Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclasının iştirakçılarını qəbul edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclasının iştirakçılarını qəbul edib

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək 78-ci iclasının iştirakçılarını qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşün iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib: “Xoş gəlmisiniz. Sizi Azərbaycanda salamlamağa məmnunam. Şadam ki, MDB ölkələrinin sərhəd xidmətləri rəhbərlərinin iclası bizim ölkəmizdə keçirilir. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi birinci dəfə deyil. Biz sizinlə görüşmüşük, ola bilsin ki, tamamilə indiki tərkibdə olmayıb, amma sizin çoxunuz artıq bizim ölkəmizdə olub. Bu, çox yaxşı tədbirdir. Bu, təkcə sərhəd xidmətlərinin rəhbərləri arasında deyil, həm də ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirir.
Bu yaxınlarda Soçidə MDB-nin növbəti sammiti keçirildi. Azərbaycan həmin tədbirdə fəal iştirak etdi. Ümumiyyətlə, biz MDB məkanında bir çox mühüm işlərdə fəal iştirak edirik. Əlbəttə, təhlükəsizliyin, sərhədlərin qorunmasının möhkəmləndirilməsi bizim bütün ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizin və xalqlarımızın təhlükəsizliyinin əsasıdır. Bizim vətəndaşların normal, rahat həyatı da çox cəhətdən sizin rəhbərlik etdiyiniz xidmətlərin uğurlu fəaliyyətindən asılıdır. Buna görə də heç şübhəsiz, bizim ölkələrimizin rahat, normal, sabit inkişafı da sizin aranızda əməkdaşlıqdan, informasiya mübadiləsindən, qarşılıqlı fəaliyyətdən asılıdır.
Azərbaycanda sərhəd xidmətinin infrastrukturunun, bütövlükdə sərhəd xidmətinin inkişafına çox böyük diqqət yetirilir. Son illərdə sərhədlərin möhkəmləndirilməsi, müasir avadanlıqla təchizatı sahəsində çox iş görülüb. Hesab edirəm ki, bu sahə təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm sahələrdən biridir.
Təəssüf ki, bizim ölkələrimizin yerləşdiyi regionlarda, bütövlükdə dünyada risklər artır. Buna görə, əlbəttə ki, səylərin əlaqələndirilməsi, informasiya mübadiləsi və təhlükəli hallara qarşı birgə mübarizə bizim təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda vəziyyət sabitdir, ölkə uğurla inkişaf edir, daxili risklər və potensial təhlükələr yoxdur. Buna görə, əlbəttə, biz əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər bizim sərhədlərdən keçməsin. Biz bunu, əlbəttə, öz qonşularımızla, MDB ölkələri ilə əlaqələndirilmiş şəkildə təmin edirik.
Əlbəttə ki, beynəlxalq terrorizmə qarşı mübarizə məsələləri bugünkü gündəlikdə başlıca yer tutur. Bu gün praktiki olaraq bütün beynəlxalq sammitlərdə ekstremizmə, mütəşəkkil cinayətkarlığa, narkotrafikə qarşı mübarizə ən aktual mövzulardır. Təbii ki, bizim ölkələrimiz bütün bu müasir təhdidlərə və təhlükələrə adekvat şəkildə cavab verməlidir. Mən şadam ki, bütövlükdə MDB məkanında vəziyyət kifayət qədər sabitdir. Xüsusilə bugünkü dünyada bir sıra regionlarda çox həyəcanlı proseslər - sabitliyin pozulması, daxili münaqişələr, müharibələr, qanlı toqquşmalar getdiyi vaxtda biz əlbəttə ki, öz ölkələrimizin təhlükəsizliyini möhkəmləndirməliyik və ölkələrimiz arasında, o cümlədən sizin başçılıq etdiyiniz sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verməliyik.
Mən əminəm ki, Komandanlar Şurasının iclası yüksək səviyyədə keçiriləcək və müzakirə olunacaq məsələlər ölkələrimizin təhlükəsizliyinin daha da möhkəmlənməsinə, sərhədlərin qorunmasının möhkəmlənməsinə gətirib çıxaracaq. Hamımız sərhədlərimizin bizə ziyan vurmaq istəyənlərdən etibarlı müdafiə olunmasında, eyni zamanda, dostlarımız, turistlər, iş adamları, ölkələrimizlə tanış olmağa gələnlər üçün açıq olmasında maraqlıyıq. Belə bir tarazlığı tapmaq asan deyil. Biz Azərbaycanda buna cəhd edirik və bizim bir çox ölkələrlə həyata keçirdiyimiz viza rejiminin liberallaşdırılması və bir çox ölkələrdən əcnəbi vətəndaşların Azərbaycana kifayət qədər sərbəst gələ bilməsi, əlbəttə ki, bu il 20 faizdən çox, ötən il isə hətta 25 faiz artan turizmin hiss olunacaq dərəcədə inkişafına gətirib çıxarıb. Bununla yanaşı, eyni zamanda, təhlükəsizliyin etibarlı təminatı göstərir ki, tənasüb tapıla bilər. Biz də buna cəhd edirik. Sözsüz ki, qonşularla, MDB-yə üzv ölkələrlə, bizim çoxdankı dostlarımızla iş əlaqələndirilmədən buna hansısa ölkədə nail olmaq çətin olacaq. Buna görə də biz məhz bu sahədə MDB çərçivəsində əməkdaşlığa çox böyük önəm veririk. Düşünürəm ki, sizin həm bu gün, həm də sabah görüşləriniz olacaq, bizim sərhəd xidmətinin rəhbərliyi sizi görülən işlər barədə məlumatlandıracaq və siz fikir və təcrübə mübadiləsi aparacaqsınız.
Bir daha sizi salamlayıram və sizə uğurlu iş arzulayıram”.
* * *
Sonra MDB Sərhəd Qoşunları Komandanları Şurasının sədri, Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov çıxış edərək deyib: “Möhtərəm cənab Prezident.
İlk növbədə, MDB Sərhəd Qoşunları Komandanlar Şurasının üzvləri adından Sizi və bütün Azərbaycan xalqını dövlət bayramı - Müstəqillik Günü münasibətilə təbrik etmək və Şuranın növbəti iclasını qonaqpərvər Azərbaycanın paytaxtında keçirmək imkanına görə təşəkkürümü bildirmək istərdim.
Mən bizim planlarımız barədə qısa məlumat vermək istəyirəm. Komandanlar Şurasının 78-ci iclasında 8 dövlətin nümayəndə heyəti, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi iştirak edir. Gündəliyə çıxarılan məsələlər arasında biz Birlik dövlətlərinin xarici sərhədində operativ şəraitin vəziyyətini müzakirə edəcəyik, yaxın perspektivdə onun inkişafının proqnozunu dəqiqləşdirməyə çalışacağıq. Həmçinin bu iclasda biz Şuranın 2017-ci ildəki işinin yekunlarına nəzər salacağıq və 2018-ci il üçün fəaliyyətini planlaşdıracağıq. Həmçinin transsərhəd cinayətkarlıqla mübarizə, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə 6 ümumdövlət proqramının yerinə yetirilməsi ilə bağlı bir sıra məsələləri dinləməyi planlaşdırırıq.
Ənənəvi olaraq biz öz iclaslarımızda veteran hərəkatının möhkəmləndirilməsi məsələsini və bir sıra digər məsələləri nəzərdən keçiririk. Lakin qeyd etmək istərdim ki, onların hamısı sırf tətbiqi xarakter daşıyır və Sizin qeyd etdiyiniz kimi, bizim vətəndaşlarımızın təhlükəsizliyinin təminatına, beynəlxalq terror təşkilatlarına, narkotrafiklərə, qanunsuz miqrasiyaya mənsub şəxslərin keçid kanallarının qarşısının alınmasına, vətəndaşlarımızın və ölkələrimizin təhlükəsizliyində əksini tapan bütün təzahürlərin aradan qaldırılmasına xidmət edir.
Praktiki hissənin gedişində biz Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində mövcud olan yeni təşəbbüslərlə məmnunluqla tanış olacağıq. Qeyd etmək istərdim ki, bizim iclaslarımız zamanı çoxtərəfli formatla yanaşı, biz ikitərəfli əlaqələrə də böyük diqqət yetiririk. Bu gün mən həmkarlarımın fikrini bilirəm və şəxsən öz fikrimi bildirirəm ki, biz Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə sərhəd fəaliyyətində mütləq qaydada zəruri olan çox etibarlı münasibətləri dəstəkləyirik.
Hörmətli İlham Heydər oğlu.
Bu il Komandanlar Şurası üçün yubiley ilidir. 2017-ci il iyulun 6-da Şuranın yaradılmasının 25 ili tamam oldu. Mən birinci olaraq sərhəd təhlükəsizliyinə töhfənizə, Komandanlar Şurasına dəstəyinizə görə hamımız adından Sizə dərin minnətdarlığımı bildirmək və xatirə hədiyyələrimizi təqdim etmək istərdim”.
* * *
Vladimir Kulişov MDB Sərhəd Qoşunları Komandanları Şurasının yaradılmasının 25 illiyinə həsr olunmuş xatirə medalını və hədiyyələri dövlətimizin başçısına təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  2760  |  
  • Tarix:  19-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2018-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi başa çatıb

12:54
24 Noyabr
Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçirilib
12:47
24 Noyabr
Milli Gimnastika Arenasında ən güclülər müəyyənləşir
12:31
24 Noyabr
Konstitusiya Məhkəməsinin kollektivi Cocuq Mərcanlıya səfər edib
12:29
24 Noyabr
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub
12:24
24 Noyabr
Milli Məclisin dekabrın 1-nə olan iclasının gündəliyi müəyyənləşib
12:20
24 Noyabr
Energetika Nazirliyinin əməkdaşları Belarus təcrübəsini öyrəniblər
12:17
24 Noyabr
Bakı Ali Neft Məktəbi Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir
12:11
24 Noyabr
Gələn il İranda Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələri komandanlarının görüşü olacaq
12:03
24 Noyabr
Şahin Mustafayev: Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1400 şirkəti fəaliyyət göstərir
12:00
24 Noyabr
Bakıda Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfrans keçirilir
10:56
24 Noyabr
Heydər Əliyev Fondu fəaliyyətini Çin Xalq Respublikasında genişləndirir
10:27
24 Noyabr
UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən konsert olub
10:18
24 Noyabr
Vüqar Gülməmmədov: Gələn il Hesablama Palatasının büdcəsi 3,8 milyon manat nəzərdə tutulub
10:16
24 Noyabr
Çində Bakı-Tbilisi-Qars dəmir yolunun təqdimatı keçiriləcək
10:13
24 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 122 dəfə pozub
21:25
23 Noyabr
Bakıda Latviyanın milli bayramı qeyd edilib
21:17
23 Noyabr
Azərbaycan ilə Tacikistan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
21:02
23 Noyabr
M.Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim üçün prioritet mövzulardan biridir
20:55
23 Noyabr
Sankt-Peterburqda konfessiyalararası dialoq və İslam həmrəyliyi mövzusunda konfrans keçirilib
19:52
23 Noyabr
Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycanın iqtisadi perspektivlərinə dair təqdimat keçiriləcək
19:39
23 Noyabr
Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb
18:00
23 Noyabr
“ADA” Universitetində Bakı Fond Birjasının “Bilik mübadiləsi” layihəsi çərçivəsində təlim keçirilib
17:50
23 Noyabr
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XIII Yüksək Səviyyəli Afina Toplantısı başa çatıb
17:32
23 Noyabr
Daşkəsəndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib
17:23
23 Noyabr
Azərbaycan Prezidenti və NATO-nun baş katibi mətbuata bəyanatla çıxış ediblər
17:20
23 Noyabr
Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir
17:01
23 Noyabr
MM-də büdcə müzakirələri başa çatıb
16:44
23 Noyabr
Azərbaycanla Pakistan arasında təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq müzakirə olunub
16:41
23 Noyabr
Azərbaycan və Benilüks ölkələri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş imzalanıb
16:34
23 Noyabr
Ziyad Səmədzadə: Gələn il üçün yaşayış minimumu 11 faiz artırılacaq
16:30
23 Noyabr
Bakı-Tbilisi-Qars layihəsi İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Müşavirəsində müzakirə edilir
16:21
23 Noyabr
Gələn il əmək pensiyaları üzrə xərclər 193,2 milyon manat artacaq
16:17
23 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlir və xərcləri 3,5 milyard manat proqnozlaşdırılır
16:13
23 Noyabr
Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan polad magistrallarına birləşdirilməsi 2020-ci ildə başlanıla bilər
15:56
23 Noyabr
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşəcək Əmək Mərkəzinin Nizamnaməsi imzalanıb
15:47
23 Noyabr
Səfir: "Cənub Qaz Dəhlizi Azərbaycanın dünyada iri enerji ixracatçısına çevrilməsinə imkan yaradacaq”
15:44
23 Noyabr
Türkiyə Cocuq Mərcanlıda layihə həyata keçirmək istəyir
15:34
23 Noyabr
Rövşən Rzayev: Brüssel Forumunda separatizmin dünya üçün ciddi təhlükə olmasına dair mühüm bəyanatlar verildi
15:29
23 Noyabr
Rövnəq Abdullayev: Natiq Əliyev Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri idi
15:21
23 Noyabr
Brayza: Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfəri tərəflər arasında münasibətlərin daha bir mərhələsini əks etdirir
14:51
23 Noyabr
Aİ komissarı: “Bakı-Tbilisi-Qars layihəsi bizim marağımızdadır”
14:40
23 Noyabr
Akademik Akif Əlizadə: Ölkəmizdə müasir texnologiyalara əsaslanan yeni istehsal müəssisələri yaradılır
14:26
23 Noyabr
Azərbaycan və Yaponiya Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
14:22
23 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib
14:20
23 Noyabr
Azərbaycan dövləti ölkədə multikultural mühitin qorunmasını daim diqqət mərkəzində saxlayır
14:15
23 Noyabr
Berlində Almaniya-Azərbaycan Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun iclası keçirilib
14:08
23 Noyabr
“Bakı Dövlət Universiteti özəl mükafatlandırma 2017” müsabiqəsinin qalibləri müəyyənləşib
14:03
23 Noyabr
Prezident İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb
12:55
23 Noyabr
Azərbaycan ilə UNICEF arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
12:54
23 Noyabr
Şeyxülislam: "Qarabağ münaqişəsi ilə postsovet məkanında separatizm və millətlərarası qarşıdurmanın əsası qoyulub"
12:51
23 Noyabr
Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini yüksək səviyyədə keçirməliyik
12:48
23 Noyabr
TAP-ın Yunanıstan və Albaniya marşrutunda qaynaqlanan boruların 60 faizi torpağa basdırılıb
12:41
23 Noyabr
Patriarx Kirill: "Dini liderlərin Qarabağ münaqişəsinin həlli ilə bağlı əməkdaşlığı sülhməramlı xidmət nümunələrindən biridir"
12:17
23 Noyabr
Milli Məclisdə büdcə müzakirələri davam etdirilir
12:14
23 Noyabr
Sankt-Peterburqda konfessiyalararası dialoq və İslam həmrəyliyi mövzusunda konfrans keçirilir
11:56
23 Noyabr
Hadi Rəcəbli: Hazırda ölkənin sosial müdafiə sistemi qarşısında qoyulan başlıca vəzifələr səmərəliyin yüksəldilməsi, ünvanlılığın və şəffaflığın tam təmin olunmasıdır
11:29
23 Noyabr
Sədaqət Vəliyeva: 2018-ci ildə də dövlətin prioriteti xalqımızın rifahının daha da yaxşılaşması olacaq
11:25
23 Noyabr
Bakıda II "Bankçılıq Forumu" keçirilir
11:24
23 Noyabr
Azərbaycanın investisiya imkanları Buxarestdə geniş müzakirə olunub
11:18
23 Noyabr
Mərkəzi Bank gələn il də makroiqtisadi sabitliyin təmin olunmasını diqqətdə saxlayacaq
10:58
23 Noyabr
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
10:38
23 Noyabr
2018-ci ildə dövlət büdcəsi hesabına iqtisadiyyata veriləcək əlavə stimullar ümumi iqtisadi aktivliyi artıracaq
10:27
23 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 122 dəfə pozub
20:04
22 Noyabr
Bahar Muradova: İnsan kapitalının inkişafı onun müxtəlif sahələrdə hüquqlarının qorunmasının təmin olunmasını tələb edir
19:59
22 Noyabr
Eldar İbrahimov: Ölkəmizdə büdcə vəsaitləri hökumətin çox düzgün müəyyən etdiyi prioritet istiqamətlərə xərclənir
19:47
22 Noyabr
YAP Ağstafa rayon təşkilatı “Hərəyə bir ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına start verib
19:35
22 Noyabr
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin beşinci görüşündə iştirak edib
17:51
22 Noyabr
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 487 milyon manat ayrılacaq
17:44
22 Noyabr
Azərbaycan və Latviya arasında regional əlaqələr inkişaf edir
17:40
22 Noyabr
Ziyafət Əsgərov: “Bakı-Astara dəmir yolunun Astara və Lənkərandan keçən hissəsi təcili köçürülməlidir”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+6 +8