Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib

Dövlət başçısı “Yanardağ” Qoruğunda da olub, burada yüksək standartlara cavab verən şəraitin yaradılması ilə bağlı tapşırıq verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Abşeron rayonunda yenidən qurulan Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib.
Qeyd edilib ki, Abşeron rayonunda 21 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisi üçün Prezident İlham Əliyevin 2017-ci il 9 iyun tarixli Sərəncamına əsasən 2,5 milyon manat vəsait ayrılıb. Tikinti işləri qısa müddətdə və yüksək səviyyədə həyata keçirilib. Yolun uzunluğu 9 kilometrə yaxındır. Ümumilikdə 12 metr enində yeni yol yatağı tikilib. Tikintidən sonra yolun hərəkət hissəsi 7-8 metrə qədər genişləndirilib.
Hər bir layihənin reallaşdırılması zamanı yollarda piyadaların da təhlükəsiz hərəkəti diqqətdə saxlanılan əsas məsələlərdən biridir. Mehdiabad-Digah-Məmmədli avtomobil yolunda yeni piyada səkiləri tikilib. Yenidənqurma işləri çərçivəsində avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün nəzərdə tutulan mövcud boruların və keçidlərin hamısı bərpa olunub. Tikinti işləri zamanı yolboyu yeni asfalt-beton örtüyü döşənib. Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun yenidən qurulması nəticəsində nəqliyyat vasitələrinin və əhalinin gediş-gəlişi xeyli asanlaşıb, onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxt ərzində istədikləri ünvanlara çatdırmalarına imkan yaranıb.
Dövlətimizin başçısına Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi haqqında da məlumat verilib. Bildirilib ki, 16 min nəfər əhalinin yaşadığı Mehdiabad, Fatmayı, Görədil yaşayış məntəqələrini birləşdirən avtomobil yolunun uzunluğu 6,5 kilometrdir. Prezident İlham Əliyevin Sərəncamına əsasən bu yolun tikintisinə 1,8 milyon manat vəsait ayrılıb.
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək üçün paytaxt Bakıda aparılan kompleks tədbirlər çərçivəsində Azadlıq prospektinin Binəqədi rayonundan keçən hissəsi və Binəqədi şosesi yenidən qurularaq bu ərazidə müasir yol infrastrukturu yaradılıb. Azadlıq prospektinin Ziya Bünyadov prospektindən Biləcəri-Baksol yolunadək 3,1 kilometrlik hissəsi tamamilə yenidən qurulub. Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində yaranan sıxlığı aradan qaldırmaq məqsədilə sərnişin avtobuslarının hərəkəti Cəfər Xəndan küçəsindən Süleyman Sani Axundov küçəsinədək olan hissədə yan yola yönəldilib və bu hissədə 8 müasir avtobus dayanacağı quraşdırılıb. Azadlıq prospektində piyadaların yolu təhlükəsiz keçmələri üçün Süleyman Sani Axundov küçəsi ilə kəsişmədə və Rəsulzadə qəsəbəsinin mərkəzində iki yerüstü piyada keçidi tikilib. Azadlıq prospektinin yenidən qurulması ilə yanaşı, bu ərazidə yerləşən və prospektə çıxan Süleyman Sani Axundov, Şövkət Məmmədova, Cəfər Xəndan, İbrahimpaşa Dadaşov küçələri də əsaslı təmir edilib.
Binəqədi şosesində yenidənqurma işləri iki mərhələdə aparılıb. Birinci mərhələdə yolboyu yararsız vəziyyətdə olan 2800 metr uzunluğunda kanalizasiya, 3000 metr uzunluğunda müxtəlif diametrli su xətləri “Azərsu” ASC tərəfindən yenisi ilə əvəz olunub, ətrafdakı evlərdən, sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısı alınıb. Yağış və qar sularının nizamlı axınının təmin edilməsi məqsədilə Binəqədi şosesindən Böyükşor gölünə 1100 metr uzunluğunda boru xətti çəkilib. Yolun yenidənqurma işlərinin ikinci mərhələsi də qısa müddətdə başa çatdırılıb. Belə ki, vətəndaşların yolun hər iki kənarı ilə rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək üçün yeni piyada səkiləri inşa olunub, avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə 11 yerdə əlavə hissə tikilib və müasir avtobus dayanacaqları quraşdırılıb. Binəqədi şosesinin yenidən qurulması rayonun Rəsulzadə, Binəqədi, Biləcəri, Baksol qəsəbələrində yaşayan əhaliyə, həmçinin şəhərin mərkəzindən Mehdiabad, Fatmayı, Pirşağı, Digah və digər qəsəbələrə getmək istəyən nəqliyyat vasitələri sahiblərinə rahat yol infrastrukturundan istifadə etməyə imkan verəcək.
Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasəti hər bir vətəndaş öz şəxsi həyatında hiss edir. Qeyd edək ki, bu istiqamətdə icra edilən layihələrin coğrafiyası durmadan genişlənir və bütün bunlar hər bir Azərbaycan insanının rahat yaşamasının təminatına yönəlib.
Dövlətimizin başçısı Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsib.
Sonra xatirə şəkli çəkdirilib.
* * *
Daha sonra Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna baxıb.
Qoruqdakı vəziyyətlə tanış olan dövlətimizin başçısı burada şəraitin dözülməz olduğunu bildirib. Qeyd edib ki, bu qoruğa həm Azərbaycan vətəndaşları, həm də çoxsaylı turistlər gəlir və buradakı şərait ölkəmizin bugünkü inkişaf səviyyəsinə uyğun deyil.
Prezident İlham Əliyev aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib ki, bu dözülməz vəziyyət qısa müddət ərzində aradan qaldırılsın, Azərbaycan vətəndaşları və turistlər üçün yüksək standartlara cavab verən şərait yaradılsın.

 
  • Oxunub:  8790  |  
  • Tarix:  30-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Son 15 ildə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət Azərbaycana bütün sahələrdə böyük uğurlar qazandırıb

15:36
17 Oktyabr
Aqiyə Naxçıvanlı: Uşaqların zərərli informasiyalardan qorunması vacib məsələdir
15:32
17 Oktyabr
Hikmət Babaoğlu: "Azərbaycanın mövqeyini möhkəmləndirməsi dayanıqlı inkişafdan xəbər verir”
15:28
17 Oktyabr
“Əl-Cəridə” qəzeti: Azərbaycan ilə Küveyt arasında sıx münasibətlər qurulub
15:25
17 Oktyabr
Bəhruz Quliyev: Dünya İqtisadi Forumunun hesabatı Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin alternativi olmadığını nümayiş etdirir
15:24
17 Oktyabr
Latviya Yerli İcra Orqanları İttifaqının sədri: Azərbaycan məhsulları ölkəmizdə yaxşı tanınır
15:23
17 Oktyabr
Mili Kitabxanada “18 oktyabr Dövlət Müstəqilliyi Günüdür” adlı sərgi açılıb
15:11
17 Oktyabr
Tələbələrə sağlam qidalanma ilə bağlı maarifləndirici buklet paylanılıb
15:08
17 Oktyabr
Azərbaycan bərpaolunan enerji sahəsində “Masdar” şirkəti ilə əməkdaşlıq edəcək
15:03
17 Oktyabr
Elmar Məmmədyarov: Mehriban qonşuluq münasibətləri qurulmadan Ermənistanda dayanıqlı inkişafa nail olmaq mümkün deyil
15:01
17 Oktyabr
Sədaqət Vəliyeva: Azərbaycan dünya ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilib
14:57
17 Oktyabr
Fərasət Qurbanov: Ötən 10 ildə 500-dən çox QHT-nin milli maraqlara xidmət edən layihəsinə dəstək göstərilib
14:53
17 Oktyabr
Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi Heydər Əliyevin rəhbərliyə qayıdışından sonra təmin edilib
14:51
17 Oktyabr
İordaniyalı senator: Beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha qətiyyətli addımlar atmalıdır
14:49
17 Oktyabr
“Uşaq Avroviziya 2018" mahnı müsabiqəsində təmsilçimizin səsləndirəcəyi mahnı və promoçarxı təqdim olunub
14:43
17 Oktyabr
BƏƏ-nin “Aviamost” qəzetində “Azərbaycanın Müstəqillik Günü” sərlövhəli məqalə dərc olunub
14:42
17 Oktyabr
Fransa portalı Nəsimi festivalından yazıb
14:39
17 Oktyabr
Ekspert: Azərbaycan sosial və səhiyyə istiqamətləri üzrə də aparıcı ölkələrlə yanaşı sıralardadır
14:34
17 Oktyabr
Dünya Ərzaq Günü 2018
14:32
17 Oktyabr
Azərbaycan ilə Malayziya arasında turizm sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb
14:30
17 Oktyabr
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir
14:27
17 Oktyabr
Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə yeni direktoru təyin olunub
14:22
17 Oktyabr
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Xırdalanda vətəndaşları qəbul edib
14:18
17 Oktyabr
Aydın Hüseynov: Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında yüksək nəticələr əldə etməsi ölkəmizdə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatların real nəticəsidir
14:16
17 Oktyabr
Müstəqillik milli sərvətimizdir
12:58
17 Oktyabr
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
12:56
17 Oktyabr
Mingəçevirdə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə konfrans keçirilib
12:50
17 Oktyabr
Məcburi köçkün şagirdlər üçün ödənişsiz fizika kursları təşkil olunub
12:41
17 Oktyabr
Sabah Bakıda ilk Milli Turizm Sammiti keçiriləcək
12:37
17 Oktyabr
Azərbaycan 2017-ci ildə Qırğızıstan iqtisadiyyatına 18,8 milyon dollar sərmayə qoyub
12:25
17 Oktyabr
Bu il Azərbaycana 193 ölkədən 2,2 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
12:04
17 Oktyabr
Rauf Əliyev: Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanla bağlı məqamlar ölkəmizdə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir
11:55
17 Oktyabr
Neft Fondu: İnvestisiya portfelində Koreya vonunun payının dəyişməsinə səbəb yatırımdakı səhm payının azaldılması olub
11:54
17 Oktyabr
MDBMİ-də Ümumdünya Ərzaq Gününə həsr edilmiş tədbir keçirilib
11:52
17 Oktyabr
ADU-da “Cümhuriyyət dövründə ədəbiyyat və mətbuat” mövzusunda müzakirələr aparılıb
11:50
17 Oktyabr
Azərbaycanın energetika naziri Çində səfərdədir
11:47
17 Oktyabr
ABŞ-da keçirilən simpoziumda Qafqaz dağ-meşə xoruzlarının Azərbaycandakı vəziyyətindən danışılıb
11:44
17 Oktyabr
Azərbaycan tingçiliyində yeni dövr: bir tumurcuqdan 105-107 ting alınacaq
11:41
17 Oktyabr
Azərbaycan nümayəndə heyəti Pekin şəhərinə yola düşüb
11:28
17 Oktyabr
BANM-də Prezident təqaüdçüləri ilə görüş
11:27
17 Oktyabr
AQTA əməkdaşları Azərbaycan Dillər Universitetində tələbələrlə görüşüb
11:06
17 Oktyabr
Kaliforniyanın San-Xose şəhərində 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib
10:59
17 Oktyabr
Əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsində BP ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
10:53
17 Oktyabr
Senatorlar Temmi Dakuort və Riçard Durbin ABŞ-da yaşayan azərbaycanlıları təbrik ediblər
10:41
17 Oktyabr
Madriddə Azərbaycan şərablarının təqdimat mərasimi keçirilib
10:37
17 Oktyabr
Qaxın daha iki kəndində modul tipli məktəblər quraşdırılır
10:32
17 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
21:45
16 Oktyabr
Fuad Nağıyev: Turizm sənayesi dövlətin və əhalinin gəlirlərinin formalaşmasına öz töhfəsini verəcək
18:34
16 Oktyabr
26 il: Qələbələr salnaməsi
17:50
16 Oktyabr
Neft Fondu indiyədək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,24 milyard manat ayırıb
17:49
16 Oktyabr
Berlində Azərbaycan-Almaniya münasibətlərinə həsr olunan konfrans təşkil edilib
17:45
16 Oktyabr
Azərbaycanda idmançıların hüquqları hərtərəfli müdafiə olunur
17:44
16 Oktyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
17:37
16 Oktyabr
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ölkəmizdəki dini vəziyyət barədə məlumatlandırılıblar
17:34
16 Oktyabr
Sevinc Fətəliyeva: “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması” haqqında qanun layihəsi çox vacib sənəddir
17:30
16 Oktyabr
Avropa İttifaqı və Türkmənistan nəqliyyat-tranzit marşrutlarının inkişafı məsələlərini müzakirə ediblər
17:29
16 Oktyabr
BDU-nun “50+50” qrant proqramı müsabiqəsində 89 nəfər iştirak edir
17:24
16 Oktyabr
Sahibə Qafarova: Məqsəd uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının qorunmasıdır
17:21
16 Oktyabr
Göyçay: kənd təsərrüfatında məhsul istehsalı 1,8 faiz artıb
17:20
16 Oktyabr
Milli Məclisin iclasında bır sıra qanunlara əlavə və dəyişikliklər edilib
16:46
16 Oktyabr
Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətinin əsasında Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı dayanır
16:44
16 Oktyabr
Siyasi Sənədlər Arxivində “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasında” mövzusunda “dəyirmi masa” keçirilib
16:31
16 Oktyabr
Ölkə üzrə pambıq qəbulu məntəqələrinə 126 min tondan çox məhsul təhvil verilib
15:45
16 Oktyabr
9 ayda sahələrdən 3049,6 min ton dənli və dənli paxlalı bitki məhsulu toplanıb
15:44
16 Oktyabr
Fuad Nağıyev: Turizm sənayesi dövlətin və əhalinin gəlirlərinin formalaşmasına öz töhfəsini verəcək
15:38
16 Oktyabr
Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışı başladı
15:32
16 Oktyabr
İrəvanda Frankofoniya sammiti: rəsmi Parisin tarixi səhvi və fransızların “həmyerliləri”
15:29
16 Oktyabr
Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək
15:19
16 Oktyabr
Siyavuş Novruzov: Ölkəmizdə müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərilir
15:07
16 Oktyabr
SOCAR: Bu il Azərbaycana 1,59 milyard kubmetr qaz idxal olunub
15:04
16 Oktyabr
Misirli politoloq: Prezident İlham Əliyevin yürütdüyü ölçülüb-biçilmiş və şəffaf xarici siyasət sayəsində ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmlənib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +22
gecə+12 +15