Ana səhifə »  Gündəm »  “Rossiya-24” telekanalı “Bakutel-2017” sərgisindən reportaj yayımlayıb
A+   Yenilə  A-
“Rossiya-24” telekanalı “Bakutel-2017” sərgisindən reportaj yayımlayıb

Azərbaycan Prezidenti İlham Əliyev telekanalın müxbirinin sualını cavablandırıb
Bakıda keçirilən “Bakutel-2017” sərgisi ilə bağlı Rusiyanın “Rossiya-24” telekanalında reportaj yayımlanıb. Prezident İlham Əliyev “Rossiya-24”ün müxbirinin sualını cavablandırıb. AZƏRTAC reportajı təqdim edir.
Reportajda deyilir ki, Bakı bir həftəlik informasiya texnologiyalarının paytaxtına çevrilib. Azərbaycanda Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi və Konfransı açılıb. Tədbirdə 20 ölkədən, o cümlədən Rusiyadan 190-dan artıq şirkət iştirak edir. Bunlar mobil operatorlar, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləridir.
Reportaja İçərişəhərdən başlayan telekanalın müxbiri Yekaterina Kaduşkina vurğulayır ki, Azərbaycan əlbəttə ki, qonaqpərvərlik və turizm məkanıdır. Buraya “Brilyant əl” filmindəki həmin məşhur səhnənin çəkildiyi məkanı görmək üçün gəlirlər. Bundan əlavə, Azərbaycanda bütün ilboyu ləziz meyvə-tərəvəz var.
Müəllif vurğulayır ki, Azərbaycan həm də dinamik inkişaf edən ölkədir. Burada informasiya texnologiyaları sahəsində də təklif ediləsi çox şey var. Azərbaycan cərrahları əməliyyatlar zamanı virtual eynəklərdən istifadə edirlər. Bu, əməliyyatları daha da asanlaşdırır. Həmin eynəklər ilk baxışda oyunlar üçün lazım olan qurğuya oxşayır. Amma bununla həkimlər insanların üst çənə hissəsində implantasiya əməliyyatları aparır, onkoloji xəstələri, idman oyunları və avtomobil qəzaları zamanı zədə almış insanları müalicə edirlər. Üçölçülü proyeksiya vasitəsilə həkim insanın dərisinin altına daxil olur və sinirləri, yaxud məsələn, kəlləni görür. Əməliyyatın dəqiqliyi daha yüksəkdir, keçirilmə müddəti daha azdır.
Azərbaycan Tibb Universitetinin çənə-üz cərrahiyyəsi kafedrasının assistenti, tibb elmləri namizədi İsmayıl Fərzəliyev bildirib:
- Biz hamımız anatomiya kursunu öyrənirik. Hər bir pasiyentin fərdi anatomiyasını təsəvvür edə bilərik. Lakin əməliyyat zamanı bu texnologiyaların köməyi ilə həmin anatomiyanı görmək məncə artıq fantastik həddədir. Fikrimcə, bu, artıq arzunun çin olmasıdır.
Reportajda vurğulanır ki, “Bakutel-2017” sərgisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edir. “Rossiya-24”ün müxbirinin sualını cavablandıran Prezident İlham Əliyev bildirir ki, Azərbaycan texnologiyalar məsələlərində Rusiya ilə tərəfdaşlığı genişləndirir. Dünya təhlükəsizliyinin yeni çağırışları əməkdaşlığın yeni sahələrinə çevrilir. Məsələn, kiberhücumlar. Prezident deyib:
- Azərbaycan uğurla inkişaf edir, regional və beynəlxalq məsələlərdə onun rolu artır. Ölkəmiz böyük potensiala malikdir. Təbii ki, ölkəmiz belə təhlükə ilə üzləşə də bilər. Biz bütün tərəfdaşlarımızla əməkdaşlığa açığıq. Bu istiqamətdə Rusiya ilə də yaxşı əməkdaşlıq perspektivi mövcuddur. Biz bilirik ki, Rusiyada kibertəhlükəsizliyə böyük diqqət yetirilir. Buna görə əlbəttə ki, bizim qurumlarımız rusiyalı həmkarları ilə müvafiq iş aparır.
Reportajda bildirilir ki, Prezident İlham Əliyev Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovla da görüşüb. Onlar artıq tanışdırlar. Altı il bundan əvvəl hələ Tatarıstanın rabitə naziri olduğu vaxt Nikolay Nikiforov Prezident İlham Əliyevə Kazanın texnoparkını göstərmişdi.
Nazir N.Nikiforov vurğulayıb:
- Biz informasiya təhlükəsizliyi məsələlərini, proqram təminatı sahəsində ayrı-ayrı təchizatçılar, yaxud ayrı-ayrı ölkələrdən asılı olmamaq üçün zəruri məsələləri müzakirə edirik. Hər bir ölkənin bu və ya digər təklifləri var.
Rusiyalı nazir N.Nikiforov sərgidə Azərbaycanın ən modern layihələrindən biri - “Elektron hökumət” portalı ilə tanış olub. Bu, demək olar ki, Rusiyanın dövlət xidməti portalı kimidir. Burada nikahın qeydə alınması üçün ərizə vermək, cərimələrin mövcudluğunu yoxlamaq və onlayn mühazirələrə baxmaq olar. Hər il portala yeni imkanlar əlavə olunur.
“Elektron hökumət” portalının əlaqələndiricisi Cəmşid Naxçıvanski qeyd edib ki, bu servisə 58 milyon dəfə müraciət edilib. Bu rəqəm portala böyük tələbatın olduğunu göstərir. Hər gün 65 min insan “Elektron hökumət” portalının xidmətlərindən istifadə edir.
Müxbir vurğulayır ki, “Bakutel”də əyləncə haqqında da danışırlar. Seriallara baxılması üçün Rusiyanın onlayn serveri bu il Azərbaycana da gəlib. İndi filmlərə leqal şəkildə və yaxşı keyfiyyətlə baxmaq olar. Azərbaycan hökuməti ilə piratçılığa qarşı qanunu təkmilləşdirməyin və əlbəttə ki, bütün dünyanın izlədiyi teleşou qəhrəmanlarının Azərbaycan dilində danışmasının mümkünlüyü yollarını müzakirə etmək planı da var.
AMEDİA TV şirkətinin baş direktoru Denis Qorşkov deyib:
- Burada türk seriallarına fəal baxırlar və sevirlər. Dillər çox yaxındır. Sözsüz ki, bizim layihələrə də tələbat var. “Taxt-tac oyunları” hər yerdə birincidir və Azərbaycan da istisna deyil. Dünən yenə də biz ilk dəfə olaraq “Taxt-tac oyunları”nın Azərbaycan dilində necə səsləndiyini eşitdik.
Reportajda bildirilir ki, “Bakutel” 23-cü dəfədir keçirilir. Burada həmişə olduğu kimi, 20-dən çox ölkə var: qonşu Türkiyə və Gürcüstandan, Belarus, Finlandiya, Fransa, Kanada və Amerikaya qədər. Burada işgüzar görüşlər keçirilir, müqavilələr bağlanır və texnologiyaların həyatı necə asanlaşdırdığı göstərilir. Sənədlər indi onlayn doldurulur, asan olmayan əməliyyatlarda isə demək olar ki, fantastik qadjetlər kömək edir.

 
  • Oxunub:  6240  |  
  • Tarix:  07-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans keçirilib

12:24
26 Sentyabr
Baş nazir Novruz Məmmədov “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
12:13
26 Sentyabr
Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımızı təbrik edib
12:09
26 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının nümayəndələri ilə görüş keçirilib
12:06
26 Sentyabr
Əfsanəvi futbolçu Kafu və Xüsusi Olimpiya Hərəkatı Bakıda əməkdaşlıq sənədi imzalayıblar
12:05
26 Sentyabr
Dünya Turizm Günü Bakıda silsilə tədbirlərlə qeyd ediləcək
11:51
26 Sentyabr
Astanada ikinci media həftəsi keçirilir
11:40
26 Sentyabr
Həsən Abdullayevin akademiyaya rəhbərlik etdiyi dövr tarixə intellektual dirçəliş mərhələsi kimi daxil olub
11:28
26 Sentyabr
“Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib
11:23
26 Sentyabr
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
11:23
26 Sentyabr
Paytaxt məktəblərində valideynlərlə görüşlər davam edir
11:17
26 Sentyabr
Türkiyə KİV-ləri “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi barədə yazır
11:13
26 Sentyabr
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi davam edir
11:03
26 Sentyabr
Azərbaycan mədəniyyətinin Bolqarıstanda təbliği davam edir
10:43
26 Sentyabr
“KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim başlayıb
10:33
26 Sentyabr
Elman Nəsirov: “ADEX-2018” sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü nümayiş etdirmək baxımından mühüm tədbirdir
10:31
26 Sentyabr
Heydər Əliyev Sarayında bayram konserti təşkil ediləcək
10:25
26 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 91 dəfə pozub
10:01
26 Sentyabr
Bakıda keçirilən dünya çempionatında ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar
21:15
25 Sentyabr
Mingəçevirdə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib
21:08
25 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdə olub
20:52
25 Sentyabr
Azərbaycanın müdafiə nazirinin “ADEX-2018” sərgisi çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşü olub
20:48
25 Sentyabr
Bakıda Çinin milli bayramı qeyd edilib
20:45
25 Sentyabr
Təhsil Nazirliyi ilə Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın perspektivləri araşdırılıb
20:41
25 Sentyabr
KİV nümayəndələri üçün "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim keçirilir
20:28
25 Sentyabr
Azərbaycanın nümayəndə heyəti Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir
20:19
25 Sentyabr
Bilik Fondu Xızıda “dəyirmi masa” keçirib
20:14
25 Sentyabr
Oktyabrda Avropa İnvestisiya Bankının işçi missiyası Azərbaycana gələcək
20:12
25 Sentyabr
Zaqatalada dini maarifləndirmə işinin təşkili məsələləri müzakirə olunub
20:11
25 Sentyabr
Azərbaycan Milli Elmlər Akademiyası ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq haqqında protokol imzalanıb
20:09
25 Sentyabr
XİN: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı ağır fəsadlara yol aça bilər
19:58
25 Sentyabr
Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında memorandum imzalanıb
19:54
25 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
19:49
25 Sentyabr
Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondunun əməkdaşlığının perspektivləri müzakirə edilib
19:45
25 Sentyabr
X Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədidə təqdim olunan konsert maraqla qarşılanıb
18:03
25 Sentyabr
YAP Yasamal rayon təşkilatının Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib
18:01
25 Sentyabr
Səhiyyə naziri Astarada vətəndaşları qəbul edib
17:59
25 Sentyabr
Rafael Hüseynov: Ermənistan yalnız Azərbaycan ərazilərini deyil, Göyçədəki mədəni mühitimizi də işğal edib
17:56
25 Sentyabr
Finlandiya səfiri: Naxçıvanda alternativ mənbələr hesabına enerji təminatı çox yüksəkdir və bu, böyük nailiyyətdir
17:42
25 Sentyabr
Elman Məmmədov: Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir
17:38
25 Sentyabr
Hadi Rəcəbli: Əmək və sosial siyasət komitəsi payız sessiyası ərzində bır sıra qanunların müzakirəsini nəzərdə tutur
17:37
25 Sentyabr
Bilik Fondu Ağdaşda və Bakıda Milli Musiqi Gününü qeyd edib
17:28
25 Sentyabr
Bolqarıstanın Gəncə ilə qardaşlaşmış Varna şəhərində Azərbaycan mədəniyyəti nümayiş edilib
17:26
25 Sentyabr
Sahibə Qafarova: Prezident İlham Əliyev parlamentdəki çıxışında çox mühüm mesajlar verdi
17:20
25 Sentyabr
Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib
17:20
25 Sentyabr
Akademik İsa Həbibbəyli: Məsud Əlioğlu universal təfəkkürə malik görkəmli alim olub
17:19
25 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Bakıda cüdo üzrə dünya çempionatını izləyib
17:10
25 Sentyabr
Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
17:04
25 Sentyabr
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
17:00
25 Sentyabr
Aleksandr Koçkin: “Texmaş” konserni “ADEX-2018” sərgisində dünyada analoqu olmayan döyüş sursatları nümayiş etdirir
16:57
25 Sentyabr
Misirli deputat: Azərbaycan demokratik inkişaf sahəsində böyük təcrübəsi olan ölkədir
16:56
25 Sentyabr
Milli Məclisin səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib
16:54
25 Sentyabr
Heydər Əliyev Mərkəzi ilə tanışlıq
16:53
25 Sentyabr
Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Venesuela və Baham Adalarından olan həmkarları ilə görüşüb
16:50
25 Sentyabr
“Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanışlıq ali qonaqda xoş təəssürat yaradıb
16:47
25 Sentyabr
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
16:46
25 Sentyabr
Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət prinsipi və beynəlxalq hüquq əsas götürülməlidir
16:44
25 Sentyabr
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
16:31
25 Sentyabr
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib
16:30
25 Sentyabr
İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycan onun əsas məqsəd və vəzifələrini həmişə dəstəkləyib
16:22
25 Sentyabr
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans keçirilib
16:21
25 Sentyabr
Aqrar Universitetində “Akademik Cəlal Əliyevin irsinin öyrənilməsi” mövzusunda gənc tədqiqatçıların konfransı keçiriləcək
16:17
25 Sentyabr
Səfir Viktor Szederkenyi: Naxçıvanla Macarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün böyük potensial var
15:16
25 Sentyabr
Müdafiə naziri Zakir Həsənov bolqarıstanlı həmkarı ilə görüşüb
15:04
25 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
14:35
25 Sentyabr
“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda konfrans təşkil olunub
14:29
25 Sentyabr
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin zəngin irsinə dair elmi məruzələr dinlənilib
14:24
25 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi reallaşdırılır
14:19
25 Sentyabr
GEANT Assosiasiyası ilə əməkdaşlıq davam edir
14:16
25 Sentyabr
TAP İtaliyadakı istehlakçılara təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji təmin edəcək
14:12
25 Sentyabr
Monqolustan Prezidenti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+18 +21