Ana səhifə »  Gündəm »  Yüksək gərginlikli avadanlıqlar zavodunun fəaliyyətə başlaması ilə 310 yeni iş yeri açıldı
A+   Yenilə  A-
Yüksək gərginlikli avadanlıqlar zavodunun fəaliyyətə başlaması ilə 310 yeni iş yeri açıldı

Prezident İlham Əliyev Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışında iştirak edib
Mayın 22-də Bakının Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
İqtisadiyyat naziri Şahin Mustafayev şirkətlər qrupunun yaranması və fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, “ATEF Şirkətlər Qrupu” innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsulları istehsal edən müəssisələrdən biridir və son illərdə ölkədə sənayenin inkişafı sahəsində görülən işləri təcəssüm etdirir.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq həyata keçirilən iqtisadi islahatlar və iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, yüzlərlə müasir sənaye müəssisəsi açılıb. 2017-ci ildə əvvəlki illə müqayisədə qeyri-neft sənaye məhsulları istehsalı 3,7 faiz artıb. Bu dinamika bu ilin birinci rübündə də davam edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artıma nail olunub.
“ATEF Şirkətlər Qrupu”nun rəhbəri Talıb Əlixanbəyov şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Hövsandakı metal konstruksiya zavodu, Qaraçuxur qəsəbəsində iriqabaritli transformatorlar və elektrotexniki avadanlıqlar zavodları barədə məlumat verib. Bildirilib ki, dövlətin güzəştli kreditlərindən istifadə etməklə Qaraçuxur qəsəbəsində inşa olunan iriqabaritli transformatorlar zavodu 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib, həmin ərazidə yüksək gərginlikli avadanlıqlar zavodunun təməli qoyulub.
Ümumi investisiya dəyəri 29,7 milyon manat olan zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, müəssisəyə nazirlik tərəfindən investisiya təşviqi sənədi verilib ki, nəticədə 4,2 milyon manat vəsaitə qənaət olunaraq investisiya kimi layihənin icrasına yönəldilib. Müasir texnologiyalar əsasında yaradılan bu zavod inkişaf etmiş ölkələrin istehsalı olan avadanlıqlarla təchiz edilib. Eyni zamanda, “ATEF Şirkətlər Qrupu”nun ümumi dəyəri 20 milyon manat olan iriqabaritli transformatorlar və elektrotexniki avadanlıqlar və metal-konstruksiyalar zavodlarının yaradılmasına verilən 5 milyon manat güzəştli kredit vəsaitindən istifadə olunub və tam geri qaytarılıb.
Prezident İlham Əliyev yüksək gərginlikli avadanlıqlar zavodunu işə salıb.
Dövlətimizin başçısı istehsal prosesi ilə tanış olub.
Bildirilib ki, ümumi sahəsi 18 min kvadratmetr olan zavod 7 istehsal sahəsindən - bərk izolyasiya, kabel və mis anod istehsalı, əritmə və ekstruziya, mexaniki emal, yığma və sınaq sahələrindən ibarətdir. Zavodda illik 5 min 300 ədəd müxtəlif növ elektrotexniki avadanlıqların, o cümlədən güc transformatorları üçün izolyasiya detalları, yüksəkgərginlikli vakuum və eleqaz tipli açarlar, ayırıcılar, torpaqlayıcılar, ölçü transformatorları, kabellər və transformator buraxılışında istifadə olunan digər hissələrin istehsalı mümkündür. Qeyd olundu ki, bu məhsulların istehsalı üçün tələb olunan xammal və köməkçi detallar əvvəllər xarici bazarlardan alınırdı. Zavodun sınaq laboratoriyası da müasir səviyyədədir. Burada yerli mütəxəssislər beynəlxalq təcrübəyə əsaslanan intellektual biliklərdən istifadə edirlər. Yüksək gərginlikli avadanlıqlar zavodunun fəaliyyətə başlaması ilə transformator, yarımstansiya və digər elektrik avadanlıqlarının istehsalında yerli materiallardan istifadə olunması nəticəsində lokalizasiya səviyyəsi 70-90 faizə çatacaq ki, bu da buraxılan məhsulların maya dəyərinin aşağı düşməsinə, idxaldan asılılığın və ölkədən valyuta axınının qarşısının alınmasına səbəb olacaq. Zavodda 310 yeni iş yeri açılıb.
Diqqətə çatdırılıb ki, “ATEF Şirkətlər Qrupu” 2018-ci ildə 160 milyon dollar, o cümlədən ölkə daxilində 5 milyon dollar dəyərində, xarici ölkələrdə isə 155 milyon dollar dəyərində layihələrin həyata keçirilməsini qarşıya məqsəd qoyub. Xarici ölkələrdə layihələrin həyata keçirilməsi zamanı şirkətin istehsal etdiyi 95 milyon dollar dəyərində məhsulların ixracı nəzərdə tutulur. Hazırda şirkətlər qrupu xarici ölkələrdə nəzərdə tutulan bu layihələr üzrə dəyəri 100 milyon dollaradək olan tenderlərdə iştirak edir.
Məlumat üçün deyək ki, 2017-ci ildə dünyanın aparıcı sınaq laboratoriyalarından olan İtaliyanın “CESİ” laboratoriyasında “ATEF Şirkətlər Qrupu”nun yüksək gərginlikli avadanlıqlar zavodunda istehsal edilən 40 MVA və 145 kV-luq güc transformatoru, Niderlandda yerləşən “KEMA” laboratoriyasında isə zavodun istehsal etdiyi gücü 2500 kVA-ya qədər olan yağ və quru tipli paylayıcı transformatorlar uğurla sınaqdan keçirilib, beynəlxalq sertifikatlar alınıb.
Dövlətimizin başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni sənaye məhsulları istehsalı sahələrinin yaradılması istiqamətində mühüm işlər görülür. Belə müəssisələrin yaradılması göstərir ki, ölkəmizin sənaye potensialının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər uğurla davam edir. Dövlətin hərtərəfli dəstəyi ilə yaradılan bu müəssisələrin müasir texnologiyalardan istifadə yolu ilə istehsal etdiyi məhsulların ixrac coğrafiyası və həcmi isə ildən-ilə artır. Belə ki, 2013-cü ildə 5 milyon dollar dəyərində məhsul ixrac olunduğu halda, 2017-ci ildə 27 milyon dollar dəyərində məhsul ixrac edilib. Bu ilin ilk dörd ayında isə 16 milyon dollar dəyərində məhsul ixrac olunub. Qeyd edək ki, hazırda “ATEF Şirkətlər Qrupu”nun müəssisələrində ümumilikdə 2400 nəfər işlə təmin olunub.
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  23580  |  
  • Tarix:  23-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub
20 Mart 11:31
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bayram tədbiri keçirilib
20 Mart 11:29
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki
20 Mart 11:15
Baş nazirin müavini Əli Əhmədov Bilgəhdəki sosial xidmət müəssisəsində keçirilən bayram tədbirində iştirak edib
20 Mart 11:14
Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısının şərəfinə təşkil edilən təntənəli qəbulda iştirak edib
20 Mart 11:13
Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib
20 Mart 11:12
Əli Həsənov: Bob Woodwardın “Fear: Trump in the White House” kitabında yayılan məlumat yalan və saxtadır
20 Mart 11:12
“Araşdırmaq lazımdır ki, burada yanğın törətmə əməli olub, ya yox”
20 Mart 11:11
Bundestaqda Azərbaycan-Almaniya əməkdaşlığının perspektivləri ilə bağlı növbəti simpozium keçirilib
20 Mart 11:09
Əli Əhmədov: Əfv Sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin daha bir nümunəsidir
20 Mart 11:08
Baş nazirin müavini: Hökumətin imkanları artdıqca Prezident İlham Əliyev əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq
20 Mart 11:07
Ağsaqqallar Şurasının sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
20 Mart 11:05
Azərbaycan heç bir qüvvənin diktəsi ilə hərəkət etmir, tam müstəqil siyasət həyata keçirir
20 Mart 11:04
Berlində keçirilən görüşlərdə Azərbaycan-Almaniya əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb
20 Mart 11:03
Filip Qotye: Azərbaycanın Birinci vitse-prezidentinin Fransa səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək
20 Mart 11:02
Hərbi Prokurorluğun rəhbər işçilərinin iştirakı ilə Novruz bayramı münasibətilə tədbirlər davam etdirilir
20 Mart 11:01
Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib
20 Mart 11:00
Respublika Veteranlar Təşkilatında Azərbaycanda təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi qeyd edilib
20 Mart 10:59
Bolqarıstanın Kırcali şəhərində Novruz bayramı qeyd olunub
20 Mart 10:59
Akademik Telman Əliyev: UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik
20 Mart 10:58
ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib
20 Mart 10:57
Novruz bayramı Sofiyada təntənəli şəkildə qeyd olunub
20 Mart 10:56
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Bolqarıstanda mühüm görüşlər keçirib
20 Mart 10:55
Gədəbəy rayonunda N saylı hərbi hissədə Novruz bayramı münasibətilə tədbir keçirilib
20 Mart 10:54
Misirdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilib
20 Mart 10:53
Baş Prokurorluqda könüllülərlə görüş keçirilib
20 Mart 10:52
Ölkəmizdə tütünçülüyün inkişafına dövlət tərəfindən yüksək dəstək göstərilir
20 Mart 10:51
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır
20 Mart 10:50
Novruz bayramı münasibətilə Bakıda ümumxalq şənliyi təşkil olunub
20 Mart 10:49
Amerika Analitik Mərkəzi Prezident Əliyevin yüzlərlə məhkumun əfv edilməsi haqqında Sərəncamını alqışlayır
20 Mart 10:47
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
20 Mart 10:46
“Azərsu” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
20 Mart 10:46
“Nar” abunəçiləri üçün Novruz kampaniyası!

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA