Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Rusiya MDB-də birləşdirici rol oynayır
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Rusiya MDB-də birləşdirici rol oynayır

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib
Dekabrın 26-da Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
Prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gəlib.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlayıb.
Sonra MDB dövlət başçıları birgə foto çəkdiriblər.
Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi görüşü olub.
Rusiya Prezidenti Vladimir Putin bu görüşün MDB çərçivəsində il ərzində görülən işlərə yekun vurmaq, perspektivdə olan planlar haqqında danışmaq, regional və beynəlxalq əhəmiyyətli aktual məsələləri müzakirə etmək baxımından gözəl imkan olduğunu bildirib. Vladimir Putin MDB-yə sədrliyi dövründə Rusiyanın səylərinin qurumun beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, birlik orqanlarının işinin səmərəliliyinə yönəldildiyini diqqətə çatdıraraq deyib: “Əsas diqqət malların, xidmətlərin daşınmasında maneələrin aradan qaldırılmasına və gömrük prosedurlarının sadələşdirilməsinə yönəlmişdir. Qeyd edim ki, cari ildə MDB ölkələri arasında əmtəə dövriyyəsində böyük artım qeydə alınıb. Bu ilin 10 ayının yekunlarına görə, bu rəqəm dörddəbir dəfədən çox - 25,7 faiz artıb və demək olar ki, 117 milyard dollara çatıb. Məlumat üçün deyim ki, bütün 2016-cı il ərzində bu göstərici 94 milyard dollar təşkil edib. Təxminən həmin səviyyədə də, yəni, 24 faiz MDB-nin üçüncü ölkələrlə mal dövriyyəsi artıb. Birliyin hüquq-müqavilə bazası möhkəmlənib. İnnovasiyalar, nüvə energetikası, nəqliyyat təhlükəsizliyi sahələrində sazişlər qüvvəyə minib. Saxta məhsulların yayılmasına qarşı, əqli mülkiyyətin qorunması ilə bağlı sənədlər qəbul olunub. Vacib bir saziş - MDB çərçivəsində xidmətlərin azad ticarəti üzrə saziş üzərində iş tamamlanmaqdadır. Birlik ölkələri terrorçuluq, transsərhəd cinayətlər, narkotrafikə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyəti gücləndirirlər. May ayında Tacikistanda MDB xüsusi xidmətlərinin “Düşənbə - antiterror 2017” mövzusunda irimiqyaslı təlimləri keçirilib. Korrupsiyaya, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə üzrə əməkdaşlığın konsepsiyaları işlənib hazırlanıb və bəyənilib”.
Vladimir Putin humanitar sahədə əməkdaşlığın möhkəmləndiyini, gənclər siyasəti, təhsil, səhiyyə, mədəniyyət, idman və turizm sahələrində uğurlu layihələrin reallaşdırıldığını deyib. Rusiya Prezidenti vurğulayıb ki, MDB dövlətləri dünyada beynəlxalq hüquq norma və prinsipləri əsasında ədalətli qlobal dünya nizamının qurulmasını dəstəkləyir və bundan sonra da ölkələrin sabitliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsi naminə birgə çalışacaqlar. Vladimir Putin əmin olduğunu bildirib ki, MDB çərçivəsində müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi ölkələrimizin, xalqlarımızın əsas maraqlarına cavab verir. Rusiya Prezidenti çıxışının sonunda yanvarın 1-dən MDB-yə sədrliyin Tacikistana keçdiyini bəyan edib.
* * *
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev MDB ölkələrində sülh və əmin-amanlığın hökm sürdüyünü müsbət hal kimi dəyərləndirib. O, 2017-ci ilin ağır olduğunu, Rusiyaya qarşı qeyri-qanuni sanksiyaların davam etdiyini, lakin bu ölkənin Suriyada müvəffəqiyyət qazandığını bildirərək deyib: “Siz Suriya hökumətinin xahişi ilə “İraq Şam İslam Dövləti” qruplaşmasının dəf olunmasında iştirak etmək məcburiyyətində qaldınız və bu prosesi uğurla başa çatdırdınız. Bu, Sizin şəxsi rəhbərliyiniz altında həyata keçirildi. Mən Sizi səmimi qəlbdən təbrik edirəm. Bu, rusiyalılar üçün, bizim hamımız üçün, bütün dünya üçün çox vacib idi. Siz bu haqda orada - yerindəcə, hərbi bazada olanda danışmışdınız. Vacib hadisə həm də ondan ibarətdir ki, Özbəkistanda yeni Prezident Şavkat Mirziyoyev bir ildir çalışır. Sooronbay Jeenbekov ilk dəfədir ki, Prezident qismində burada iştirak edir. Bu, bizim hamımız üçün böyük hadisədir. Xoş haldır ki, 2017-ci ildə MDB ölkələrində sülh, əmin-amanlıq hökm sürürdü, insanlar sabit şəraitdə yaşayıb işləyir, övladlarını böyüdürdülər və gələcəklərinə əmin idilər. Sizin qeyd etdiyiniz kimi, dünyada iqtisadiyyatın konyukturası dəyişilir, amma ölkələrimiz arasında ticarət dövriyyəsi dörddəbir dəfədən çox olub. İkitərəfli ticarətdə isə daha çox artım var. Ancaq dünyada və bizdə ağır meyillər mövcuddur, biz sakitləşməməliyik, gələn il çox vacib ildir, Rusiyada seçkilər olacaq. Vladimir Vladimiroviç, düşünürəm, biz hamımız yekdil fikirdəyik ki, Sizə uğurlar arzulayaq. Bilirik ki, Rusiya xalqı sizin rəhbərliyinizə məhz bu ağır dövrdə böyük dəyər verir”.
* * *
Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələri arasında qurulan iqtisadi əlaqələrin genişləndirilməsinin böyük uğur olduğunu deyərək, bildirib ki, bu, son illərdə görülən işlərin nəticəsidir. Aleksandr Lukaşenko Rusiya ilə bağlı bir çox məsələlərin dərin narahatlıq yaratdığını vurğulayaraq deyib: “Bu, Cənubi Koreyada olimpiada ilə bağlıdır. Siz bizim mövqeyimizi bilirsiniz. Burada iştirak edən dövlət başçıları da bizimlə həmrəydir. Biz Rusiya idmançılarına və Rusiya Federasiyasına bu cür münasibəti qətiyyətlə qəbul etmirik. Biz sizi tam dəstəkləyirik. Bir misal gətirim, Belarus idmançıları, xüsusən də bizim avarçəkənlər Rio de Janeyro Olimpiadasına hazırlaşırdılar. Bu, Belarus idmanının güclü istiqamətidir, ancaq bizi kənarlaşdırdılar və sanksiyalar tətbiq etdilər. İki və ya üç aydan sonra biz məhkəmədə haqqımızı əldə etdik. Doğrudan da məhkəmə bizi dəstəklədi, lakin vaxt getmişdi. Biz medalları, ölkənin imicini itirdik, biz bunların hamısından keçmişik. Siz bilməlisiniz ki, bu mübarizədə biz sizi dəstəkləyirik.
Suriya ilə bağlı məsələyə gəlincə, deməliyəm ki, Rusiya Federasiyası məsələyə qarışmasaydı, düşünürəm, bu dövlət, ümumiyyətlə, mövcud olmayacaqdı. Orada görüləcək çox iş var, lakin Rusiyanın oradakı sağlam qüvvələrinin birləşdirilməsi, bu dövlətin möhkəmləndirilməsi və Suriyada milli dialoq konqresinin çağırılması ilə bağlı təşəbbüsü bu ölkədə mövcud olan problemlərin həllinə Sizin dövlətinizin böyük töhfələridir. Biz sizin Qüdslə bağlı mövqeyinizlə həmrəyik. Mən buna qiymət verməkdə çətinlik çəkirəm, çünki səmimi desəm, Donald Trampın Qüdslə bağlı bu qərarını başa düşə bilmirəm. Bu balaca torpaq parçasında çətin zəhmət hesabına əldə olunan sülhü dağıtmaq olmaz. Bu, əsas məsələdir. BMT-nin qərarlarına riayət etmək lazımdır. Burada bizim baxışlarımızın həmrəyliyi üst-üstə düşür. Onu da deyim, burada iştirak edən Orta Asiya ölkələrinin liderləri xəbərdarlıq etdilər ki, Yaxın Şərqdə sıxışdırılan İŞİD terrorçuları Əfqanıstanda peyda olacaqlar. Siz və Rusiyanın Müdafiə Nazirliyi bu yaxınlarda bəyan etmişdiniz ki, bu qüvvələr orada cəmləşir və aydındır nə məqsədlə. Əfqanıstanda bu qarşıdurmanın baş verməsinə yol vermək olmaz, çünki bu, Suriyadan da mürəkkəb olacaq”.
* * *
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov görüşün yüksək səviyyədə təşkilinə görə Rusiya Prezidenti Vladimir Putinə minnətdarlığını bildirərək deyib: “Rusiya tərəfini MDB-yə sədrliyin uğurlu və səmərəli keçməsi, qarşıya qoyulan məqsəd və vəzifələrə nail olunması münasibətilə təbrik edirəm. Bununla yanaşı, Tacikistan Respublikasına MDB orqanlarında qarşıdakı sədrlikdə uğurlar arzulamaq istəyirəm. Əminəm ki, Tacikistanın sədrliyi MDB çərçivəsində əməkdaşlığın gələcək inkişafına öz layiqli töhfəsini verəcək.
Hörmətli dövlət başçıları, hesab edirəm ki, Birlik mövcudluğu dövründə ölkələrimiz arasında səmərəli və hərtərəfli əməkdaşlıq üçün bütün lazımi şəraiti yaradıb. Son iki ildə Birliyin fəaliyyətinin və onun sahə orqanlarının optimallaşdırılması istiqamətində real addımlar atılıb. Düşünürəm ki, həmin proses daimi və fasiləsiz olmalıdır. Çünki belə yanaşma konkret nəticənin əldə olunmasına istiqamətlənən MDB-nin işini daha məzmunlu edəcək.
Hörmətli həmkarlar, bu gün beynəlxalq arenadakı vəziyyət sürətlə dəyişir, yaranan çağırış və təhlükəyə vaxtında reaksiya vermək üçün biz səylərimizi birləşdirməliyik. Yaxın Şərqdəki vəziyyət beynəlxalq cinayət dəstələri tərəfindən terror təhlükəsinin yayılması baxımından hələ də əsaslı təhlükə doğurur. MDB-nin müvafiq qurumları beynəlxalq terror və dini ekstremist təşkilatların fəaliyyətinin maliyyələşdirilməsi və onların muzdlularının dövlət sərhədindən keçirilməsi üçün istifadə edilən narkotiklərin, silahın, döyüş sursatı qaçaqmalçılığının və qanunsuz miqrasiyanın qarşısının alınması üçün lazımi preventiv tədbirlər görməlidir. Mərkəzi Asiyada İŞİD və digər buna oxşar radikal qruplaşmaların ideologiyalarının yayılması güclənir, bizim ölkələrin vətəndaşlarının onların sıralarına cəlb olunması üçün fəal təbliğat aparılır. Hesab edirəm ki, sərhəd təhlükəsizliyi sahəsində MDB ölkələrinin Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatında fəal qarşılıqlı fəaliyyəti olmadan kollektiv təhlükəsizliyi, dövlət sərhədlərinin etibarlı mühafizəsini tam təmin etmək, müasir çağırışların və təhlükələrin əksəriyyətinə qarşı durmaq mümkün deyil. Fürsətdən istifadə edərək, Suriyada hərbi əməliyyatın uğurla yekunlaşması, İŞİD terror qruplaşmasının və digər cinayətkar dəstələrin məhv edilməsi münasibətilə Vladimir Vladimiroviçi təbrik edirəm. Əminliklə deyə bilərəm ki, Rusiya tərəfinin həm hərbi, həm də siyasi-diplomatik sahədə səyləri Suriya xalqında dinc həyata ümid yaradıb”.
* * *
Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək deyib: “Hörmətli Vladimir Vladimiroviç, ilk növbədə, dəvətə görə təşəkkürümü bildirmək istərdim. Rusiyada, Moskvada olmaq həmişə çox xoşdur. Sizi MDB-yə sədrliyin uğurla başa çatması münasibətilə təbrik etmək istərdim. Sizin qeyd etdiyiniz kimi, bu il ərzində MDB məkanında inteqrasiya prosesləri üçün xeyli iş görülüb. Əmtəə dövriyyəsinin artması da bizim iqtisadiyyatlarımızın təkcə bərpasının, iqtisadi vəziyyətin sabitləşməsinin deyil, həm də dost ticari-iqtisadi əlaqələrin gələcəkdə möhkəmləndirilməsinin zəruriliyinin göstəricisidir. Biznes həmişə baş verən proseslərə çox dəqiq reaksiya verir və qarşılıqlı investisiyalar, əmtəə dövriyyəsinin artması ölkələr arasında münasibətlərdən heç də az dərəcədə asılı deyil. MDB məkanında müşahidə etdiyimiz müsbət meyillər, şübhəsiz, ticari-iqtisadi sahədə müşahidə etdiyimiz fəallığa təkan vermişdir. Rusiya MDB-də birləşdirici rol oynayır. Sizin rəhbərliyiniz altında Rusiya sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Rusiya beynəlxalq arenada böyük nüfuza malikdir və bu gün beynəlxalq məsələlərdə aparıcı rollardan birini oynayır. Sizin rəhbərliyiniz altında sabitlik təmin edilib. Bu sabitlik ictimai razılığa əsaslanır. Rusiya xalqının qarşıdakı prezident seçkilərində düzgün seçim edəcəyi, fikrimcə, Azərbaycanda heç kəsdə şübhə doğurmur. Biz çox yaxşı bilirik ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafı Sizin adınızla bağlıdır. Bu gün bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu münasibətləri hər iki tərəf belə səciyyələndirir və çox müsbət artım dinamikasına malikdir.
İctimai-siyasi sabitlik olmadan uğura nail olmaq mümkün deyil. Biz son illərdə kifayət qədər qanlı hadisələrin, toqquşmaların, ədavətin, dinlərarası qarşıdurmaların, konfessiyalararası ziddiyyətlərin, etnik münaqişələrin şahidi olmuşuq. Buna görə də mövcud beynəlxalq mənzərə bir daha Sizin həyata keçirdiyiniz kursun doğruluğunu göstərir. Bu gün Rusiya sabitləşdirici amildir. Əlbəttə, bir daha demək istəyirəm, yaxın qonşu, dost və tərəfdaş kimi biz, təbii ki, Rusiyada baş verən prosesləri çox maraqla izləyirik. Təəssüf ki, bir çox hallarda beynəlxalq hüququn normalarına riayət olunmur. Bəzən kobud şəkildə pozulur. Bununla da dünyanın nizamı pozulur. O dünya nizamı ki, İkinci Dünya müharibəsi qurtardıqdan sonra yaradılmışdı. Sizin beynəlxalq hüququn normalarına şəxsi sədaqətiniz beynəlxalq hüququn normalarının pozulmasından zərər çəkən bütün ölkələrə ədalətin bərpa olunacağına böyük ümid verir”.
* * *
Moldova Prezidenti İqor Dodon Moldova vətəndaşlarının əksəriyyətinin Rusiya Federasiyası ilə dostluğun və Moldovanın MDB tərkibində qalmasının, həmçinin bəzi inteqrasiya layihələri üzrə irəliyə getməyin tərəfdarı olduğunu diqqətə çatdıraraq deyib: “Bu il Moldovanın bütün MDB ölkələri ilə ticarətində artım müşahidə olunur. 2017-ci il heç də asan deyildi, Moldova Avropa İttifaqı ilə memorandum imzaladı. Bu addım ilk dəfə idi ki, atılırdı. Bizim çoxtərəfli münasibətlərimizdə də sadə il deyildi. Çünki Moldova Prezidenti MDB çərçivəsində fəal iştirak edir, amma təəssüflər olsun ki, ilin ikinci yarısında hökumət səviyyəsində iştirakla bağlı müəyyən ehtiyatlar var idi. Amma mən Sizi əmin etmək istəyirəm ki, Moldova xalqı başqa cür düşünür. Hələ ki, parlament çoxluğunun düşündüyü kimi fikirləşmir.
Vladimir Vladimiroviç, Rusiya Federasiyasında seçkilər olacaq. Ümidvaram ki, hər şey sabit keçəcək. İlin ikinci yarısında Sizə futbol üzrə dünya çempionatının keçirilməsində uğurlar arzulayıram. Bu, çox vacib hadisədir. Bilirəm ki, Siz çox ciddi hazırlaşırsınız. İnanın, biz hamımız çox diqqətlə izləyirik və istərdik ki, sizdə ondan əvvəlki Soçi Olimpiadasında olduğu kimi hər şey gözəl alınsın.
2018-ci il Moldova üçün də asan il olmayacaq. Bizdə də ilin ikinci yarısında seçkilər olacaq. Əminəm ki, 2018-ci il bizim MDB çərçivəsində də qarşılıqlı fəaliyyətin yeni səviyyəsinə çıxmaq ilimiz olacaq. Rusiya Federasiyası ilə ikitərəfli səviyyədə əldə etdiyimiz nəticələrə görə Sizə təşəkkürümü bildirmək istəyirəm”.
* * *
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev keçirilən görüşün əhəmiyyətini qeyd edərək, ölkəsinin MDB ölkələri ilə bütün sahələrdə olduqca sıx əməkdaşlıq etdiyini vurğulayıb. Bunun nəticəsi olaraq Birlik ölkələri ilə əmtəə dövriyyəsinin artdığını diqqətə çatdırıb. 2017-ci ildə MDB çərçivəsində üzv ölkələr arasında sıx əməkdaşlığın qurulduğunu diqqətə çatdıran Şavkat Mirziyoyev bu görüşün və aparılan müzakirələrin gələcək əməkdaşlığa yeni təkan verəcəyinə əminliyini ifadə edərək deyib: “Bu il ilk dəfə MDB hökumət başçılarının iclası Özbəkistanda keçirildi. Uzun illər idi ki, bu, olmamışdı. Biz təşəbbüs irəli sürmüşük ki, 2020-ci ildə MDB-nin iclası Daşkənddə keçirilsin və biz buna hazırlaşırıq. Əlbəttə, Rusiyanın MDB-dəki aparıcı rolu şübhəsiz ki, bizim hamımızı birləşdirir.
Vladimir Vladimiroviç, Sizin rəhbərliyiniz altında Rusiya iqtisadiyyatı öz layiqli yerinə yüksəlib. Bilirəm ki, bu illər şəxsən Sizin və Rusiya üçün ağır illər olub. Ancaq bütün buna, bütün bu sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı layiqincə irəliləyir və bu, bizi də sevindirir. Rusiyanın hüdudları bizi birləşdirir. Rusiya ilə ticarət dövriyyəsi və uğurları bizi də möhkəmləndirir. Düşünürəm ki, bugünkü görüş, bugünkü ünsiyyət gələcəyə ciddi təkan verəcək. Vladimir Vladimiroviç, bu il seçki ilidir, düşünürəm ki, Rusiyanın taleyi etibarlı əllərdə olmalıdır. Düşünürəm ki, Rusiyanın müdrik xalqı ən layiqlini seçəcək. Suriyada əldə edilənlər Rusiyanın qəhrəman mərdliyi idi. Suriyada baş verənlərlə və bu bəla ilə heç kim maraqlanmırdı. Biz Əfqanıstanın qonşusu kimi bunu çox ciddi hiss edirdik və bunu çox gözəl anlayırıq. Düşünürəm ki, gələn il çox ağır il olacaq və zənnimcə, biz birlikdə fikir mübadiləsi apararaq təhlükəsizlik sahəsində mürəkkəb məsələləri həll edəcəyik, xüsusən də Mərkəzi Asiya regionunda. Biz orada və Əfqanıstanda olan ağır vəziyyəti çox gözəl anlayırıq”.
* * *
Tacikistan Prezidenti Emoməli Rəhmon bu il dünyada bir çox narahatedici hadisələrin baş verdiyini deyərək müxtəlif ölkələrdə terrorizmin, ekstremizmin fəallaşdığını diqqətə çatdırıb, Yaxın Şərqdə, Koreya yarımadasındakı vəziyyəti qeyd edib, Əfqanıstanda baş verən proseslərə xüsusi diqqət yetirərək deyib: “Əfqanıstandakı vəziyyət əvvəlki kimi beynəlxalq və regional gündəliyin əsas məsələlərindən biri olaraq qalır. Əfqanıstanda, xüsusilə ölkənin şimalında İŞİD terror qrupunun və bizə məlum olan digər radikal qruplaşmaların fəallığı artır. Həmin kontekstdə beynəlxalq terror qruplaşması qüvvələrinin bu ölkəyə yerdəyişməsi məsələsi vacib olaraq qalır. Xüsusi təhlükə ondan ibarətdir ki, bu qrupların tərkibində Birlik ölkələrindən olan immiqrantlar da var. Bununla yanaşı, bu ölkədə narkotiklərin qanunsuz istehsalı və ixracı həcmi də artır. Tacikistan-Əfqanıstan sərhədi xəttində demək olar ki, hər gün terrorçular və narkotik satıcıları ilə toqquşmalar baş verir. Bizim sərhədçilər arasında itkilərin sayı onlarladır. Əfqanıstanda hərbi-siyasi qarşıdurma meyli də güclənir. NATO-nun Əfqanıstandakı çoxillik missiyası arzuolunan nəticələr vermədi. Biz, həmçinin o faktı da nəzərə almalıyıq ki, gələn il əfqan cəmiyyəti siyasi inkişafın çox həssas fazasına daxil olur. Mən gələn il keçiriləcək parlament seçkilərini və bir ildən sonra keçirilməli olan prezident seçkilərini nəzərdə tuturam. Bütün bu hadisələr bizdən adekvat reaksiya və əlaqələndirici hərəkətlər tələb edir”.
MDB ölkələrində vəziyyətin ümumilikdə sabit qaldığını deyən Tacikistan Prezidenti bununla belə sadaladığı amillərin bu və ya digər mənada Birlik ölkələrindəki vəziyyətin inkişafına da təsir göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bütün bunlar nəzərə alınaraq, Tacikistanın MDB-yə sədrliyi dövründə, həmçinin hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsi də prioritet məsələlərdən biri olaraq qalacaq.
* * *
Sonda Rusiya Prezidenti Vladimir Putinin adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.

 
  • Oxunub:  8460  |  
  • Tarix:  28-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Professor Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvlüyünə qəbul edildi

18:34
16 Oktyabr
26 il: Qələbələr salnaməsi
17:50
16 Oktyabr
Neft Fondu indiyədək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,24 milyard manat ayırıb
17:49
16 Oktyabr
Berlində Azərbaycan-Almaniya münasibətlərinə həsr olunan konfrans təşkil edilib
17:45
16 Oktyabr
Azərbaycanda idmançıların hüquqları hərtərəfli müdafiə olunur
17:44
16 Oktyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
17:37
16 Oktyabr
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ölkəmizdəki dini vəziyyət barədə məlumatlandırılıblar
17:34
16 Oktyabr
Sevinc Fətəliyeva: “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması” haqqında qanun layihəsi çox vacib sənəddir
17:30
16 Oktyabr
Avropa İttifaqı və Türkmənistan nəqliyyat-tranzit marşrutlarının inkişafı məsələlərini müzakirə ediblər
17:29
16 Oktyabr
BDU-nun “50+50” qrant proqramı müsabiqəsində 89 nəfər iştirak edir
17:24
16 Oktyabr
Sahibə Qafarova: Məqsəd uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının qorunmasıdır
17:21
16 Oktyabr
Göyçay: kənd təsərrüfatında məhsul istehsalı 1,8 faiz artıb
17:20
16 Oktyabr
Milli Məclisin iclasında bır sıra qanunlara əlavə və dəyişikliklər edilib
16:46
16 Oktyabr
Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətinin əsasında Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı dayanır
16:44
16 Oktyabr
Siyasi Sənədlər Arxivində “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasında” mövzusunda “dəyirmi masa” keçirilib
16:31
16 Oktyabr
Ölkə üzrə pambıq qəbulu məntəqələrinə 126 min tondan çox məhsul təhvil verilib
15:45
16 Oktyabr
9 ayda sahələrdən 3049,6 min ton dənli və dənli paxlalı bitki məhsulu toplanıb
15:44
16 Oktyabr
Fuad Nağıyev: Turizm sənayesi dövlətin və əhalinin gəlirlərinin formalaşmasına öz töhfəsini verəcək
15:38
16 Oktyabr
Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışı başladı
15:32
16 Oktyabr
İrəvanda Frankofoniya sammiti: rəsmi Parisin tarixi səhvi və fransızların “həmyerliləri”
15:29
16 Oktyabr
Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək
15:19
16 Oktyabr
Siyavuş Novruzov: Ölkəmizdə müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərilir
15:07
16 Oktyabr
SOCAR: Bu il Azərbaycana 1,59 milyard kubmetr qaz idxal olunub
15:04
16 Oktyabr
Misirli politoloq: Prezident İlham Əliyevin yürütdüyü ölçülüb-biçilmiş və şəffaf xarici siyasət sayəsində ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmlənib
14:56
16 Oktyabr
Türkiyənin “Yeni gün” qəzeti son 15 ildə Azərbaycanın qazandığı nailiyyətlərdən yazır
14:47
16 Oktyabr
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib
14:44
16 Oktyabr
Kardinal Canfranko Ravazi: Azərbaycanla əməkdaşlığımız çox yüksək səviyyədədir
14:41
16 Oktyabr
On beş ilin salnaməsi faktlar və rəqəmlərlə
14:22
16 Oktyabr
Qadın güləşçilərimizin Türkiyə toplanışı davam edir
14:21
16 Oktyabr
Azərbaycan Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin toplantısında təmsil olunur
13:58
16 Oktyabr
Oqtay Əsədov şəhid ailələri ilə bağlı göstəriş verdi
13:56
16 Oktyabr
Tərtər rayonunun daha dörd kəndinə təbii qaz verilib
13:52
16 Oktyabr
Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib
13:50
16 Oktyabr
Bakıda Dünya Ərzaq Gününə həsr olunan tədbir keçirilir
13:44
16 Oktyabr
Sumqayıtda Aprel şəhidinin xatirəsinə həsr olunmuş bədii-sənədli film təqdim edilib
13:41
16 Oktyabr
Bakı Ali Neft Məktəbində Rasim Balayevin 70 illik yubileyi qeyd edilib
13:39
16 Oktyabr
Vüqar Rəhimzadə: “91-lər”in Ulu Öndərə müraciəti müstəqilliyimizin əbədiliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı
13:31
16 Oktyabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
13:22
16 Oktyabr
Eldar İbrahimov: Aqroparkların istifadəyə verilməsi kənd təsərrüfatı və ərzaq məhsullarının ixrac potensialının artmasına böyük təsiri olacaq
13:20
16 Oktyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
13:19
16 Oktyabr
Azay Quliyev: Ermənistan sülhə məcbur edilməlidir
13:00
16 Oktyabr
The Washington Times: Azərbaycan dünya arenasında ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir
12:59
16 Oktyabr
Zakir Həsənov Çexiyaya səfər edəcək
12:29
16 Oktyabr
Üç rübdə külək elektrik stansiyalarında 32 milyon kilovat/saatadək elektrik enerjisi istehsal edilib
12:26
16 Oktyabr
Xalçaçılıq milli sənətimiz və milli sərvətimizdir
11:51
16 Oktyabr
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 5,8 milyard kubmetrədək təbii qaz ötürülüb
11:49
16 Oktyabr
Üç rübdə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 25,1 milyon ton neft göndərilib
11:36
16 Oktyabr
Gənc müəllim: Tez-tez atəş səslərinin gəlməsinə baxmayaraq, şagirdlərin qorxmaması, dərsə həvəsi məni daha da ruhlandırır
11:33
16 Oktyabr
Bu il Azərbaycanda 29 milyon ton neft və 14 milyard kubmetrədək əmtəəlik qaz çıxarılıb
11:32
16 Oktyabr
San-Fransisko şəhəri Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib
11:31
16 Oktyabr
“Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin İcrasına Dəstək” layihəsinin açılış konfransı keçirilib
11:15
16 Oktyabr
Çinin nüfuzlu “Global Times” qəzeti AZƏRTAC ilə əməkdaşlıq etmək istəyir
11:02
16 Oktyabr
"CanSat Azərbaycan 2018" müsabiqəsinin qalibi Milli Aviasiya Akademiyasının komandası olub
10:42
16 Oktyabr
Statistika Komitəsi əmək statistiklərinin XX beynəlxalq konfransında təmsil olunur
10:40
16 Oktyabr
Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək
10:36
16 Oktyabr
Neft Fondunun 9 aydakı gəlir və xərcləri açıqlanıb
10:34
16 Oktyabr
Şəkidə fındıq istehsalı ötən illə müqayisədə 262 ton artıb
10:27
16 Oktyabr
Lerik şəhərində 48 mənzilli yaşayış binası tikiləcək
10:17
16 Oktyabr
Roman Nəsirov: Ukraynada yaşayan azərbaycanlılar qarşıdan gələn parlament seçkilərində fəallıq göstərəcəklər
10:16
16 Oktyabr
Azərbaycan Avropa İttifaqı ilə orta və uzunmüddətli proqnozlaşdırıla bilən şəraitdə fəaliyyət göstərmək istəyir
09:46
16 Oktyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 29 dəfə pozub
09:09
16 Oktyabr
Azərbaycanın Misirdəki diaspor fəalları “Nil Mədəniyyət” televiziya kanalının qonağı olublar
19:21
15 Oktyabr
Azərbaycanın dinamik inkişaf göstəriciləri: qazanılan nailiyyətlər - 2003-2018
18:01
15 Oktyabr
Bakıda “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib
17:59
15 Oktyabr
14 oktyabr - Ümumdünya Standartlar Gününə həsr olunmuş seminar keçirilib
17:56
15 Oktyabr
“Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrası başa çatıb
17:42
15 Oktyabr
Lerik rayonunda Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub
17:39
15 Oktyabr
2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın investisiya qoyulub
17:30
15 Oktyabr
Bakıda Beynəlxalq fermer qadınlar günü qeyd olunub
16:57
15 Oktyabr
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə 202 Proqram qəbul edilib
16:33
15 Oktyabr
Penzada Müslüm Maqomayevin gənclik illərindən bəhs edən musiqili tamaşa göstərilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +20
gecə+12 +15