Ana səhifə »  Gündəm »  “Yevronyus” telekanalı Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə bağlı reportaj yayımlayıb
A+   Yenilə  A-
“Yevronyus” telekanalı Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə bağlı reportaj yayımlayıb

Telekanalın müxbiri Azərbaycan və Türkiyə prezidentlərindən, Gürcüstanın Baş nazirindən müsahibə alıb
Noyabrın 2-də “Yevronyus” telekanalının “Fokus” verilişində Bakı-Tbilisi-Qars dəmir yolunun açılışına həsr olunan reportaj yayımlanıb. Telekanalın müxbiri Azərbaycan Prezidenti İlham Əliyevdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan və Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilidən müsahibə alıb.
AZƏRTAC reportajın mətnini və müsahibəni təqdim edir.
“Yevronyus”un müxbiri: Azərbaycan, Türkiyə prezidentləri, Gürcüstan, Qazaxıstan və Özbəkistanın Baş nazirləri Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini yekunlaşdırdılar. Onun təntənəli açılışı oktyabrın 30-da baş tutdu. 846 kilometr nəqliyyat yolları. Bu, qədim İpək Yolunun ən uzun sahəsidir. Yolun tikintisi praktiki olaraq 4 milyard dollara başa gəldi. Proqnozlara əsasən, 2034-cü ilədək bu relslərlə ildə 17 milyon tonadək yük daşınacaq.
Azərbaycan Prezidenti İlham Əliyev: Asiyadan Avropaya və Avropadan Asiyaya bundan qısa yol yoxdur. Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu iqtisadi cəhətdən də çox cəlbedici etməkdir. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: Şübhəsiz ki, sərnişin daşınmasının strateji və sosial-iqtisadi mənası var.
“Yevronyus”un müxbiri: Sərnişin qatarları ildə 3 milyonadək insanı daşıya bilər. Onlar Azərbaycan, Gürcüstan və Türkiyə arasında 2018-ci ildə hərəkətə başlayacaq. Perspektivdə turizmin güclü inkişafı gözlənilir. Bundan başqa, Avropa və Asiya daha yaxın olacaq və qarşılıqlı fəaliyyət üçün daha çox imkanlar yaranacaq.
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili: Layihə təkcə ölkələrin iqtisadiyyatını deyil, bu ölkələrin xalqlarını birləşdirir. İnteqrasiya, əməkdaşlıq nə qədər sıx olarsa, regionda və onun hüdudlarından kənarda iqtisadi, ticari artım, təhlükəsizlik o qədər çox olar.
“Yevronyus”un müxbiri: Tarixi an - ilk yük qatarı Bakının Ələt limanını tərk edərək artıq Türkiyəyə yol alır. Bu vaqonlarda 3200 ton taxıl var. İndi digər müştərilərlə danışıqlar gedir. Bir çoxlarını sürət cəlb edir. Əgər əvvəllər Çindən Avropaya bəzi yüklər bir aydan çox müddətə çatırdısa, indi söhbət yalnız iki həftədən gedir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov: Taxıl var, Rusiya metalı var, Rusiya taxta-şalbanı var, Çin yükləri var... Biz hesabladıq, 5 milyon tona yaxın yük var. O, artıq gəlib çatır.
“Yevronyus”un müxbiri: Artıq digər ölkələr, o cümlədən Qazaxıstan, Türkmənistan, Pakistan, Çin və Hindistan “Bakı-Tbilisi-Qars” layihəsində iştirak etmək istəklərini bildiriblər.
* * *
“Yevronyus” telekanalının müxbiri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevdən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan və Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilidən müsahibə alıb.
- Azərbaycan bu layihənin gerçəkləşməsi üçün həlledici rollardan birini oynayıb. İndi bizim müşahidə etdiklərimizin, bu dəmir yolunun işə salınmasının strateji əhəmiyyəti nədən ibarətdir?
Prezident İlham Əliyev: Bu, tarixi hadisədir. Bu yol qitələri, Avrasiyanı birləşdirir. Bu, Asiya ilə Avropa arasında ən qısa yoldur. Azərbaycan Türkiyə və Gürcüstan ilə birlikdə onun tikintisində çox fəal iştirak edib. Çox şadam ki, bu gün biz birlikdə tarixi hadisəni qeyd edirik: Türkiyə Prezidenti, gürcüstanlı, qazaxıstanlı, özbəkistanlı dostlarımız - Baş nazirlər, Türkmənistandan, Tacikistandan nazirlər. Yəni, onların iştirakı bu layihənin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu, ən qısa, ən etibarlı yoldur. Bu yol bütün region üçün firavanlıq, sabitlik, inkişaf gətirəcək.
- Bəs strateji vəzifələr nədən ibarətdir? Siz ondan nə gözləyirsiniz?
Prezident İlham Əliyev: Biz bu yolla, Azərbaycan ərazisi vasitəsilə yüklərin tədricən 17 milyon tona qədər artacağını gözləyirik. Uzunmüddətli perspektivdə yüklərin həcmi artacaq. Əlbəttə, bu, böyük gəlir, iş yerləri və əməkdaşlıq deməkdir.
- Sonuncu sual. Qlobal mənada sizin ölkələrin əməkdaşlığını gücləndirməkdən başqa, iqtisadi cəhətdən bu yol sayəsində dünyada hansı dəyişikliklər baş verə bilər?
Prezident İlham Əliyev: Düşünürəm ki, bu yolun iqtisadi cəhətdən böyük əhəmiyyəti var. Bu yol boyunca yerləşən bütün ölkələr ondan istifadə edəcəklər. Çünki yenə də deyirəm, bu, ən qısa yoldur. Asiyadan Avropaya və Avropadan Asiyaya bundan qısa yol yoxdur. Bizim tariflərin razılaşdırılması üzrə gələcək vəzifəmiz onu, həmçinin iqtisadi cəhətdən çox cəlbedici etməkdir. Buna görə də biz bunun üzərində birlikdə işləyəcəyik.
- Sualım Prezident Ərdoğanadır. Bu gün bizim burada müşahidə etdiklərimizin - dəmir yolunun işə salınmasının Türkiyə üçün hansı əhəmiyyəti var?
Prezident Rəcəb Tayyib Ərdoğan: Hər şeydən əvvəl Avropa-Asiya bağlantısı kimi bu dəmir yolu çox mühüm strateji bir sərmayə olaraq həyata keçirildi. Bu, tarixi İpək Yolunun digər mərhələsinin ən ciddi sərmayəsi oldu. Yəni, Azərbaycan, Türkiyə və Gürcüstan olaraq bu qərarı qəbul etdiyimiz vaxt bəziləri bu işin mümkün olacağına inanmırdılar.
- Bu layihədə Türkiyənin strateji və iqtisadi gözləntiləri nədən ibarətdir?
Prezident Rəcəb Tayyib Ərdoğan: Əvvəla, bu yolun strateji baxımdan istər yük, istərsə də sərnişin daşınmasında şübhəsiz ki, mühüm əhəmiyyəti var. Bilirsiniz ki, xərclər baxımından yük daşınmalarında dəmir yolu sistemi dəniz nəqliyyatı ilə rəqabət içindədir, bu dəmir yolu ilə daşınmaların maliyyə xərcləri xeyli azdır. Sərnişin daşınmasında da qəza riski demək olar ki, yox dərəcəsindədir.
Sonra “Yevronyus”un müxbiri Gürcüstanın Baş naziri Giorgi Kvirikaşviliyə sual verib.
- Prinsipcə, artıq verdiyim eyni suallardır. Gürcüstan üçün bu strateji layihədə iştirakın əhəmiyyəti nədən ibarətdir?
Baş nazir Giorgi Kvirikaşvili: Bakı-Tbilisi-Qars layihəsi həqiqətən strateji layihədir. Çünki o, strateji tərəfdaş olan üç ölkəni - Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirir. Bu layihə parlaq əməkdaşlığın nümunəsidir. Belə ki, o, təkcə ölkələrin iqtisadiyyatını deyil, bu ölkələrin xalqlarını birləşdirir. İnteqrasiya, əməkdaşlıq nə qədər çox olarsa, regionda və onun hüdudlarından kənarda iqtisadi, ticari artım, təhlükəsizlik o qədər çox olar. Bizim dost və qardaşlarımızın - Qazaxıstanın, Özbəkistanın Baş nazirlərinin, Türkmənistan və Tacikistanın nazirlərinin açılışda iştirakı bu layihənin əhəmiyyətini göstərir. Çünki “Bir kəmər - bir yol” layihəsi Asiya ilə Avropanı birləşdirən layihədir və praktiki olaraq, bütün qitəni inkişaf etdirir. Mərkəzi Asiya və Cənubi Qafqaz Türkiyə ilə birlikdə Avrasiya qitəsini birləşdirən mühüm bənddir. Belə ki, o, daha çox iqtisadi artım və daha çox sabitlik gətirir. Sağ olun.

 
  • Oxunub:  3570  |  
  • Tarix:  04-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
2017-ci ildə Azərbaycanda iqtisadi və sosial infrastruktur layihələri uğurla icra edilib

17:49
18 Yanvar
YAP-ın Pirallahı rayon təşkilatının təşəbbüsü ilə 20 Yanvar faciəsinin ildönümü münasibətilə qanvermə aksiyası keçirildi
17:46
18 Yanvar
MOK Olimpiya hərəkatının təbliğini uğurla davam etdirir
17:40
18 Yanvar
Statistika Komitəsində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
16:54
18 Yanvar
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr barədə müzakirələr aparılıb
16:34
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü Azərbaycanın Gürcüstandakı səfirliyində qeyd olunub
16:30
18 Yanvar
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun görüşünün protokolu imzalanıb
15:21
18 Yanvar
“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
14:51
18 Yanvar
Krakovda Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilir
14:49
18 Yanvar
Son iki ayda dəmir yolu ilə 14 milyon tondan çox yük daşınıb
14:47
18 Yanvar
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
14:27
18 Yanvar
20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq tədbirləri yekunlaşıb
14:24
18 Yanvar
“Müasir Azərbaycanın qəhrəmanlıq məktəbi: 20 Yanvardan bu günədək” mövzusunda tədbir keçirilib
14:22
18 Yanvar
Milli Kitabxanada 20 Yanvar hadisələri və Aprel döyüşləri ilə bağlı kitabın təqdimatı keçirilib
14:18
18 Yanvar
Builki Dünya İqtisadi Forumuna 70 ölkənin dövlət başçısı və Baş naziri qatılacaq
14:13
18 Yanvar
İƏT Parlament İttifaqı Konfransının sessiyasında Ermənistanın işğalçılıq siyasəti bir daha pislənilib
12:40
18 Yanvar
Şəhidlərin xatirəsi ürəklərdə yaşayır
12:27
18 Yanvar
Türk Dünyası Bələdiyyələr Birliyi və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası arasında protokol imzalanıb
12:18
18 Yanvar
Necdet Ünüvar: 20 Yanvar faciəsi Türkiyə üçün də hüzn günüdür
12:15
18 Yanvar
SOCAR 2017-ci ildə dövlət büdcəsinə ödənişləri artırıb
12:07
18 Yanvar
Bakı Metropolitenində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planı hazırlanıb
12:00
18 Yanvar
Azərbaycanın Belarusdakı səfirliyində Minsk Beynəlxalq Qadın Klubunun tədbiri keçirilib
11:52
18 Yanvar
YAP Səbail rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı təsis edilib
11:40
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü Kaliforniyanın San-Dieqo şəhərində qeyd olunub
11:15
18 Yanvar
Bolqarıstan KİV-ləri: Bakı-Sofiya aviareysinin açılması Azərbaycan-Bolqarıstan münasibətlərinin daha da inkişafına töhfə verəcək
11:09
18 Yanvar
Milli Məclisin deputatları Bolqarıstanda
10:53
18 Yanvar
TAP-ın Yunanıstan və Albaniya marşrutunun 90 faizi təmizlənib
10:37
18 Yanvar
Fransa Milli Assambleyasında Azərbaycana dair konfrans təşkil olunub
10:22
18 Yanvar
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
10:19
18 Yanvar
Düşmən iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə edərək atəşkəs rejimini 126 dəfə pozub
18:02
17 Yanvar
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib
17:57
17 Yanvar
“İl Giornale” qəzeti: İtaliyanın ATƏT-ə sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər
17:52
17 Yanvar
Fransa Prezidentinin müşaviri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb
17:37
17 Yanvar
Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edilib
17:26
17 Yanvar
Hikmət Babaoğlu: Əli Kərimli anti-Azərbaycan mərkəzlərin ruporu olmağa çalışır
17:18
17 Yanvar
Əhliman Əmiraslanov: Əhalinin sağlamlığı ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir
17:16
17 Yanvar
Ötən il Azərbaycandakı magistral neft kəmərləri ilə 42,7 milyon ton neft nəlq olunub
17:13
17 Yanvar
İsa Həbibbəyli: Azərbaycan «İslam həmrəyliyi ili» çərçivəsində bütün dünyaya sülhsevər ölkə olduğunu bir daha nümayiş etdirdi
17:04
17 Yanvar
XİN: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq ictimaiyyət ilə birgə səylərini davam etdirəcək
16:52
17 Yanvar
Dini ekstremizmə qarşı mübarizəyə dair tədbirlər planı təsdiqlənib
16:50
17 Yanvar
Siyavuş Novruzov: “Freedom House” kimi təşkilatın qərarının Azərbaycanda müzakirəsinə ehtiyac yoxdur
16:49
17 Yanvar
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial var
16:30
17 Yanvar
Böyük Britaniya Azərbaycanda energetika layihələrinə dəstəyini davam etdirəcək
16:13
17 Yanvar
Azərbaycanda korrupsiyaya qarşı kəsərli mübarizə tədbirləri ötən il də qətiyyətlə davam etdirilib
16:01
17 Yanvar
Özbəkistan Avropa bazarlarına çıxış əldə etmək üçün Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək istəyir
15:53
17 Yanvar
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında hər iki ölkənin parlamentləri vacib rol oynayır
15:46
17 Yanvar
2018-ci ildə keçiriləcək buraxılış, qəbul və sınaq imtahanların tarixləri elan edilib
15:19
17 Yanvar
İstanbulda “Qanlı Yanvar” adlı sərgi açılıb
15:14
17 Yanvar
AMEA və Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb
15:08
17 Yanvar
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü başlayıb
14:42
17 Yanvar
Jan-Batist Lömuan: Fransa-Azərbaycan münasibətləri yüksək səviyyədədir
14:39
17 Yanvar
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
14:36
17 Yanvar
Media nümayəndələri Azərbaycan Dillər Universitetində imtahan prosesini izləyiblər
14:32
17 Yanvar
BDU ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb
14:30
17 Yanvar
Keçən ildə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb
14:26
17 Yanvar
Energetika Nazirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
14:22
17 Yanvar
Azərbaycan qrossmeysteri “Tata Steel Chess” turnirinin liderlərindən yarım xal geri qalır
14:19
17 Yanvar
Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə ilk qazın ötürülməsinə dair işlərin 100 faizi yerinə yetirilib
14:15
17 Yanvar
Əlahiddə Ümumqoşun Ordusunda komandirlərin toplantısı keçirilir
14:13
17 Yanvar
20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır
14:10
17 Yanvar
Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 148 milyon dollara yaxın olub
14:06
17 Yanvar
Daxili Qoşunların 2017-ci ildəki xidməti-döyüş fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib
14:02
17 Yanvar
Yanvarın 19-da Bakı məktəblərində ilk dərslər 20 Yanvar mövzusuna həsr olunacaq
12:56
17 Yanvar
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
12:44
17 Yanvar
BİLGESAM Mərkəzinin saytında Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən məqalə verilib
12:35
17 Yanvar
Sabah paytaxtda 7, bəzi bölgələrdə 9 dərəcə isti olacaq
12:34
17 Yanvar
Son 10 ildə Azərbaycan Qazaxıstana 168 milyon dollar məbləğində investisiya yatırıb
12:30
17 Yanvar
Türkiyəli deputat parlamentdə 20 Yanvar faciəsi ilə bağlı gündəmdən kənar çıxış edəcək
12:27
17 Yanvar
BMT-nin Baş katibi: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk qrupunun işi canlandırılmalıdır
12:24
17 Yanvar
Naxçıvan məhsulları “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” loqosu ilə satışa çıxarılır
12:15
17 Yanvar
20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +8
gecə0 +3