Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyalarının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, orijinal layihə əsasında inşa edilən yeni inzibati bina və 220 saylı yarımstansiya bir-biri ilə harmoniya yaratmaqla modern memarlıq üslubuna malikdir.
Prezident İlham Əliyev həmin obyektlərin rəmzi açılışını bildirən lenti kəsib.
“Azərişıq” ASC-nin sədri Baba Rzayev görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, hazırda “Azərişıq”ın balansındakı bütün energetika qurğularının binaları, eləcə də ofis və yardımçı texniki binalar ən müasir standartlara uyğun inşa edilir. Qeyd edilib ki, əlavə torpaq sahəsi ayrılmadan, sıxlığa səbəb olmadan istismar müddətini keçmiş açıq paylayıcı quruluşlu yarımstansiyaların yerində əsasən qapalı tipli yarımstansiyalar və ərazidən səmərəli istifadə etməklə inzibati binalar tikilir. Yenidənqurmadan sonra istifadəyə verilən 220 saylı yarımstansiyanın ərazisində paralel olaraq meqapolislərin şəhərsalma prinsiplərinə müvafiq qaydada modern memarlıq üslubunda “Azərişıq” ASC-nin Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binası inşa olunub. Ofis binası ən müasir standartlara uyğundur. Yeni inzibati binada milli və beynəlxalq memarlıq ənənələri üzvi şəkildə bir-birini tamamlayır.
Sonra dövlətimizin başçısına yeni yarımstansiya barədə məlumat verilib. Bildirilib ki, 1954-cü ildə tikilən və istismar müddəti başa çatan 220 saylı yarımstansiya tamamilə köhnəlmişdi. Prezident İlham Əliyevin sərəncamlarına əsasən Bakı şəhərində həyata keçirilən infrastruktur layihələri, çoxmənzilli binaların tikintisi ilə əlaqədar həmin sosial obyektlərin dayanıqlı elektrik təchizatını təmin etmək üçün bir sıra yarımstansiyaların, o cümlədən 220 saylı yarımstansiyanın yerində qapalı tipli, müasir avadanlıqlarla təchiz edilən yeni yarımstansiya, həmçinin ərazidən səmərəli istifadə etməklə Bakı Paylayıcı Şəbəkəsinin yeni inzibati binası inşa olunub. Paytaxtın Xətai, Nəsimi, Nərimanov və Səbail rayonlarının böyük hissəsini, o cümlədən bir çox strateji obyektləri elektrik enerjisi ilə təchiz edən yeni yarımstansiya əsaslı şəkildə genişləndirilib. Bu energetika qurğusunun gücü iki dəfədən çox artırılaraq 100 meqavoltamperə çatdırılıb. Hazırda həmin yarımstansiya 100 mindən çox sakini əhatə edən 25 min abonenti, həmçinin perspektivdə yaradılacaq obyektləri də elektrik enerjisi ilə təchiz etmək gücündədir. Yeni yarımstansiyaya “Sahil” yarımstansiyasından 35 kilovoltluq kabel xətti çəkilib. Bununla da mühüm əhəmiyyət kəsb edən Bakının qovşaq yarımstansiyalarının 35 kilovoltluq elektrik təchizatı sxeminin formalaşması işi başa çatdırılıb. Yarımstansiyada müasir tipli vakuum və eleqaz avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri quraşdırılıb. Bununla yanaşı, həmin yarımstansiya SCADA - məsafədən dispetçer idarəetmə sisteminə qoşulub ki, bu da birbaşa elektron idarəetməni təmin edir.
Yeni inzibati binada əməkdaşların səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. “Azərişıq” ASC-nin balansındakı bütün inzibati binalarda ən müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq edilir. Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasındakı iclas salonu da müasirliyi ilə seçilir. Burada qabaqcıl beynəlxalq təcrübədən geniş istifadə olunmaqla arxiv yaradılıb. Konfrans otağı da müasir tələblər səviyyəsində qurulub.
Sonra Prezident İlham Əliyevə Bakı Rayon Elektrik Təchizatı və Satışı İdarəsinin yenidən qurulan 110/35/10 kilovoltluq “Yasamal-1” yarımstansiyası barədə məlumat verilib. Bildirilib ki, “Yasamal-1” yarımstansiyası Bakı şəhərində tikilən ilk 110 kilovoltluq yarımstansiyalardan biridir. Həmin yarımstansiya fiziki və mənəvi baxımdan istismarını tam başa vurmuşdu, günün tələblərinə cavab vermirdi, artan yüklərin qarşılanmasında, istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsində problemlər yaranırdı. Yeni inşa olunan yaşayış binalarının artan güc tələbatını ödəmək, perspektiv inkişafa uyğun olaraq digər istehlakçıları dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün “Yasamal-1” yarımstansiyası tamamilə yenidən qurularaq gücü iki dəfədən çox artırılıb. Həmin yarımstansiyada 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular, məsafədən idarə edilən SCADA dispetçer mərkəzi inşa olunub. “Yasamal-1” yarımstansiyası dövlət əhəmiyyətli obyektlər də daxil olmaqla, Yasamal rayonunun böyük bir hissəsini elektrik enerjisi ilə təmin edir.
Prezident İlham Əliyev məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə 110 kilovoltluq “Yasamal-1” yarımstansiyasını işə salıb.
Sonra dövlətimizin başçısına 35/10-6 kilovoltluq 120 saylı və Qobu qəsəbəsi ərazisində yeni inşa edilən 110/35/10 kilovoltluq “Qobu” yarımstansiyaları barədə məlumat verilib.
Yasamal rayonu ərazisində 1949-cu ildə tikilib istismara verilmiş 120 saylı yarımstansiyanın da elektrik avadanlıqlarının istismar müddəti bitdiyindən və bu energetika qurğusu texniki parametrlərini itirdiyindən istehlakçıların elektrik təchizatında çətinliklər yaranırdı. Yasamal rayonunda tikilən çoxsaylı hündürmərtəbəli yaşayış binalarının, təhsil, tibb, sosial və məişət obyektlərinin elektrik təchizatını təmin etmək üçün yarımstansiyanın yenidən qurularaq gücləndirilməsi zərurəti yaranmışdı. Bu səbəbdən tamamilə yenidən tikilən 120 saylı yarımstansiyanın gücü də iki dəfə artırılıb. Yarımstansiyada 35, 10 və 6 kilovoltluq yeni qapalı paylayıcı qurğular inşa edilib, müasir tipli eleqaz və vakuum elektrik avadanlıqları, digər avtomatika sistemləri quraşdırılıb. Bununla da həmin yarımstansiya 110 kilovoltluq “Yasamal-1”, “Badamdar” və “Dağlıq” yarımstansiyalarından qidalanan 35 kilovoltluq elektrik təchizat sxeminə daxil edilib. Hazırda 120 saylı yarımstansiyadan dövlət əhəmiyyətli və iri enerji tutumlu obyektlər, yaşayış massivləri və digər sosial obyektlər elektrik enerjisi ilə təmin olunur.
Prezident İlham Əliyevə məlumat verilib ki, Qobu qəsəbəsinin ərazisində ilk dəfə 110 kilovoltluq yeni yarımstansiya inşa edilib. Son illərdə bu ərazidə yaşayış massivlərinin sürətlə artması, o cümlədən Qobu, Güzdək, Aşağı Güzdək, Hökməli, Sulutəpə, Masazır, Müşfiq qəsəbələrinin və Xırdalan şəhərinin böyük bir hissəsinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün bu yarımstansiyanın inşası zəruri idi. Yarımstansiyanın 110 kilovoltluq 3-cü və 4-cü Puta hava xətlərinə birləşdirilməsi üçün 110 kilovoltluq dayaqlar quraşdırılıb, yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin etmək məqsədilə 10 kilovoltluq hava xətləri çəkilib. Yeni inşa edilmiş “Qobu” yarımstansiyasından çəkiləcək 35 kilovoltluq elektrik verilişi xətləri vasitəsilə “502” və “Hökməli” yarımstansiyalarının elektrik təchizatı təmin ediləcək.
Dövlətimizin başçısına “Azərişıq”ın elektrik təchizatı sxemi, 110 kilovoltluq “Bayramzadə” yarımstansiyası, Külək Elektrik Parkı və digər yenidənqurma layihələri barədə də məlumat verilib.
Bakı Paylayıcı Şəbəkəsinin inzibati binası və yeni yarımstansiyalarla tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.

 
  • Oxunub:  7020  |  
  • Tarix:  18-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin şanlı qürur səhifəsidir

15:33
27 May
Jan-İv Lö Drian: Azərbaycan və Fransa arasında yüksək iqtisadi əlaqələr mövcuddur
15:02
27 May
Azərbaycan və Fransa XİN rəhbərlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub
14:51
27 May
UFAZ-da Fransanın Avropa və Xarici İşlər Nazirliyi fondunun arxiv sərgisinin açılış mərasimi keçirilib
14:38
27 May
Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisidə ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib
14:25
27 May
Azərbaycan Prezidenti İlham Əliyev Fransanın Avropa və xarici işlər nazirini qəbul edib
11:22
27 May
Xarici İşlər Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar bəyanat yayıb
11:20
27 May
Prezident İlham Əliyev: biz ölkəmizə son 15 il ərzində 230 milyard dollar sərmayə cəlb edə bilmişik
11:10
27 May
Prezident İlham Əliyev: Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi tanınır
11:07
27 May
Oqtay Əsədov: Əminəm ki, Cənubi Qafqazdakı münaqişələrin həlli burada yaşayan bütün xalqların mənafelərinə cavab verəcək
11:01
27 May
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində keyfiyyət dəyişikliyinə nail olunması üçün tapşırıqlar verilib
10:55
27 May
Prezident İlham Əliyev: BMT Təhlükəsizlik Şurasının qətnamələri qeyd-şərtsiz və dərhal icra olunmalıdır
10:47
27 May
Milli Məclisin sədri Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubiley tədbirində iştirak edib
10:45
27 May
Psevdodemokratlar və "beşinci kolon": antiazərbaycan kampaniyasının bir özəlliyi haqqında
10:41
27 May
Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi münasibətilə İstanbulda rəsmi qəbul təşkil olunub
10:38
27 May
Sahibə Qafarova: “Qafqaz üçlüyü” filmində Azərbaycana və azərbaycanlılara qarşı aqressiv münasibət açıq-aydın görünür
10:36
27 May
İstanbulda Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi yolları müzakirə olunub
10:26
27 May
Yunanıstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib
10:25
27 May
Astanada Azərbaycan və Qazaxıstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
10:16
27 May
ASAN E-gov modeli Koreya Respublikasında təqdim olunub
10:12
27 May
Fəttah Heydərov: Xalqına nifrət edən biri xalqın fəxri adını daşıya bilməz
10:10
27 May
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi münasibətilə poçt markası buraxılıb
10:06
27 May
Elman Nəsirov: Rüstəm İbrahimbəyovun məqsədi Azərbaycana qarşı mənəvi terror həyata keçirməkdir
10:04
27 May
Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən parlaq səhifəsidir
10:03
27 May
“YARAT”da yeni sərgi: “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə”
10:00
27 May
Bakı Şopinq Festivalından alış-veriş edin, ailənizin sevincinə sevinc qatın
09:55
27 May
Arye Qut: “Yüz il əvvəl baş vermiş hadisələrlə İsrail parlamentariləri deyil, tarixçilər məşğul olmalıdır”
00:59
26 May
Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin şanlı qürur səhifəsidir
00:59
26 May
Xain Rüstəm İbrahimbəyova qarşı ciddi tədbirlər görülməlidir
17:53
25 May
Tbilisidə Azərbaycanın Cənubi Qafqazın enerji təhlükəsizliyindəki rolundan danışılıb
17:52
25 May
Ekologiya və təbii sərvətlər naziri Bərdədə vətəndaşları qəbul edib
17:36
25 May
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradılıb
17:25
25 May
Bakı Ali Neft Məktəbinin tələbələri “Baker Hughes”də fəaliyyətə başlayırlar
17:20
25 May
Gənclərin sosial mediada fəallığının Azərbaycan həqiqətlərinin təbliğində roluna dair tədbir keçirilib
17:01
25 May
Baş prokuror Masallı şəhərində vətəndaşları qəbul edib
16:39
25 May
Akademik İsa Həbibbəyli: Şükrü Haluku Akalın müasir türkologiyanın əsas simalarından biridir
16:36
25 May
Milli Aviasiya Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir
16:28
25 May
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
15:51
25 May
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edəcək
15:44
25 May
Birləşmiş Millətlər Təşkilatı: müasir çağırışlar, intersosiallıq və islahatların zəruriliyi işığında
15:34
25 May
Elmira Süleymanova: Azərbaycan yeganə ölkədir ki, qısa müddətdə 11 amnistiya aktı, 64 əfv sərəncamı icra olunub
15:33
25 May
Əli Əhmədov: "Prezident İlham Əliyevin rəhbərliyi dövründə 1,9 milyon iş yeri yaradılıb"
15:21
25 May
Los-Ancelesdə keçirilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və gördüyü işlər barədə məlumat verilib
15:13
25 May
Mirzəcan Xəlilov: Satqın Rüstəm İbrahimbəyov bütün titullarından məhrum edilməlidir
15:08
25 May
Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı elmi konfrans keçirilib
14:49
25 May
Milli Məclisin komitə iclasında bir sıra qanun layihələrinə baxılıb
14:33
25 May
Milli Məclisin sədri Gürcüstanda səfərdə olacaq
14:23
25 May
Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti-100 il” adlı tədbir keçirilib
14:21
25 May
Mədəniyyət naziri Salyanda vətəndaşlarla görüşüb
14:18
25 May
Azərbaycan Milli Antidopinq Agentliyinin səlahiyyətləri artırılacaq
14:05
25 May
Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz-İslam Ordusunun 100 illiyi ilə əlaqədar Bakıda fotosərgi açılıb
14:04
25 May
2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 170 milyon manat kredit verilməsi nəzərdə tutulur
13:02
25 May
Dini radikalizmlə mübarizədə dini icmaların və gənclərin üzərinə böyük vəzifə düşür
12:41
25 May
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi Qırğızıstanda da qeyd edilib
12:40
25 May
Dünya Xəbər Agentliklərinin 6-cı Konqresi gələn il iyunun 13-14-də keçiriləcək
12:36
25 May
Energetika Nazirliyində Avropa Enerji Cəmiyyəti ilə əməkdaşlıq məsələləri müzakirə edilib
12:28
25 May
Professor Nərgiz Paşayeva: Oksford Universitetində keçirilən imzalanma mərasimini elm, təhsil və mədəniyyət sahəsində Azərbaycanda "Əsrin kontraktı" adlandırmaq olar
12:24
25 May
“Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” ilkin versiyası müzakirə edilib
12:19
25 May
Vilnüsdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar rəsmi qəbul və konsert təşkil olunub
12:12
25 May
MM komitəsində “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna dəyişikliklər müzakirə olunub
11:55
25 May
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd olunub
11:49
25 May
31 mayadək cehizlik əldə etməyə tələsin!
11:29
25 May
ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə beynəlxalq konfrans təşkil edilib
11:26
25 May
Fransa Beynəlxalq Diplomatik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfrans keçirilib
11:24
25 May
AZƏRTAC növbəti Peterburq Beynəlxalq İqtisadi Forumunun işində iştirak edib
11:18
25 May
Nursultan Nazarbayev: Azərbaycan beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi yolunda böyük uğurlar qazanıb
11:12
25 May
MM-in komitə sədri: “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması vacib və əhəmiyyətlidir
11:11
25 May
Braziliyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
11:09
25 May
Si Cinpin: Azərbaycanın beynəlxalq arenada statusu və təsiri gündən-günə artır
11:02
25 May
Vladimir Putin: Azərbaycan Respublikasının beynəlxalq aləmdə çox böyük nüfuzu var
11:01
25 May
Xəzər dənizinin hüquqi statusu üzrə xüsusi işçi qrupunun növbəti iclası da Qazaxıstanda keçiriləcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA