Ana səhifə »  Gündəm »  Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfər edib
A+   Yenilə  A-
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfər edib

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin oktyabrın 13-də rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verib.
Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlar ilə görüşüblər.
Prezidentlər və birinci xanımlar rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.
Görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, humanitar, energetika sahələrində və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstan Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü də olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Çox şadam ki, ölkəmizə səfərə gəlmisiniz. Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında qısa görüşümüz olub. Dəvəti qəbul edib Azərbaycana səfərə gəldiyinizə görə minnətdaram. Bu, ölkəmizə Sizin ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaq.
Tərəfdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı bu gün artıq fikir mübadiləsi apardıq. Əminəm ki, bölüşdüyümüz ideyalar ölkələrimiz arasında daha geniş əməkdaşlığa yol açacaq. Siyasi və iqtisadi sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunuq. Lakin əminəm ki, iqtisadi sahədəki potensialımız bu gün mövcud olan potensialdan daha üstündür. Bu cür yaxşı siyasi münasibətlərə malik olmaqla yanaşı, biz ticarət, investisiya sahələrinə və digər sahələrə də diqqət yetirməliyik. Nəticədə tərəfdaşlığımız daha da genişlənəcək və şaxələnmiş olacaq.
Bolqarıstan bizim üçün çox sıx tərəfdaşdır, dost ölkədir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik. Səfəriniz bir daha göstərir ki, biz yaxın dostuq və əməkdaşlığımız uğurla davam edəcək.
Sizə Azərbaycanda xoş səfər arzulayıram. Bir daha ölkəmizə xoş gəlmisiniz”.
Bolqarıstan Prezidenti Rumen Radev deyib: “Cənab Prezident, əvvəlcə, icazə verin dəvətə və gözəl ölkənizə səfər etmək imkanına görə nümayəndə heyətim adından Sizə təşəkkürümü bildirim.
Ölkələrimizin rəhbərliyi arasında müzakirələrin aparılması və dialoqun davam etdirilməsi üçün burada olmağımızdan şadıq. Hesab edirik, siyasi dialoqun intensivliyi göstərir ki, xalqlarımız və ölkələrimiz arasında çox yaxşı münasibətlər var. Bununla belə, Siz də qeyd etdiyiniz kimi, siyasi dialoqun səviyyəsi əməkdaşlığımızın bir çox digər sahələrdə inkişafı üçün yaxşı şərait yaradır. İndicə iqtisadi və enerji əməkdaşlığını, imkanlarını və potensialını müzakirə etdik. Biz Cənub Qaz Dəhlizinə dəstək veririk. Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır. Buna görə, biz həmin layihəyə dəstəyimizi veririk. Daşımalar, nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox böyük potensial var. Biz, həmçinin ölkələrimiz üçün vacib olan Bakı ilə Sofiya arasında birbaşa uçuşları müzakirə etdik. Əgər həmin hava xəttini aça bilsək, bütün digər sahələrin inkişafına töhfə vermiş olacağıq”.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Prezident İlham Əliyev bəyanatla çıxış edib: “Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Mən çox şadam ki, Siz mənim dəvətimi qəbul edib Azərbaycana rəsmi səfərə gəlmisiniz. Səfərin çox böyük əhəmiyyəti var və əminəm ki, çox gözəl nəticələri də olacaq.
Bu gün həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşlərdə biz Bolqarıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiqlədik ki, Bolqarıstan və Azərbaycan dost, tərəfdaş ölkələrdir və bizim tərəfdaşlığımızın çox böyük əhəmiyyəti var. İki il bundan əvvəl biz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladıq və əslində, bu Bəyannamənin adı özlüyündə bir göstəricidir. Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Siyasi əlaqələrimiz ən yüksək səviyyədədir və bu gün əsas müzakirə mövzusu iqtisadi, nəqliyyat, energetika, turizm sahələrində və digər sahələrdə əməkdaşlığa əsaslanırdı. Bu sahədə böyük perspektivlər ola bilər. Təbii ki, qarşılıqlı ticarət dövriyyəsinin həcmi bizi qane edə bilməz. Bugünkü görüşdə müvafiq göstərişlər verilib ki, aidiyyəti orqanlar ticarət dövriyyəsinin artması ilə bağlı konkret təkliflər təqdim etsinlər.
Eyni zamanda, bu gün mən Prezidentə məlumat verdim ki, onun səfəri ərəfəsində göstəriş verilib, AZAL - Azərbaycan Hava Yolları şirkəti Bakıdan Sofiyaya birbaşa təyyarə uçuşlarını təşkil edəcək. İndi hazırlıq işləri gedir. Əminəm ki, bütün danışıqlar uğurla nəticələnəcək və tezliklə Bakıdan Sofiyaya, Sofiyadan Bakıya təyyarə reysləri açılacaq. Mən bunu da səfərin gözəl nəticəsi kimi qiymətləndirirəm.
Əlbəttə, bu gün biz energetika sahəsindəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu sahədə də strateji tərəfdaşıq. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Bolqarıstan Bakıda bir neçə dəfə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında həmişə yüksək səviyyədə təmsil olunmuşdur və Cənub Qaz Dəhlizinin icrası ölkələrimizi bir-birinə daha da yaxın edəcək. Bu, nəhəng transmilli layihədir. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. Azərbaycanın nəhəng “Şahdəniz” yatağından qaz Avropa ölkələrinə, region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılacaq. Əminəm ki, Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq.
Bununla paralel olaraq, bu gün biz energetika sahəsində, xüsusilə qaz sahəsində növbəti əməkdaşlıq planları haqqında fikir mübadiləsi apardıq. Bir halda ki, Azərbaycan qazı bir neçə ildən sonra Bolqarıstan bazarına çatdırılacaq, əlbəttə, gələcək əməkdaşlıq üçün də çox yaxşı imkanlar açılacaq.
Mən Prezidenti məlumatlandırdım ki, Bakı-Tbilisi-Qars dəmir yolu yaxın vaxtlarda istifadəyə veriləcək. Bu da tarixi layihədir və əminəm ki, Bolqarıstan da bu layihədə fəal iştirak edəcək. Bu layihə bütün ölkələr, o cümlədən dəmir yolu boyu yerləşən ölkələr üçün yeni imkanlar açacaq.
Əlbəttə ki, biz humanitar sahədə əməkdaşlıq haqqında da danışdıq. Bu sahə həm Bolqarıstan, həm də Azərbaycan üçün çox önəmlidir. İnsanlararası əlaqələr, humanitar əməkdaşlıq, təhsil sahəsində əməkdaşlıq, əlbəttə ki, əlaqələrimizin möhkəm zəminini daha da gücləndirəcək.
Bir sözlə, qeyd etdiyim məsələlər artıq əyani şəkildə göstərir ki, bizim əməkdaşlığımız çoxşaxəlidir və çox uğurludur. Prezidentin səfəri bu sözlərimi bir daha təsdiqləyir.
Cənab Prezident, Sizi bir daha salamlayıram və Sizə ən xoş arzularımı bildirirəm”.
Daha sonra Prezident Rumen Radev bəyanatla çıxış edib: “Hörmətli cənab Prezident.
Xanımlar və cənablar.
Azərbaycana ilk rəsmi səfərimdən məmnunam. Öz adımdan və Bolqarıstan nümayəndə heyətinin adından Prezident İlham Əliyevə dəvətə, gözəl ölkənizə gəlmək və bu gün baş tutan məzmunlu, konstruktiv danışıqlar aparmaq imkanına görə böyük təşəkkürümü bildirmək istəyirəm.
Azərbaycan Respublikası və Bolqarıstan Respublikası dost, uzunmüddətli siyasi, mədəni və mənəvi əlaqələr bazasında tərəfdaş ölkələrdir. Bu gün Prezident Əliyev ilə biz əlaqələrin mümkünlüyünü, həm də uzun illər həyata keçirilən intensiv siyasi və iqtisadi dialoqu təsdiq etməklə yanaşı, həm də əməkdaşlığın inkişafı, dərinləşməsi üçün ölkələrimiz arasında münasibətlərin böyük əhəmiyyətini də vurğuladıq. Biz həqiqətən də energetikadan, nəqliyyatdan, əmtəə mübadiləsindən, mədəniyyətdən, təhsildən, turizmdən tutmuş, - gəlin turizmi unutmayaq, - qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlıq aparılmasına imkan verən və iki il əvvəl imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə çərçivəsində mövcud olan yaxşı bünövrənin gerçəkləşdirilməsi istiqamətində əməli addımlar atmağa keçmişik. Bizim həqiqətən konkret addımlar atmağımızın zəruriliyi çox vacibdir. Çünki bizim siyasi əlaqələrimizin daha da inkişaf etməsi üçün böyük imkanlar mövcuddur. Prezident Əliyevin də qeyd etdiyi kimi, ölkələrimiz arasında əmtəə mübadiləsinin həcmi bizi qane etmir. Biz daha yaxşı nəticələrə nail ola bilərik. Yaxşı xəbər budur ki, Azərbaycan rəhbərliyi artıq gələn il yanvarın 1-dən Sofiya ilə Bakı arasında ilk reysi açmağa hazırdır. Bu, Bolqarıstanın Avropa İttifaqında sədrliyə keçməsi prosesi ilə üst-üstə düşür. Bu cəhətdən Bolqarıstan Azərbaycan Respublikasına öz dəstəyini təsdiq edir. Avropa İttifaqı ilə qarşıdakı hərtərəfli razılaşmanın imzalanması ilə əlaqədar Bolqarıstan Avropa İttifaqının Şərq Tərəfdaşlığını, onun qüdrətli, sabit, perspektivli regiona çevrilməsi cəhətdən səylərini və bu istiqamətdə Azərbaycanın siyasətini, bütün mühüm missiyalarda və NATO-da Azərbaycan kontingentinin iştirakını dəstəkləyir. Biz daha böyük nəticələrə nail ola bilərik.
Bolqarıstan Azərbaycanın kənd təsərrüfatının inkişafına, kənd təsərrüfatında, xüsusilə emal sənayesində yeni texnologiyaların tətbiq olunmasına, Azərbaycan Respublikasında əczaçılıq istehsalının inkişafının təşkilinə öz töhfələrini verə bilər. Energetika sahəsindəki yüksək texnoloji imkanları sayəsində Azərbaycan da Bolqarıstan qurumları ilə bizim ölkəmizdə fəal inkişaf etməli olan məişət sektorunun qazlaşdırılmasında, eləcə də Bolqarıstanın yanacaqdoldurma stansiyaları şəbəkəsinin inkişafında birgə işləməyə hazırdır.
Energetika bizi uzun illər birləşdirəcək sahədir və biz “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirilməsinə dəstəyimizi təsdiq edirik. Azərbaycan qazın nəqli mənbələrinin və marşrutlarının inkişafı, onun Cənubi və Mərkəzi Avropada real şaxələnməsinə kömək üçün bu layihənin gerçəkləşdirilməsində həlledici rol oynayır. Biz Asiya və Avropa arasında nəqliyyat və qaz dəhlizlərinin inkişafında qarşılıqlı maraqları təsdiq etdik. Bizim ölkələrimiz regionda strateji mövqeyə malikdir və biz bu mövqeyin təqdim etdiyi bütün imkanlardan istifadə etməliyik.
Son illərdə bizim mədəniyyət, təhsil və elmi sahələrdə əlaqələrimiz intensiv inkişaf edir. Mən Prezident Əliyevə Heydər Əliyev Fondu sayəsində Trapezitsa qalasının bərpası layihəsinin həyata keçirilməsinə görə təşəkkür edirəm. Biz hesab edirik ki, bu, həm təhsil, həm də mədəniyyət sahələrində məhsuldar əməkdaşlığın yalnız başlanğıcıdır.
Təhlükəsizlik sahəsinə gəldikdə, əlbəttə ki, mən Azərbaycan Respublikasının müvafiq strukturları ilə əməkdaşlığı dəstəkləyirəm. Həmçinin istəyirəm ki, təhsil sahəsində əməkdaşlıq edərək sizin tələbələriniz bizim ali məktəblərimizdə təhsil alsınlar. Bolqarıstan həqiqətən təkcə Balkan yarımadasında deyil, həm də Qara dəniz regionunda təhlükəsizlik və sabitlik mərkəzidir. Mən ümid edirəm ki, bizim bugünkü görüşlərimiz xalqlarımızın rifahı və təhlükəsizliyi naminə bütün sahələrdə məhsuldar əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edəcək. Təşəkkür edirəm, cənab Prezident”.
Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin və xanımı Desislava Radevanın şərəfinə rəsmi ziyafət verilib.
Dövlət başçıları ziyafətdə çıxış ediblər.
Prezident İlham Əliyevin çıxışı: “Hörmətli cənab Prezident.
Hörmətli xanım Desislava Radeva.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Cənab Prezident, Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Sizin Azərbaycana səfəriniz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf edir. Diplomatik əlaqələrimiz 25 illik dövrü əhatə etsə də, xalqlarımız arasında münasibətlərin zəngin tarixi var. Bu münasibətlər mədəniyyət, incəsənət, elm və digər sahələri əhatə edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şeirləri hələ XIX əsrdə bolqar dilinə tərcümə olunub nəşr edilmişdir. Bolqar ədəbiyyatının klassikləri - İvan Vazov, Xristo Botev, Emiliyan Stanev və bir çox başqaları Azərbaycanda sevilərək oxunur. Belə gözəl ənənə üzərində qurulmuş əlaqələrimiz yüksələn xətlə inkişaf edir.
Bu gün də ölkələrimiz arasında humanitar sahədə münasibətlərin inkişafı məmnunluq doğurur. Bakı Slavyan Universitetində bolqar dili, tarixi, mədəniyyəti tədris edilir, 2004-cü ildən isə bolqar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. 2013-cü ildə Sofiya Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılmışdır. Hazırda həmin universitetdə Azərbaycan multikulturalizmi fənni tədris olunur. Balkanlarda açıq səma altında ən böyük muzey kompleksi olan Bolqarıstanın Veliko Trnava şəhərindəki Trapezitsa memarlıq muzeyi qoruğunun Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası ölkələrimiz arasındakı dost münasibətlərin təzahürüdür.
Azərbaycan Bolqarıstan ilə bütün sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə və möhkəmlənməsinə böyük əhəmiyyət verir. Bu gün ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən kənd təsərrüfatının, turizmin, informasiya-kommunikasiya texnologiyalarının, əczaçılığın inkişafı üçün yaxşı perspektivlər mövcuddur.
İnanıram ki, səfəriniz zamanı keçirdiyimiz görüşlər və apardığımız fikir mübadiləsi ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin daha da güclənməsinə təkan verəcəkdir. Azərbaycan iqtisadiyyat, ticarət və nəqliyyat sahələrində əlaqələrin genişlənməsi üçün böyük imkanlar yaradan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda, Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq enerji layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Belə layihələrdən biri - Cənub Qaz Dəhlizi həm Avropanın enerji təhlükəsizliyi, həm də ikitərəfli və çoxtərəfli formatda Avropa dövlətləri ilə əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, Bolqarıstanın da iştirakçısı olduğu bu layihə reallaşaraq, həmçinin digər Şərqi Avropa ölkələri ilə əməkdaşlıq üçün geniş imkanlar açacaqdır. Bu yaxınlarda açılışı nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu da Avropanı Asiya ilə birləşdirəcək və ölkələri bir-birinə daha da yaxınlaşdıracaqdır.
Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əlaqələr mühüm yer tutur. Bu ilin əvvəlində Brüsselə etdiyim səfərdən sonra biz yeni tərəfdaşlıq sazişi üzərində işləməyə başladıq. Bolqarıstan 2018-ci ilin yanvar ayından Avropa İttifaqına sədrlik edəcək. İnanıram ki, bu sədrlik müddətində əlaqələrimiz daha da möhkəmlənəcək.
Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa mühüm töhfə verir. Lakin regionun ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı öz mövqelərini bildirmişlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, ATƏT, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə vurğulandığı kimi, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipi çərçivəsində nizamlanmalıdır. Belə ədalətli mövqeyə görə Bolqarıstana minnətdarlığımı bildirirəm.
Hörmətli cənab Prezident, bir daha Sizi ürəkdən salamlayır, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və tərəqqi arzulayıram”.
Prezident Rumen Radevin çıxışı: “Hörmətli cənab Prezident.
Hörmətli xanım Əliyeva.
Hörmətli xanımlar və cənablar.
İcazə verin, bu gün keçirilmiş məhsuldar görüşlərdən və aparılmış səmimi danışıqlardan məmnun qaldığımı bildirim. Xüsusi məmnunluqla bəyan edə bilərəm ki, onlar səmimi, açıq və dostluq şəraitində keçdi. Azərbaycan Respublikası Bolqarıstan Respublikasının xarici siyasət prioritetləri sistemində mühüm yer tutur. Şadam ki, bu cür vacib səviyyəyə uyğun olaraq aramızda təşəkkül tapmış təmaslar həm siyasi, həm iqtisadi baxımdan yüksək və ali səviyyədə böyük dinamika ilə səciyyələnir. İcazə verin, qeyd edim ki, 2015-ci ilin martında imzalanmış Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə qarşılıqlı maraqlarımıza, böyük potensiala və bu sahədə mövcud perspektivlərə uyğun olaraq aramızdakı münasibətlərin əla səviyyəsinə verilən qiymətdir və əlaqələrimizin daha da dərinləşdirilməsinə olan ümumi arzunun təzahürüdür. İnanıram ki, Azərbaycana etdiyimiz səfərin əsas məqsədlərindən birinə bu gün artıq nail olduq.
Cənab Prezident, biz Sizinlə Bolqarıstan ilə Azərbaycan arasında ənənəvi, xoş, mehriban münasibətləri təsdiq etdik və qarşılıqlı maraq doğuran bütün sahələrdə ölkələrimizin və xalqlarımızın inkişafı və rifahı naminə həmin əlaqələrin dərinləşməsi istiqamətində çalışmağa hazır olduğumuzu bildirdik. Gələcəyə əminliklə nəzər salaraq keçmişi bilməliyik və əziz tutmalıyıq. İyirmi beş illiyini 2017-ci il iyunun 5-də qeyd etdiyimiz dövlətlərarası münasibətlərimizin tarixi zaman baxımından qısa olsa da çox əhəmiyyətli və hadisələrlə zəngindir. Ötən 25 il ərzində Bolqarıstan ilə Azərbaycan arasında münasibətlər ümumi maraq doğuran bütün sahələrdə bərabərhüquqlu əməkdaşlıqla, qarşılıqlı hörmət və anlaşma ilə, eləcə də açıq qalan məsələlərin olmaması ilə xarakterizə edilir.
Xəzər dənizinin mirvarisi, Böyük İpək Yolunun ayrılmaz hissəsi olan Bakı şəhərində həmin İpək Yolunun bərpasına ümumi marağımızı qeyd etmək istərdim. Asiya ilə Avropa arasında nəqliyyat və enerji dəhlizlərinin yaradılmasında geostrateji üstünlüklərdən istifadəni vacib sayıram: Bolqarıstan Avropaya qapı, Azərbaycan isə Avropa ilə Asiya arasında körpü və Mərkəzi Asiyaya qapı olaraq öz rolunu oynaya bilər. Bolqarıstanın və Azərbaycanın geosiyasi yerləşməsi ölkələrimizin üstünlüyüdür. Mən əminəm ki, biz bu üstünlüyü ölkələrimizin rifahı naminə birgə səylərlə inkişaf etdirərək bundan yararlanacağıq. Təsadüfi deyil ki, məhz enerji sahəsində qarşılıqlı fəaliyyət gün ərzində gələcək əməkdaşlığımızın təfərrüatlı qaydada nəzərdən keçirilmiş imkanları və prioritetləri sırasında oldu. Bu baxımdan, icazə verin, enerji resurslarının təchizatında mənbələrin və marşrutların şaxələndirilməsi sahəsində gələcək əməkdaşlıq üçün böyük potensialın olduğunu bir daha qeyd edim.
Avropa İttifaqı ilə münasibətlərə gəldikdə, biz həm Şərq Tərəfdaşlığı çərçivəsində, həm münasibətləri yeni inkişaf mərhələsinə daxil edəcək hərtərəfli sazişin bağlanması ilə əlaqədar danışıqların aparılmasında Azərbaycanın Avropa İttifaqı ilə daha sıx əməkdaşlıq etmək arzusunu yüksək dəyərləndiririk və dəstəkləyirik. Bu, şübhəsiz ki, Bolqarıstan ilə Azərbaycan arasında iqtisadi mübadilənin, qarşılıqlı təmasların və sərmayələrin artması üçün yeni perspektivlər açacaq.
Ölkələrimiz arasında rəsmi münasibətlərlə yanaşı, xalqlarımız arasında əlaqələr əsrlər boyu davam etmişdir. Bolqarıstanda Nizami Gəncəvi, Şah İsmayıl Xətai kimi dahi şairlərin yaradıcılıq fəaliyyəti və bütövlükdə Azərbaycan mədəniyyətinin nailiyyətləri ilə tanışdırlar. Məmnuniyyətlə qeyd edirik ki, son illər ərzində ikitərəfli münasibətlərimizin mədəniyyət, təhsil və elm sahələrində inkişafı, eləcə də mədəni-tarixi irsin qorunması istiqamətində ciddi addımlar atılmışdır.
Mədəni və mənəvi sahələrdə layihələrin mühüm sosial elementi mövcuddur və bu layihələr xalqlarımız arasında yaxınlaşmaya xidmət edir. Bu baxımdan, icazə verin, Veliko Tırnovo şəhərinin yaxınlığında Trapezitsa qalasının ictimaiyyətə açıq elan olunması, bərpası və konservasiyası layihəsinin həyata keçirilməsində göstərilmiş maliyyə dəstəyinə görə Heydər Əliyev Fondu qismində Azərbaycan tərəfinə, xüsusən də bu cür nəcib missiyanın reallaşmasında şəxsi xidmətlərinə görə Mehriban xanım Əliyevaya xüsusi təşəkkürümü bildirim.
Hörmətli cənab Prezident.
Hörmətli xanım Əliyeva.
Hörmətli xanımlar və cənablar.
Göstərilmiş qonaqpərvərliyə və səfərimizi əla təşkil etdiyinizə görə təşəkkürümü qəbul etməyinizi xahiş edirəm. Sağ olun”.

 
  • Oxunub:  7410  |  
  • Tarix:  14-10-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi

19:21
15 Oktyabr
Azərbaycanın dinamik inkişaf göstəriciləri: qazanılan nailiyyətlər - 2003-2018
18:01
15 Oktyabr
Bakıda “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib
17:59
15 Oktyabr
14 oktyabr - Ümumdünya Standartlar Gününə həsr olunmuş seminar keçirilib
17:56
15 Oktyabr
“Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrası başa çatıb
17:42
15 Oktyabr
Lerik rayonunda Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub
17:39
15 Oktyabr
2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın investisiya qoyulub
17:30
15 Oktyabr
Bakıda Beynəlxalq fermer qadınlar günü qeyd olunub
16:57
15 Oktyabr
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə 202 Proqram qəbul edilib
16:33
15 Oktyabr
Penzada Müslüm Maqomayevin gənclik illərindən bəhs edən musiqili tamaşa göstərilib
16:33
15 Oktyabr
Lerikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
16:29
15 Oktyabr
Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb
16:20
15 Oktyabr
Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanışlıq
16:12
15 Oktyabr
UNEC ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramına başlayır
16:10
15 Oktyabr
“YARAT” da əlliliyi olan insanların iştirakı ilə tamaşa təqdim olunub
15:52
15 Oktyabr
Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllində fəallıq göstərirlər
15:44
15 Oktyabr
Neft-qaz sənayesində rəqəmsal texnologiyaların tətbiqi müzakirə olunub
15:42
15 Oktyabr
Rusiyalı tarixçi-alim Oleq Kuznetsov Sumqayıt Dövlət Universitetinin tələbələri ilə görüşüb
15:39
15 Oktyabr
“Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin icrası başa çatdırılıb
15:36
15 Oktyabr
Yunanıstanda QDİƏT-in Parlament Məclisinin növbəti iclası keçiriləcək
15:22
15 Oktyabr
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Xırdalanda vətəndaşları qəbul edib
15:05
15 Oktyabr
İqtisadi islahatlar Azərbaycanın hərtərəfli inkişafını təmin etməkdədir
14:50
15 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonuna səfərə gəlib
14:44
15 Oktyabr
Lənkəran rayonunda Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub
14:27
15 Oktyabr
Siyavuş Novruzov: Kimliyindən asılı olmayaraq hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək
14:21
15 Oktyabr
“Azərxalça” ASC-nin Lənkəran filialı açılıb
14:07
15 Oktyabr
Dünyanın gənc geoloq alimləri Bakıda toplaşıblar
14:04
15 Oktyabr
Siyavuş Novruzov: Azərbaycanda dini icmalara maşınların verilməsi nümunəvi haldır
14:02
15 Oktyabr
Ali Məhkəmənin sədri İstanbul beynəlxalq sammitində çıxış edib
13:55
15 Oktyabr
Hikmət Hacıyev: Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət sahəsində ciddi uğurlara imza atıb
13:48
15 Oktyabr
Vüsal Qasımlı: Dövlətimizin başçısının rəhbərliyi ilə "Doing Businnes" islahatlarının ölkədə yeni istiqamətləri müəyyənləşəcək
13:43
15 Oktyabr
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Son 15 ildə Azərbaycan iqtisadiyyatının artım tendensiyası heyranedicidir
13:37
15 Oktyabr
Professor Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvlüyünə qəbul edildi
13:32
15 Oktyabr
On beş il: sabit və təhlükəsiz Azərbaycan
13:27
15 Oktyabr
Azərbaycan “National Geographic Traveler Awards 2018” mükafatının ekskursiya turizmi üzrə ilk üçlüyündədir
12:41
15 Oktyabr
Akkan Suver: Prezident İlham Əliyevin 15 illik fəaliyyətinin araşdırılması üçün Əli Həsənovun məqaləsindən dəyərli mənbə kimi istifadə olunacaq
12:35
15 Oktyabr
Azərbaycanın dinamik inkişaf göstəriciləri: qazanılan nailiyyətlər - 2003-2018
12:26
15 Oktyabr
Lənkəran Olimpiya İdman Kompleksi istifadəyə verilib
12:24
15 Oktyabr
Azərbaycandan MDB ölkələrinə 728 milyon dollar dəyərində məhsul ixrac olunub
12:17
15 Oktyabr
Səyyar “ASAN xidmət” davam edir
12:12
15 Oktyabr
Bakı Kitab Mərkəzində Xalq yazıçısı Elçinlə görüş təşkil olunacaq
11:48
15 Oktyabr
Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub
11:25
15 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran rayonuna səfərə gəlib
11:17
15 Oktyabr
18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında "Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir " adlı dəyirmi masa
11:08
15 Oktyabr
Möhtəşəm 15 il: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz inkişaf yolu keçib
11:03
15 Oktyabr
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə "BP Azərbaycan" arasında anlaşma memorandumu imzalanıb
10:38
15 Oktyabr
İtaliya Prezident Sarayında möhtəşəm Azərbaycan musiqilərindən ibarət konsert keçirilib
10:04
15 Oktyabr
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
09:28
15 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
15:50
13 Oktyabr
Seçenov Universitetinin rektoru: Mehriban Əliyeva bizim Bakıdakı filialımızı daim dəstəkləyir
15:48
13 Oktyabr
Arzu Nağıyev: Frankofoniya təşkilatının rəhbərliyi də bu qurumun artıq yararsız olduğunu etiraf edir
15:43
13 Oktyabr
Azərbaycan Avtomobil Federasiyası XII Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak edir
15:29
13 Oktyabr
İlham Əliyev: Möhtəşəm və dayanıqlı inkişaf
15:24
13 Oktyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini yubiley münasibətilə təbrik edib
15:20
13 Oktyabr
Hikmət Hacıyev: Ermənistan hər vəchlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur
15:16
13 Oktyabr
Kamilə Əliyeva: Həyata keçirilən siyasət ölkəmizə yeni-yeni nailiyyətlər qazandırır
15:13
13 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycan bütün sahələr üzrə ciddi nailiyyətlər əldə edib
13:32
13 Oktyabr
Avstriya BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilib
13:13
13 Oktyabr
Elçin Mirzəbəyli: Beynəlxalq Frankofoniya Təşkilatına sahibliklə bağlı qarşıdurmanın Ermənistanda baş verməsi təsadüfi deyil
13:07
13 Oktyabr
Azərbaycan idmançısı ağırlıqqaldırma üzrə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb
12:51
13 Oktyabr
Arif Məlikovun mahnılarından ibarət konsert təqdim ediləcək
12:45
13 Oktyabr
Dünyanın ən yaxşı muzeylərinin reytinqi açıqlanıb
12:41
13 Oktyabr
Azərbaycanla Pakistan arasında ticarət missiyalarının mübadiləsi müzakirə olunub
12:36
13 Oktyabr
Muxtar respublikada gənclərin təşkilatlanması və fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb
11:55
13 Oktyabr
Tahir Rzayev: Azərbaycanda aqrar sahənin daha da inkişafı üçün bütün imkanlar mövcuddur
11:32
13 Oktyabr
MM-in deputatı: Beynəlxalq aləmdə dövlətimizin nüfuzu artıb və mövqeləri möhkəmlənib
10:49
13 Oktyabr
Səfir: Çingiz Aytmatov təkcə qırğız xalqının yox, bütün türk dünyasının fəxridir
10:48
13 Oktyabr
SOCAR “Gazprom”la əməkdaşlığın perspektivlərini müzakirə ediblər
10:44
13 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub
17:52
12 Oktyabr
On beş ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması sahəsində ardıcıl tədbirlər görülüb
17:50
12 Oktyabr
Xırdalanda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +21
gecə+13 +15