Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyətini qəbul edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib: “Azərbaycan növbəti böyük uğura imza atıb. Bu dəfə idmanın şahmat növündə, intellektual idman növündə qazanılmış qələbə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan komandası Avropa çempionatında birinci yer tutub və çempion olub. Bu möhtəşəm qələbə münasibətilə şahmatçıları, məşqçiləri, federasiyanı ürəkdən təbrik edirəm.
Bu, bütün Azərbaycan xalqını sevindirən qələbədir. Şadam ki, bu, artıq birinci qələbə deyil, bu, üçüncü qələbədir. Yəni, üç dəfə Azərbaycan şahmatçıları Avropada birinci yeri tutublar. Bu, onu göstərir ki, budəfəki qələbə də təsadüfi qələbə deyil, bu, təbii qələbədir. Bu qələbə Azərbaycan xalqının istedadına, intellektinə əsaslanan qələbədir.
Gərgin mübarizədə bizim şahmatçılarımız Azərbaycan xalqının intellektual potensialını bütün Avropaya və eyni zamanda, dünyaya bir daha nümayiş etdirdilər. Mən sizi dəvət etdim ki, bu qələbə münasibətilə sizi şəxsən təbrik edim. Bilirəm ki, siz bu gecə Bakıya böyük qələbə ilə, kuboklarla qayıtmısınız və bütün Azərbaycan xalqını sevindirmisiniz.
Şahmatın Azərbaycanda inkişafı çox sürətlə gedir. Bilirsiniz ki, bölgələrdə müasir şahmat məktəbləri, şahmat evləri yaradılır. Biz vaxtilə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənəni bərpa etmişik. O vaxt - 1970-1980-ci illərdə, demək olar ki, bütün bölgələrimizdə müasir şahmat məktəbləri açılmışdır. Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində onların bir çoxu bağlanmış, yaxud da ki, təyinatı dəyişilmişdir, özəlləşdirməyə açılmışdır. İndi onların bir çoxunda digər obyektlər yerləşir. Biz isə bütün bölgələrdə yeni şahmat evlərinin, məktəblərinin tikintisi ilə bağlı çox ardıcıl iş aparırıq. Bölgələrdə yerləşən şahmat evlərinin bir çoxunun açılışında mən şəxsən iştirak etmişəm. Əlbəttə ki, Bakıda böyük şahmat mərkəzinin yaradılması gündəlikdə duran vacib məsələlərdən biridir. Əminəm ki, biz yaxın gələcəkdə bunu da edəcəyik.
Eyni zamanda, Azərbaycanda beynəlxalq yarışlar mütəmadi qaydada keçirilir. Vüqar Həşimovun adını daşıyan beynəlxalq turnir artıq dünya miqyasında çox mötəbər bir yarış kimi qiymətləndirilir. Əlbəttə ki, dünyanın aparıcı şahmatçılarının bu turnirdə iştirakı bunun səviyyəsini göstərir. Biz hamımızın iştirak etdiyimiz Ümumdünya Şahmat Olimpiadasını da xatırlayırıq. Bu da çox möhtəşəm idman yarışı idi. Demək olar, Yay Olimpiya Oyunlarından sonra ölkələrin sayına görə bəlkə də ikinci bir tədbir idi ki, yüksək səviyyədə keçirilmişdir. Azərbaycanda belə bir tədbirin keçirilməsi əlbəttə ki, bizim şahmat sahəsində əldə etdiyimiz uğurların təzahürüdür.
Bu dəfə isə Azərbaycan komandası bir daha bizi sevindirdi. Komandamızın iştirakçıları, onların hamısı gənclərdir, gənc nəsildir, müstəqillik dövründə yetişmiş şahmatçılardır. Bu qələbə doğrudan da həm müstəqilliyimizin uğurlu inkişafını və həm də ölkəmizin intellektual səviyyəsini göstərir. Azərbaycan Olimpiya Oyunlarında, Avropa və İslam Həmrəyliyi Oyunlarında artıq dünyada sübut edib ki, böyük idman dövlətidir. Biz Bakıda keçirilmiş Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldük. Yay Olimpiya Oyunlarında isə medalların sayına görə biz dünya miqyasında 14-cü yerdəyik. Bu, tarixi nailiyyətdir, tarixi qələbədir. Bu qələbə - şahmat sahəsində əldə edilmiş qələbə onu göstərir ki, xalqımızın, eyni zamanda, çox güclü intellektual potensialı var. Bu, əlbəttə ki, ölkəmizi və xalqımızı fərqləndirən amillərdən biridir. Həm döyüş idman növlərində, eyni zamanda, komanda idman növlərində də uğurlarımız var. İntellektual idman növündə - şahmatda bu qələbə doğrudan da bizim hamımızı çox sevindirir.
Mən xarici mətbuatı da izləmişəm. Bilirəm ki, bu qələbə xarici mətbuatda çox geniş işıqlandırılmışdır. Avropa qitəsində şahmat sahəsində birinci olmaq, özü də üçüncü dəfə birinci olmaq doğrudan da böyük tarixi qələbədir.
Mən sizi dəvət etdim ki, şəxsən sizi təbrik edim. Əvvəlki illərdə bizim görüşlərimiz çox olmuşdur. Siz bu binada dəfələrlə olmusunuz. Sizin Ulu öndərlə şəkliniz bütün bölgələrdə şahmat evlərinin divarında asılıbdır və bu, gənc uşaqlar üçün də bir nümunədir. Mən də bölgələrdə o şahmat məktəblərinin açılışında uşaqlarla görüş əsnasında həmişə deyirəm ki, siz də bizim tanınmış şahmatçılar kimi olmalısınız, dünya miqyasında qələbə qazanmalısınız, xalqımızı sevindirməlisiniz və Azərbaycanı təbliğ etməlisiniz. Sizin indiki qələbəniz də əminəm ki, şahmatın Azərbaycanda populyarlaşmasında öz müsbət rolunu oynayacaq, şahmat bölmələrinə axın daha da güclənəcək.
Bu, sizin ümumi qələbənizdir. Sizi təbrik edirəm, sizə yeni uğurlar və qələbələr arzulayıram”.
* * *
Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti, beynəlxalq hakim Faiq Həsənov çıxış edərək deyib: “Möhtərəm cənab Prezident, ilk növbədə, mən Sizə komanda adından minnətdarlığımı bildirirəm ki, vaxt edib qəbul edirsiniz. Biz Sizinlə üçüncü dəfə görüşürük. Bugünkü görüş çox xoş görüşdür, sevinc görüşüdür. Mən başqa bir cəhətdən Sizə bir daha minnətdarlığımı bildirirəm. Sizə “Sağ olun” demək istəyirəm ki, biz orada olarkən respublikanın bütün ictimai həyatı ilə təmasda idik, baxırdıq ki, ölkəmizdə nə keçirilir. Əsrin layihəsini - Bakı-Tbilisi-Qars dəmir yolunu Siz açdınız, izləyirdik. Bu münasibətlə mən Sizi təbrik etmək istəyirəm. Bu, xalqımız üçün tarixi bir hadisədir. Ona görə ki, dəmir İpək Yolunun açılması, əlbəttə, Azərbaycanı Avropaya bağlayır. Gələcəkdə biz də həmin yolun sərnişin qatarından istifadə edəcəyik. Həm də belə bir təklif oldu, uşaqlar təklif etdilər ki, ilk sərnişin qatarı hərəkətə başlayanda biz dünyanın güclü şahmatçılarını çağıraq və bu qatarda bir turnir təşkil edək və bu, bir hadisə olsun. Bu turniri ən güclü şahmatçılarla, bizim Türkiyə və Gürcüstan şahmatçıları ilə bir yerdə keçirək.
Bu il bizim komanda, əlbəttə, çox güclü idi. Bizim hamımızın məqsədi yalnız o idi ki, birinci yerə çıxaq. Mən bir məqamı da Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, biz orada “Qarabağ”ın Madriddə “Atletiko” ilə oyununa kompüter vasitəsilə baxırdıq. Bizim şahmatçıların hamısı futbol həvəskarıdır. Hər şahmatçının sevimli komandası var. Amma “Qarabağ” oynayanda, aydın məsələdir, hamımız “Qarabağ”a baxır və azarkeşlik edirdik. “Qarabağ” oyunu gözəl nəticə ilə başa çatdırandan sonra ertəsi gün biz Ermənistan komandası ilə oynayırdıq. Belə ruh yüksəkliyindən sonra hamı dedi ki, “Qarabağ” belə oynayıbsa, Ermənistanla oyunda bizim ayrı yolumuz yoxdur. Biz gərək yalnız qələbə çalaq. Bu, doğrudan da belə oldu. Bundan sonra uşaqlar özləri də dedilər ki, artıq biz qızıl medala yol açdıq”.
Faiq Həsənov bildirib ki, bu qələbədə bütün qrossmeysterlərimizin böyük rolu var. O vurğulayıb ki, Azərbaycan komandasının üzvləri Beynəlxalq Şahmat Federasiyasının reytinq siyahısında 2700 və daha çox əmsalı olan şahmatçılar sırasındadırlar. Faiq Həsənov qeyd edib ki, şahmatçılarımız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının il ərzində ən güclü şahmatçılar arasında keçirdiyi Qran-Pri turnirində ilk üçlüyə düşüblər və onların mükafat qazanmaq imkanları çox yüksəkdir. 2017-ci ildə şahmat yarışlarında əldə edilən qələbələrdən danışan federasiyanın vitse-prezidenti bildirib ki, gənc şahmatçılarımız bu il keçirilən Avropa çempionatında iki qızıl, iki gümüş, bir bürünc medal qazanaraq komanda hesabında ikinci olublar. Bundan başqa, SOCAR-ın klubu olan “Odlar Yurdu” da bu il Avropa çempionatının mükafatçılarındandır.
İdmançılara, o cümlədən şahmatçılara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirən Faiq Həsənov son illərdə respublikamızın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da idmanın bu növünün inkişaf etdiyini vurğulayıb. O, Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə keçirilməsinin bütün dünyada böyük məmnunluqla qarşılandığını deyib.
* * *
Milli komandanın üzvü Şəhriyar Məmmədyarov çıxış edərək deyib: “Cənab Prezident, diqqətinizə görə çox sağ olun.
Biz burada əyləşəndə xatırlayır və deyirik ki, hələ yeniyetmə olanda bizim əldə etdiyimiz nəticələrə Siz həmişə diqqət göstərmisiniz. Bəlkə də, başqa ölkələrdə bu cür nəticələrə heç kim diqqət yetirməzdi. Amma Siz hər zaman diqqət göstərmisiniz. Hələ o vaxt inanırdınız ki, biz bu gün Avropanın ən güclüsü və ən yaxşısı olacağıq.
Biz birinci dəfə Avropa çempionu olanda və ölkəmizə qayıdanda komanda yoldaşlarımız özlərini elə göstərirdilər ki, guya bu, bizim üçün normal nəticədir. Həqiqətdə isə biz o nəticəni çox çətinliklə qazanmışdıq. Amma bu gün komanda gedib Avropa çempionu olanda elə bil hamı öyrəşib, elə bil hamı başa düşür ki, Avropanın ən güclü, ən yaxşı komandası gəlir.
Bu gün Azərbaycan şahmatı yəqin ki, tarixinin ən parlaq anlarını yaşayır. Bu gün Azərbaycanda 2700-dən yuxarı əmsalı olan dörd şahmatçı var. Bu gün artıq dünyanın üçlüyündə olmaq, - dünyanın üçlüyünə gəlib çıxmışıq, - dünyanın birinci nömrəli şahmatçısı olmaq da mümkündür, bu, çox yaxındır. Dünya çempionluğu uğrunda mübarizədə birinci olmaq, tacı Azərbaycana qaytarmaq - bunlar hamısı artıq sadəcə söz deyil, bu, artıq bir reallıqdır, çox yaxındır.
Bunların hamısının, əlbəttə, bir səbəbi var - diqqət və qayğı. Yəni, biz Sizin diqqətinizi hər zaman hiss edirik. Bakıda keçirilən Olimpiadalara, ümumiyyətlə, hər il Azərbaycanda keçirilən turnirlərə göstərilən ən böyük dəstəyə, diqqətə və qayğıya görə şahmatçılarımız adından, həmçinin Qran-Pri yarışına görə bu görüşə gələ bilməyən Teymur Rəcəbovun, Arkadi Naydiçin adından Sizə dərin təşəkkürümüzü bildirirəm. Biz bir komandayıq, məğlub olanda hamımız məğlub oluruq, heç bir oyunçunu ayırmırıq. Biz bir dost komanda kimi hər yerdə göstərmişik ki, Azərbaycan həm dostluğu, həm uğur qazanmağı bacaran, zəkalı insanları olan intellektlər diyarıdır.
Bizim üçün yaradılan şəraitə görə çox sağ olun. Bizə göstərdiyiniz diqqət və qayğıya - 20 il bundan əvvəl başlayan diqqət və qayğınıza görə bu gün Sizə səmimi qəlbdən “Çox sağ olun” deyirik. Təşəkkür edirik, cənab Prezident”.
Prezident İlham Əliyev: “Çox sağ olun. Bir daha sizi təbrik edirəm. Bir daha qeyd etmək istəyirəm ki, bu, böyük qələbədir. Bu qələbə Azərbaycan intellektinin, Azərbaycan zəkasının təntənəsidir. Bu qələbəni, qələbə sevincini Azərbaycan xalqına siz bəxş etmisiniz. Sizə yeni uğurlar və yeni qələbələr arzulayıram. Sağ olun”.
* * *
Sonra şahmat üzrə komandamızın indiyədək Avropa çempionatlarında qazandığı kuboklar dövlətimizin başçısına təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  1950  |  
  • Tarix:  09-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Aparılan islahatlar və müvafiq Dövlət proqramları Azərbaycanın dayanıqlı inkişafını təmin edir

20:04
22 Noyabr
Bahar Muradova: İnsan kapitalının inkişafı onun müxtəlif sahələrdə hüquqlarının qorunmasının təmin olunmasını tələb edir
19:59
22 Noyabr
Eldar İbrahimov: Ölkəmizdə büdcə vəsaitləri hökumətin çox düzgün müəyyən etdiyi prioritet istiqamətlərə xərclənir
19:47
22 Noyabr
YAP Ağstafa rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına start verib
19:35
22 Noyabr
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin beşinci görüşündə iştirak edib
17:51
22 Noyabr
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 487 milyon manat ayrılacaq
17:44
22 Noyabr
Azərbaycan və Latviya arasında regional əlaqələr inkişaf edir
17:40
22 Noyabr
Ziyafət Əsgərov: “Bakı-Astara dəmir yolunun Astara və Lənkərandan keçən hissəsi təcili köçürülməlidir”
17:19
22 Noyabr
Akademik Vasim Məmmədəliyev İslam dəyərlərinin düzgün yozulmasında böyük xidmətlər göstərib
17:11
22 Noyabr
Əbülfəs Qarayev Yevlaxda vətəndaşları qəbul edəcək
17:06
22 Noyabr
XİN: Ermənistan tərəfi reallığı anlamalı və “dəvəquşu siyasəti”nə son qoymalıdır
16:52
22 Noyabr
Yüksək Səviyyəli Afina Toplantısının birinci panel sessiyası miqrasiya probleminə həsr olunub
16:25
22 Noyabr
Oleq Medunitsa: Brüssel forumunda terrorizmin və separatizmin dünya üçün təhlükəyə çevrilməsi barədə ciddi mesajlar verildi
16:23
22 Noyabr
Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölməsinin yeni yaşayış kompleksinin açılışı olub
16:07
22 Noyabr
UNICEF-in regional direktoruna Azərbaycanda gənclər sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib
16:05
22 Noyabr
Brüsseldə keçirilən Beynəlxalq Forum separatizmin çox ciddi təhlükə olduğuna bir daha aydınlıq gətirdi
15:51
22 Noyabr
Bahar Muradova: Ölkədə ümumi vəziyyət yaxşıdır və inkişaf tendensiyası var
15:30
22 Noyabr
ADU-da “Folklor və ədəbi abidələr Heydər Əliyevin azərbaycançılıq konsepsiyası kontekstində” mövzusunda dəyirmi masa keçirilib
15:25
22 Noyabr
Prezident Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ məsələsi bizim də problemimizdir
15:07
22 Noyabr
“Avro–Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII Yüksək Səviyyəli Afina Toplantısı sessiyalarla davam edir
14:53
22 Noyabr
Ölkəmiz ISESCO-ya üzv ölkələrin Mədəniyyət Nazirlərinin 10-cu konfransında təmsil olunur
14:50
22 Noyabr
Azərbaycan Qılıncoynatma Federasiyası üzvlərinin ümumi yığıncağı və İcraiyyə Komitəsinin iclası keçirilib
14:35
22 Noyabr
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili: Gürcüstan etibarlı müttəfiqi Azərbaycanla dostluğu və səmərəli əməkdaşlığı yüksək qiymətləndirir
14:31
22 Noyabr
Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Azərbaycana gələcək
14:15
22 Noyabr
Özbəkistanın review.uz portalı Azərbaycanın turizm sənayesindən yazıb
14:10
22 Noyabr
Əli Həsənov: Yüksək Səviyyəli Afina Toplantısı müasir dünyanı narahat edən çox aktual mövzuya həsr olunub
14:08
22 Noyabr
BDU-da akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunan elmi konfrans keçirilir
13:53
22 Noyabr
UEFA Çempionlar Liqası: “Qarabağ” Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edəcək
12:55
22 Noyabr
TANAP və “Şahdəniz-2” 2018-ci ildə Azərbaycanın iqtisadi artımına təkan verəcək
12:53
22 Noyabr
Azərbaycan COMCEC-in İstanbulda keçirilən iclasında rəsmi heyətlə təmsil olunur
12:39
22 Noyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in regional direktoru ilə görüş olub
12:33
22 Noyabr
Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam etdirilir
12:30
22 Noyabr
Bakı Ali Neft Məktəbində beynəlxalq təlim proqramı uğurla davam edir
12:27
22 Noyabr
“The Washington Times” qəzetində Xankəndindəki qanunsuz rejimə yardım göstərilməsi barədə məqalə dərc edilib
12:24
22 Noyabr
Sahibə Qafarova: Gələn ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi inkişafını real ifadə edir
12:20
22 Noyabr
Bakıda FIFA İcraedici Futbol Sammiti keçirilib
12:18
22 Noyabr
Afinada “Avropa İttifaqı – Aralıq dənizi hövzəsi ölkələri tərəfdaşlığının humanitar çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilir
12:14
22 Noyabr
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
12:00
22 Noyabr
Azərbaycan elmi qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib
11:57
22 Noyabr
Hikmət Babaoğlu: Brüsseldə keçirilən beynəlxalq forum separatizmin və terrorizmin çox təhlükəli olduğunu aktuallaşdırdı
11:52
22 Noyabr
Bakıda gənclər arasında tolerantlığın təbliği mövzusunda beynəlxalq konfrans keçirilib
11:27
22 Noyabr
Hikmət Hacıyev: Terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan həm də nasizmin təbliğini dövlət siyasətinə çevirib
11:20
22 Noyabr
BƏƏ Rəqəmsal Ticarət Qovşağına qoşulmaqla Yaxın Şərqdə rəqəmsal geriliyin aradan qaldırılmasında iştirak edə bilər
10:55
22 Noyabr
Sürixdə Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olması ilə bağlı təqdimat keçirilib
10:53
22 Noyabr
Çen Qopinq: Azərbaycan İpək Yolunun vacib iştirakçılarından biridir
10:52
22 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri minaatanlardan da istifadə edərək atəşkəs rejimini 138 dəfə pozub
10:01
22 Noyabr
Leyla Əliyeva UNİCEF-in regional direktoru ilə görüşüb
17:51
21 Noyabr
Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran əsas vəzifələrin uğurla yerinə yetirilməsində aparıcı qüvvə olub
17:42
21 Noyabr
Deputat: “Dövlət autizm xəstəliyinə düçar olmuş uşaqların müalicəsinə ciddi dəstək verməlidir”
17:27
21 Noyabr
Gələn il informasiya və rabitə sektorunda 5,1 faiz artım gözlənilir
17:21
21 Noyabr
Azərbaycanın müdafiə naziri BƏƏ generalı ilə görüşüb
16:25
21 Noyabr
İqtisadiyyat naziri: Tədiyə balansının cari hesabı 1,4 milyard ABŞ dolları həcmində proqnozlaşdırılır
16:20
21 Noyabr
Çexiya arxivlərində Azərbaycanla bağlı sənədlərin nüsxələri əldə olunu
16:18
21 Noyabr
YAP-ın ümumxalq partiyasına çevrilməsi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu uğurlu siyasətə əsaslanır
16:11
21 Noyabr
Sankt-Peterburqda Avrasiyanın gənc jurnalistlərinin “Mədəniyyətlərarası dialoq” media-forumu işə başlayıb
15:58
21 Noyabr
Azərbaycan və Koreya Respublikası arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
15:50
21 Noyabr
Hikmət Babaoğlu: Yeni Azərbaycan Partiyası bundan sonrakı mərhələdə də Azərbaycanın inkişafında öz sözünü deyəcək
15:43
21 Noyabr
Azərbaycan İstanbulda keçirilən Asiya Parlament Assambleyasının plenar sessiyasında təmsil olunur
15:04
21 Noyabr
Qurban Qurbanov: Sabah rəqib komandaya qarşı layiqli oyun göstərməyə çalışacağıq
14:57
21 Noyabr
Azərbaycanla Moldova arasında ticarət dövriyyəsi 4 milyon 286,37 min dollar təşkil edib
14:33
21 Noyabr
Elman Rüstəmov: Mərkəzi Bank gələn il də konservativ monetar siyasət yürüdəcək
14:23
21 Noyabr
Leyla Əliyeva "Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə" sərgisinin açılışında iştirak edir
14:15
21 Noyabr
Gələn il aqrar sektorda 6,2 faiz artım gözlənilir
14:07
21 Noyabr
Azərbaycanın energetika naziri Qaz İxrac edən Ölkələr Forumunun IV sammitində iştirak edəcək
14:01
21 Noyabr
Nazir: Gələn ilin dövlət büdcəsi layihəsi hazırlanarkən 2018-2021-ci illərin qlobal iqtisadi prosesləri nəzərə alınıb
13:54
21 Noyabr
Ziyad Səmədzadə: Dövlət büdcəsində neftin qiymətinin 45 dollardan götürülməsi hədəflərə nail olmağa imkan verəcək
13:52
21 Noyabr
Samir Şərifov: 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat həcmində proqnozlaşdırılır
13:23
21 Noyabr
Oqtay Əsədov: Təqdim edilmiş büdcə zərfinin sənədləri göstərir ki, gələn il üçün də real iqtisadi artım proqnozlaşdırılır
12:49
21 Noyabr
Eldar İbrahimov: YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır
12:10
21 Noyabr
Yol Xəritəsində nəzərdə tutulan islahatların tətbiqi uğurla həyata keçirilir
12:09
21 Noyabr
Milli Məclisdə 2018-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA