Ana səhifə »  Gündəm »  Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonuna səfər edib
A+   Yenilə  A-
Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Xırdalan şəhərinin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Prezident İlham Əliyevə Heydər Əliyev parkında aparılan yenidənqurma tədbirləri, rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verib.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və ölkəmizin tanınmış idmançıları ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Mən burada bizim görkəmli idmançılarımızı görürəm, sizi xüsusilə salamlayıram. Bu gün Abşeron rayonunun həyatında çox əlamətdar bir gündür. Biz Abşeron Olimpiya İdman Kompleksinin açılışını birlikdə qeyd edirik. Bu gözəl hadisə münasibətilə idmançıları, Abşeron rayonunun sakinlərini ürəkdən təbrik edirəm.
Bu, bölgələrdə inşa edilmiş sayca 42-ci Olimpiya İdman Kompleksidir. Bu rəqəm özlüyündə bir göstəricidir. İndi bizim əksər rayonlarımızda ən müasir idman kompleksləri fəaliyyət göstərir. Əlbəttə, biz növbəti illərdə də yeni komplekslərin tikintisi ilə məşğul olacağıq. Ağcabədi Olimpiya İdman Kompleksi artıq açılışa hazırdır. Bu kompleks yaxın zamanlarda açılacaq. Gələn il də yeni komplekslərin açılışı nəzərdə tutulur.
Bu idman obyekti Abşeron rayonu üçün çox böyük əhəmiyyət kəsb edir. Burada 1000 nəfərlik gözəl idman zalı, 1600 nəfərlik stadion, məşq zalları, boks, şahmat bölmələri, açıq idman meydançaları, kort var. Bir sözlə, burada idmanın əksər növləri ilə məşğul olmaq mümkündür. Bu, Abşeron rayonu üçün, idmançılar üçün gözəl bir hədiyyədir. Əminəm ki, həm rayon sakinləri, uşaqlar, yeniyetmələr, eyni zamanda, idmançılar da bu kompleksin imkanlarından istifadə edəcəklər. Beləliklə, bütün bölgələrdə müasir idman infrastrukturunun yaradılması istiqamətində növbəti önəmli addım atılır.
Bu kompleksin açılışında bizim Olimpiya, dünya çempionlarımız iştirak edirlər. Mən sizi xüsusilə salamlayıram. Əminəm ki, sizin gələcək fəaliyyətiniz də Azərbaycan idmanına xidmət edəcək. Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır. Bizim uğurlarımız indi bütün dünya idman ictimaiyyəti tərəfindən qəbul edilir. Bizim idmançılar Azərbaycanı bütün beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər, bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Bu il bizim iki idmançımız - burada iştirak edən Hacı Əliyev və Məhəmmədrəsul Məcidov üçqat dünya çempionu olublar. Bu, doğrudan da böyük idman nailiyyətidir. Yəni, onlar artıq üçüncü dəfə təsdiqlədilər ki, dünyada birincidirlər. Əlbəttə ki, bizim olimpiyaçılarımızın, üçqat dünya çempionlarımızın qələbələri uşaqları da idman bölmələrinə cəlb edir. Əminəm ki, uşaqlar, yeniyetmələr bu idman kompleksindəki bölmələrdə məşq edəcəklər və gələcəkdə sizin yerinizi tutacaqlar. Çünki idmanın dayanıqlı inkişafı gənc nəslin yetişməsindən başlayır. Gənc nəslin yetişdirilməsi, hazırlıq prosesinin düzgün qurulması üçün şərait olmalıdır. Eyni zamanda, onların qarşısında gözəl nümunələr olmalıdır. Onlar da sizin kimi Olimpiya, dünya çempionları olmaq istəyirlər. Beləliklə, bu gün Azərbaycanda idmanın kütləviliyi də təmin edilir. Biz əlbəttə ki, idmançılarımızın uğurları ilə fəxr edirik. Bu, ölkəmizin şöhrətini daha da yüksəklərə qaldırır. Ancaq bununla bərabər, bundan az əhəmiyyət daşımayan məsələ idmanın kütləviliyidir, vətəndaşlarımızın sağlamlığıdır. İdman insan sağlamlığı üçün bəlkə də əsas vasitədir.
Bu gün idman ölkəmizin müxtəlif yerlərində artıq kütləvi xarakter alıb. Mən həmişə tövsiyə edirəm, bu gün də demək istəyirəm, hər bir insan hər gün, hər gün olmasa da, həftədə heç olmasa üç dəfə idmanla fəal məşğul olsun. Bu, insanların sağlamlığı, ümumiyyətlə, ovqatı üçün çox böyük əhəmiyyət daşıyan məsələdir.
Əlbəttə, biz idmanla bağlı siyasətimizi növbəti illərdə davam etdirəcəyik. Bu gün idmançılarımız bütün beynəlxalq yarışlarda ən yüksək nəticələr göstərirlər. Azərbaycanda keçirilmiş Avropa və İslam Həmrəyliyi oyunlarında biz ən qabaqcıl yerlərdəyik. Bu il İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçirilmişdir və bütün müsəlman aləmində Azərbaycan idmançıları birinci yerə layiq görüldülər. Avropa məkanında isə biz ikinciyik. Bu, gənc müstəqil dövlət üçün tarixi nailiyyətdir və bu nailiyyəti bizə bəxş edən idmançılardır. Mən çox şadam ki, bu gün burada bir neçə Olimpiya çempionu - Nazim Hüseynov, Elnur Məmmədli, Namiq Abdullayev, Radik İsayev, Toğrul Əsgərov, Zemfira Meftahətdinova və dünya çempionları iştirak edirlər. Onların sayı kifayət qədər çoxdur. Bir sözlə, bax, budur, bizim idmanımızın qələbələri, qalibləri, hər bir ölkə belə idmançılarla fəxr edə bilər.
O ki qaldı Abşeron rayonunun inkişafına, bu rayonda da işlər çox yaxşı gedir. Son illər ərzində böyük quruculuq, abadlıq işləri görülüb, infrastruktur layihələri icra edilir. Rayonda əsas infrastrukturla bağlı problemlər öz həllini tapıbdır. Rayonda 16 yaşayış məntəqəsini əhatə edən 7 yol layihəsi icra edilibdir, qazlaşdırma 100 faizdir, elektrik təchizatı ilə heç bir problem yoxdur. İçməli su problemi də tədricən həll olunur. Mənə verilən məlumata görə, Xırdalan şəhərinin su problemi həll olunubdur. Digər qəsəbələrdə də məsələ öz həllini tapacaq. İş yerləri yaradılır. Abşeron rayonunda 100-dən çox sənaye müəssisəsi fəaliyyət göstərir ki, o müəssisələrdə minlərlə insan işləyir. Sosial infrastruktur yaradılır, bu gözəl Olimpiya Kompleksi, 10-dan çox məktəb tikilib və təmir olunub. Bir sözlə, rayonun hərtərəfli inkişafı üçün çox böyük işlər görülür, yeni parklar, ictimai yerlər yaradılır, binalar təmir olunur. Növbəti sərəncamda təmirə ehtiyacı olan binaların da bərpası nəzərdə tutulur. Bir sözlə, Abşeron rayonu hərtərəfli inkişaf edir, gözəlləşir, abadlaşır. Növbəti illərdə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək.
Biz 2017-ci ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vururuq. Bir daha göstəririk ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur. Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək. Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır.
Mən sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm və idmançılara yeni uğurlar arzulayıram. Rayon sakinlərinə isə yeni nailiyyətlər, cansağlığı, əmin-amanlıq diləyirəm. Əminəm ki, Abşeron rayonunda belə gözəl hadisələr çox olacaq”.
* * *
Sərbəst güləş üzrə üçqat dünya çempionu, Rio Olimpiadasının mükafatçısı Hacı Əliyev çıxış edərək deyib: “Möhtərəm cənab Prezident.
Sizi Abşeron gəncləri və idmançıları adından salamlayıram.
Bu gün bizim istifadəmizə verdiyiniz bu möhtəşəm Olimpiya İdman Kompleksi üçün Sizə bütün idmançılarımız adından təşəkkür edirəm.
Cənab Prezident, Azərbaycanda idmana və idmançılara göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, bu gün idmançılarımız dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda uğurlu nəticələr qazanır və Vətənimizi layiqincə təmsil edirlər. Azərbaycan dünyada artıq idman ölkəsi kimi tanınır. Ölkəmizdə keçirilən birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları da bir daha bunu sübut etdi ki, Azərbaycanda idmana və idmançılara yüksək diqqət və qayğı vardır, hər bir şərait yaradılmışdır. Cənab Prezident, bu oyunların ölkəmizdə yüksək səviyyədə keçirilməsinə görə Sizə və birinci xanım Mehriban Əliyevaya bütün idmançılar adından təşəkkürümü bildirirəm.
Möhtərəm Prezident, icazənizlə, özüm haqqında da qısa məlumat verim. Mən Abşeron Uşaq-Gənclər İdman Məktəbinin yetirməsiyəm. Bildiyiniz kimi, mən Avropa çempionu və üçqat dünya çempionuyam. IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Braziliyada keçirilən Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıyam. Sizin sərəncamlarınızla mən 2015-ci ildə “Tərəqqi” medalına, bu yaxınlarda isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşəm. Mənə və bütün idmançılara göstərdiyiniz bu qayğıya görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm.
Cənab Prezident, bizi qarşıda böyük yarışlar gözləyir və əsas hədəfimiz də Yaponiyada keçiriləcək Olimpiya Oyunlarıdır. Biz, inşallah, əlimizdən gələni edəcəyik ki, bu Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edək, qızıl medalların sayını çoxaldaq.
Gələcək işlərinizdə Sizə uğurlar arzulayıram, cənab Prezident. Allahdan Sizə uzun ömür, cansağlığı arzu edirəm. Bizə və bütün idmançılara göstərdiyiniz diqqət və qayğıya görə bir daha təşəkkür edirəm. Çox sağ olun”.
Prezident İlham Əliyev: “Sağ olun. Üçqat dünya çempionu olmaq Olimpiya çempionu olmağa bərabərdir. Fərdi təqaüdün verilməsi o məqsədi güdürdü ki, bu, doğrudan da böyük nailiyyətdir. Olimpiya çempionu olmaq əlbəttə ki, hər bir idmançının böyük arzusudur. Amma üç dəfə dünya çempionu olmaq ondan az əhəmiyyət daşıyan məsələ deyil. Bu, doğrudan da böyük tarixi hadisədir. Sənin adın tarixdədir, həmişə olacaq. Dünya güləş tarixində sənin adın əbədi qalacaq. Necə ki, bizim digər Olimpiya çempionlarımızın, Olimpiya mükafatçılarının adları tarixdə qalır. Mən bunu çox yüksək qiymətləndirirəm.
Çox şadam ki, bizim görkəmli idmançılarımız bu gün buradadır. Onların bir çoxu hələ yarışlarda iştirak edir. Veteranlar da idmandan uzaqlaşmayıblar, idmandadırlar, öz təcrübələrini bölüşürlər. Yəni, işlər belə ardıcıl şəkildə gedir. Veteranlara hörmət etməli, fəaliyyətdə olan idmançılara daim dəstək verməliyik. Uşaqlara isə tövsiyə etməliyik ki, bölmələrə gəlin, Namiq, Zemfira, Hacı və digər idmançılar kimi olun. Dövlət sizi həmişə dəstəkləyəcək və siz həyatda öz yerinizi tutacaqsınız. Azərbaycan xalqı sizə həmişə hörmət edəcək”.
Sonda xatirə şəkli çəkdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub.
İqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Abşeron rayonu üzrə maliyyələşdirilmiş investisiya layihələri, o cümlədən müasir texnologiyalara əsaslanan investisiya layihələrinə ayrılan güzəştli kreditlər, istifadəyə verilən, tikilməkdə olan və inşası nəzərdə tutulan istehsal və emal müəssisələri barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyevə müəssisədə istehsal edilən və “SAB” -”Made in Azerbaijan” brendi altında bazara çıxarılan 60 çeşiddə ət və 40 çeşiddə süd məhsullarının nümunələri təqdim olunub. Dövlətimizin başçısı müəssisədə ət məhsullarının istehsalı prosesi ilə tanış olub.
Azərbaycan Prezidentinə kompleksdəki süd məhsullarının satışadək saxlanma anbarları da təqdim olunub. Komplekslə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.
Həmin gün Prezident İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunan 5 nömrəli tam orta məktəbin açılışında iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

 
  • Oxunub:  6960  |  
  • Tarix:  17-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir

10:57
20 Oktyabr
Kamilə Əliyeva: Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb
10:31
20 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
10:29
20 Oktyabr
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
10:24
20 Oktyabr
Prezident İlham Əliyev: “Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
10:19
20 Oktyabr
Türkiyə Prezidenti: Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
10:12
20 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: “Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
10:03
20 Oktyabr
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir
10:45
19 Oktyabr
Bakıda III Avrasiya Konfransı işə başlayıb
09:48
19 Oktyabr
Azərbaycanın energetika naziri Çində bir sıra görüşlər keçirib
09:24
19 Oktyabr
Yaponiyalı musiqiçi: Əlliyə yaxın ölkədə olsam da, Bakı kimi özünəməxsus, gözəl şəhər görməmişəm
09:15
19 Oktyabr
Jurnalistlərin dostluq əlaqələri Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin inkişafına töhfə verəcək
09:07
19 Oktyabr
Vaşinqtonda Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümü qeyd olunub
17:45
18 Oktyabr
Tərtər rayonunun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatıb
17:43
18 Oktyabr
Dini təhlükəsizlik milli təhlükəsizlik konsepsiyasının başlıca komponentlərindən biridir
17:41
18 Oktyabr
Azərbaycanın bir qrup KİV nümayəndəsi Gürcüstanda səfərdədir
17:39
18 Oktyabr
Mikola Kurka: Azərbaycan son 15 ildə hüquqi dövlətin inkişafı istiqamətində fundamental işlər görüb
17:33
18 Oktyabr
AQTA əməkdaşları Malayziyada keçirilən beynəlxalq təlimdə iştirak ediblər
17:29
18 Oktyabr
Moskvada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası keçirilib
17:19
18 Oktyabr
Elman Nəsirov: Müstəqillik illərində ölkəmiz böyük inkişaf yolu keçib
17:14
18 Oktyabr
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib
17:10
18 Oktyabr
İordaniyalı politoloq: Azərbaycan öz müstəqil xarici siyasəti sayəsində beynəlxalq aləmdə çox böyük nüfuz və hörmət qazanıb
17:06
18 Oktyabr
Azərbaycan və Türkmənistan XİN-ləri arasında 2019-2020-ci illər üçün əməkdaşlıq proqramı imzalanıb
16:48
18 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+20 +25
gecə+15 +17