilmiş hərbi paradda bu texnikanın bir hissəsi göstərilmişdir.
Bizim əlaqələrimiz çoxşaxəlidir. Əlaqələrin təməlində xalqlarımızın, dövlətlərimizin birliyi, ortaq maraqları dayanır. Biz dostuq, qardaşıq. Türkiyə Prezidentinin seçkilərdən sonra birinci səfərini Azərbaycana etməsi bunu bir daha göstərir.
Əziz Qardaşım, Sizi bir daha salamlayıram. Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Sağ olun”.
Sonra qardaş Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan bəyanatla çıxış edib: “Hörmətli cənab Prezident, əziz qardaşım.
Dəyərli mətbuat nümayəndələri.
Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Əvvəlcə sizləri öz adımdan və nümayəndə heyətim adından ən səmimi duyğularla salamlayıram. İyunun 24-də keçirilən seçkilərdən sonra dünən prezident kimi and içdim. Məndən əvvəl deputat yoldaşlarımız and içdilər. Prezident kimi and içdikdən sonra ilk səfərimi bu səhər qardaş, dost Azərbaycana etmək vəzifəmizi yerinə yetirmək istədim. İstər təkbətək, istərsə də nümayəndə heyətləri arasında görüşlərdə bu günə qədər harada idik və bundan sonra harada olmalıyıq - bunları müzakirə etmək, nəzərdən keçirmək imkanımız oldu.
Təbii ki, Azərbaycan ilə istər enerji sahəsindəki əlaqələrimiz, istərsə də müdafiə sənayesi istiqamətində addımlarımız çox böyük əhəmiyyət daşıyır. Bundan sonrakı prosesdə də TANAP layihəsi, - bizim üçün, Azərbaycan üçün həyati əhəmiyyətli layihədir, - təkcə Azərbaycan-Türkiyə deyil, eyni zamanda, Azərbaycan-Avropa bağlantısını qurmaq baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihə bizi ciddi mənada maraqlandırır və bu, qardaşlığımızın bir təzahürü olaraq, eyni zamanda, strateji investisiya yatırılması baxımından da əhəmiyyətlidir. TANAP ilə əlaqədar Əskişəhərdə atdığımız addım həqiqətən də həyati bir addımdır. Bütün bunlardan başqa, Azərbaycanın sərmayə sahəsində Türkiyədəki Əliağa layihəsi həqiqətən hər cür təqdirdən daha böyükdür. Bu layihə təməli qoyulduğu gündən get-gedə davam edən, böyüyən bir sərmayə olaraq özünü göstərir. İndi də, inşallah, bu sərmayəni daha da genişləndirməyin və reallaşdırılmaqda olan bəzi layihələrin də payızda açılışını etməklə bunları birlikdə həyata keçirəcəyik.
Təbii ki, bizim Türkiyə-Azərbaycan əlaqələrimiz, bildiyiniz kimi, “Bir millət, iki dövlət” anlayışı əsasında inkişaf edir. Bu anlayışa bağlı olaraq əlaqələrimizi bu səviyyəyə çatdırdıq və irəliyə aparmaqda davam edəcəyik.
Gəldiyimiz andan etibarən göstərilən ev sahibliyinə görə şəxsən öz adımdan və nümayəndə heyətim adından ayrıca təşəkkür edirəm. Hazırda ikitərəfli ticarət dövriyyəmiz hər keçən gün artır. Yüksək səviyyəli səfərlər gündən-günə artaraq davam edir. Bunlar aramızdakı qardaşlıq duyğularının nə qədər yüksək səviyyədə olduğunu göstərməsi baxımından çox vacibdir.
Müdafiə sənayesi sahəsində Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr də bu baxımdan əhəmiyyət daşıyır. Türkiyə müdafiə sənayesi sahəsində, bildiyiniz kimi, bundan 15 il əvvəl möhtac bir millət ikən, indi ehtiyaclarının böyük bir qismini artıq özü ödəyə bildiyi səviyyəyə gəlib - 20 faiz səviyyəsində ikən, hazırda 65 faizini özü ödəyən ölkəyə çevrilib. Bununla da müdafiə sənayesi sahəsində də ixracatı artıran bir Türkiyə var. Təbii ki, bunu qardaş ölkələrlə fərqli bir şəkildə bölüşmək istəyirik.
Digər bir məsələ ilə bağlı - xüsusilə Azərbaycanda FETÖ ilə mübarizəyə İlham qardaşımın verdiyi dəstəyə görə öz adımdan və millətim adından Ona təşəkkür edirəm. Çünki onlar burada da özlərinə yer tapmağa cəhd göstərdilər. Bunun üçün hər vasitəyə əl atdılar. Fəqət, istər İlham qardaşımın bu məsələdə həssaslığı, istərsə də bizdə olub, Azərbaycan əleyhinə fəaliyyət göstərənlərə qarşı koordinasiyalı işimiz bir çox məsələnin ardıcıl həll olunmasını təmin etdi. Maarif Vəqfimiz ilə, inşallah, Azərbaycanın Təhsil Nazirliyinin birlikdə həyata keçirəcəyi fəaliyyətlə buradakı boşluğu da aradan qaldırmaq imkanı əldə edəcəyik.
Təbii ki, ikitərəfli ticarət məsələsində hədəfimiz, inşallah, mövcud rəqəmi iki, üç dəfə artırmaqdır. Digər bir məsələ isə xüsusilə Dağlıq Qarabağ və Naxçıvanla bağlı problemləri aradan qaldırmaq üçün Türkiyə olaraq əlimizdən gələni etdik. Bu məsələni daim diqqət mərkəzində saxladıq, bundan sonra da saxlamaqda qətiyyətliyik. Naxçıvanla ölkəmiz arasında quru yolundakı problemlər həll edilmiş vəziyyətdədir. İndi yeni bir addım olaraq, - bu məsələ ilə əlaqədar daha əvvəl də İlham qardaşımla danışmışdıq, - lazım gələrsə dəmir yolu məsələsini də həll etməklə aradakı bu əlaqələri daha yüksək səviyyəyə çatdırmaq hər iki ölkəyə əlavə güc verəcək.
Həmçinin cənab Prezident ilə gündəmə gətirdiyimiz səhiyyə sahəsində, Naxçıvanda yaşayan qardaşlarımızın xüsusilə Türkiyədəki sərhədboyu bölgələrdə tədris-müalicə ocaqlarında, dövlət xəstəxanalarında onlara hər cür rahatlığı öz xalqımıza təmin etdiyimiz kimi şərait yaratmaqla bağlı dəstək verəcəyimizi Özünə bildirdim. Bu məsələdə də birliyimizin, həmrəyliyimizin olmasının vacibliyinə inandığımı xüsusilə söylədim.
Bu axşam İlham qardaşım da Brüsselə gedəcək, NATO zirvəsində, görüşlərdə iştirak edəcək. Mən də sabah səhər Brüsselə gedirəm. Orada istər xarici işlər nazirlərimiz, istərsə də biz bir arada olmaqla görüşlər keçirəcəyik. İstəyim NATO zirvə toplantısı ilə bağlı keçirəcəyimiz görüşlərdə də bəzi ortaq problemləri gündəmə gətirərək həll etməkdir.
Fürsətdən istifadə edərək İlham qardaşımın timsalında bütün Azərbaycan xalqına öz adımdan və millətim adından ən səmimi hisslərlə salam, sevgi və ehtiramımı ifadə etmək istəyirəm. Bir daha sağlıqla qalın”.

 
  • Oxunub:  7410  |  
  • Tarix:  11-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb

21 Fevral 21:22
Dünya futbol ulduzları Bakıya gələcəklər
21 Fevral 21:20
Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar" siyahısında birinci olub
21 Fevral 21:19
Erməni diasporu: Paşinyanın kabinetində "boşalacaq" yerlərdən biri
21 Fevral 21:04
KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21 Fevral 21:00
Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
21 Fevral 20:46
Qətərin “The Peninsula” qəzeti Azərbaycan səfirliyinin Xocalı soyqırımı ilə bağlı bəyanatını dərc edib
21 Fevral 20:30
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib
21 Fevral 20:19
Veteranlar şuralarının hesabat yığıncağı olub
21 Fevral 20:10
Xocalı soyqırımı qurbanlarının xatirəsi Marneulidə anılıb
21 Fevral 19:55
Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolson ölkəmizin musiqi mədəniyyəti ilə tanış olub
21 Fevral 19:45
“Azərpoçt”la Avropa Yenidənqurma və İnkişaf Bankı əməkdaşlığa dair müzakirələr aparıb
21 Fevral 19:34
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21 Fevral 19:11
Qış Məktəbinin iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olublar
21 Fevral 19:00
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb
21 Fevral 18:40
ADU Beynəlxalq Türk-Qazax Universiteti ilə əlaqələrini genişləndirir
21 Fevral 18:17
“Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük prosesi və ticarət siyasətinə dəstək” mövzusunda seminarlar yekunlaşıb
21 Fevral 18:02
Azay Quliyev: ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mövcud metodologiyasına yenidən baxılmalıdır
21 Fevral 17:46
Əfqanıstan müharibəsində həlak olan və itkin düşmüş hərbi qulluqçuların ailələrinə verilən Prezident təqaüdü artırılıb
21 Fevral 17:39
Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi olub
21 Fevral 17:31
Rob Sobhani: Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması xalqın rifahının yaxşılaşdırılması yolunda yeni mərhələ oldu
21 Fevral 17:28
İsa Həbibbəyli: Təhsil ictimaiyyəti cənab Prezidentin müstəqil dövlətimizin parlaq gələcəyi naminə tələbə gənclərə göstərdiyi qayğını yüksək qiymətləndirir
21 Fevral 17:14
ADNSU-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
21 Fevral 17:03
“Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsinin təqdimatı olub
21 Fevral 16:57
Rauf Əliyev: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu gücləndirir
21 Fevral 16:53
Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
21 Fevral 16:52
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı dini tolerantlıq barədə məlumatlandırılıb
21 Fevral 16:50
Vüqar Rəhimzadə: Cənub Qaz Dəhlizi Avropanın təbii qazla təminatında əvəzedilməz layihə olacaq
21 Fevral 16:39
Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib
21 Fevral 16:26
Azərbaycan nümayəndə heyətinin Avstraliyaya səfəri davam edir
21 Fevral 16:21
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
21 Fevral 16:18
Anar Quliyev: Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq
21 Fevral 16:12
ATƏT məkanında münaqişələrin həlli yalnız konstruktiv dialoq sayəsində mümkündür
21 Fevral 16:10
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Atatürk Liseyində olub
21 Fevral 15:59
Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb
21 Fevral 15:51
Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub
21 Fevral 15:38
“Könüllülər Parlamenti”nin plenar iclası keçirilib
21 Fevral 15:35
Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclası keçirilib
21 Fevral 15:32
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab oyunları keçiriləcək
21 Fevral 15:29
Mehdi Abdullayev: İslahatlar idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin rifahını daha da yaxşılaşdıracaq
21 Fevral 15:26
Tələbələr karyera qurmağın düzgün istiqamətləri barədə məlumatlandırılıb
21 Fevral 15:12
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə təntənəli mərasim keçirilib
21 Fevral 14:51
Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası işə başlayıb
21 Fevral 14:47
Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib
21 Fevral 14:45
Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb
21 Fevral 14:42
Qida Təhlükəsizliyi Agentliyində işə yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib
21 Fevral 14:39
Ekspert: Radikal müxalifətin yalnız aksiya keçirməkdə israr edərək üzərinə heç bir öhdəlik götürmək istəməməsi ölkəni xaosa sürükləmək cəhdidir
21 Fevral 14:33
Bəxtiyar Əliyev: Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir
21 Fevral 14:28
Prezidentin yeni fərmanı ciddi bir sosial məsələnin həlli istiqamətində atılan növbəti addımdır
21 Fevral 14:26
Bu gün futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək
21 Fevral 14:22
Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
21 Fevral 14:19
Milli Kitabxanada “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb
21 Fevral 14:17
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT-nin Baş katibinə Xocalıda erməni qoşunları tərəfindən törədilmiş hərbi cinayətlər haqqında məktub göndərib
21 Fevral 14:11
Elmar Məmmədyarov: Azərbaycan Respublikası UNESCO-nun dəyərlərinə və prinsiplərinə sadiqdir
21 Fevral 14:06
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmazda fəaliyyətə başlayıb
21 Fevral 14:01
Bakı Ali Neft Məktəbində xeyriyyə konserti: “Xoşbəxt et, xoşbəxt ol”
21 Fevral 13:57
Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür
21 Fevral 13:50
BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib
21 Fevral 12:50
Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib
21 Fevral 12:35
Mübariz Qurbanlı: Xocalı soyqırımını törədənlər bu cinayətə görə cavab verməli olacaqlar
21 Fevral 12:34
Komitə sədri: Xocalı soyqırımı silahsız, dinc Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilib
21 Fevral 12:30
Tvinninq layihəsinin icrasına dair müzakirələr aparılıb
21 Fevral 12:21
Azərbaycan və İsveçrə arasında mədəni sahədə əməkdaşlıq müzakirə olunub
21 Fevral 12:09
Avropa Gənclərinin Yay Olimpiya Festivalının talismanları – Cırtdan və Bəbirin təqdimatı olub
21 Fevral 12:06
Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21 Fevral 11:58
Dünya Bankının regional direktoru Mersi Tembon: Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk
21 Fevral 11:46
Yeni Azərbaycan Partiyanın mərkəzi qərargahında elektron kitabxana yaradılıb
21 Fevral 11:20
Birinci vitse-prezident Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır – Hicran Hüseynova
21 Fevral 11:09
Gənclər milli-mənəvi və dini dəyərlərimizin qorunmasında fəal mövqe tutmalıdırlar
21 Fevral 11:03
Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sistemi təqdim edilib
21 Fevral 10:58
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA