Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Azərbaycan xalqı bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Azərbaycan xalqı bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi

Prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə Bakıda konsert proqramı təşkil olunub
Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda möhtəşəm konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
Tanınmış televiziya aparıcısı, Əməkdar artist Murad Dadaşov deyib: “Əziz dostlar, dünən Azərbaycan xalqı, dünya azərbaycanlıları öz tarixi seçiminə imza atdılar. Azərbaycan xalqı bu uğur yoluna bir daha “davam” dedi, “İlham Əliyevlə davam” dedi.
Əziz həmvətənlər, əziz dostlar, siz Azərbaycan Prezidentinə öz sevginizi göstərdiniz və bu gün cənab Prezident sizə Öz ürək sözlərini söyləmək üçün buraya, bu səhnəyə şəxsən Özü təşrif buyurdu. Buyurun, qarşılayın, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev”.
Tədbirdə çıxış edən Prezident İlham Əliyev deyib: “Əziz dostlar, mən sizin hamınızı ürəkdən salamlayıram. Sizə və bütün Azərbaycan xalqına mənə yenidən göstərilən böyük dəstəyə görə təşəkkürümü bildirirəm.
Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim.
Azərbaycan xalqı dünən öz seçimini etdi. Azərbaycan xalqı dünən bir daha bizim siyasətimizə öz səsini verdi. Bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıbdır. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır. Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq bir ölkədir. Daxili vəziyyətimiz sabitdir. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır. Bütün azadlıqlar təmin olunur.
Dünən keçirilmiş prezident seçkiləri bir daha onu göstərir ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, Azərbaycan demokratiya yolu ilə uğurla gedir. Açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Seçkilərdə mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha böyük güc verir. Seçkilərdə xalqımız həm görülən işlərə, real nəticələrə, eyni zamanda, bizim gələcəyimizə, xoşbəxt gələcəyimizə səs vermişdir. Əminəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək. Bundan sonra da Azərbaycan xalqı sabitlik, təhlükəsizlik şəraitində yaşayacaq.
Bu gün Azərbaycan dünya miqyasında sabitlik adası kimi tanınır. Azərbaycan dünya miqyasında nümunəvi ölkə kimi tanınır. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər nəticə göstərən ölkə olmamışdır.
Azərbaycan xalqı öz seçimini etdi. Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək. Bu gün də Azərbaycan güclü dövlətdir. Daha güclü dövlət qurmalıyıq. Daha güclü Azərbaycan qurmalıyıq. Yolumuz müstəqillik yoludur. Heç bir kənar qüvvə bizi bu yoldan döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkəyik. Biz böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər. Ancaq müstəqillik şəraitində Azərbaycan bu qədər uğurlar əldə edə bilər. Bizim taleyimiz öz əlimizdədir. Mən Azərbaycan gənclərinə üz tutub deyirəm, - görürəm ki, burada toplaşanların əksəriyyəti gənclərdir, - ölkəmizin gələcəyi sizin əlinizdə olacaq. Biz gənclərimizlə fəxr edirik. Bu gün yetişən gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, müstəqillik yolu ilə xoşbəxt gələcəyə aparacaq.
Biz müstəqil ölkəyik, güclü ölkəyik. Biz tutduğumuz yolla gedirik. Əminəm ki, bu yol Azərbaycanı daha xoşbəxt gələcəyə çatdıracaq. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.
* * *
Murad Dadaşov deyib: “Eşq olsun Azərbaycan Prezidentinə! Əziz cənab Prezident, Sizə səs verənlərin bir hissəsi buradadır. Ancaq bütün Azərbaycan İlham Əliyevlə birlikdədir. Ürəkdən təbrik edirik. Təşəkkür edirik, cənab Prezident, minnətdarıq.
Əziz dostlar, Prezident İlham Əliyevi bir daha alqışlayaq. Azərbaycan hər zaman daha da böyük zirvələrə, daha da böyük qələbələrə öz əziz Prezidenti ilə bərabər gedəcək. Yaşasın Azərbaycan! Yaşasın Prezident!”.
* * *
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva səhnəyə qalxaraq incəsənət ustaları ilə görüşüblər, xatirə şəkilləri çəkdiriblər.
Dövlətimizin başçısının əldə etdiyi ən böyük nailiyyət Onun xalqın sonsuz məhəbbətini qazanmasıdır. Prezident İlham Əliyev bütün təmaslarında, ilk növbədə, Öz səmimiyyəti ilə insanları cəlb edə bilib, güclü iradəsi, liderlik keyfiyyətləri ilə milyonları ətrafında toplayıb, müstəqil və qüdrətli Azərbaycan uğrunda çalışıb. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil olub. Çünki Onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə - Azərbaycan vətəndaşı dayanır.
Tədbir atəşfəşanlıqla başa çatıb.

 
  • Oxunub:  4860  |  
  • Tarix:  13-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA