Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Gəncə qədim mədəniyyət mərkəzidir və öz qədimliyini saxlamaqla bu gün yeniləşir, gözəlləşir
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Gəncə qədim mədəniyyət mərkəzidir və öz qədimliyini saxlamaqla bu gün yeniləşir, gözəlləşir

Azərbaycan Prezidenti İlham Əliyev Gəncəyə səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə şəhərinə səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Gəncənin Ulu öndərin abidəsinin ucaldığı Heydər Əliyev adına baş meydanı şəhər sakinlərinin və qonaqların istirahəti üçün çox gözəl məkanlardan biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib.
Bu mədəniyyət ocağının təməli Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə qoyulub. Burada inşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb.
Dövlətimizin başçısı filarmoniyanın rəmzi açılışını bildirən lenti kəsib və bina ilə tanış olub.
Sonra Prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Bu gün Gəncənin həyatında çox gözəl və əlamətdar bir gündür. Biz Gəncə Dövlət Filarmoniyasının açılışını birlikdə qeyd edirik. Bu münasibətlə sizi və bütün gəncəliləri ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox gözəl, əlamətdar hadisədir. Filarmoniya ən yüksək standartlara uyğun tikilib, həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından ən yüksək standartlara cavab verir. Gəncəyə əlavə yaraşıq verəcək bu filarmoniyanın şəhərin mədəniyyət və incəsənət sahələrinə çox böyük töhfəsi olacaq.
Gəncə qədim mədəniyyət mərkəzidir. Gəncədə bütün dövrlərdə ədəbiyyat, incəsənət, memarlıq sənəti inkişaf etmişdir. Gəncənin bugünkü qədim siması onun zəngin tarixini əks etdirir. Gəncə dahi Nizaminin yurdudur. Azərbaycan xalqının Gəncədə yaşayıb-yaratmış görkəmli nümayəndələri bizim milli sərvətimizdir. Əlbəttə, Gəncə kimi gözəl, qədim şəhərə çox gözəl filarmoniya binası da lazım idi. Gəncəlilər bir neçə il bundan əvvəl bu təkliflə müraciət etdilər və göstəriş verildi ki, filarmoniya tikilsin. Gəncənin demək olar ki, ən gözəl yerlərindən biri seçildi və çox gözəl memarlıq üslubunda filarmoniya tikildi. Burada iki konsert zalı yaradılıbdır. Böyük konsert zalının oturacaqlarının sayı 1200-dür, yəni, çox böyük konsert zalıdır. Filarmoniyanın ümumi sahəsi 40 min kvadratmetrə yaxındır. Onu da qeyd etməliyəm ki, Bakı Filarmoniyası ilə müqayisədə Gəncə Filarmoniyası həm böyükdür, həm daha da əzəmətlidir, möhtəşəmdir, gözəldir. Əlbəttə, belə gözəl binada keçiriləcək tədbirlər, konsertlər, tamaşalar əminəm ki, gəncəlilər üçün çox xoş olacaq.
Gəncə qədim mədəniyyət mərkəzidir və öz qədimliyini saxlamaqla bu gün yeniləşir, gözəlləşir. Mən son illər ərzində Gəncədə dəfələrlə olmuşam. Bu, mənim Prezident kimi Gəncəyə 15-ci səfərimdir. Gəncənin yeniləşməsi ilə bağlı bir çox addımlar atılıbdır. Bu gün həm qədim, həm müasir Gəncə nəinki Azərbaycanın, regionun mərkəzlərindən biridir. Burada infrastrukturla bağlı bir çox layihələr icra edilib. Qazlaşdırma 100 faiz səviyyəsindədir, elektrik enerjisi tam təmin edilir, içməli su layihəsi icra olunur. Bildiyiniz kimi, bu layihə çox böyük vəsait tələb edən layihədir, texniki cəhətdən də o qədər də asan layihə deyil. Bu layihənin icrası üçün əlavə addımlar atılacaq. Əminəm ki, 2019-cu ildə Gəncədə içməli su problemi də tamamilə aradan qaldırılacaq və sakinlər 24 saat təmiz içməli su ilə təmin olunacaqlar.
Yol infrastrukturunun təkmilləşdirilməsi, müasirləşməsi üçün addımlar atılıb, yenə də atılacaq. Bakı-Gəncə avtomagistralı dünyanın ən yüksək standartlarına cavab verir, dördzolaqlı gözəl, hamar, sürətli bir yoldur. Biz gələn ildən başlayaraq Gəncə-Gürcüstan sərhədi avtomobil yolunu da genişləndirəcəyik. Bizim həm digər şəhərlərimizə, həm də sərhədə gedən bu yol indi ikizolaqlıdır, genişləndirildikdən sonra dördzolaqlı olacaq.
İstəyirəm gəncəlilər onu da bilsinlər ki, Bakı-Gəncə sürət qatarının işə salınması ilə bağlı məsələlərin araşdırılması üçün mənim tərəfimdən göstəriş verilmişdir. Bilirsiniz ki, indi Azərbaycan dünyanın ən müasir qatarlarını alır və bu proses davam etdiriləcək. Birinci sürət qatarları Bakı-Sumqayıt, Bakı-Gəncə qatarları olacaqdır. Dəmir yolunun yenidən qurulması prosesi uğurla gedir. Bakı-Böyük Kəsik dəmir yolu indi də təbii ki, tam istismardadır, ancaq o yolun keyfiyyətinin yaxşılaşdırılması nəticəsində qatarların sürəti təqribən 120 kilometrə bərabər olacaq. Beləliklə, Bakıdan Gəncəyə qatarla çox qısa müddət ərzində və çox komfortlu şəkildə gəlmək mümkün olacaqdır. Bütün bu layihələr ona görə icra edilir və ediləcək ki, biz insanlar üçün daha da yaxşı şərait yaradaq, insanlar daha yaxşı yaşasınlar. İnfrastruktur layihələrinin icrası məhz bu məqsədi güdür. Onların bir çoxu həll olunub, qalan məsələləri də həll edəcəyik.
Əvvəlki illərdə də Gəncədə sosial layihələrlə, sənaye layihələri ilə bağlı bir çox gözəl işlər görülübdür. Bu gün mən bir neçə obyektin açılışında və təqdimatında iştirak edəcəyəm. Onlardan biri Dövlət Aqrar Universitetinin yataqxana binasıdır. Bu, ikinci bina olacaq. Birinci binanı da mən açmışam, o, 520 yerlik binadır. Bu binada da 500-dən çox tələbə yaşayacaq. Şəhərdəki 1 saylı məktəb də əsaslı təmir olunub, mən oraya da baxacağam. Böyük ticarət mərkəzləri - “Gəncə Mall”, “Grand Qafqaz” kompleksi açılır. Bu iki böyük ticarət obyektində minlərlə insan işlə təmin olunacaqdır. Gəncədə yeni parklar salınıb. Onların da təqdimatı bu gün nəzərdə tutulubdur. Biz yeni muzeyin açılışını da edəcəyik. İndi Gəncə muzeylər şəhəridir. Gəncə Azərbaycan xalqına o qədər görkəmli şəxsiyyətlər bəxş edib ki, onların hamısının Gəncədə muzeyləri olmalıdır və bu məsələ də öz həllini tapır.
Yadımdadır, əvvəlki illərdə Gəncədə müalicə-diaqnostika mərkəzinin, şəhər xəstəxanasının, “ASAN xidmət” mərkəzinin, Olimpiya-İdman Kompleksinin, sənaye obyektlərinin açılışları olub. Görülən bütün bu işlər Gəncənin həm sənaye, həm iqtisadi, həm mədəni həyatında çox mühüm rol oynayan amillərdir.
Növbəti illərdə biz bu günə qədər həllini tapmayan, ancaq həllini gözləyən məsələləri də həll edəcəyik, ilk növbədə, əlbəttə, iqtisadi inkişafla bağlı məsələləri. Gəncədə yeni müəssisələrin yaradılması nəzərdə tutulur, iş yerlərinin açılması istiqamətində böyük işlər görülür və iki önəmli obyektin də tikintisi nəzərdə tutulur. Mən bu gün sizə onu da bildirmək istəyirəm və gəncəlilər də bilsinlər ki, Gəncə Dram Teatrının tikintisi ilə bağlı göstəriş verilib. Çox güman ki, gələn ildən başlayaraq teatrın tikintisi davam etdiriləcək, lazımi vəsait ayrılacaq və artıq bu teatrın tikintisinin nə vaxt başa çatacağı gəncəlilərdən asılı olacaq. Müasir böyük idman sarayının tikintisi də nəzərdə tutulur. Hələ 2000-ci illərin əvvəllərində Azərbaycanın ilk Olimpiya İdman mərkəzlərindən biri Gəncədə tikilmişdir. Artıq o vaxtdan təqribən 15 il keçir. Sonra bu Olimpiya İdman Mərkəzi əsaslı təmir olundu. Ancaq Gəncə əhalisinin və idmanla məşğul olmaq istəyənlərin sayı artır, uşaqlar idmana böyük maraq göstərirlər. Ona görə yeni müasir idman sarayının tikintisi də nəzərdə tutulur.
Bilirəm ki, gəncəliləri bir məsələ də narahat edir. O da çoxmənzilli binaların təmiri məsələsidir. Şəhərdə 72 belə bina var və bu binaların təmiri də nəzərdə tutulacaqdır.
Beləliklə, bugünkü görüşümüz hesab edirəm ona görə əlamətdardır ki, bu gözəl, möhtəşəm filarmoniyanı biz birlikdə açırıq. Eyni zamanda, Gəncənin gələcək inkişafı ilə, görüləcək işlərlə bağlı sizə və gəncəlilərə bu məlumatı verirəm biləsiniz ki, Gəncə daim diqqət altındadır və şəhərin inkişafı, abadlaşdırılması, gözəlləşdirilməsi məni çox-çox sevindirir. Çünki Gəncə hər bir Azərbaycan vətəndaşı üçün əziz, doğma şəhərdir, bizim qədim mədəniyyət, incəsənət mərkəzimizdir. Son illər Gəncənin abadlaşdırılması istiqamətində çox yaxşı işlər görülür. Mən onu da bildirmək istəyirəm, - 15 səfərimin təcrübəsi müqayisə aparmaq üçün əlbəttə, mənə kifayət qədər imkan verir, - görürəm ki, son illər ərzində Gəncə doğrudan da çox sürətli inkişaf dövrünü yaşayır. Tarixi binalar bərpa olunur, yeni binalar tikilir, xiyabanlar, parklar, yaşıllıqlar salınır. Gəncə şəhərinə giriş indi çox gözəl və möhtəşəmdir, dahi Nizaminin əsərləri göz oxşayır. İndi dünya miqyasında böyüklüyünə görə üçüncü park Gəncədədir. Bu, hamımızı sevindirir. Heydər Əliyev Parkı doğrudan da möhtəşəm bir ictimai istirahət zonasıdır.
Mən bütün bu uğurlar, nailiyyətlər münasibətilə gəncəliləri, şəhər rəhbərliyini təbrik etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Mən bundan sonra da Gəncənin hərtərəfli inkişafı üçün əlimdən gələni edəcəyəm ki, şəhər daha da gözəlləşsin, daha da abadlaşsın. Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm”.
Sonra çıxış edən Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Samir Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev və Gəncə Dövlət Dram Teatrının aktrisası, Xalq artisti Pərvanə Qurbanova göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Daha sonra Prezident İlham Əliyev deyib: “Çox sağ olun. Doğrudan da bu gün çox əlamətdar bir gündür. Bu filarmoniyanın tikintisi, açılışı doğrudan da çox tarixi bir hadisədir. Təkcə ona görə yox ki, belə bir möhtəşəm bina tikilib və gəncəlilərin sərəncamına verilir. Eyni zamanda, ona görə ki, bu binanın, bu möhtəşəm memarlıq abidəsinin tikilməsi dövlətimizin gücünü və siyasətini göstərir, xüsusilə indiki şəraitdə ki, dünyada müəyyən dərəcədə tənəzzül yaşanır, iqtisadi böhran, maliyyə böhranı, xoşagəlməz halların çoxalması. Deyə bilərəm ki, indi bir çox ölkələrdə nəinki filarmoniyalar tikilmir, ümumiyyətlə, inkişafla bağlı perspektivlər də yoxdur. Amma görün, Azərbaycan nə dərəcədə inkişafda olan ölkədir, bizim imkanlarımız nə dərəcədə böyükdür ki, biz hətta o qədər də asan olmayan illərdə də mədəniyyət ocaqlarına bu qədər diqqət göstəririk, bu qədər vəsait ayırırıq. Filarmoniyanın binası başqa cür də ola bilərdi. Daha sadə, daha az xərc tələb edən bina ola bilərdi. Ancaq bizim yanaşmamız ondan ibarətdir ki, Gəncə kimi tarixi şəhərə bu cür gözəl memarlıq abidəsi yaraşır. Ona görə biz bunu da etdik. Həm gəncəlilər sevinir, həm də mən çox sevinirəm. Çünki hər bir adam öz əməyinin nəticəsini görəndə, əlbəttə ki, çox sevinir.
Bu gün ölkəmizdə səhiyyə, təhsil, mədəniyyət, sənaye, infrastruktur inkişaf edir, bütün sahələrdə inkişaf var. Siz də qeyd etdiyiniz kimi, Gəncə bu gün, eyni zamanda, böyük sənaye mərkəzinə çevrilir. Buradakı bir çox zavodlar ölkəmizin qeyri-neft sektorunun inkişafında çox önəmli rol oynayır. Burada minlərlə iş yeri yaradılıb. Gəncə avtomobil zavodunu qeyd etmək kifayətdir ki, biz onun timsalında Azərbaycanda sənaye istehsalının necə inkişaf etdiyini görək. Biz vaxtilə Belarus ilə traktor istehsalı sahəsində müqavilə bağladıq və burada Belarus traktorları, ondan sonra yük maşınları, avtobuslar yığılmağa, istehsal olunmağa başlanmışdır. İndi bu zavod nəhəng bir sənaye mərkəzidir. Gəncə avtomobil zavodu indi digər ölkələrdə sənaye sahələrinin yaradılmasında iştirak edir. Yəni, bu inkişaf buna gətirib çıxarıb ki, həm daxili tələbat təmin edilir, iş yerləri yaradılır, qeyri-neft sektoru inkişaf edir və biz artıq qonşu ölkələrə də öz məhsulumuzla, texnologiyalarımızla çıxırıq.
Burada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi haqqında qeyd olundu. Bu da çox tarixi bir hadisədir. Çünki bu Mərkəzin yaradılması dünya miqyasında bir hadisə oldu. Biz bu Mərkəzi yaradarkən, əlbəttə, görürdük ki, bunun çox böyük gələcəyi var. Ancaq hesab edirəm, bir çoxları təsəvvür etmirdilər ki, bu Mərkəzin dünya miqyasında nə qədər böyük rolu olacaq. Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xətti ilə keçirilən qlobal forumlar dünya miqyasında nadir beynəlxalq tədbirlərdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən artıq beş dəfə Bakı Qlobal Forumu keçirilib. Bu forumlarda həm onlarla fəaliyyətdə olan, həm də keçmiş dövlət və hökumət başçıları iştirak edirlər. Hər il bu Forum keçirilir və Forumun işində mən də iştirak edirəm. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini ən azı ildə bir dəfə qəbul edirəm. Həmişə onlara tövsiyə edirəm ki, mütləq Gəncəyə də gedin. Onlar dəfələrlə burada olublar və Gəncə haqqında onların təəssüratları çox müsbətdir.
Biz Gəncənin timsalında ölkəmizin ümumi inkişafını görürük. Sənaye istehsalı, iş yerlərinin, insanlar üçün şəraitin yaradılması, humanitar sahədəki fəaliyyətimiz - bütün bunlar hərtərəfli inkişaf deməkdir. Bu gün Azərbaycan cəmiyyəti bu inkişafdan bəhrələnir. Bu gün ölkəmizdə sabitlik, inkişaf təmin olunur. Biz bir çox önəmli layihələrə imza atdıq. Təkcə bu ilin hadisələrini sadalamaq kifayətdir ki, bizim energetika, nəqliyyat, dəmir yolu, idman sahələrində nə qədər uğurlarımız var. Bu il İslam Həmrəyliyi Oyunlarının keçirilməsi böyük hadisədir. Bu Oyunlarda əllidən çox ölkədən üç mindən artıq idmançı iştirak edirdi. Dördüncü İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə keçirmişik və idmançılarımız da bizi sevindiriblər, birinci yerə layiq görülüblər. Biz müsəlman aləmində birinci, Avropada ikinciyik.
Gəncədən keçəcək Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı tarixi hadisədir. Biz bu tarixi layihəni qonşu ölkələrlə birlikdə reallaşdırdıq.
Energetika sahəsində. “Azəri-Çıraq-Günəşli” yatağının istismar müddətinin uzadılması ölkəmizə on milyardlarla dollar əlavə sərmayə gətirəcək. Bütün bunlar ölkəmizin xeyrinə işləyir. Həm iqtisadiyyatımız, həm də siyasi gücümüz artır. Bütün uğurlarımızın təməlində Azərbaycan xalqının zəhməti dayanır. Bu gün hər bir yerdə inkişaf göz qabağındadır. Həm Bakıda, həm Gəncədə, həm də bütün bölgələrdə, bütün şəhərlərdə vətəndaşlar çox böyük həvəslə quruculuq işlərində iştirak edirlər.
Gəncə Dövlət Aqrar Universitetinin də indi çox böyük funksiyaları, çox böyük əhəmiyyəti var. İndi kənd təsərrüfatı ölkəmizdə çox böyük sürətlə inkişaf edir. Kənd təsərrüfatı məhsullarının ixracı təqribən 40 faiz artıbdır. Ona görə yataqxanaların tikintisi o məqsədi güdür ki, qonşu bölgələrdən gələn tələbələr orada rahat qala bilsinlər. Bilirəm ki, avadanlıqla, texnika ilə təmin olunursunuz ki, orada oxuyan uşaqlar artıq bu texnikaya öyrəşsinlər.
Ölkəmizin çox böyük potensialı var - ilk növbədə, insan kapitalı. Biz vəsaiti əsasən insan kapitalına yönəltmişik. Əlbəttə ki, iqtisadiyyatımızın dayağı olan enerji sektorunu, qeyri-neft sektorunu, kənd təsərrüfatını, sənaye istehsalını da inkişaf etdiririk. Ona görə, bu gün dünya xəritəsinə baxanda, - əlbəttə, mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm, - istər-istəməz görürük ki, doğrudan da Azərbaycan uğurlu, sürətli, dayanıqlı inkişaf nümunəsi göstərir. Bu, bizi çox sevindirir. Biz bu ili də yaxşı göstəricilərlə başa vuracağıq. Gələn il daha da uğurlu olacaqdır. Mən bu yaxınlarda qeyd etdim ki, bizim heç bir maliyyə problemimiz yoxdur. Əgər olsaydı biz sosial layihələrə bu qədər vəsait yönəldə bilməzdik. Ona görə, bir daha demək istəyirəm ki, Dram Teatrının və İdman Sarayının, o cümlədən çoxmənzilli 72 binanın təmiri və tikintisi ilə bağlı vəsait qıtlığı olmayacaq. Sadəcə olaraq, siz burada işləri elə qurun ki, bu məsələlər tezliklə öz həllini tapsın və biz sizinlə növbəti açılışlarda görüşək. Sağ olun”.
Sonda xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “Majestic Palace” otelinin tikintisi və “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub, daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin açılışında iştirak edib.
Dövlətimizin başçısı Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında da iştirak edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə “Grand Qafqaz” Ticarət Kompleksi barədə məlumat verib.
Prezident İlham Əliyev həmin gün Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin, görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının və 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasının açılışlarında da iştirak edib.

 
  • Oxunub:  8010  |  
  • Tarix:  11-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yeni Azərbaycan Partiyasında müşavirə keçirilib

18:12
19 İyul
İtaliya Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırıb
17:57
19 İyul
Tbilisidə “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V Beynəlxalq Konfransı keçiriləcək
17:45
19 İyul
Şəki taxılçıları indiyədək zəmilərdən 200 min tondan çox məhsul toplayıblar
17:44
19 İyul
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov: 22 iyul milli mətbuatın yaranması - milli oyanış və tərəqqiyə doğru atılan ilk addımdır
17:25
19 İyul
Tahir Rzayev: Bu ilin birinci rübündə əldə olunan nailiyyətlər ölkəmizi daha böyük uğurlara istiqamətləndirir
17:11
19 İyul
Naxçıvanda vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi təmin olunub
17:08
19 İyul
Vüsal Hüseynov: Dövlət Miqrasiya Xidməti qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq
17:02
19 İyul
Stolüstü tennisçilərimiz Avropa çempionatının finalına yüksəliblər
17:00
19 İyul
Bu gün üç Azərbaycan klubu UEFA Avropa Liqasında cavab oyununu keçirəcək
16:52
19 İyul
Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib
16:35
19 İyul
Dövlət Komitəsi Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün infotur təşkil edib
16:30
19 İyul
“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi davam etdirilir
16:28
19 İyul
Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
16:22
19 İyul
Eldar İbrahimov: Azərbaycan demokratik dəyərlərə sadiq dövlətdir
16:17
19 İyul
Musa Quliyev: Azərbaycanın qazandığı nailiyyətlərin əsasında duran mühüm amillərdən biri möhkəm ictimai-siyasi sabitlikdir
16:13
19 İyul
Prezident Sercio Mattarella: Azərbaycan İtaliyanın neft üzrə birinci təchizatçısıdır
15:57
19 İyul
Prezident İlham Əliyev: Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq
15:46
19 İyul
Samir Vəliyev: TAP üzrə işlər qrafikə uyğun davam edir və nəzərdə tutulan vaxtda başa çatacaq
15:40
19 İyul
Mikele Ceraçi: İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir
15:26
19 İyul
Azərbaycanın Baş naziri Novruz Məmmədov və İtaliya Prezidenti Sercio Mattarella birgə işçi nahar ediblər
15:18
19 İyul
Nardaran Bilik Evi yerli gəncləri ziyalılarla bir araya gətirir
15:16
19 İyul
Vüsal Hüseynov: Əcnəbilərin əmək vizalarını “ASAN Viza” ilə almaları təmin edilib
15:13
19 İyul
Vəkillər Kollegiyası üzvlərinin sayı 1500-ü ötüb
15:09
19 İyul
İtaliya Prezidenti Sercio Mattarella Xalça Muzeyi ilə tanış olub
14:58
19 İyul
İordaniya Şahzadəsi Cocuq Mərcanlıya səfər edib
14:53
19 İyul
Qubada keçirilən humanitar aksiyada 200-dən çox donor könüllü qan verib
14:47
19 İyul
143 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
14:41
19 İyul
Heydər Əliyev Mərkəzində Şah İsmayıl Xətaiyə həsr edilmiş sərgi açılıb
14:38
19 İyul
“Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni İtaliyanın ən ali dövlət mükafatıdır
14:23
19 İyul
Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərin 44 faizinin icrası tamamlanıb
14:19
19 İyul
Daşkəsənin kəndlərində modul tipli məktəblərin quraşdırılmasına başlanılıb
14:02
19 İyul
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi İmişlidə vətəndaşları qəbul edib
12:49
19 İyul
“Kodeks Alimentarius”un cari sessiyasında ölkəmizi Qida Təhlükəsizliyi Agentliyi təmsil edib
12:22
19 İyul
DMX rəisi: Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında artım qeydə alınıb
12:07
19 İyul
Hikmət Babaoğluna beynəlxalq “Türk Dünyasına hizmət Onur Medalı” təqdim olundu
11:48
19 İyul
Vüsal Hüseynov: Ölkəmizə gələn əcnəbilərin sayında 10 faizdən çox artım var
11:24
19 İyul
Qida Təhlükəsizliyi Agentliyindən ixracatçı sahibkarlara peşəkar dəstək
11:14
19 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 90 dəfə pozub
11:09
19 İyul
Ağdaşda cari mövsümdə 33 min 926 ton taxıl istehsal olunub
10:57
19 İyul
Kiyevin mərkəzində Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub
10:40
19 İyul
Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib
10:24
19 İyul
Dövlət İmtahan Mərkəzi abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradıb
09:58
19 İyul
Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının cədvəli təsdiq olunub
09:52
19 İyul
İtaliya Prezidenti Sercio Mattarella Şəhidlər xiyabanını ziyarət edib
17:59
18 İyul
Yeni Azərbaycan Partiyasında müşavirə keçirilib
17:53
18 İyul
AQTA qanunsuz heyvan kəsimi fəaliyyətləri dayandırmaq üçün reydlərə başlayıb
17:52
18 İyul
IDEA İctimai Birliyinin nümayəndəsi: Düşərgə iştirakçılarının günləri olduqca maraqlı və səmərəli keçəcək
17:45
18 İyul
Vüqar Rəhimzadə: Prezident İlham Əliyev mətbuatın inkişafını xüsusi diqqət mərkəzində saxlayır
17:37
18 İyul
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək
17:20
18 İyul
Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
17:15
18 İyul
Azərbaycan indiyədək İtaliyaya 140 milyon dollar dəyərində investisiya yatırıb
17:12
18 İyul
Əflatun Amaşov: “İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir”
17:03
18 İyul
Azərbaycanda Beynəlxalq Media Forumu keçiriləcək
16:32
18 İyul
Azərbaycanda yüzə yaxın İtaliya şirkəti fəaliyyət göstərir
16:25
18 İyul
Qaxda “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil edilib
16:11
18 İyul
İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahanı izləyiblər
15:30
18 İyul
Beynəlxalq forumun iştirakçıları Azərbaycanda mühəndis kadrların yetişdirilməsi barədə məlumatlandırılıb
15:28
18 İyul
Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə media-tur təşkil olunub
15:02
18 İyul
Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub
14:57
18 İyul
Prezident Sercio Mattarella: İtaliya həmişə Azərbaycanın yanında olacaq
14:54
18 İyul
I və IV qruplar üzrə keçirilən qəbul imtahanı yekunlaşıb
14:50
18 İyul
Mərkəzi Elmi Kitabxana Milli Mətbuat Günü ilə bağlı media qurumlarını və jurnalistləri mükafatlandırıb
14:46
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir
14:39
18 İyul
Deputat Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri seçilib
14:32
18 İyul
İtaliya Prezidenti: Cənub Qaz Dəhlizi və Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir
14:24
18 İyul
Sercio Mattarella: İtaliya ATƏT-ə sədrlik çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək
14:08
18 İyul
Prezident Sercio Mattarella: İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir
14:05
18 İyul
DSX rəisi sərhəd pozucuları ilə atışmada yaralanan hərbçini təltif edib
14:03
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır
13:59
18 İyul
Prezident İlham Əliyev: Əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+23 +25